Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə100/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   96   97   98   99   100   101   102   103   ...   124

Pəsit 17. Beynəlxalq mülki proses 
Məhkəmə  qərarlarının  icrası  bir  çox  çətinliklərlə  üzləşir. 
Məsələn: cavabdehin ödəməyə vəsaitinin olmaması, cavabdehin 
yaşayış yerinin müəyyən olunmaması və s. 
Xarici məhkəmə qərarlannm icrasını çətinləşdirən obyektiv 
səbəblərdən  başqa bİr sıra  əlavə  səbəblər  də  mövcuddur.  Əsas 
problem  ondan  ibarətdir  ki,  bİr  dövlətin  məhkəməsinin  qəran 
digər  dövlətin  ərazisində  hüquqi  qüvvəyə  malik  deyildir. 
Məsələn,  İran  İslam  Respublikası  məhkəməsinin  hər  hansı  bir 
mülki  hüquqi  mübahisə  ilə  bağlı  qəbul  etdiyi  qərarın 
Azərbaycan Respublikası ərazisində tanınması üçün Azərbaycan 
Respublikasının  bu  qəran  könüllü  olaraq  tanıması  vacibdir. 
Xarici  məhkəmə  qərarlannm  icrasına  razılıq  hüquqi  yardım 
haqqında  beynəlxalq  müqavilələrdə  nəzərdə  tutulmuşdur. 
Hüquqi  yardım  haqqında  beynəlxalq  müqavilələrdə  xarici 
məhkəmə  qərarlannm  icrası  prosedurasından  başqa  müqavilə 
iştirakçısı  olan  dövlətin  digər  iştirakçı  dövlətlərin  məhkəmə 
qərarlannm omm ərazisində icrası ilə bağlı imperativ (məcburi) 
normalar da nəzərdə tutulmuşdur. 
Azərbaycan  Respublikası  MPM-in458-cİ  maddəsi  xarici 
məhkəmə  qərarlannm  icrası  üçün  hüquqi  əsas  verir.  MPM-in 
458-ci  maddəsinə  əsasən  xarici  məhkəmə  qərarlannm  icrası 
qaydaları  beynəlxalq  müqavilələr  ilə  müəyyən  olunmalıdır. 
Xarici  məhkəmə  qəran-  nın  icraya  yönəldilməsi  üçün  üç  illik 
müddət  nəzərdə  tutulmuşdur  və  bu  müddət  qərann  qanuni 
qüvvəyə mindiyi gündən hesablanır. 
MPM-in  458-ci  maddəsinə  əsaslansaq  belə  nəticəyə  gəlmək 
olar ki, dövlətlər arasında hüquqi yardım haqqında beynəlxalq 
müqavilə yoxdursa xarici məhkəmə qərarlarının icrası mümkün 
deyil. 
Bir sıra ölkələrdə xarici  məhkəmə qərarlan o halda tanınır 
ki,  bu  beynəlxalq  müqavilələrlə  müəyyən  edilmiş  olsun.  Bu 
vəziyyət İsveç, Norveç, Finlandiya, Niderland qanunvericiliyində 
nəzərdə tutulur. Bununla belə Niderland məhkəmə təcrübəsində 
məhkəmə  qərarlannm  tanınmasından  geniş  istifadə  edilir  və 
əslində formaca yeni məhkəmə qəran çıxanlır. 
306 


§ 5. Xarici möhkəmə qərarlannm tanınması və icrası 
Bəzi  dövlətlər  öz  vətəndaşlannın  müdafiəsi  məqsədilə 
qanunvericiliklərində məhkəmə qərarlannm beynəlxalq tanınmasına 
münasibətdə  üstünlüklər  müəyyən  edir  (Fransa,  Belçika, 
Lüksenburq). 
Fransa  qanunvericiliyinə  uyğun  olaraq  fransıza  qarşı  iddia 
Fransada qaldınla bilər. Əgər fransalı bu üstünlükdən imtina etmirsə 
Fransada  məhkəmə  qərannın  tanınması  istisna  edilir.  Bir  çox 
dövlətlər müqavilə olmadıqda “qarşılıqlı” prinsipə əsasən məhkəmə 
qərarlannm tanınmasını məqbul hal hesab edirlər. 
Mülki və ticarət işləri üzrə məhkəmə qərarlannm məcburi icrası 
və yurisdiksiyası haqqında 1968-ci il Brüssel Konvensiyasına əsasən 
iştirakçı  dövlətlərin  birində  qəbul  edilmiş  məhkəmə  qəran  xüsusi 
prosedurasız digər iştirakçı  dövlətin  ərazisində tanmır. Konvensiya 
üzv  olmayan  dövlətlərə  münasibətdə  üzv  dövləti  tərəfindən 
məhkəmə  qərarlannm  tanınmasını  istisna  edir.  Aşağıdakı  hallarda 
məhkəmə qərarlannm tanınması ümumiyyətlə, istisna edilir
1)
 
tanınma dövlətin ictimai qaydalanna zidd olduqda
2)
 
qərar  cavabdehin  iştirakı  olmadan  çıxarıldıqda  və  ya 
cavabdehə məhkəmə baxışının vaxtı və yeri barədə müvafiq qaydada 
məlumat verilmədən çıxanidıqda; 
3)
 
qərar  eyni  tərəflər  arasında  eyni  predmetli  iş  üzrə  üçüncü 
dövlətin məhkəməsində çıxanimış qərarla ziddiyyət təşkil etdikdə. 
307 


 


Ş 1. Beynəlxalq kommersiya arbitrajının anlayışı və hüquqi təbiəti 
1)
 
tərəflər  öz  müəssisələrinin  olduğu  dövlətin  hüdudlarından 
kənarda yerləşirsə; 
2)
 
ticarət  münasibətlərindən  İrəli  gələn  öhdəliklərin  əsas 
hissəsinin  icra  edilməli  olduğu  hər  hansı  yer  və  yaxud  mübahisə 
pred- metinin sıx əlaqəli olduğu yer tərəflərin öz müəssisələri olduğu 
dövlətin hüdudlanndan kənarda yerləşirsə; 
3)
 
tərəflər razılığa gəlmişlər ki, arbitraj sazişinin predmeti birdən 
çox dövlət ilə əlaqəlidir. 
Beləliklə,  beynəlxalq  kommersiya  arbitrajı  beynəlxalq  iqtisadi 
əlaqələr  sferasında  əmələ  gələn  xarici  elementli  mülki  hüquqi 
mübahisələrə  baxılmasının  qeyri-dövlət  prosedurunu,  arbitr 
orqanlan-  nmın  təşkili,  arbitrlərin  seçilməsi  prosedurasını, 
qeyri-dövlət  arbitraj  qərarlarının  tanınması  və  icrasının  xüsusi 
qaydalarını özündə əks etdirən sistemdir. 
Beynəlxalq kommersiya arbitrajı bir sıra əlamətlərə malikdir: 
a)
 
mülki hüquq münasibətlərində xarici elementin mövcudluğu
b)
 
mübahisələrə  baxan  orqanın  qeyri-dövlət  xarakterə  malik 
olması; 
c)
 
tərəflərin arbitraj sazişinin olması. 
Hüquq ədəbiyyatında beynəlxalq kommersiya arbitrajının hüquqi 
təbiəti  ilə  bağlı  müxtəlif  nəzəriyyələr  mövcuddur.  Bununla  bağlı 
müqavilə, prosessual, qanşıq nəzəriyyələri qeyd etmək olar. 
Müqavilə  nəzəriyyəsinin  tərəfdarlan  arbitraj  sazişinə  mülki- 
hüquqi müqavilə kimi baxırlar, onlann fikrincə, mübahisənin arbitraj 
məhkəməsinə  verilməsi  haqqında  saziş  mülki-hüquqi  öhdəliklər 
müəyyən edir. Tərəflər bu  sazişdə arbitrajın növünü (ad hok və  ya 
arbitraj  institutu),  mübahisənin  hansı  arbitraj  məhkəməsinə 
aidiyyətini,  arbitlərin  seçilməsini,  baxılma  vaxtım  və  yerini,  tətbiq 
olunacaq hüquq normalannı və s. razılaşdıra bilərlər' və bu proses iki 
mərhələdən ibarətdir: 

Vidadi Mirkamal. 
Arbilrajm hüquqi təbiəti və beynəlxalq 
arbitraj 
İnstitutlan // 
Beynəlxalq arbitraj (Qanunvericilik və şərhlər), 
Bakı, 
2004. səh. 21 
309 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə