Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007


Fəsil 17. Beynəlxalq mülki proses



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə94/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   90   91   92   93   94   95   96   97   ...   124

Fəsil 17. Beynəlxalq mülki proses 
7)
 
vətəndaşlann  şəxsi  statusu  məsələləri  üzrə  xarici  İnzibati 
aktların tanınması; 
8)
 
xarici  arbitraj  sazişlərinin  tanınması  və  xarici  arbitraj 
qərarlarının tanınması və icrası. 
Beynəlxalq mülki prosesi öyrənərkən sadaladıqlarımızdan başqa 
notariat  hərəkətlərinin  həyata  keçirilməsi  ilə  bağlı  məsələlər  də 
araşdırılır.  Beynəlxalq  mülki  proses,  həmçinin  bu  prosesin 
iştirakçılarının  əmlak  və  şəxsi  qeyri-əmlak  xarakterli  hüquqlannın 
notariat  və  digər  orqanlar  tərəfindən  müdafiəsi  ilə  bağlı  xüsusi 
məsələləri də əhatə edir. 
Beynəlxalq mülkİ proseslə bağlı məsələləri araşdırarkən nəzərə 
almaq  lazımdır  ki,  beynəlxalq  ümumi  hüquqda  da  prosessual 
məsələlər  araşdırılır.  Bunlara  beynəlxalq  təşkilatların  prosedur 
qaydaları, 
beynəlxalq  müqavilələrin  bağlama  mərhələləri, 
sanksiyaların tətbiqi, beynəlxalq cinayət prosesi və başqa məsələlər 
aiddir.  Beynəlxalq  ümumi  hüquqda  beynəlxalq  mübahisələrin  sülh 
yolu  ilə  həlli,  beynəlxalq  müqavilələrin  bağlanması,  cinayətkarın 
təhvil  verilməsi  prosedurası,  sığınacaq  hüququnun  verilməsi 
qaydaları və prosesə aid digər məsələlər haqqında ıionnalar sistemi 
beynəlxalq prosessual hüquq sahəsini əmələ gətirir. 
Beynəlxalq prosessual hüquq beynəlxalq mülki prosesdən fərqÜ 
olaraq  beynəlxalq  ümumi  hüququn  sahəsidir  və  xaricİ  elementli 
mülki  hüquqi  mübahisələrin  baxılması  ilə  əlaqəli  deyil.  Beləliklə, 
qeyd  etmək  lazımdır  kİ,  beynəlxalq  mülki  proses  və  beynəlxalq 
prosessual  hüquq  “yaxın”  tenniniər  olmasına  baxmayaraq, 
məzmununa görə bu anlayışlar bir-birindən tamamilə fərqlənir. 
Beynəlxalq  mülkİ  prosesə  beynəlxalq  xüsusi  hüququn  tədris 
kursu çərçivəsində baxılmasının əsaslandırılması heç də bütün hüquq 
alimləri  tərəfindən  bİmıənalı  qarşılanmır.  Bu  təəccüblü  deyil,  artıq 
qeyd  etdiyimiz  kimi  hüquq  sistemində  beynəlxalq  xüsusi  hüququn 
yerinin müəyyənləşdirilməsi və ümumiyyətlə, bu hüquq sa- lıəsinin 
xarakteristikası  ilə  bağlı  hüquqşünaslar  və  alimlər  arasında  çoxlu 
diskussiyalar mövcuddur. 
288 


S ]. Beynəlxalq mülki prosesin anlayışı 
Beynəlxalq  mülki  proses  beynəlxalq  xüsusi  hüququn  sisteminə 
hüquq institutu kimi daxil deyildir. Lakin elm kimi beynəlxalq xüsusi 
hüququn sisteminə daxil edilmişdir. Elm kimi isə beynəlxalq xüsusi 
hüquq  onunla  bağlı  bütün  sahələri,  o  cümlədən  beynəlxalq  ümumi 
hüquqla, dövlətdaxili hüququn müxtəlif sahələri ilə bağlı məsələləri 
öyrənir.  Beynəlxalq  mülkİ  proses,  bir  qayda  olaraq,  beynəlxalq 
xüsusi hüquq dərsliklərində ayrıca yer tutur və praktiki olaraq həmişə 
müstəqil bölmə kimi çıxış edir. 
Hazırda  məhkəmə  təcrübəsində  prosessual  məsələlərin  həllində 
ortaya  çıxan  əsas  problemlər  hüquqi  yardım  haqqında  beynəlxalq 
müqavilələrin bağlanması yolu ilə həll edilir. Bu müqavilələrin əsas 
müddəalannı milli rejim prinsipi və məhkəmələrin səlahiyyətləri ilə 
bağlı  normalar  təşkil  edir.  Məsələn,  Azərbaycan  Respublikası  ilə 
Bolqanstan  Respublikası  arasında  mülki  işlər  üzrə  hüquqi  yardım 
haqqında Müqavilənin 1-cİ maddəsində millİ rejim prinsipi ilə bağlı 
müddəalar,  Azərbaycan  Respublikası  ilə  Gürcüstan  Respublikası 
arasında mülki, aİlə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi 
münasibətlər  haqqında  Müqavilənin  43-cü  maddəsində  isə 
məhkəmələrin  səlahiyyətləri  ilə  bağlı  müddəalar  nəzərdə 
tutulmuşdur. 
Məhkəmələrin  səlahiyyətləri  ilə  bağlı  məsələlər  bu  və  ya  digər 
fəaliyyət  sahəsi  ilə  bağlı  beynəlxalq  konvensiyalarda  da  öz  əksini 
tapmışdır.  Məsələn:  MDB  çərçivəsində  bağlanan  1994-cü  il 
Avroasiya patent Konvensiyasında əqlİ mülkiyyət sahəsində yaranan 
münasibətlərin  tənzimləməsilə  bərabər,  müvafiq  məsələ  ilə  bağlı 
məhkəməyə  müraciət  etmə  ilə  əlaqədar  xüsusi  nonnada  nəzərdə 
tutulmuşdur. 
Beynəlxalq  mülki  proseslə  bağlı  milli  qanunvericiliklərdə,  bir 
qayda  olaraq  xarici  məhkəmə  qərarlannın  icrası  əsaslarını,  əcnəbi 
şəxslərin  iştirak  etdiyi  işlərin  məhkəmə  aidiyyətini  və  əcnəbilərin 
prosessual hüquqlannın xüsusiyyətlərini tənzim edən normalara rast 
gəlinir. 
Beynəlxalq  mülki  proses  sahəsində  münasibətləri  tənzimləyən 
universal beynəbtalq konvensiyalara gəldikdə isə 1954-cü ildə qəbul 
edilmiş “Mülki proses məsələlərinə dair” Konvensiya məzmun etiba- 
n ilə bu istiqamətdə yeganə konvensiyadır. Xarici elementli mülkİ hü 
289 


Fosil 17. Beynəlxalq mülki proses 
quqi  münasibətlorə  baxılmasının  xüsusiyyətləri  ilə  bağlı  əsas 
müddəalar  bu  Konvensiyanın  normalannın  təhlili  əsasında 
aydınlaşdın!ır. 
Beynəlxalq  mülki  proses  xarici  elementli  mülkİ  hüquqi 
mübahisələrin  ümumi  yurisdiksiya  məhkəmələrində  baxılması  ilə 
yanaşı arbitraj məhkəmələrində də baxılmasını əhatə edir. Bu onunla 
əlaqədardır  ki,  bir  çox  dövləüərdə  hüquq  münasibətlərinin 
subyektlərini hüquqi şəxslər təşkil etdikdə mübaliisənin həlli arbitraj 
məhkəməsinin  aidiyyətinə  keçir.  Nəzərə  almaq  lazımdır  ki,  bəzi 
Ölkələrdə, o cümlədən Rusiya Federasiyasının qanunvericiliyində bir 
çox 
dövlətlərin, 
məsələn, 
Azərbaycan 
Respublikasının 
qanunvericiliyindən  fərqli  olaraq  həm  beynəlxalq  kommersiya 
arbitraj  məhkəmə  sistemində,  həm  də  dövlət  arbitraj  məhkəmə 
sistemində “arbitraj” terminindən istifadə edilir. Bununla bağlı qeyd 
edilməlidir ki, növbəti - XVIII fəsildə yalnız beynəlxalq kommersiya 
arbitraj məhkəmə sistemindən söhbət gedəcəkdir. 
§ 2. Mülki prosesdə əcnəbi şəxslərin 
hüquqi vəziyyəti 
Əcnəbi  şəxslərin  məhkəmə  müdafiəsi  hüququnun  həyata 
keçirilməsi  zamanı  əsas  prinsip  milli  rejim  prinsipidir.  Bu  prinsipə 
əsasən əcnəbi şəxslər məhkəmə müdafiəsi hüququnu həyata keçirdiyi 
dövlətin vətəndaşlarının və hüquqi şəxslərinin malik olduqlan mülki 
prosessual  hüquqlardan  bərabər  istifadə  edirlər.  Azərbaycan 
Respublikası MPM-in 439-cu maddəsinə müvafiq olaraq əcnəbilər və 
vətəndaşlığı  olmayan  şəxslər  məhkəmələrə  müraciət  etmək 
hüququna  malikdirlər  və  yerli  vətəndaşlarla  bərabər  prosessual 
hüquqlardan istifadə edir və prosessual vəzifələri daşıyırlar. 
Azərbaycan  mülki-prosessual  və  arbitraj  qanunvericiliyində 
əcnəbi  şəxslərin  məhkəmə  baxışında  iştirakını  tənzimləyən  xüsusi 
normalar  nəzərdə  tutulmur.  Əcnəbi  vətəndaşlara  MPM-in  ümumi 
normaları  şamil  edilir,  yəni  əcnəbi  şəxslər  prosesdə  iddiaçı, 
cavabdeh, üçüncü şəxs kimi çıxış edə bİlər, ümumi əsaslarla sübutlar 
təqdim edə bilər, iddianın əsasını və predmetini dəyişdirə bilər və s. 
290 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə