Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə98/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   94   95   96   97   98   99   100   101   ...   124

Fəsil 17. Beynəlxalq mülki proses 
cı maddəsi). Lakin beynəlxalq müqavilələrdə çox vaxt tərəflərin 
vətəndaşlığı  prinsipi  tanınır.  Bu  da  təcrübədə  müəyyən 
anlaşılmaz* Itqların meydana gəlməsini labüd etmiş olur. 
Qeyd  edilənlərdən  əlavə  beynəlxalq  məhkəmə  aidiyyəti  ilə 
bağlı hüquq ədəbiyyatlarında və beynəlxalq sənədlərdə müxtəlif 
yurisdiksiyalar (ümumi, xüsusi, müstəsna) fərqləndirilir. 
Ümumi  yurisdiksiyaya görə bir dövlətdə daimi yaşayış yeri 
olan  şəxs  vətəndaşlığından  asılı  olmayaraq  bəmin  dövlətin 
məhkəmələ* rində iddia qaldıra bilər. Bu halda həmin dövlətin 
vətendaşlanna tətbiq edilən yurisdiksiya qaydaları belə şəxslərə 
də eynilə tətbiq edilir. 
Xüsusi  yurisdiksiya  baxımından  bir  dövlətdə  daimi  yaşayış 
yeri  olan  şəxsə  qarşı  digər  dövlətdə  iddia  qaldırıla  bilər.  Bura 
aşağıdakı hallar aid edilir: 
1)
 
kontrakt  öhdəlikləri  üzrə  iddialar  öhdəliklərin  icra  yeri 
üzrə  məhkəmələrdə  (məsələn,  fərdi  əmək  müqaviləsi  üzrə  belə 
yer əmək fəaliyyətinin həyata keçirildiyi yerdir); 
2)
 
ziyan  vurmadan  əmələ  gələn  öhdəliklər  ilə  bağlı  iddialar 
hadisənin baş vermiş olduğu yerin məhkəraəlorinde; 
3)
 
cinayət  işləri  ilə  bağlı  dəymiş  ziyanın  Ödənilməsi  üzrə 
mülki  iddialara  dövlətin  öz  qamuıları  ilə  mülki  işlərə  baxmaq 
yurisdiksi- yası olan məhkəmələrdə; 
4)
 
agentliklərin, 
bölmələrin 
və 
digər 
kommersiya 
törəmələrinin işgüzar əməliyyatlarından irəli gələn mübahisələrə 
onlann yerləşdikləri yerin məhkəmələrində
5)
 
vəkalət əmlakının təsisçisi, vəkalət əmlakının mülkiyyətçisi 
və  ya  benefisiar  ilə  bağlı  mübahisələrə  vəkalət  əmlakımn 
yerləşdiyi yerin məhkəməsində; 
6)
 
məvaciblərin  verilməsi  üzrə  yaranan  mübahisələrə 
məvacibi  almaq  hüququ  olan  şəxsin  daimi  yaşadığı  yerin 
məhkəməsində. 
Müstəsna  yurisdiksiya  isə  daimi  yaşayış  yerindən  asılı 
olmayaraq məhkəmələr aşağıdakı hallarda malikdirlər: 
300 


S 4. Beynalxalq müiki proses məsələlərino dair beynolxalq müqavilolor 
1)
 
daşınmaz  əmlaka  əşya  hüquqları  ilə  bağlı  mübahisələrə 
daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsində; 
2)
 
mübahisənin  predmetini  müəssisənin,  hüquqi  şəxsin  və  ya 
fiziki  və  hüquqi  assosiasiyaların  həqiqiliyi,  bacarıqsızlığı  və  ya 
xitamı  ilə  bağlı  işlər  təşkil  etdikdə  onların  yerləşdikləri  yerin 
məhkəməsində; 
3)
 
əmtəə  nişanlarının,  sənaye  nümunələrinin  və  ya  patent 
hüququnun  həqiqiliyi  və  qeydiyyatı  ilə  bağlı  mübahisələrə 
beynəlxalq  konvensiyalarla  depozitə  qoyulması  və  ya  qeydiyyata 
alınması müəyyən olunan dövlətin məhkəməsində
4)
 
məlikəmə  qərarlannın  məcburi  icrası  ilə  bağlı  iddialara  qə- 
rann icra olunmalı olduğu iştirakçı dövlətin məhkəməsində. 
§ 4. Beynəlxalq mülki proses məsələlərinə dair 
beynəlxalq müqavilələr 
1954-cü  ildə  qəbul  edilmiş  “Mülki  proses  məsələlərinə  dair” 
Konvensiya beynəlxalq mülkİ prosesin əsas mənbəyini təşkil edir. Bu 
konvensiyanın qəbul edilməsində məqsəd ona qədər mövcud olmuş 
1905-ci  il  mülki  proses  haqqında  Konvensiyasını  təkmilləşdirmək 
olmuşdur. 
1954-cü  il  Konvensiyası  7  bölmədən  və  33  maddədən  ibarət 
olaraq aşağıdakı məsələləri tənzimləyin 
1)
 
məhkəmə  sənədlərinin  və  məhkəmədən  kənar  sənədlərin 
verilməsi
2)
 
məhkəmə tapşınqlan; 
3)
 
girov; 
4)
 
pulsuz hüquqi yardım göstərilməsi; 
5)
 
vətəndaşlıq  Vəziyyəti  Aktlannın  Qeydiyyatından  pulsuz  çı- 
xanş verilməsi; 
6)
 
borca görə həbsdə saxlamaq; 
7)
 
yekun qərarlar. 
301 


Fəsil 17, Beynəlxalq mülki proses 
1954-cü  il  Konvensiyasının  I  bölməsində  xaricdə  olan  şəxslərə 
mülki  işlərlə  bağlı  sənədlərin  verilməsinin  aşağıdakı  üsulları 
göstərilmişdir: 
1)
 
poçt vasitəsi ilə sənədlərin göndərilməsi; 
2)
 
sənədlərin  verilməsini  həyata  keçirən  dövlətin  müvafiq  or- 
qanlan  tərəfindən  və  ya  məhkəmə  icraçılan  tərəfindən  sənədlərin 
verilməsi; 
3)
 
diplomatik  və  konsulluq  kanalları  vasitəsi  ilə  sənədlərin 
ötürülməsi; 
Ümumi  qaydada  sənədlərin  verilməsi  pul  ödənilmədən  həyata 
keçirilir. 
Məhkəmə tapşınqlan bölməsi konvensiyanın mühüm bölməsidir, 
Burada  müxtəlif  dövlətlərin  məhkəmələrinin  sübutlann  toplanması 
ilə  bağlı  bir-biri  ilə  əməkdaşlığının  formalan  göstərilmişdir. 
Konvensiyanın  8-ci  maddəsinə  əsasən  bir  dövlətin  məhkəmə 
hakimiyyəti digər dövlətin  səlahiyyətli orqanına mülki işlərlə bağlı 
müəyyən  prosessual  hərəkətlərin  icrası  ilə  əlaqədar  məhkəmə  tap- 
şınğı  ilə  müraciət  edə  bilər.  Məhkəmə  tapşınğının  göndərilməsinin 
iki üsulu qeyd olunur
1)
 
bir  dövlətin  məhkəməsinin  dİgər  dövlətin  məhkəməsinə 
birbaşa müraciət etməsi yolu ilə; 
2)
 
məhkəmə  tapşmqlannın  diplomatik  yollarla  və  konsulluq 
vasitəsi ilə verilməsi. 
1954-cü  İl  Konvensiyasında  istənilən  dövlətin  onun  ərazisində 
icra  olunmalı  olan  məhkəmə  tapşırıqlarının  yalnız  diplomatik 
kanallarla ötürülməsini elan etmək hüququnun olması barədə xüsusi 
normalar nəzərdə tutulmuşdur. 
Konvensiyada  göstərilən  üsullardan  əlavə  olaraq  təcrübədə 
məhkəmə  tapşınqlarının  ötürülməsinin  başqa  üsulları  da  tətbiq 
olunur: xarici dövlətdə məhkəmə tapşınqlannın icrası ilə məşğul olan 
xüsusi təyin olunmuş orqanlar vasitəsi ilə, tərəflərin mərkəzi ədliyyə 
idarələri vasitəsi ilə və s. 
302 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə