Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə110/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   106   107   108   109   110   111   112   113   ...   124

AZƏRBAYCAN RESPUBLİKASININ 
MÜLKİ-PROSESSUAL MƏCƏLLƏSİ 
(ixtisarla)
 
D
ÖRDÜNCÜ BÖLMƏ
 
Xarici şəxslərin iştirakı ilə icraat 
Fəsil 46 
Məhkəmələrin beynəlxalq 
səlahiyyətləri 
Maddə 439. Xarici şəxslərin prosessual hüquqları 
439.1,
 
Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin,  xarici 
hüquqi,  şəxslərin  və  beynəlxalq  təşkilatlann  (bundan 
sonra-xarici şəxslər) pozulmuş və ya mübahisə edilən hüquq və 
qanunla  qorunan  mənafelərinin  müdafiəsi  üçün  Azərbaycan 
Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır. 
439.2.
 
Xarici  şəxslər  Azərbaycan  Respublikası  vətəndaşları 
və  hüquqi  şəxsləri  ilə  bərabər  prosessual  hüquqlardan  istifadə 
edir və prosessual vəzifələri daşıyırlar. 
Maddə 440. Xarici şəxslərin iştirakı ilə olan işlər üzrə icraat 
440.1.
 
Azərbaycan  Respublikasının  məhkəmələri  mülki  və 
iqtisadi  mübahisələr  üzrə  beynəlxalq  səlahiyyətə  bu  şərtlə 
malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici 
şəxs  olsun,  onun  Azərbaycan  Respublikasında  yaşayış  yeri, 
olduğu yer və adətən gəldiyi yer olsun. 
440.2.
 
Məhkəmələrdə  xarici  şəxslərin  iştirak  etdikləri  işlər 
üzrə  icraat  bu  Məcəlləyə  və  digər  qanunlara  uyğun  olaraq 
həyata keçirilir. 
339 


ƏLAVƏLƏR 
440.3.
 
Azərbaycan  Respublikası  vətəndaşiannın  və  hüquqi 
şəxslərinin  prosessual  hüquqları  üzrə  xüsusi  məhdudiyyətlərə 
yol  verən  dövlətlərdən  olan  xarici  şəxslərə  münasibətdə 
Azərbaycan  Respublikası  tərəfindən  cavab  məhdudiyyətləri 
müəyyən edilə bilər. 
Maddə  441.  Əcnəbilərin,  vətəndaşlığı  olmayan  şəxslərin  və 
qaçqınların prosessual hüquq və fəaliyyət qabiliyyəti 
441.1.
 
Əcnəbilərin  prosessual  hüquq  və  fəaliyyət  qabiliyyəti 
vətəndaşı olduqları dövlətin qanunları ilə müəyyən edilir. 
441.2  Əcnəbinin  bir  neçə  vətəndaşlığı  olduqda  onun 
prosessual  hüquq  və  fəaliyyət  qabiliyyəti  onun  daha  sıx  bagiı 
olduğu dövlətin qanunları ilə müəyyən edilir. 
441.3.
 
Vətəndaşlığı  olmayan  şəxsin  prosessual  hüquq  və 
fəaliyyət  qabiliyyəti  həmin  şəxsin  dahni  yaşadığı  yeri  olan 
dövlətin, belə dövlət olmadıqda isə onun adətən olduğu dövlətin 
qanunları ilə müəyyən edilir
441.4.
 
Qaçqınların  prosessual  hüquq  və  fəaliyyət  qabiliyyəti 
onların  sığınacaq  tapdıqları  dövlətin  qanunları  ilə  müəyyən 
edilir. 
Maddə  442.  Xarici  hüquqi  şəxslərin  və  beynəlxalq 
təşkilatların prosessual hüquq və fəaliyyət qabiliyyəti 
442.1.
 
Xarici hüquqi şəxslərin prosessual hüquq və fəaliyyət 
qabiliyyəti yaradıldığı xarici dövlətin qanunu ilə müəyyən edilir. 
Bu  qanuna  əsasən  prosessual  hüquq  qabiliyyətinə  malİk 
olmayan  xarici  hüquqi  şəxs  Azərbaycan  Respublikasının 
ərazisində  Azərbaycan  Respublikasının  qanununa  müvafiq 
olaraq hüquq qabiliyyətli hesab edilə bilər. 
442.2.
 
Beynəlxalq  təşkilatın  prosessual  hüquq  və  fəaliyyət 
qabiliyyəti yaradıldığı beynəlxalq müqavilə, onun təsis sənədləri 
və ya Azərbaycan Respublikasının səlahiyyətli dövlət orqanı ilə 
bağlanmış sazişlə müəyyən edilir. 
340 


Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi 
Maddə  443.  Xarici  şəxslərin  iştirakı  ilə  olan  işlər  üzrə 
Azərbaycan Respublikası məhkəmələrinin səlahiyyəti 
443.0.
 
Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin 
iştirakı ile olan aşağıdakı işlərə baxmağa haqlıdır: 
443.0.
 
1. iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən 
hər  hansı  birinin  Azərbaycan  Respublikasında  yaşayış  yeri,  olduğu 
yer və yaxud adətən gəldiyi yer olduqda
443.0.
 
2.  xarici  şəxslərin  idarəçilik  orqanı,  filialı  və  ya 
nümayəndəliyi Azərbaycan Respublikasının ərazisində olduqda
443.0.
 
3.  cavabdeh  Azərbaycan  Respublikasının  ərazisində 
əmlaka malik olduqda; 
443.0.
 
4. aliment alınması və atalığın müəyyən edilməsi işlərində 
iddiaçı Azərbaycan Respublikasının ərazisində yaşayış yerinə malik 
olduqda; 
443.0.
 
5. yetirilən xəsarətlə, sağlamlığın başqa cür pozulması və 
ya ailəni dolandıranın ölümü ilə əlaqədar ziyanın ödənilməsinə dair 
işlərdə ziyan Azərbaycan Respublikasının ərazisində vurulduqda və 
ya  iddiaçı  Azərbaycan  Respublikasının  erazisində  yaşayış  yerinə 
malİk olduqda; 
443.0.
 
6.  əmlaka  vurulan  ziyanın  ödənilməsi  işlərində  ziyanın 
ödənilməsi haqqında tələbin verilməsi üçün əsas olan hərəkət və ya 
diger hal Azərbaycan Respublikasının ərazisində baş verdikdə
443.0.
 
7.  iddia  icrası  tamamilə  və  ya  qismən  Azərbaycan  Res- 
publikasımn  ərazisində  həyata  keçirilməli  olan  və  ya  həyata 
keçirilmiş müqavilədən İrəli gəldikdə; 
443.0.
 
8. iddia Azərbaycan Respublikasının ərazisində baş vermiş 
əsassız varlanmadan irəli gəldikdə
443.0.
 
9.  nikahın  pozulması  işlərində  iddiaçı  Azərbaycan 
Respublikasında yaşayış yerinə malik olduqda və ya ər-arvaddan heç 
olmazsa biri Azərbaycan Respublikasının vətəndaşı olduqda; 
443.0.
 
10.  şərəfin,  ləyaqətin  və  işgüzar  nüfiızun  müdafiəsi 
işlərində  iddiaçı  Azərbaycan  Respublikasında  yaşayış  yerinə  malik 
olduqda; 
341 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə