Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə109/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   105   106   107   108   109   110   111   112   ...   124

ƏLAVƏLƏR 
əyyənləşir,  həınitı  ölkədə  onlann  birgə  yaşayış  yeri  olmadıqda,  ər- 
arvad  axırıncı  dəfə  hansı  ölkənin  ərazisində  birgə  yaşayıblarsa, 
həınin ölkənin qanunvericiliyi ilə müəyyən edilir. Birgə yaşayış yeri 
olmayan ər-arvadın şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələri 
Azərbaycan  Respublikası  ərazisində  Azərbaycan  Respublikasının 
qanunvericiliyi ilə müəyyən edilir. 
151.2.
 
Ər-arvadın ümumi vətəndaşlıqları və birgə yaşayış yerləri 
olmazsa,  onların  alimentin  tutulması  barədə  sazişdəki  və  ya  nikah 
müqaviləsindəki  hüquq  və  vəzifələrinin  müəyyənləşdirilməsi  üçün 
tətbiq  olunan  qanunvericiliyi  özləri  seçə  bilərlər.  Ər-arvad  belə 
razılıq  əldə  etməyibiərsə,  aliment  tutulması  barədə  sazişə  və  nikah 
müqaviləsinə bu Məcəllənin 151.1-ci maddəsi tətbiq edilir. Maddə 
152.  Atalığın  (analığın)  müəyyənləşdirilməsi  və  buna  dair 
mübahisə açılması 
152.1.
 
Atalığın  (analığın)  müəyyənləşdirilməsi  və  buna  dair 
mübahisə  açılması  üçün  uşağın  anadan  olmağa  görə  və  vətəndaşı 
sayıldığı ölkənin qanunvericiliyi tətbiq edilir. 
152.2.
 
Azərbaycan 
Respublikasında 
atalığın 
(analığın) 
müəyyənləşdirilməsi  və  buna  dair  mübahisə  açılması  qaydası 
Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyənləşdirilir. 
Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  atalığın  (analığın) 
müvafiq  icra  hakimiyyəti  orqanında  müəyyənləşdirilməsinə  yol 
verilirsə,  uşağın  valideynləri  Azərbaycan  Respublikasında 
yaşamırlarsa  və  onlardan  heç  olmazsa  biri  Azərbaycan 
Respublikasının  vətən-  daşıdırsa,  onlann  atalığı  (analığı) 
müəyyənləşdirmək  üçün  Azərbaycan  Respublikasının  diplomatik 
nümayəndəliyinə və ya konsulluq idarəsinə müraciət etmək hüququ 
var. 
Maddə 153. Valideynlərin və uşaqların hüquq və vəzifələri 
Valideynlərin  və  uşaqların  hüquq  və  vəzifələri,  o  cümlədən 
valideynlərinin  uşağı  saxlamaq  vəzifəsi  onlann  birgə  yaşadıqları 
Ölkənin  qanunvericiliyinə uyğun müəyyənləşdirilir. Əgər uşaqlarla 
ata-ananın birgə yaşayış yeri yoxdursa, uşaqların və ata-ananın hü 
336 


Azərbaycan Respııblikasmın Ailə Məcəlləsi 
quq və vəzifələri uşağın vətəndaşı olduğu ölkənin qanunvericiliyi ilə 
müəyyənləşdirilir.  Aliment  öhdəliklərinə  və  valideynlərlə  uşaqlar 
arasında  digər  münasibətlərə  iddiaçının  tələbi  ilə  ərazisində  uşaq 
daimi yaşayan ölkənin qanunvericiliyi tətbiq oluna bilər. 
Maddə 154. Yetkinlik yaşına çatmış şəxslərin və başqa ailə 
üzvlərinin aliment vəzifələri 
Ailə  üzvlərinin  aliment  vəzifələri  ərazisində  birgə  yaşadıqları 
ölkənin  qanunvericiliyi  ilə  müəyyənləşdirilir.  Birgə  yaşayış  yeri 
olmayan  ailədə  iddiaçı  yaşadığı  ölkənin  qanunvericiliyinə  uyğun 
olaraq aliment alır. 
Maddə 155. Övladlığa götürmə 
155.1.
 
Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq 
müqavilələrdə  nəzərdə  tutulmuş  hallar  istisna  olmaqla  Azərbaycan 
Respublikasının  ərazisində  əcnəbilər  və  ya  vətəndaşlığı  olmayan 
şəxslər tərəfindən Azərbaycan Respublikasının vətəndaşı olan uşağı 
övladlığa  götürmə  və  ya  övladlığa  götürmənin  ləğvi  Azərbaycan 
Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 
155.2.
 
Azərbaycan  Respublikasının  ərazisində  əcnəbi  və  ya 
vətəndaşlığı  olmayan  şəxs  tərəfindən  Azərbaycan  Respublikasının 
vətəndaşı  olan  uşaq,  övladlığa  götürənin  ölkəsinin  (daimi  yaşadığı 
ölkənin)  qanunvericiliyinə  uyğun  olaraq  övladlığa  götürüldükdə 
həmin ölkənin qanunvericiliyi ilə yanaşı bu Məcəllənin 117 - 119- cu 
və 122 - 124-cü maddələrinə də əməl olunmalıdır. 
155.3.
 
Azərbaycan  Respublikasının  ərazisində  Azərbaycan 
Respublikasının  vətəndaşı  tərəfindən  xarici  vətəndaş  olan  uşaq 
övladlığa  götürüldükdə,  buna  uşağın  qanuni  nümayəndəsinin  və 
uşağın  vətəndaşı  olduğu  dövlətin  səlahiyyətli  orqanının,  eləcə  də 
həmin  dövlətin  qanunvericiliyi  ilə  tələb  olunduqda  uşağın  özünün 
razılığını almaq zəruridir. 
155.4.
 
Uşağın  Azərbaycan  Respublikasının  qanunvericiliyi 
və  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələri  ilə  müəyyən  edilmiş 
hüquqları övladlığa götürmə nəticəsində pozula bilərsə, övladlığa gö 
337 


ƏLAVƏLƏR 
türmə  övladlığa  götürənin  vətəndaşlığından  asılı  olmayaraq 
həyata  keçirilə  bilməz,  həyata  keçirilmiş  övladlığa  götürmə  isə 
məhkəmə qaydasında ləğv olunmalıdır. 
155.5.
 
Övladlığa  götürənin  vətəndaşı  olduğu  dövlətin 
səlahiyyətli  orqanı  tərəfindən  Azərbaycan  Respublikasının 
xaricdə  yaşayan  uşağının  övladlığa  götürməsi  o  şərtlə 
Azərbaycan  Respublikasında  etibarlı  hesab  edilir  ki,  buna 
Azərbaycan  Respublikasında  müəyyən  olunmuş  qaydada 
əvvəlcədən müvafiq icazə alınsın. 
Maddə 156. Xarici ölkələrin aİIə hüquq normalarının 
məzmununun müəyyən edilməsi 
156.1.
 
Xarici  ölkələrin  ailə  hüquq  normalan  tətbiq 
edilərkən,  məhkəmə  və  ya  müvafiq  icra  hakimiyyəti  orqanı, 
yaxud  başqa  müvafiq  təşkilatlar  bu  normaların  məzmununu 
müvafiq xarici dövlətdəki rəsmi şərhi tətbiqi təcrübəsinə uyğun 
olaraq müəyyənləşdirir. 
156.2.
 
Bu  normaların  məzmununu  müəyyənləşdirmək 
məqsədilə  məhkəmə,  vətəndaşlıq  vəziyyəti  aktlannin  qeydiyyatı 
orqanı  və  sair  orqanlar  müvafiq  icra  hakimiyyəti  orqanına  və 
başqa orqanlara (ekspertlərə) müraciət edə bilər. 
156.3.
 
Maraqlı  tərəflər  öz  tələblərini  əsaslandırmaq  üçün 
istinad etdikləri xarici ailə normalannın məzmununu təsdiq edən 
sənədləri  məhkəməyə  və  müvafiq  icra  hakimiyyəti  orqanlarına 
təqdim etmək hüququna malikdirlər. 
156.4.
 
Xarici ölkələrin ailə hüquq normalarının məzmunu bu 
Məcəllənin 156.1-156.3-cü maddələrinə uyğun müəyyən 
edilməzsə, Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq 
edilir. Maddə 157. Xarici ölkələrin qanunvericiliyinin tətbiqinə 
məhdudiyyətlər 
Xarici 
ölkələrin  Azərbaycan  Respublikasmın  hüquq 
qaydasının  əsaslanna  zidd  olan  hüquq  normalan  Azərbaycan 
Respublikasında  tətbiq  edilmir.  Bu  halda  Azərbaycan 
Respublikasmm qanunvericiliyi tətbiq edilir. 
2S äekahr 1999‘^u il 
338 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə