Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə97/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   93   94   95   96   97   98   99   100   ...   124

Şj 3. Xarici elcmentli mülkİ hüquqi mübahisalorin beynafxalq məhkumu aictiyyaiı 
Mahiyyətinə  görə  prorcxjasiya  və  deroqasiya  sazişi  bir-biriniıı 
ək-  sidir;  proroqasiya  sazişində  müəyyən  dövlətin  məhkəməsinin 
xeyrinə  seçim  edilir,  deroqasiya  sazişində  isə  müəyyən  dövlətin 
məhkəməsinin  mübahisəyə  baxması  istisna  olunur.  Qeyd  edildiyi 
kimi  Azərbaycan  Respublikasının  hüquq  sistemində  proroqasiya 
sazişinin bağlanması nəzərdə tutulur. Lakin “proroqasiya” sazişinin 
anlayışı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində 
qeyd  olunmamışdır.  “Proroqasiya  sazişi”nin  anlayışı  “Mülkİ  və 
ticarət  işləri  üzrə  məhkəmə  qərarlarının  məcburi  İcrası  və 
yurisdiksiyası  haqqında”  1968-ci  il  Brüssel  Konvensiyasında 
göstərilmişdir.  Konvensiyanın 
I7-Cİ 
maddəsinə  əsasən  iştirakçı 
dövlətlərdən birində daimi yaşayış yeri olan tərəflərdən bİr və ya bir 
neçəsi  hər  hansı  bİr  hüquq  münasibətləri  ilə  bağlı  yaranmış  və  ya 
gələcəkdə  yarana  biləcək  mübahisənin  Konvensiya  iştirakçısı  olan 
dövlətin  məhkəməsində  baxılması  üzrə  saziş  bağlaya  bilər  və  bu 
zaman  həmin  məhkəmə  müstəsna  yurisdiksiyaya  malik  olacaqdır. 
Proroqasiya  sazişi  yazılı  fomıada  bağlanmalı  və  təsdiqlənməlidir. 
Xarici  iqtisadi  əqdlərin  fonnasına tətbiq  edilən tələblər proroqasiya 
sazişlərinə də tətbiq edilir. 
Azərbaycan  qanunvericiliyi  və  Azərbaycan  Respublikasının 
tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrlə  Azərbaycan  məhkəmələri 
üçün müəyyən olunmuş müstəsna səlahiyyətlər proroqasiya sazişi ilə 
dəyişdirilə  bilməz.  Azərbaycan  Respublikasının  MPM-in  444-  cü 
maddəsində  Azərbaycan  Respublikası  məhkəmələrinin  müstəsna 
səlahiyyətləri göstərilmişdir. Bura aşağıdakılar daxildir: 
1)
 
daşınmaz əmlaka əşya hüququ, eləcə də həmin əmlakın icarəyə 
verilməsi  və  ya  girov  qoyulması  haqqında  iddialara  dair  işlər,  əgər 
onların  predmeti  olan  əmlak  Azərbaycan  Respublikasının  əra- 
zisindədirsə; 
2)
 
hüquqi şəxsin həqiqiliyinin və ya qeyri-həqiqiliyinin tanınması 
və hüquqi şəxsin buraxılması, yaxud onun qərarlarının ləğv edilməsi 
iddialanna dair işlər, əgər hüquqi şəxsin Azərbaycan Respublikasında 
hüquqi ünvanı (olduğu yer) vardırsa; 
297 


Fəsil 17. Beynəlxalq mülki proses 
3)
 
patent, marka və  ya digər hüquqların həqiqiliyinin tanınması 
iddialarına dair işlər, əgər bu hüquqların qeydə alınması və ya onların 
qeydə 
alınması 
üçün 
ərizələrin 
verilməsi 
Azərbaycan 
Respublikasında olmuşdursa; 
4)
 
məhkəmə baxışı zamanı məcburi icra tədbirləri barədə qəbul 
edilmiş  qətnamə  Azərbaycan  Respublikasında  irəli  sürülmüş  və 
yaxud həyata keçirilmişsə
5)
 
yükdaşıma  müqavilələrindən  əmələ  gələn  yükdaşıyanlara 
qarşı iddialara dair işlər; 
6)
 
əgər  ər-ar\'adın  hər  ikisinin  Azərbaycan  Respublikasında 
yaşayış yerləri vardırsa, Azərbaycan Respublikasının vətəndaşları ilə 
əcnəbilər  və  ya  vətəndaşlığı  olmayan  şəxslər  arasında  nikahın 
pozulmasına dair işlər. 
Proroqasiya  sazişində  mübahisənin  baxılmaq  üçün  xarici 
dövlətin  məhkəməsinə  verilməsi  nəzərdə  tutula  bilər.  Bu  halda 
arbitraj  məhkəməsi  cavabdehin  vəsatəti  ilə  İş  üzrə  icraatı 
dayandırmalıdır. 
Beynəlxalq  xarakterli  mübahisələrə  baxan  məhkəmələrin 
səlahiyyətlərinin  dairəsi  beynəlxalq  müqavilələrlə,  xüsusən  hüquqi 
yardım  haqqında  müqavilələrə  müəyyən  olunmasına  tez-tez  rast 
gəlinir.  Buna  misal  olaraq  1993-cü  ildə  MDB  dövlətləri  arasında 
bağlanmış  “Mülki,  ailə  və  cinayət  işləri  üzrə  hüquqi  yardım  və 
hüquqi  münasibətlər  haqqında”  Konvensiyam  göstərmək  olar. 
Həmin  Konvensiyada  beynəlxalq  məhkəmə  aidiyyəti  ilə  bağlı  bir 
neçə  xüsusi  nonna  nəzərdə  tutulmuşdur.  Konvensiyaya  görə 
məhkəmə  aidiyyəti  işlərin  kateqoriyasından  asılı  olaraq  müəyyən 
edilir: 
1)
 
daşınmaz  əmlaka  mülkiyyət  hüququ  və  digər  əşya  hüquqları 
ilə  bağlı  iddialar  əmlakın  yerləşdiyi  dövlətin  məhkəməsinin 
səlahiyyətinə aiddir. 
2)
 
şəxsin  məhdud  fəaliyyət  qabiliyyətli  və  ya  fəaliyyət  qabiliy- 
yətsiz elan olunması ilə bağlı İşlər şəxsin vətəndaşı olduğu dövlətin 
məhkəməsinin səlahiyyətinə aiddir. 
298 


§ 3. Xarici elementli mülki hüquqi mübahisələrin beynəlxalq məhkəmə aidiyyatı 
3)
 
şəxsin  xəbərsiz  itkin  düşməsi  və  ya  ölmüş  elan  olunması, 
həmçinin  ölüm  faktının  müəyyən  olunması  ilə  bağlı  işlər  həmin 
şəxsin  sağ  olduğu  müddətdə  sonuncu  məlumatlara  görə  vətəndaşı 
olduğu dövlətin məhkəməsinin səlahiyyətinə aiddir. 
Sadaladığımız 
kateqoriyalı 
işlərdən 
başqa 
ailə-nikah 
münasibətləri  sahəsində  yaranan:  nikahın  bağlanması  və  xitamı, 
nikahın  etibarsız  elan  olunması,  ər-arvad  arasında  mübahisələr, 
valideynlər və uşaqlar arasındakı hüquq münasibətləri, qəyyumluq və 
himayəçili-  yin  müəyyən  olunması  və  ləğv  edilməsi,  övladlığa 
götürmə  və  başqa  işlərin  də  məhkəmə  aidiyyəti  müəyyən 
olunmuşdur. 
1993-cü  il  MDB  Konvensiyasına  uyğun  olaraq  müqavİİəli 
məhkəmə aidiyyətinin tətbiqi mümkündür. Bu zaman xüsusilə qeyd 
etmək  lazımdır  ki,  dövlətlərin  milli  qanunvericiliyi  ilə  və  həmin 
Konvensiyanın  nonnalan  ilə  müəyyən  olunmuş  müstəsna 
səlahiyyətlər  tərəflərin  razılığı  ilə  dəyişdirilə  bilməz.  Mübahisənin 
başqa məhkəmədə baxılması üçün verilməsi ilə bağlı tərəflərin sazişi 
olduqda məhkəmə cavabdehin ərizəsi ilə iş üzrə icraatı dayandınna- 
lıdır.  Eyni  işin  iki  dövlətin  məhkəməsində  baxıldığı  hallar  da 
mövcuddur. Belə hallarda iş üzrə icraata birinci başlamış məhkəməyə 
üstünlük  verilir.  İşi  sonradan  icraatına  götürmüş  məhkəmə  iş  üzrə 
icraatı dayandırmalıdır. Qarşılıqlı iddialarla bağlı işlərə gəldikdə isə 
belə  işlərə  əsas  iddiaya  baxan  məhkəmə  baxır.  Bəzi  kateqoriyalı 
işlərə  münasibətdə  alternativ  məhkəmə  aidiyyəti  müəyyən  olunur. 
Məsələn;  nikahın  ləğvi  ilə  bağlı  işlərin  baxılması  həm  ər-  arvadın 
ərizəni  təqdim  etdikləri  anadək  vətəndaşı  olduqları  dövlətin 
məhkəməsinin  səlahiyyətinə,  həm  də  ər-arvadın  ərizəni  təqdim 
etdikləri  anadək  ərazisində  yaşadıqlan  dövlətin  məhkəməsinin 
səlahiyyətinə aid edilə bilər. 
Məlum 
olduğu 
kimi 
Azərbaycan 
Respublikasının 
mülki-prosessual qanunvericiliyində məhkəmə aidiyyətinin müəyyən 
olunmasında əsas prinsip cavabdehin yaşayış yeri götürülür (MPM-in 
440- 
299 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə