Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007


Fosil 18. Beynolxalq kommersiya arbitrajı



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə101/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   97   98   99   100   101   102   103   104   ...   124

Fosil 18. Beynolxalq kommersiya arbitrajı 
1)
 
müqavilənin 
bağlanması 
(mübahisonin 
baxılmasına 
səlahiyyətli orqanın seçilməsi haqqında tərəflərin sazişi); 
2)
 
müqavilənin icrası (arbitraj qərarının çıxarılması). 
Elmi  ədəbiyyatda  hətta  müqavilə  nəzəriyyəsi  çərçivəsində  də 
müxtəlif yanaşmalar fərqləndirilir. 
Prosessual nəzəriyyənin tərəfdarları hesab edirlər ki, beynəlxalq 
kommersiya  arbitrajı  prosessual  təbiətə  malikdir.  Bu  nəzəriyyəyə 
görə, arbitraj məhkəməsi dövlət ədalət mühakiməsinin bir formasıdır 
və  arbitraj  araşdırmasının  bütün  ünsürləri  və  mərhələləri. 
mübahisələrin  arbitraja  verilməsi  ilə  bağlı  arbitraj  sazişi  də  daxil 
olmaqla,  prosessual  hüququn  predmetidir,  arbitraj  araşdırması 
nəticəsində çıxarılan qəmamə isə dövlət məhkəmələrinin qətnamələri 
ilə  eynidir.'  Müqavilə  nəzəriyyəsindən  fərqli  olaraq  prosessual 
nəzəriyyənin  tərəfdarları  belə  hesab  edirlər  ki,  beynəlxalq 
kommersiya  arbitrajında  bütün  məsələlərə  mübahisələrin  baxıldığı 
dövlətin mülki prosessual qanunvericiliyi tətbiq edilməklə baxılır. 
Elmi ədəbiyyatda göstərilir ki, həm müqavilə, həm də prosessual 
nəzəriyyənin natamamlığı keçən əsrin 50-ci illərində bu istiqamətdə 
yeni bir nəzəriyyənin - “qarışıq” nəzəriyyəsinin meydana gəlməsinə 
səbəb olmuşdur,^ 
Qarışıq  nəzəriyyəyə  əsasən  isə  beynəlxalq  kommersiya 
arbitrajında həm maddi hüquq, həm də prosessual hüquq iştirak edir. 
Arbitraj  sazişinin  bağlanmasında  tərəflərin  hüquq  və  fəaliyyət 
qabiliyyəti,  bu  sazişin  formasının  müəyyən  edilməsi  ilə  bağlı 
məsələlər  maddi  hüquq  nonnaları  ilə  tənzimlənir.  Arbitraj 
qərarlarının qəbulu və icrası məsələləri isə prosessual məsələ hesab 
edilir. 
Müxtəlif  nəzəriyyələrin  mövcudluğu  beynəlxalq  kommersiya 
arbitrajının hüquqi təbiətinin mürəkkəb olduğunu təsdiq edir. Hər bir 
dövlətin qanunvericliyi özünün qaydalarını müəyyən edİr. Mə- 
1
 
Yenn orada, soh. 22 
2
 
Vaiəddin İbayev. Bı;ynəl)(alq mülkİ proses. Bakı, 2005, səh. 286-287 
310 


§ 2 Arbitraj sazişinin anlayışı, məzmunu və forması 
sələn,  bəzi  dövlətlərin  qanunvericiliyi  (Norveç,  RF  )  arbitraj  qəra- 
nndan  şikayət  verməni  nəzərdə  tutmur.  Qəti  arbitraj  qəranmn 
çıxarılması ilə arbitraj İcraatına xitam verilir. 
“Beynəlxalq  arbitraj  haqqında”  Azərbaycan  Respublikası 
Qanununa əsasən (maddə 32) şikayət vermə məsələlərini tərəflər həll 
edir.  Əgər  tərəflər  qərardan  şikayət  vermək  istəsələr  bu  barədə 
arbitraj sazişində qeyd etməlidirlər. 
§ 2 Arbitraj sazişinin anlayışı, məzmunu və forması 
Arbitraj  sazişi  -  müqavilə  xarakteri  və  ya  başqa  xarakter  daşı- 
yıb-daşımamasından  asılı  olmayaraq,  hər  hansı  bir  konkret  hüquq 
münasibəti  ilə  əlaqədar  tərəflər  arasında  yarana  biləcək 
mübahisələrin  hamısını  və  ya  müəyyən  mübahisələrin  arbitraja 
verilməsi barəsində tərəflərin razılığıdır. 
Mübahisənin  Beynəlxalq  Kommersiya  Arbitrajına  verilməsi 
haqqında  sazİş  həm  beynəlxalq  kontraktda  ayrıca  norma  kimi 
nəzərdə tutula bilər, həm də ayrıca müqavilə qismində ona əlavə edilə 
bilər. 
Bu baxımdan beynəlxalq arbitraj sazişinin iki növü mövcuddur; 
1
arbitraj  qeyd-şərti  -  beynəlxalq  kontraktda  müəyyən  edilmiş 
norma; 2) münsif qeydi - tərəflərin mübahisəsinin arbitraja verilməsi 
barədə beynəlxalq kontraktdan ayn saziş. 
Bu  təsnifat  “Beynəlxalq  arbitraj  haqqında”  Azərbaycan 
Respublikası  Qanununda  öz  əksini  tapmışdır.  Qanunun  7-ci 
maddəsinə, əsasən arbitraj sazişi müqavilədə arbitraj qeyd-şərti kimi 
və yaxud aynca saziş kimi bağlana bilər. 
Tərəflərin  sazişi  bir  halda  mübahisə  yaranmamışdan  əvvəl 
(kontraktın  bağlanması  zamanı),  digər  halda  isə  mübahisənin 
yaranmasından sonra mümkündür. Ona görə də hüquq ədəbiyyatında 
bəzən arbitraj sazişinin üç növünə rast gəlmək olar: 
1) kontraktda öz əksini tapmış arbitraj qeyd-şərti
311 


Fasil 18. Beynəlxalq kommersiya arbiirajr 
2)
 
kontraktdan ayn bağlanan saziş
3)
 
mübahisə yaranandan sonra bağlanmış arbitraj sazişinin xüsusi 
növü - münsif qeydi. 
Arbitraj  sazişİ  yazılı  formada bağlanır və bu hal arbitraj  sazişi 
üçün  mütləqdir.  Qanuna  uyğun  olaraq  saziş  o  halda  yazılı  şəkildə 
bağlanmış  hesab  olunur  kİ,  o,  tərətlərin  imzaladıqlan  sənəddə  əks 
etdirilmiş  və  ya  məktub  mübadiləsi  vasitəsi  ilə  razılaşdırılmış  və 
yaxud belə sazişin təsdiq olunmasını təmin edən teleqraf, elektron və 
başqa vasitələrdən istifadə olunmaqla bağlanmış və dİgər tərəf buna 
etiraz etməmişdir. Arbitraj qeyd-şərtİnə müqavilədə istinad edilməsi 
arbitraj  sazişi  hesab  olunur,  bu  şərtlə  ki.  müqavilə  yazılı  şəkildə 
bağlanmışdır  və  bu  istinad  həmin  qeyd-şərtİ  müqavilənin  bir 
hissəsinə çevirir. 
Azərbaycan 
Respublikasının 
qanunvericiliyində 
arbitraj 
sazişinin  məzmununa  daxil  edilən  mütləq  məsələlərin  siyahısı  öz 
əksini tapmamışdır. Bir qayda olaraq, arbitraj sazişinin məzmununa 
mübahisəyə  baxan  orqan,  arbİtrlərın  seçilməsi  qaydası  və 
prosedurası, arbitrlərin sayı, etiraz üçün əsaslar, etiraz prosedurlan, 
arbitraj məhkəməsinin səlahiyyəti və s. daxil edilir. 
Beynəlxalq  kommersiya  arbitrajı  mübahisələrə  tərəflərin  sazişi 
əsasında baxır. Tərəflər aşağıdakı mübahisələri arbitraja verə bilər: 
1)
 
xarici  ticarət  və  digər  beynəlxalq  iqtisadi  əlaqələrin  həyata 
keçirilməsi  ilə  əlaqədar  və  digər  mülki  hüquqi  münasibətlərdən 
əmələ gələn mübahisələr
2)
 
xarici  investisiyah  müəssisələrin,  beynəlxalq  birliklərin  və 
təşkilatların öz aralarındakı mübahisələr. 
Beynəlxalq  kommersiya  arbitraj  məlıkəməsinin  yurisdiksiyası 
beynəlxalq  müqavilələrlə  də  müəyyən  edilə  bilər.  Bu  müqaviləyə 
misal  olaraq  1972-ci  ildə  qəbul  edilmiş  “İqtisadi  və  elmi-texniki 
əməkdaşlıq münasibətlərdən yaranan mülki hüquqi mübahisələrin aı- 
bitraj yolu ilə həll edilməsi haqqında” konvensiyanı göstərmək olar. 
Arbitraj aynca işə baxılmasına görə bir hal üçün (ad hok) təşkil 
edilə bilər və ya daimi arbitraj qismində ola bilər. Beynəlxalq 
312 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə