Fasil 15. Vərosəlik hüququ
ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar
sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Təbiİ ki, öz hərəkətləri
barədə şüurlu mühakimə yürüdə bilən və öz iradəsini ^ aydın ifadə edə
bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyətnaməni
tərtib edə bilər.
Milli qanunvericiliklərdə vəsiyyətnamənin forması İlə bağlı ciddi
tələblər irəli sürülür. Həmİn tələblərə riayət etməmə tərtib edilmiş
vəsiyyətnamənin etibarsızlığına səbəb olur. “Beynəlxalq xüsusi hüquq
haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsində
vəsiyyətnamənin formasının hansı qanunla müəyyən edilməsi ilə
əlaqədar üç alternativ kollizion hüquq norması nəzərdə tutulub: forma
baxımından vəsiyyətnamə ya tərtib olunduğu, ya miras qoyanın
vəsiyyət elədiyi anda və ya vəfat etdiyi anda yaşadı--^ ğı və ya olduğu,
ya da haqqında vəsiyyətnamə olan daşınmaz əmlakın olduğu
Ölkələrdən birinin hüququnun tələblərinə cavab verdikdə etibarlı
sayılır. Qanuna görə miras qoyanın vəsiyyət etmək- - qabiliyyəti,
vətəndaşlığı, digər şəxsi keyfiyyətləri və ya şəxsi keyfiyyətləri
haqqında tələb ediləcəyi mümkün olan göstərişlər forma üçün zəruri
hesab edilir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə
görə (1179- 1192-ci maddələr) vəsiyyətnamə yazılı formada tərtib
edilməlidir. Həm notariat formasında, həm də onsuz yazılı
vəsiyyətnaməyə yol verilir. Notarius forması tələb edir ki,
vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və İmzalasın, notarius,
notariusun olmadığı yerlərdə isə yerli özünüidarə orqanı təsdiqləsin.
Vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin
yanında yazmasına da yo! verilir. Bu zaman vəsiyyətnaməni
vəsiyyət, edən oxumalı və notariusun, şahidlərin yanında
imzalamalıdır. Yetkinlik yaşına çatmayanlar, fəaliyyət qabiliyyəti
olmayan sayılmış şəxslər, vəsiyyət üzrə vərəsələr və onların
yüksələn və enən xətt üzrə qohumları, bacıları, qardaşları, arvadı
(əri) və vəsiyyət tapşırığını alan (leqatari) vəsiyyətin şahidləri ola
bilməzlər.
260
§ 1.Vərəsəlik münasibətləri sferasında qanunların kolliziyası
AFR beynəlxalq xüsusi hüquq haqqında qanununa görə vəsiyyət
üzrə vərəsəlik prosesinə vəsiyyət edənin vətəndaşı olduğu ölkənin
•qanunu tətbiq edilməlidir. Deməli, AFR vətəndaşı harada
olmasından asılı olmayaraq, vəsiyyətnaməni forma baxımından AFR
qanunvericiliyinə uyğun tərtib etməlidir. AFR qanunvericiliyinə görə
də vəsiyyətnamə vəsiyyət edən tərəfindən tərtib edilir və notariusa
şahidlərin iştirakı ilə təqdim edilir. Notarius vəsiyyətnaməni çap
olunmuş formada alır və onun gizliliyini təmin etməlidir.
İsveçrə beynəlxalq xüsusi hüquq haqqında qanununa görə
vərəsəlik münasibətlərinə vəsiyyət edənin axırıncı yaşadığı yerin
qanunu tətbiq edilməlidir. İsveçrə qanunvericiliyinə görə
vəsiyyətnamə notariusun iştirakı ilə İki şahidin yanında tərtib
edilməlidir.
Böyük Britaniya qanunvericiliyinə görə Böyük Britaniyada daimi
yaşayan şəxs vəsiyyətnamə tərtib etmək fikrinə düşsə, onu şəxsən öz
xətti ilə yazılı formada yazmalıdır. Vəsiyyət edən ən azı iki şahidin
İştirakı ilə sənədə imza atmalıdır. Lakin vəsiyyət edənin iştirakı ilə
başqa şəxslər tərəfindən də vəsiyyətnamə imzalana bilər. Böyük
Britaniya qanunvericiliyinə nisbətən oxşar olan Kanada
qanunvericiliyi
digər
şəxslər
tərəfindən
vəsiyyətnamənin
imzalanmasım istisna edir.
Fransa qanunvericiliyi isə vəsiyyətnamənin müxtəlif formalarını
müəyyən edir. Bu ölkədə vəsiyyətnamə şəxsin öz xətti ilə, həm açıq,
həm də gizli formada tərtib edilə bilər. Vəsiyyətnamə hətta gizli
formada tərtib edildikdə belə notarius və şahidlər tərəfindən
imzalanmalıdır. Analoji normaya Azərbaycan Respublikasının
qanunvericiliyində
də
rast
gəlinir.
Əvvəla,
Azərbaycan
Respublikasının Mülki Məcəlləsinin 1185-ci maddəsinə görə
notarius, vəsiyyətnaməni təsdiqləmiş digər şəxs, şahid, habelə
vəsiyyətnaməni vəsiyyət edənin əvəzinə imzalamış şəxslər
vəsiyyətnamənin məzmununa, tərtibinə, dəyişdirilməsinə və ya
ləğvinə aid məlumatlan miras açılanadək açıqlaya bilməzlər. Bundan
əlavə, vəsiyyət edənin arzusu ilə şahidlər vəsiyyətnaməni onun
məzmunu ilə tanış olmadan təsdiqləməlidirlər. Bu halda şahidlər
vəsiyyətnamənin tərtibi zamanı vəsiyyət edənin yanında olmalıdırlar.
261
Fəsii 15, Vorosulik hüququ
Miras qoyandan vərəsələrə əmlak hüquqlannm keçməsi ilə
əlaqədar yaranan münasibətlərin hüquqi tənzimi də milli
qanunvericiliklərdə müxtəlif cür tənzimlənir. Bu ilk növbədə
vərəsəliyin ob- - yekti kimi çıxış edən daşınar və daşınmaz əmlakın
hüquqi statusunun müxtəlifliyi ilə əlaqədardır. Məsələn, Böyük
Britaniyanın 1925-ci il mülkiyyət haqqında qanununa görə daşınmaz
əmlakla əlaqədar vərəsəlik münasibətləri daşınmaz əmlakın yerləşdiyi
ölkənin hüququ ilə tənzimlənir. Daşınar əmlakla bağlı isə belə əmlaka
miras qoyan şəxsin axırıncı yaşadığı yerin qanunu tətbiq edilir.
Fransa hüquq doktrinası da məsələyə bu mövqedən yanaşır.
Yəni daşınmaz əmlaka münasibətdə əmlakın olduğu yerin qanunu,
daşınar əmlakla əlaqədar isə miras qoyanın şəxsi qanunu tətbiq
edilir.
AFR qanunvericiliyinə görə isə həm daşınar, həm də daşınmaz*
əmlaka münasibətdə miras qoyanın vətəndaşı olduğu ölkənin
hüququna üstünlük verilir. Lakin miras qoyan vəsiyyətnaməsində
alman hüququnu seçə bilər,
“Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası
Qanununun 29-cu maddəsinə görə vərəsəlik üzrə münasibətlər
miras qoyanın öz vəsiyyətnaməsində vətəndaşı olduğu ölkənin
hüququnu seçdiyi hallar istisna olmaqla, onun son daimi yaşadığı
ölkənin hüququ ilə müəyyən edilir. Vətəndaşlığı olmayan şəxslərlə
əlaqədar vərəsəlik münasibətlərində onların axırıncı daimi yaşadığı
ölkənin hüququ tətbiq edilir. Bunu müəyyən etmək mümkün
olmadığı hallarda Azərbaycan Respublikasının hüququ tətbiq edilir.
Əlbəttə, istər vərəsəlik münasibətlərinin məzmun baxımından
hüquqi tənzimi, istərsə də vərəsəlik münasibətlərinə tətbiq edilən
hüquqla bağlı ayn-ayn milli qanunvericiliklərdə nəzərdə tutulan
normaların bir-birindən fərqlənməsi təcrübədə bir sıra çətinliklərin
meydana çıxmasına səbəb olur. Xarici elementli vərəsəlik
münasibətlərinin hüquqi tənzimi ilə bağlı belə fərqli məqamların
aradan qaldırılması yalnız dövlətlərarası beynəlxalq müqavilələr
bağlamaqla mümkündür.
262
Dostları ilə paylaş: |