Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə103/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   99   100   101   102   103   104   105   106   ...   124

Fəsil 18. Beynəlxalq kommersiya arbitrajı 
və  ya  saziş  xarici  dildədirsə,  tərəflər  bu  sənədlərin  təsdiq  edilmiş, 
Azərbaycan dilinə tərcüməsini təqdim etməlidirlər”. 
Arbitraj  qərarlannm  tanınması  və  icrasından  İmtinanın  konkret 
əsasları  göstərilmişdir.  Arbitraj  qərarlarının  tanınmasından  və  icra 
edilməsindən aşağıdakı hallarda imtina edilə bilər: 
a)
 
tərəflər  tətbiq  olunan  qanunvericiliyə  əsasən  hər  hansı  bİr 
şəkildə fəaliyyət qabilİyyətsizdirlər və həmin saziş tərəflərin istinad 
etdiyi qanunvericiliyə əsasən qeyri-qanunidir
b)
 
əleyhinə  qərar  çıxarılan  tərəf  arbitrin  təyİn  olunması  və  ya 
araşdırma  barədə  qanunauyğun  qaydada  xəbərdar  edilməmiş  və  ya 
digər səbəblərdən öz izahatlarını təqdim edə bilməmişdir; 
c)
 
qərar  arbitraj  sazişi  və  ya  arbitraj  qeyd  şərtlərində  nəzərdə 
tutulmamış və ya həmin şərtlərə uyğun deyildir
ç)  qərar  arbitraj  sazişi  və  ya  müqavilədəki  arbitraj  qeyd 
şərtlərindən  kənara  çıxan  məsələlər  üzrə  müddəalan  özündə  əks 
etdirir; 
d)
 
arbitraj  orqanının  tərkibi  və  ya  arbitraj  prosesi  tərəflərin 
sazişinə uyğun olmamışdır və ya belə saziş olmadığı halda arbitrajın 
keçirildiyi ölkənin qanunvericiliyinə uyğun olmamışdır; 
e)
 
qərar  hələ  qəti  qüvvəyə  minməmişdir  və  ya  səlahiyyətli 
hakimiyyət  orqanlarının  göstərişinə  əsasən  qərarın  icrası 
dayandırılmışdır; 
ə) mübahisənin  obyekti qərarın tanınması və icrası  tələb edilən 
Ölkənin qanunvericiliyinə əsasən arbitraj araşdırmasının pred- meti 
ola bilməz və bu qərarın tanınması və icra edilməsi  həmin  ölkənin 
ictimai qaydalarına ziddir; 
f)
 
səlahiyyətli hakimiyyət  orqanı qarşısında arbitraj qərarlarının 
ləğv edilməsi və ya dayandırılması barədə vəsatət qaldırıldığı halda 
bu qərarın tanınması və ya icra edilməsi dayandırıla bilər. 
Analoji  norma  Azərbaycan  Respublikasının  MPM-İn  476-cı 
maddəsində öz əksini tapmışdır. Həmin normaya görə xarici dövlətin 
arbitraj  məhkəməsinin  qətnaməsinin  məcburi  icra  edilməsi  və 
tanınmasından şəxsə aşağıdakı hallarda imtina edilə bilər: 
316 


§ 4 Beynəlxalq kommersiya arbitrajı məsələləri üzrə beynəlxalq konvensiyalar 
1)
 
işdə iştirak edən şəxsin əleyhinə yönəldilən arbitraj məhkəməsi 
qətnaməsinin  məcburi  icrası  və  ya  tanınması  haqqında  ərizəsinə 
baxan  məhkəməyə  o,  aşağıdakı  sübutları  təqdim  edərsə:  a)  arbitraj 
sazişində  iştirak  edən  tərəflərdən  biri  bu  və  ya  digər  dərəcədə 
fəaliyyət qabiliyyəti olmayan olmuş, yaxud bu sazişə əsasən tərəflərin 
tabe olduğu qanuna görə, sazişdə belə müddəa olmadıqda isə qətnamə 
çıxanlan ölkənin qanununa görə etibarsız hesab edilmişdir
b)
 
əleyhinə qətnamə çıxarılmış tərəf arbitrin və ya arbitraj baxışının 
təyin edilməsi vaxtı haqqında lazımi qaydada xəbərdar edilməmiş və 
ya başqa səbəblərdən öz izahatını təqdim edə bilməmişdir; c) qətnamə 
arbitraj  sazişində  nəzərdə  tutulmayan  və  ya  onun  şərtlərinə  uyğun 
gəlməyən  mübahisə  üzrə  çıxarıldıqda,  yaxud  arbitraj  sazişinin 
hədlərindən  kənara  çıxan  məsələlər  üzrə  bəndlərə  malik  olduqda; 
lakin əgər arbitraj sazişi ilə əhatə olunan məsələlər üzrə bəndlər bu 
Saziş ilə əhatə olunmayan məsələlərdən aynla bilərsə, onda arbitraj 
sazişi  ilə  əhatə  olunan  məsələlər  üzrə  bəndləri  olan  qətnamənin 
hissəsi  tanına və icraya  yönəldilə bilər; ç) münsiflər məhkəməsinin 
tərkibi  və  ya  arbitraj  qaydalan  tərəflərin  razılığına  və  ya  bunların 
olmaması  arbitrajın  olduğu  ölkənin  qanununa  uyğun  gəlmirsə;  e) 
qətnamə tərəflər üçün hələ məcburi deyildirsə və ya ləğv edilmişsə, 
yaxud  qanunları  əsasında  çıxanIdığı  ölkənin  məhkəməsi  tərəfindən 
ləğv edilmişsə və ya icrası dayandınimışsa; 
2)
 
əgər arbitraj məhkəməsinin qətnaməsinin icraya yönəldilməsi 
və  tanınması  barədə  ərizəyə  baxan  məhkəmə  müəyyən  etsə  ki, 
mübahisənin obyekti Azərbaycan Respublikasının qanunvericiliyinə 
əsasən  arbitraj  baxışının  predmeti  ola  bilməz,  yaxud  arbitraj 
məhkəməsinin  qətnaməsinin  icraya  yönəldilməsi  və  tanınması 
Azərbaycan  Respublikasının  suverenliyinə  və  ya  qanunvericiliyin 
əsas prinsiplərinə ziddirsə. 
1958-ci  il  Nyu-York  Konvensiyasının  müddəaları  iştirakçı 
dövlətlər  arasında  bağlanmış  arbitraj  qərarlarının  tanınması  və  icra 
edilməsi barədə ikitərəfli və ya çoxtərəfli sazişlərə toxunmur. 
317 


Fosİl 18. Beynəlxalq kommersiya arbitrajı 
1961-ci  İl  “Xarici  ticarət  arbitrajı  haqqında”  Avropa 
Konvensiyası  10  maddədən  ibarət  olmaqla  əsasən  aşağıdakı 
müddəaları özündə əks etdirir
1)
 
tərəflərin  arbitraj  araşdırması  aparmaq  üçün  prosedur 
qaydalarını müəyyən emək hüququ; 
2)
 
xarici vətəndaşların arbitr qismində təyin edilmələri hüququ
3)
 
arbitrlərin hüquqlarını əks etdirən normalar
4)
 
arbitraj  qərarlarının  tanınmasından  imtinanın  əsaslan, 
məsələn, mübahisə arbitraj araşdırmasının predmeti deyildir
5)
 
tətbiq edilən hüquq haqqında müddəalar
6)
 
arbitraj  qərannm  etibarsız  elan  edilməsi  İlə  əlaqədar 
normalar; 
7)
 
arbitraj qərarlarının ləğvİ və s. 
1961-ci  İl  Konvensiyasına  xüsusi  komitənin  tərkibi  və 
fəaliyyətini əks etdirən əlavə qəbul edilmişdir. 
Xüsusi Komitənin əsas təyinatı arbitraj araşdırmasına və arbitraj 
orqanına  yardım  etməkdir.  Bu  o  halda  mümkündür  ki,  arbitraj 
sazişində arbitrajın daimi və müvəqqəti olması, arbitrlərin seçilməsi 
qaydaları,  arbitraj  araşdırması  prosedurası  barədə  müddəalar  əks 
olunmamışdır.  İddiaçı  bu  məsələlər  ilə  əlaqədar  Xüsusi  Komitəyə 
müraciət edə bilər. 
318 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə