Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə106/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   102   103   104   105   106   107   108   109   ...   124

“Beynəlxalq xüsusi hüquq haqqında" Azərbaycan Respublikasının Qanunu 
Maddə 23. Şəxsi qeyri-əmlak hüquqları 
Şəxsi qeyri-əmlak hüquqlarına, onların müdafiəsinə 
hüquqlann həyata keçirildiyi ölkənin hüququ tətbiq edilir. 
bu 
V
 
fəsil. Müqavilə öhdəlikləri 
Maddə 24. Müqavilə iştirakçılarının razıhğı ilə hüququn 
seçUməsi 
24.1.
 
Müqavilə  ilə  bağlı  tərəflərin  hüquq  və  vəzifələrinin 
müəyyən  edilməsi,  müqavilənin  təfsiri,  icrası,  icra  edilməməsi, 
xitamı,  lazımi  qaydada  icra  edilməməsinin  və  etibarsızlığının 
nəticələri,  habelə  müqavilə  ilə  əlaqədar  tələbin  güzəşti  və  borcun 
köçürülməsi  tərəflərin  razılığı  ilə  seçilən  ölkənin  hüququ  ilə 
tənzimlənir. 
24.2.
 
Müqavilə tərəfləri həm bütövlükdə müqavilə üçün, həm də 
onun ayn-ayn hissələri üçün tətbiq olunmalı hüququ seçə bilərlər. 
24.3.
 
Tərəflər  tətbiq  olunmalı  hüququ  istənilən  vaxtda,  o 
cümlədən  müqavilənin  imzalandığı  vaxt  və  ya  ondan  sonra  seçə 
bilərlər. Tərəflər həm də istənilən vaxt müqavilə İlə əlaqədar tətbiq 
olunan hüququn dəyişilməsi barədə razılığa gələ bilərlər. 
24.4.
 
Müqavilə  ilə  bağlı  ölkənin  imperativ  normalannın  tətbiq 
edilməməsinə səbəb olan hüququn seçilməsi etibarsızdır. 
Maddə 25. Tərəflərin razılığının olmadığı halda müqaviləyə 
tətbiq olunan hüququn seçilməsi 
25.1.
 
Müqavilə  tərəfləri  arasında  həmin  müqaviləyə  tətbiq 
edilməli  hüquq  barədə  razılıq  olmadığı  halda,  müqaviləyə  aşağıda 
göstərilən tərəflərin təsis olunduğu, yaşadığı və ya əsasən fəaliyyət 
göstərdiyi ölkənin hüququ tətbiq edilir: 
25.1.1.
 
alqı-sätqı müqaviləsində - satıcının; 
25.1.2.
 
bağışlama müqaviləsində - hədiyyə edənin
25.1.3.
 
əmlak  kirayəsi  müqaviləsində  -  kirayə  verənin  və  ya 
kirayəçinin; 
25.1.4.
 
əvəzsiz istifadə müqaviləsində - əvəzsiz istifadəyə verən 
şəxsin; 
325 


ƏLAVƏLƏR 
25.1.5.
 
borc müqaviləsində - borc verənin; 
25.1.6.
 
podrat müqaviləsində - podratçının; 
25.1.7.
 
tapşınq müqaviləsində - vəkaləti alanm; 
25.1.8.
 
komissiya müqaviləsində - komissiyonçunun; 
25.1.9.
 
saxlama müqaviləsində - saxlayıcının; 
25.1.10.
 
daşıma müqaviləsində - daşıyıcının; 
25.1.11.
 
sığorta müqaviləsində - sığortaçmm; 
25.1.12.
 
girov müqaviləsində - girov qoyanın; 
25.1.13.
 
zaminlik müqaviləsində - zaminin; 
25.1.14.
 
qarantiya müqaviləsində - qarantın. 
25.2.
 
Müqavilə  tərəfləri  arasında,  müqavilə  ilə  bağlı  tətbiq 
olım-  mah  hüquq  barədə  razılaşma  olmadıqda,  bu  qanunun 
25.1-cİ maddəsinin müddəalarından asılı olmayaraq: 
25.2.1.
 
daşınmaz əmlak barədə müqaviləyə - əmlakın olduğu 
ölkənin hüququ; 
25.2.2.
 
birgə 
fəaliyyət 
barədə 
və 
tikinti 
podrat 
müqavilələrinə belə fəaliyyətin həyata keçirildiyi və ya müqavilə 
ilə nəzərdə tutulan nəticələrin yarandığı ölkənin hüququ; 
25.2.3.
 
auksionda,  müsabiqədə  və  ya  biıjada  bağlanan 
müqavilələrə - auksionun, müsabiqənin keçirildiyi və ya biıjanm 
yerləşdiyi ölkənin hüququ tətbiq edilir. 
25.3.
 
Bu qanunun 25.1-ci və 25.2-ci maddələrində nəzərdə 
tutulmayan  müqavilələrə,  tərəflər  arasında  tətbiq  edilməli 
hüquq barədə razılaşma olmadığı halda, belə müqavilənin daha 
sıx bağlı olduğu ölkənin hüququ tətbiq edilir. 
25.4.
 
Müqavilənin  icra  üsullanna  və  prosedurlanna,  habelə 
onun  lazımi  qaydada  icra  edilməməsi  ilə  əlaqədar  görülən 
tədbirlərə  münasibətdə  tətbiq  olunan  hüquqdan  əlavə  icranın 
keçirildiyi ölkənin hüququ da nəzərə alınmalıdır. 
326 


“Beynəlxalq xüsusi hüquq haqqında" Azərbaycan Respublikasının Qanunu 
VI
 
fəsil. Müqavilədən kənar öhdəliklər 
Maddə 
26.
 Ziyan vurma nəticəsində əmələ gələn öhdəliklərə 
tətbiq edilən hüquq 
26.1.
 
Ziyan  vurma  nəticəsində  əmələ  gələn  öhdəliklər  üzrə 
tərəflərin hüquq və vəzifələri  ziyanı  ödəmək haqqında tələbin  irəli 
sürülməsi üçün əsas olan hərəkətin və ya dİgər vəziyyətin baş verdiyi 
ölkənin hüququ ilə müəyyən edilir. 
26.2.
 
Xaricdə vurulan ziyan nəticəsində əmələ  gələn öhdəliklər 
üzrə tərəflərin hüquq və vəzifələri tərəflər eyni dövlətin vətəndaş- lan 
və  ya  hüquqi  şəxsləridİrsə,  həmin  dövlətin  hüququ  ilə  müəyyən 
edilir. 
Maddə 27. İstehlakçıya dəyən ziyana görə məsuliyyət 
27.0.
 
Malın  alınması  və  ya  xidmətin  göstərilməsi  ilə  əlaqədar 
istehlakçıya dəyən ziyanın Ödənilməsi haqqında tələbə istehlakçının 
seçimi əsasında: 
27.0.
 
1.  istehlakçımn  yaşadığı  və  ya  adətən  olduğu  ölkənin 
hüququ; 
27.0.
 
2. İstehsalçının və ya xidmət göstərən şəxsin yerləşdiyi və 
ya yaşadığı ölkənin hüququ
27.0.
 
3.  istehlakçının  malı  aldığı  və  ya  ona  xidmət  göstərildiyi 
ölkənin hüququ tətbiq olunur. 
Maddə 28. Əsassız varlanma 
28.1.
 
Əsassız  varlanma  nəticəsində  yarammş  öhdəliklərə  belə 
varlanmanın baş verdiyi dövlətin hüququ tətbiq olunur. 
28.2.
 
Özgənin əmlakına edilən qəsd nəticəsində yaranan əsassız 
varlanmaya qarşı iddiaya qəsdin baş verdiyi ölkənin hüququ tətbiq 
edilir.  Əsassız  varlanma  anlayışı  Azərbaycan  Respublikasının 
hüququ ilə müəyyən edilir. 
327 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə