Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə107/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   103   104   105   106   107   108   109   110   ...   124

ƏLAVƏLƏR 
VII
 
fəsil. Vərəsəlik hüququ 
Maddə 29. Vərəsəlik münasibətləri 
29.1.
 
Vərəsəlik  üzrə  münasibətlər  miras  qoyanın  öz 
vəsiyyətnaməsində  vətəndaşı  olduğu  ölkənin  hüququnu  seçdiyi 
hallar istisna olmaqla, onun son daimi yaşadığı ölkənin hüququ 
ilə müəyyən edilir. 
29.2.
 
Vətəndaşlığı  olmayan  şəxslərlə  əlaqədar  vərəsəlik 
münasibətlərində  onların  axırıncı  daimi  yaşadığı  ölkənin 
hüququ  tətbiq  edilir.  Bunu  müəyyən  etmək  mümkün  olmadığı 
hallarda Azərbaycan Respublikasının hüququ tətbiq edilir. 
Maddə 30. Vəsiyyətnamənin forması 
30.1.
 
Bu  qanunun  17-ci  maddəsinin  fəaliyyət  dairəsindən 
kənara çıxaraq, forma nöqteyi-nəzərindən vəsiyyətnamə: 
30.1.1.
 
vəsiyyətnamənin tərtib olunduğu
30.1.2.
 
miras qoyanın vəsiyyət elədiyi anda və ya vəfat etdiyi 
anda yaşadığı və ya olduğu; 
30.1.3.
 
haqqında  vəsiyyətnamə  olan  daşınmaz  əmlakm 
olduğu  ölkələrdən  birinin  hüququnun  tələblərinə  cavab 
verdikdə etibarlı sayılır. 
30.2.
 
Miras qoyanın vəsiyyət etmək qabiliyyəti, vətəndaşlığı, 
digər şəxsi keyfiyyətləri və ya şəxsi keyfiyyətləri haqqında tələb 
ediləcəyi  mümkün  olan  göstərişlər  forma  üçün  zəruri  hesab 
edilir. 
Heydər ƏLİYEV, Az»rbf^can 
Respublikastnm Prezidenti Bakı şəhəri, 6 
iyun 2000-ci Ü, N2 889-IQ 
328 


TİCARƏT GƏMİÇİLİYİ MƏCƏLLƏSİ 
(ixtisarla) 
XXVI fəsil 
Tətbiq edilən hüquq 
Maddə 324. Tətbiq edilən hüququn müəyyənləşdirilməsi 
324.1.
 
Xarici vətəndaşların və ya xarici hüquqi şəxslərin iştirakı 
ilə,  o  cümlədən  mülki  hüquq  obyekti  Azərbaycan  Respublikasının 
hüdudlarından  kənarda  olduqda,  ticarət  gəmiçiliyindən  yaranan 
münasibətlərə  tətbiq  edilən  qanun  Azərbaycan  Respublikasının 
beynəlxalq  müqavilələrinə,  bu  Məcəlləyə,  digər  qanunlara  və 
Azərbaycan  Respublikasının  tanıdığı  ticarət  gəmiçiliyi  adətlərinə 
müvafiq olaraq müəyyənləşdirilir. 
324.2.
 
Bu  Məcəllə  ilə  nəzərdə  tutulmuş  müqavilənin  tərəfləri 
müqavilə  bağlayarkən  və  ya  sonradan  razılaşma  əsasında  həmin 
müqavilə  üzrə  onların  hüquq  və  vəzifələrinə  tətbiq  edilən  qanunu 
seçə  bilərlər.  Belə  razılaşma  olmadıqda,  bu  Məcəllənin  qaydaları 
tətbiq edilir; belə razılaşmanın mövcudluğu sərnişinin həyatına və ya 
sağlamlığına zərərin vurulmasına, yükün və baqajın itirilməsinə və 
ya zədələnməsinə, yaxud onların gecikdirilmə ilə çatdınimasına görə 
bu Məcəlləyə müvafiq olaraq məsuliyyətinin aradan qaldı- nlmasına 
və ya azaldılmasına səbəb olmur. 
Maddə  325,  Gəmiyə  mülkiyyət  hüququ  və  digər  əşya 
hüquqları 
325.1.
 
Gəmiyə mülkiyyət hüququ yə digər əşya hüquqları, habelə 
belə  hüquqlann  əldə  edilməsi,  verilməsi  və  ya  itirilməsi  gəminin 
bayrağı altmda üzdüyü dövlətinin qanunu ilə müəyyənləşdirilir. 
325.2.
 
Digər dövlətin  bayrağı  altında müvəqqəti üzmək hüququ 
verilmiş gəmiyə olan  əşya hüquqlanna gəminin  bilavasitə bayrağın 
dəyişdirilməsindən  əvvəl  qeydə  alındığı  dövlətin  qanunu  tətbiq 
edilir. 
329 


ƏLAVƏLƏR 
325.3,
 
Əgər  gəminin  inşa  edilməsi  haqqında  müqavilədə  başqa 
hal  nəzərdə  tutulmayıbsa,  inşa  edilməkdə  olan  gəmiyə  hüquqlar 
gəminin inşa üçün qəbul edildiyi və ya inşa edildiyi dövlətin qanunu 
ilə müəyyənləşdirilir. 
Maddə 326. Gəmi heyəti üzvlərinin hüquqi vəziyyəti 
326.1.
 
Gəmi  heyəti  üzvlərinin  hüquqi  vəziyyəti  və  gəminin 
istismarı  ilə  bagh  olan  gəmi  heyəti  üzvlərinin  arasında  yaranan 
münasibətlər gəminin bayrağı altında üzdüyü dövlətinin qanunu ilə 
müəyyənləşdirilir. 
326.2.
 
Gəmi  sahibinin  və  xarici  vətəndaş  olan  gəmi  heyəti 
üzvlərinin  münasibətlərini  tənzimləyən  müqavilədə  başqa  hal 
nəzərdə  tutulmadıqda,  gəmi  sahibi  və  gəmi  heyəti  üzvləri  arasında 
olan münasibətlər gəminin bayrağı altında üzdüyü dövlətinin qanunu 
ilə tənzimlənir. Gəmi sahibi və gəmi heyəti üzvlərinin tətbiq edilən 
qanunun əmək müqaviləsini seçmələri gəmi heyəti üzvlərinin əmək 
şəraitinin pisləşməsinə səbəb olmamalıdır. 
Maddə 327. Batmış əmlaka hüquqlar 
327.1.
 
Xəzər  dənizinin  (gölünün)  Azərbaycan  Respublikasına 
mənsub  olan  bölməsində  batmış  əmlaka  hüquqlar  Azərbaycan 
Respublikasının qanunu ilə müəyyənləşdirilir. 
327.2.
 
Açıq  dənizdə  batmış  gəmilərə,  onların  yükünə  və  digər 
əmlakına  gəminin  bayrağı  altında  üzdüyü  dövlətinin  qanunu  tətbiq 
edilir. 
Maddə  328.  Ticarət  gəmiçiliyi  sahəsində  bağlanmış 
müqavilələrdən yaranan münasibətlər 
328.1.
 
Dənizlə  yük  daşınması  müqaviləsindən,  yedəkləmə 
müqaviləsindən,  dəniz  agentliyi  müqaviləsindən,  dəniz  sığorta 
müqaviləsindən,  dəniz  vasitəçiliyi  müqaviləsindən,  taym-çarter  və 
ber- bout-çarterdən yaranan münasibətlər müqavilədə tərəflərlə nəzər 
330 
 


Ticarət Gəmiçiliyi Məcəlləsi 
də tutulmuş dövlətin, denizlə sərnişin daşınması müqaviləsindən 
yaranan münasibətlər isə - sərnişinin biletində göstərilən dövlətin 
qanunu ilə tənzimlənir. 
328.2.
 
Tərəflərin  tətbiq  ediləcək  hüquq  barədə  razılaşmalan 
olmadıqda, onlann müqavilədən yaranan münasibətləri aşağıda 
göstərilənlərin  təsis  edildikləri,  əsas  fəaliyyət  və  ya  yaşayış  yeri 
olan dövlətin qanunu ilə tənzimlənir: 
328.2.1.
 
dənizlə yük daşınması müqaviləsində - daşıyıcının; 
328.2.2.
 
dəniz  agentliyi  müqaviləsində,  taym-çarter  və 
berbout- çarterdə - gəmi sahibinin
328.2.3.
 
yedəkləmə müqaviləsində - yedəkçi gəmi sahibinin; 
328.2.4.
 
dəniz vasitəçiliyi müqaviləsində - sifarişçinin; 
328.2.5.
 
dəniz sığorta müqaviləsində - sığortaçının. 
Maddə 329. Ümumi qəza 
329ri. Tərəflərin tətbiq ediləcək hüquq barədə razılaşmalan 
olmadıqda,  ümumi  qəzadan  doğuran  münasibətlər  ümumi 
qəzaya səbəb olan hadisədən sonra gemi səfərini başa çatdırdığı 
limanın  dövlətinin  qanunu  ile  tənzimlənir.  Ümumi  qəza 
nəticəsində  mənafeləri  toxımulan  bütün  şəxslər  bir  dövlətə 
mensubdurlarsa, həmin dövlətin qanunu tətbiq edilir. 
329.2.
 
Əgər  ümumi  qəza  Azərbaycan  Respublikasında 
bölüşdürülürsə,  onun  qaydası  bu  Məcəllənin  16-cı  fəslində 
müəyyən edilmiş qaydalara müvafiq olaraq tənzimlənir. 
Maddə 
330. 
Gəıuflərin 
toqquşmasmdan 
yaranan 
münasibətlər 
330.1.
 
Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına 
mənsub  olan  bölməsində  gəmilərin  toqquşmasmdan  yaranan 
münasibətlər 
Azərbaycan 
Respublikasının 
qanunu 
ilə 
tənzimlənir. 
330.2.
 
Gəmilər  açıq  dənizdə  toqquşduqda  və  mübahisəyə 
Azərbaycan  Respublikasında  baxıldıqda  bu  Məcəllənin  17-d 
fəslində müəyyən edilmiş qaydalar tətbiq edilir 
331 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə