Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007


§ 4. Beynalxalq mülki proses məsələlorinə dair beynulxalq müqavilolar



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə99/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   95   96   97   98   99   100   101   102   ...   124

§ 4. Beynalxalq mülki proses məsələlorinə dair beynulxalq müqavilolar 
Azərbaycan Respublikasında məhkəmə tapşırıqlarının qəbulu və 
ötürülməsi ilə bilavasitə Ədliyyə Nazirliyi məşğuldur. 
Müxtəlif  prosessual  hərəkətlərin  həyata  keçirilməsində 
məhkəmələrin  bir-biri  ilə  qarşılıqlı  əməkdaşlığı  haqqında  analoji 
qaydalar 1993-cii il MDB Konvensiyasında da nəzərdə tutulmuşdur. 
1954-cü il Konvensiyasında mülkİ-prosessual hüquqlarını həyata 
keçirən  əcnəbi  vətəndaşlara  milli  rejim  prinsipinin  tətbiq  olunması 
nəzərdə  tutulmuşdur.  Bu  prinsip  aşağıdakı  qaydada  öz  əksini 
tapmışdır:  Məhkəmə  xərclərinin  təmin  olunması  üçün  əcnəbilərdən 
girov tələbinin yolverilməzliyi; yerli vətəndaşlarla bərabər əcnəbilərə 
pulsuz hüquqi yardım göstərilməsi; əcnəbilərin vətəndaşlıq vəziyyəti 
aktlannın  qeydiyyatından  pulsuz  çıxarış  almaq  hüququ,  borca  görə 
həbsdə  saxlamanın  əcnəbilərə  tətbiqinə  qadağa  qoyulması  (yerli 
vətəndaşlara tətbiq olunmadığı hallarda) və s. 
1954-cü il Konvensiyasının müddəalarının realizəsi Azərbaycan 
Respublikasının  mülki-prosessual  qanunvericiliyində  nəzərdə 
tutulmuşdur.  MPM-in  456-cı  maddəsinə  uyğun  olaraq  Azərbaycan 
Respublikasının məhkəmələri Azərbaycan Respublikasının qanunları 
ilə  və  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq 
müqavilələrilə  müəyyən  edilmiş  qaydada  xarici  məhkəmələrin 
ayn-ayn  prosessual  hərəkətlərin  yerinə  yetirilməsi  barədə  tapşı- 
nqlannı  icra  edirlər  (bildirişlərin  və  başqa  sənədlərin  verilməsi, 
tərəflərdən izahatlar, şahidlərdən ifadələr, ekspertlərdən rəy alınması, 
yerində  müayinə  apaniması  və  s.).  Məhkəmələr  aşağıdakı  hallarda 
xarici məhkəmə tapşırıqlarını yerinə yetirməlidirlər: 
1)
 
məhkəmə tapşırıqları müəyyən olunmuş qaydada verildikdə
2)
 
məhkəmə  tapşırıqlarının  İcrası  dövlətin  suverenliyinə  və 
təhlükəsizliyinə zidd olmadıqda; 
3)
 
məhkəmə  tapşırıqlarının  icrası  müvafiq  məhkəmənin 
səlahiyyətinə aid olduqda. 
Aşağıdakı hallarda tapşınqlann icra edilməsinə yol verilmir: 
1) əgər tapşınğın yerinə yetirilməsi Azərbaycan Respublikasının 
suverenliyinə  və  onun  qanunvericiliyinin  ümumi  prinsiplərinə 
ziddirsə; 
303 


Fəsil 17. Beynəlxalq mülki proses 
2)  ogər  tapşırığın  yerinə  yetirilməsi  məhkəmənin  səlahiyyətinə 
aid deyildirsə. 
I954-CÜ  il  Konvensiyasından  başqa  beynəlxalq  mülki  proseslə 
bağlı  məsələlər  digər  beynəlxalq  konvensiyalarda  da  öz  əksini 
tapmışdır. Onların siyahısına aşağıdakılar da daxildir: 
1)
 
xarici  rəsmi  sənədlərin  ieqallaşdınlması  tələbini  ləğv  edən 
1961-ci  ildə  qəbul  edilmiş  Konvensiya;  2)  1965-ci  il  “Mülkİ  və 
ticarət  işləri  ilə  bağlı  məhkəmə  və  məhkəmədən  kənar  sənədlərin 
təqdim  edilməsi  haqqında”  Haaqa  Konvensiyası;  3)  1970-ci  il 
“Mülki  və  ticarət  işləri  ilə  bağlı  sübutların  xaricdən  alınması 
haqqında” Konvensiya və s. 
Xarici  rəsmi  sənədlərin  leqallaşdırılması  tələbinin  ləğvi 
Konvensiyası (bu konvensiya qəbul edildikdən 30 il sonra qüvvəyə 
minmişdir) əsasən aşağıdakı rəsmi sənədlərin leqallaşdırılması tələb 
olunmur: 
a)
 
dövlət  orqanları  və  vəzifəli  şəxslər  tərəfindən  göndərilən, 
həmçinin  prokurorluq  və  məhkəmə  katibliyi  tərəfindən  göndərilən 
sənədlər
b)
 
inzibati sənədlər; 
c)
 
notariat aktları; 
ç)  notariusda  təsdiqlənməyən  sənədin  imzasının  doğruluğunu 
təsdiqləyən rəsmi qeydlər. 
Lakin  bu  konvensiyaya  əsasən  aşağıdakı  sənədlər  istisna  təşkil 
edir: 
a)
 
diplomatik  və konsulluq agentlikləri tərəfindən tərtib edilmiş 
sənədlər; 
b)
 
gömrük  və  kommersiya  əməliyyatlan  İlə  birbaşa  əlaqəli 
inzibati sənədlər. 
Nəzərə  alsaq  ki,  hüquqi  şəxslər  arasında  yaranmış  beynəlxalq 
mülki-hüquqi mübahisələrin həlli ilə bağlı məsələlər də “Beynəlxalq 
mülki  proses”  bölməsinə  aiddir,  onda  beynəlxalq  mülki  proseslə 
bağlı beynəlxalq müqavilələrin sırasına 1992-ci ildə MDB dövlətləri 
arasında bağlanmış təsərrüfat fəaliyyətinin həyata keçi 
304 


§ 5. Xarici məhkəmə qərarlarının tanınması və icrası 
rilməsində yaranan mübahisələrin həlli qaydalan haqqında Sazişi də 
aid etmək olar. 
Beynəlxalq  məhkəmə  aidiyyətini  müəyyən  edən  normalar  bu 
sazişdə  mühüm  əhəmiyyət  kəsb  edir.  Sazişə  görə  beynəlxalq 
məhkəmə aidiyyətinin müəyyən olunmasında yaşayış yeri prinsipi və 
ya iddianın verildiyi günədək cavabdehin yaşadığı yer prinsipi əsas 
götürülür. 
1992-ci  il  MDB  Sazİşİnə  görə  beynəlxalq  məhkəmə  aidiyyəti 
tərəflərin razılığı ilə də müəyyən oluna bilər. 
Bu zaman aşağıdakı iddialar istisna təşkil edir
1)
 
daşınmaz əmlaka mülkiyyət hüququ ilə bağlı iddialar; 
2)
 
dövlət  və  digər  orqanlann  qəbul  etdikləri  qərarların  etibarsız 
hesab edilməsi və bunun nəticəsində dəymiş ziyanın ödənilməsi ilə 
bağlı iddialar. 
Azərbaycan  Respublikası  ilə  bir  çox  dövlətlər  arasında 
bağlanmış ikitərəfli müqavilələrdə də məhkəmə tapşınqlannın icrası 
ilə  bağlı  müddəalar  nəzərdə  tutulmuşdur.  Bu  sırada  Türkiyə,  İran, 
Bolqans-  tan,  Gürcüstan  və  s.  dövlətlərlə  Azərbaycan  Respublikası 
arasında bağlanmış hüquqi yardım haqqında müqavilələri göstərmək 
olar. 
§ 5. Xarici məhkəmə qərarlarının 
tanınması və icrası 
Mübahisənin  həlli  ilə  bağlı  konkret  hüquqi  nəticə  kimi  qəbul 
edilmiş  qərar  çox  zaman  tərəflər  üçün  kifayət  etmir.  Məhkəmə 
baxışının  əsas  məqsədi  ictimai  münasibətlərin  qaydaya  salmması, 
fiziki və hüquqi şəxslərin hüquqlannm real müdafiəsindən ibarətdir. 
Ona görə də məhkəməyə müraciət etmiş  şəxs pozulmuş hüquqlann 
bərpa olunmasma ümid edir və bunun üçün isə cavabdehin qərarda 
göstərilmiş hərəkətləri yerinə yetirilməsi xüsusi əhəmiyyət kəsb edİr. 
İddiaçının  (və  ya  cavabdehin)  onun  hüquqlannı  əks  etdirən  sənədi 
əldə etməsi o demək deyil ki, o bu hüquqlan realizə edə biləcək. 
305 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə