Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə105/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   101   102   103   104   105   106   107   108   ...   124

ƏLAVƏLƏR 
10.3.
 
Fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab 
edilməsi və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması 
məhkəmənin mənsub olduğu ölkənin hüququna əsasən həyata 
keçirilir. Maddə 11. Fiziki şəxsin xəbərsiz itkin düşmüş hesab 
olunması və ya onun ölmüş elan edilməsi Fiziki şəxsin xəbərsiz itkin 
düşmüş hesab olunması və ya onun ölmüş elan edilməsi həmin işə 
baxan məhkəmənin mənsub olduğu ölkənin hüququna tabedir. 
Maddə 12. Hüquqi şəxsin istinad etdiyi qanun 
Hüquqi şəxsin təsis edildiyi ölkənin hüququ onun istinad etdiyi 
qanun hesab olunur. 
Maddə 13. Hüquqi şəxsin hüquq qabiliyyəti 
13.1.
 
Hüquqi şəxsin hüquq qabiliyyəti onun istinad etdiyi qanunla 
müəyyən  olunur.  Bu  qayda  hüquqi  şəxsin  nümayəndəliyinə  və 
filialına da şamil edilir. 
13.2.
 
Xarici  hüquqi  şəxs  onun  orqanının  (filialının)  və  ya 
nümayəndəsinin  əqd  bağladığı  Ölkənin  hüququna  uyğun  olaraq 
qadağan  edilən  həmin  əqdi  bağladığına  görə  səlahiyyətinin 
məhdudlaşdırıl- masına etiraz edə bilməz. 
Maddə 14. Şəxsin adı 
14.1.Fiziki  şəxsin  adı,  ondan  istifadə  və  onun  müdafiəsi  fiziki 
şəxsin İstinad etdiyi qanunla müəyyən olunur. 
14.2.
 
Hüquqi şəxsin, onun filial və nümayəndəliyinin adı, ondan 
istifadə  və  onun  müdafiəsi  hüquqi  şəxsin  istinad  etdiyi  qanunla 
müəyyən olunur. 
Maddə 15. Milli rejim 
Xarici hüquqi şəxslər, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 
Azərbaycan  Respublikasının  hüquqi  şəxsləri  və  vətəndaşları  ilə 
bərabər  müvafiq  olaraq  mülki  hüquq  və  fəaliyyət  qabiliyyətinə 
malikdir. Qarşılıqlı olaraq cavab tədbiri kimİ bu qaydadan istisnalar 
müəyyən edilə bilər. 
322 


“Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunu 
Maddə 16. Dövlətin xarici elementli mülki-hüquqi 
münasibətlərdə iştirakı 
16.1.
 
Qanunla  başqa  hallar  nəzərdə  tutulmadıqda 
dövlətin  iştirak  etdiyi  xarici  elementli 
mülki-hüquqi 
münasibətlərə bu qanunun müddəaları tətbiq edilir. 
16.2.
 
Dövlətin  bağladığı  mülki-hüquqi  əqdlərə,  əgər  bu 
onun  öz  suveren  funksiyalannı  yerinə  yetirməklə  əlaqədar 
deyilsə, bu qa- nxınun müddəaları tətbiq edilir. 
16.3.
 
Dövlət  tərəfindən  bağlanan  hüquqi  əqdiərin 
xarakteri  onun  hüquqi  təbiəti  və  səbəblərinə  əsasən  müəyyən 
edilir. 
III
 
fəsU. Əqdlər 
Maddə 17. Əqdiərin forması 
17.1.
 
Əqdiərin  forması  onlann  bağlandığı  yerin 
hüququna tabedir. Lakin Azərbaycan Respublikası hüququnun 
tələblərinə  riayət  olunduğu  halda  xaricdə  bağlanan  əqd  xarici 
hüququn tələb etdiyi formanın pozulmasma görə etibarsız hesab 
edilə bilməz. 
17.2.
 
Ayn-ayn ölkələrdə olan tərəflər arasında bağlanan 
əqdin forması hamin ölkələrdən birinin hüququna uyğundursa, 
etibarlı sayılır. 
17.3.
 
Predmeti  torpağa  mülkiyyət  hüququ  və  ya 
torpaqdan  istifadə  hüququ  olan  əqdin  forması  həmin  torpağın 
yerləşdiyi ölkənin imperatlv hüquq normalan ilə müəyyən edilir, 
bu  şərtlə  ki,  həmin  ölkənin  hüququna  görə,  əqdin  bağlandığı 
yerdən  və  bu  əqdin  tabe  olduğu  hüquqdan  asılı  olmayaraq  bu 
normalar tətbiq olunmalıdır. Maddə 18. Etibarnamə 
Etibarnamənin  forması  və  qüvvədə  olması  müddəti  onun 
verildiyi  ölkənin  hüququ  İlə  müəyyən  olunur.  Lakin 
etibarnamənin  formasına  riayət  edilməməsi  nəticəsində  o, 
etibarsız  sayıla  bilməz,  bu  şərtlə  ki,  onun  forması  Azərbaycan 
Respublikası hüququnun tələblərinə uyğun olsun. 
323 


ƏLAVƏLƏR 
Maddə 19. İddia müddəti 
İ  9,1,  Müvafiq  münasibətin  tənzimlənməsi  üçün  hansı 
ölkənin hüququ tətbiq olunursa, iddia müddəti də həmin ölkənin 
hüququ ilə müəyyən edilir. 
19.2.
 
Müvafiq münasibətin iştirakçılarından heç olmasa biri 
Azerbaycan Respublikasının vətəndaşı və ya hüquqi şəxsidirsə, 
onda  iddia  müddətinin  aid  edilmədiyi  tələblər  Azəıbaycan 
Respublikasının hüququ ile müəyyən olunur. 
IV
 
fəsil. Əşya hüququ 
Maddə 20. Əşya hüququna tətbiq olunan xarici hüquq haqqında 
ümumi müddəalar 
20.1.
 
Daşınar  və  daşınmaz  əmlaka  mülkiyyət  və  digər  əşya 
hü- quqlan qanunla başqa hallar nəzərdə tutulmayıbsa, əmlakın 
yerləşdiyi ölkənin hüququ ilə müəyyən olunur. 
20.2.
 
Əmlakın daşmar və ya daşınmaz olması, habelə əmlakın 
digər hüquqi kvalifikasiyası əmlakın yerləşdiyi ölkənin hüququ 
ilə müəyyən olunur. 
Maddə 21. Əşya hüquqlarının əmələ gəlməsi və xitamı 
Əmlak üzərində əşya hüquqlannm əmələ gəlməsi və xitamı, 
Azərbaycan  Respublikası  qanunvericiliyi  ilə  başqa  hallar 
nəzərdə  tutulmayıbsa,  əşya  hüquqlarının  əmələ  gəlməsi  ve 
xitamı  üçün  əsas  olan  hərəkət  və  ya  digər  hallar  baş  verdiyi 
zaman  həmin  əmlakın  yerləşdiyi  ölkənin  hüququ  ile  müəyyən 
edilir. 
Maddə 22. Nəqliyyat vasitələrinə və yolda olan daşınar əmlaka 
əşya hüquqları 
22.1.
 
Nəqliyyat 
vasitələrinə 
əşya 
hüquqlan 
onlann 
qeydiyyatdan keçdikləri ölkənin hüququ ilə müəyyən olunur. 
22.2.
 
Yolda  olan  daşınar  əmlaka  mülkiyyət  və  digər  əşya 
hüquqları, tərəflərin razılığı ilə başqa hal müəyyən edilməyibsə, 
əmlakın göndərildiyi ölkənin hüququ ilə müəyyən olunur. 
324 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə