Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007


Fəsil 17. Beynəlxalq mülki proses



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə96/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   92   93   94   95   96   97   98   99   ...   124

Fəsil 17. Beynəlxalq mülki proses 
Diplomatik  və  konsulluq  nümayəndələrinin  hüquqi  vəziyyətini 
müəyyən  edən  əsas  sənəd  müvafiq  olaraq  1961-cİ  İ)  “Diplomatik 
əlaqələr  haqqında”  Vyana  konvensiyası  və  1963-cü  il  “Konsulluq 
əlaqələri  haqqında”  Vyana  konvensiyasıdır.  Bu  konvensiyalarda 
diplomatik  nümayəndələrin  və  konsulluq  nümayəndələrinin 
immunitet 
prinsipi 
nəzərdə 
tutulmuşdur. 
Diplomatik 
nümayəndəliyin başçısı, onun ailə üzvləri və diplomatik personalın 
üzvləri  dövlətin  mülki,  inzibati  və  cinayət  yurisdiksiyasına 
münasibətdə  toxunulmazlıq  prinsipindən  istifadə  edirlər.  Bü  isə  o 
deməkdir kİ, qeyd etdiyimiz şəxslər şahid kimi ifadə verə bilməz və 
ümumiyyətlə,  məhkəməyə  gətirilə  bilməzlər,  hətta  mülki  hüquqi 
mübahisə onlann xidməti fəaliyyəti ilə bilavasitə bağlı olmasa belə. 
Lakin  diplomatik  nümayəndələr  müstəqil  şəxs  kimi  çıxış  etdikdə 
(əmlakın  bölünməsi,  ziyanın  ödənilməsi  və  s.  tələbi’ilə) 
toxunulmazlıq prinsipi onlara şamil edilmir. 
§ 3. Xarici elementli mülki hüquqi mübahisələrin 
beynəlxalq məhkəmə aidiyyatı 
Beynəlxalq  məhkəmə  aidiyyəti  dedikdə  müəyyən  dövlət 
məhkəməsinin 
beynəlxalq 
xarakterli 
mülki 
hüquqi 
mübahisələrə baxmaq səlahiyyəti başa düşülür. 
Beynəlxalq  məhkəmə  aidiyyəti  dövlətin  özünün  müstəsna 
hüququdur.  Hansı  məhkəmələrin  onun  ərazisində  beynəlxalq 
xarakterli işlərə baxacağım dövlət Özü müəyyənləşdirir. Dövlətlərin 
hüquq  sistemlərində  beynəlxalq  məhkəmə  aidiyyətinin  müəyyən 
olunmasının üç əsas üsulu göstərilmişdir
1)
 
tərəflərin  vətəndaşlıq  əlamətinə  görə:  tərəflərdən  birinin 
vətəndaşı  olduğu  dövlətin  məhkəməsi  mübahisəyə  baxmaq 
səlahiyyətinə malikdir (Fransa, İtaliyada tətbiq olunur); 
2)
 
cavabdehin  yaşayış  yerinin  hüququ ilə (Almaniya,  İsveçrədə 
tətbiq olunur); 
294 


§ 3. Xarici elementli mülki hüquqi mübahisələrin beynəlxalq məhkəmə aidiyyatı 
3)
 
cavabdehin  “İştirakı”  əlamətinə  görə  (ABŞ,  İngiltərə  tətbiq 
olunur). 
Azərbaycan  Respublikası  MPM-in  440.1-ci  maddəsinə  görə 
"Azərbaycan  Respublikasının  məhkəmələri  mülki  və  iqtisadi 
mübahisələr üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə 
iştirak  edən  şəxslərdən  hər  hansı  biri  xarici  şəxs  olsun,  onun 
Azərbaycan  Respublikasında  yaşayış  yeri,  olduğu  yer  və  adətən 
gəldiyi  yer  olsun".  Deməli,  Azərbaycan  qanunvericiliyində  bütün 
ümumi  yurisdiksiya  məhkəmələrinə  xarici  elementli  mübahisələrə 
baxmaq  səlahiyyəti  verilmişdir.  Azərbaycan  Respublikası  MPM-in 
443-cü  maddəsinə  görə  Azərbaycan  Respublikasının  məhkəmələri 
xarici şəxslərin iştirakı ilə olan aşağıdakı işlərə baxmağa haqlıdır: 
1)
 
iş  üzrə  birgə  iddiaçılardan  və  ya  birgə  cavabdehlərdən  hər 
hansı birinin Azərbaycan Respublikasında  yaşayış  yeri, olduğu  yer 
və yaxud adətən gəldiyi yer olduqda
2)
 
xarici  şəxslərin  idarəçilik  orqanı,  filialı və  ya nümayəndəliyi 
Azərbaycan Respublikasının ərazisində olduqda
3)
 
cavabdeh  Azərbaycan  Respublikasının  ərazisində  əmlaka 
malik olduqda; 
4)
 
aliment  alınması  və  atalığın  müəyyən  edilməsi  işlərində 
iddiaçı Azərbaycan Respublikasının ərazisində yaşayış yerinə malik 
olduqda; 
5)
 
yetirilən  xəsarətlə,  sağlamlığın  başqa  cür  pozulması  və  ya 
ailəni  dolandıranın  ölümü  ilə  əlaqədar  ziyanın  ödənilməsinə  dair 
işlərdə ziyan Azərbaycan Respublikasının ərazisində vurulduqda və 
ya  iddiaçı  Azərbaycan  Respublikasının  ərazisində  yaşayış  yerinə 
malik olduqda; 
6)
 
əmlaka  vurulan  ziyanın  ödənilməsi  işlərində  ziyanın 
ödənilməsi haqqında tələbin verilməsi üçün əsas olan hərəkət və ya 
digər hal Azərbaycan Respublikasının ərazisində baş verdikdə
7)
 
iddia  icrası  tamamilə  və  ya  qismən  Azərbaycan 
Respublikasının  ərazisində  həyata  keçirilməli  olan  və  ya  həyata 
keçirilmiş müqavilədən irəli gəldikdə
295 


Fosil 17, Beynəlxalq mülki proses 
8)
 
İddia  Azərbaycan  Respublikasının  ərazisində  baş  vermiş 
əsassız varlanmadan irəli gəldikdə
9)
 
nikahın 
pozulması 
işlərində 
iddiaçı 
Azərbaycan 
Respublikasında yaşayış yerinə malik olduqda və ya ər-arvaddan heç 
olmazsa biri Azərbaycan Respublikasının vətəndaşı olduqda; 
10)
 
şərəfin,  ləyaqətin  və  işgüzar  nüfuzun  müdafiəsi  işlərində 
iddiaçı Azərbaycan Respublikasında yaşayış yerinə malik olduqda; 
11)
 
vəsiyyət  edənin  ölən  vaxt  yaşayış  yeri,  gəldiyi  yer 
Azərbaycan Respublikasında olarsa və yaxud vəsiyyət edənin əmlakı 
Azərbaycan Respublikasında olduqda vərəsəlik işləri. 
Yuxarıda  sadaladığımız  üsullardan  başqa  bir  çox  ölkələrdə 
məhkəmə  aidiyyətini  müqavilə  yolu  ilə  də  müəyyən  edirlər. 
Müqavilə-  !i  məhkəmə  aidiyyətinə  görə  tərəflər  arasındakı  saziş 
əsasında  xarici  dövlətin  məhkəməsinin  səlahiyyətləri  müəyyən 
olunur.  Bu  isə  o  deməkdir  ki,  mülki-prosessual  qanunvericiliyə 
əsasən  yerli  məhkəmənin  aidiyyətində  olan  mübahisəyə  tərəflər 
arasındakı sazişə əsasən xarici məhkəmədə baxıla bilər. 
Azərbaycan  Respublikası  MPM-in  450.1-ci  maddəsinə  görə 
Azərbaycan  Respublikasının  məhkəməsi  MPM-in  IV  Bölməsi 
baxımından  "səlahiyyətli  olmamasına  baxmayaraq,  tərəflər 
Azərbaycan  Respublikası  məhkəməsinin  beynəlxalq  səlahiyyətləri 
barədə  razılığa  gələ  bilərlər.  Belə  razılıq  yazılı  şəkildə  olmalıdır". 
MPM-in  450.2-ci  maddəsinə  görə  isə  tərəflərdən  birinin  xarici 
ölkədə  yaşayış  yeri,  iş  yeri  və  ya  onun  adətən  olduğu  yer  varsa, 
tərəflər  MPM-  in  450.1  -ci  maddəsinə  müvafiq  olaraq  "xarici 
dövlətin  məhkəməsinin beynəlxalq  səlahiyyəti  barədə  razılığa  gələ 
bilərlər". 
Tərəflər  arasında  yaranmış  və  ya  gələcəkdə  yarana  biləcək  hər 
hansı  bir  mübahisəyə  baxan  xarici  məhkəmənin  səlahiyyətlərini 
müəyyən edən saziş proroqasİya sazişi adlanır. 
Qeyd  etmək  lazımdır  ki,  bəzən  ədəbiyyatlarda  “proroqasİya” 
sazişi  anlayışından  əlavə  “deroqasiya”  sazişi  anlayışına  da  rast 
gəlmək mümkündür. 
296 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə