Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007


 3 Arbitrlərin toyin edilmasi vo arbitraj mohkomosinin səlahiyyəti



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə102/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   98   99   100   101   102   103   104   105   ...   124

5 3 Arbitrlərin toyin edilmasi vo arbitraj mohkomosinin səlahiyyəti 
kommersiya  arbitraj  məhkəməsinə  həll  edilməsi  üçün  verilmiş 
mübahisənin  əmələ  gəldiyi  mülki-hüquqi  münasibətlər  özündə 
əmtəələrin  alqı-satqısı,  işlərin  yerinə  yetirilməsi,  əmtəələrin  və 
xidmətlərin  mübadiləsi,  yüklərin  və  sərnişinlərin  daşınması, 
elmi-texniki  mübadilə,  yaradıcılıq  fəaliyyətinin  nəticələrinin 
mübadiləsi,  lisenziya  əməliyyatları,  investisiya,  sığorta,  birgə 
sahibkarlıq və s. üzrə münasibətləri birləşdirir. 
Arbitraj  sazişi  avtononı  xarakterə  malikdir.  Bu  onda  ifadəsini 
tapan  müddəalann  hüquqi  müstəqilliyi  ilə  bağlıdır.  Kontraktın 
etibarsızlığı  arbitraj  sazişinin  etibarsızlığına  səbəb  olmur.  Əgər 
müqavilənin (kontraktın) etibarsızlığı məsələsi ortaya çıxarsa, buna 
dair  məhkəmə  qəran  olmalıdır.  Bu  iddiaya  baxılması  üçün 
hakimlərin  (arbitrlərin)  seçilməsi  arbitraj  sazişi  ilə  müəyyən  edilir. 
Beynəlxalq  arbitraj  məhkəməsində  mübahisəyə  baxılması  üçün 
əhəmiyyətli  maneə  arbitraj  sazişinin  etibarsızlığıdır.  Arbitraj 
sazişinin  etibarsız  hesab  edilməsi  üçün  hüquqi  əsas  ayrı-ayrı 
dövlətlərin  hüquq  sistemində  müxtəlifdir.  Məsələn,  belçika 
qanunvericiliyinə  görə  arbitraj  sazişinin  etibarsızlığı  üçün  əsas 
arbitrlərin  təyin  edilməsində  tərəflərdən  birinin  üstünlüyüdür  (bir 
tərəf iki arbitr, digər tərəf isə bir arbitr təyin edir). 
§ 3 Arbitrlərin təyin edilməsi və 
arbitraj məhkəməsinin səlahiyyəti 
“Beynəlxalq  arbitraj  haqqında”  Azərbaycan  Respublikasının 
Qanununda  arbitrlərin  təyini,  arbitrə  etiraz  üçün  əsaslar,  etiraz 
proseduru,  yeni  arbitrin təyin  edilməsi məsələlərinə dair müddəalar 
mövcuddur.  Bu  qanun  yalnız  arbitrajın  yeri  Azərbaycan 
Respublikasında olduğu halda tətbiq edilir. 
Tərəflər  arasmda  digər  razılıq  olmadığı  təqdirdə  hər  bir  fiziki 
şəxs vətəndaşlığından asılı olmayaraq arbitr qismində təyin olunmaq 
hüququna malikdir. 
313 


Fosil 18. Beynəlxalq kommersiya arbitrajı 
Tərəflər  öz  mülahizələrinə  əsasən  arbitr  və  ya  arbitrlərin  təyin 
edilməsi prosedurunu razdaşma əsasında müəyyən edə bilər. Razılıq 
olmadıqda  arbitrajda  üç  arbitr  olacağı  halda  hər  bir  tərəf  bir  arbitr 
təyin edir, təyin edilmiş iki arbitr isə üçüncü arbitri təyin edir. Digər 
tərəfdən  bu  barədə  müraciət  almış  tərəf  30  gün  müddətində  arbitr 
təyin  etməzsə  və  yaxud  tərəflərin  təyin  etdiyi  iki  arbitr  təyin 
edildikləri  30  gün  müddətində  üçüncü  arbitrin  seçilməsi  haqqında 
razılığa gələ bilməmişlərsə, tərəflərdən hər hansı birinin müraciəti ilə 
arbitr  Azərbaycan  Respublikasının  İqtisad  Məhkəməsi  tərəfindən 
təyin edilir. 
Bu  qayda  tək  başına  arbitr  ilə  olan  arbitraja  arbitr  təyin 
edilməsində tərəflər razılığa gələ bilmədiyi halda da tətbiq edilir. ■ 
Arbitrlərə etiraz prosedunı  haqqında tərəflər razılığa  gələ bilər. 
Arbitrə etiraz o halda verilə bilər ki, onun qərəzsizliyi və müstəqilliyi 
barədə  əsaslı  şübhələr  vardır  və  yaxud  o,  tərəflərin  sazişində 
şərtiəşdiriİmiş ixtisasa malik deyildir. 
Hər hansı bir şəxsə onun arbitr təyin edilməsi ilə bağlı müraciət 
edilərsə, həmin şəxs özünün qərəzsizliyi və müstəqilliyi barədə əsaslı 
şübhələr doğura bilən hallar haqqında məlumat verməlidir. Arbitr öz 
fiınksiyalannı  yerinə  yetirmək  iqtidannda  deyilsə  və  yaxud  digər 
səbəblərdən əsassız olaraq uzun müddət fəaliyyət göstərmirsə və özü 
vəzifəsindən  imtina  edirsə  və  yaxud  tərəflər  arasında  bu  barədə 
razılıq əldə edildikdə onun mandatına xitam verilir. 
§ 4 Beynəlxalq kommersiya arbitrajı 
məsələləri üzrə beynəlxalq konvensiyalar 
Beynəlxalq kommersiya arbitrajı sahəsinə aid bir sıra beynəlxalq 
konvensiyalar qəbul edilmişdir'. 
Daiıa atrallı bax: Vafəddin İbayev. Beynolxalq mülki proses. Bakı, 2005, səh. 299-313 
314 


S 4 Beynəlxalq kummereiya arbitrajı məsələləri üzrə beynəlxalq konvensiyalar 
Bu  konvensiyalann  sırasında  BMT-nin  ticarət  arbitrajı  üzrə 
konfransında  imzalanmış,  Azərbaycan  Respublikasının  da  tərəfdar 
çıxdığı “Xarici arbitraj qərarlarının tanınması və icraya göndərilməsi 
haqqında”  1958-ci  il  Nyu-York  konvensiyası  xüsusi  əhəmiyyətə 
malikdir (Konvensiya 7 iyun 1959-cu il qüvvəyə minmişdir. İştirakçı 
dövlətlərin sayı 150-dən çoxdur). 
Nyu-York  konvensiyasına  uyğun  olaraq  iştirakçı  dövlətlər 
arbitraj  qərarlarını  (yalnız  beynəlxalq  kommersiya  arbitrajının 
qərarlarından  söhbət  gedə  bilər)  tanımaq  və  icra  etmək  öhdəliyinə 
götürürlər. Bu nonna həm iştirakçı dövlətlərdə, həm də konvensiyada 
iştirak etməyən dövlətlərdə qəbul edilən qərarlara aid edilir. 
Bununla  bərabər  hər  bir  dövlət  qeyd-şərt  etməklə  yalnız 
Konvensiyada  iştirak  edən  dövlətlərdə  qəbul  edilən  qərarlara  bu 
öhdəliyi şamil edə bilər. 
Konvensiyaya  uyğun  olaraq  "arbitraj  qərarları"  termini  hər  bir 
konkret iş üzrə təyin edilmiş arbitrlərin arbitraj qərarlarından əlavə, 
həmçinin tərəflərin müraciət etdiyi daimi arbitraj orqanlarının arbitraj 
qərarlarına  da  aid  edilir.  Xarici  arbitraj  qərarlarının  tanınması  və 
icrası müvafiq dövlətin prosessual hüququna əsaslanır. Tanınma və 
İcraya yönəltmə üçün tanınmanı və icranı tələb edən tərəf belə sorğu 
etdikdə aşağıdakıları təqdim etməlidir: 
a)
 
lazımi qaydada təsdiq edilmiş arbitraj qərarının əslini və yaxud 
həmin qərarın təsdiq edilmiş surətini
b)
 
arbitraj çəkişməsinin predmeti ola biləcək hər hansı bir konkret 
müqavilənin əsli, yaxud onun lazımi qaydada təsqid edilmiş surəti. 
Arbitraj  qərarının,  yaxud sazişin mətni  bu qərarın tanınması  və 
icra  edilməsi  tələb  edilən  ölkənin  rəsmi  dilində olmadığı  halda,  bu 
qərarın tanınmasını və icra edilməsini xahİş edən tərəf bu sənədlərin 
həmin  dilə  tərcüməsini  təqdim  etməlidir.  Bu  barədə  norma 
Azərbaycan  Respublikasının  MPM-in  475-ci  maddəsində  də  özünə 
yer tapmışdır: “...Əgər arbitraj məhkəməsinin qətnaməsi 
315 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə