Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007


§ 4. Beynəlxalq xüsusi hüquqda uşaq hüquqları mn müdafiəsi



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə84/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   80   81   82   83   84   85   86   87   ...   124

§ 4. Beynəlxalq xüsusi hüquqda uşaq hüquqları mn müdafiəsi 

yaşadığı ölkənin) qanunvericiliyinə uyğun olaraq övladlığa 
götürülürsə, onda həmin ölkənin qanunvericiliyi ilə yanaşı, 
Azərbaycan 
*
 
Respublikasının  Ailə  Məcəlləsinin  117-119-cu  və  I22-124-cü 
maddələrin  tələblərinə  də  əməl  olunmalıdır.  Qeyd  edilən 
maddələrdə  övladlığa  götürülməsinə  yol  verilən  uşaqlann  dairəsi, 
övladlığa  götürmənin  qaydası,  övladlığa  götürülən  uşaqlann  və 
övladlığa götürməyi arzu edən şəxslərin uçotu, valideynlərin razılığı 
İlə və ya onsuz övladlığa götürmə, bir sözlə övladlığa götürmənin 
əsaslan  tənzimlənir,  Deməli,  qanunverici  birtərəfli  qaydada 
müəyyən  edir  ki,  Azərbaycan  Respublikasının  ərazisində 
Azərbaycan  Respublikasının  vətəndaşı  olan  uşaq  övladlığa 
götürülən  zaman  hər  bir  halda  övladlığa  götürmə  ilə  bağlı 
Azərbaycan Respublikasının qanunverici- 
*
 
liyində nəzərdə tutulan əsas müddəalara əməl edilməlidir. 
Azərbaycan Respublikasının ərazisində xarici vətəndaş olan uşaq 
Azərbaycan Respublikasının vətəndaşı tərəfindən övladlığa 
"  götürüldükdə  isə  qanunvericilikdə  nəzərdə  tutulan  əsaslara  riayət 
etməklə  yanaşı,  həm  də  uşağın  qanuni  nümayəndəsinin  və  uşağın 
vətəndaşı  olduğu  dövlətin  səlahiyyətli  orqanının,  eləcə  də  həmin 
dövlətin  qanunvericiliyi  ilə  tələb  olunduqda  -  uşağın  özünün 
razılığını  almaq  zəruridir.  Əgər  övladlığa  götürmə  nəticəsində 
uşağın  Azərbaycan  Respublikasının  qanunvericiliyi  və  tərəfdar 
çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş hüquqlan pozula 
bilərsə, 
onda 
övladlığa 
götürmə 
övladlığa 
götürənin 
vətəndaşlığından  äsılı  olmayaraq  həyata  keçirilə  bilməz,  həyata 
keçirilmiş  övladlığa  götürmə  isə  məhkəmə  qaydasında  ləğv 
olunmalıdır. 
Azərbaycan Respublikasının vətəndaşı olan uşaq xaricdə övlad- 
kğa  götürülərsə,  belə  övladlığa  götürmə  o  şərtlə  Azərbaycan 
Respublikasında  etibarlı  hesab  edilir  ki,  buna  Azərbaycan 
Respublikasında  müəyyən  olunmuş  qaydada  əvvəlcədən  müvafiq 
icazə alınsın. 
257 


Fəsil 15. Vərəsəlik hüququ 
§ 1.Vərəsəlik münasibətləri sferasında 
qanunların kolliziyası 
Planetimizdə  getdikcə  sürətlənən  inteqrasiya  prosesləri  və 
bunun  nəticəsi  kimi  dövlətlər  arasında  meydana  gələn 
gediş-gəlişin  sadələşdirilmiş  forması  əhalinin  miqrasiyasım 
asanlaşdırmışdır.  Müasir  dövrdə  milyonlarla  insan  vətəndaşı 
olduğu  dövlətin  hüdudlarından  kənarda  daimi  iş  və  yaşayış 
yerinə  malikdir.  Bu  və  ya  digər  səbəbdən  tarixi  vətənlərindən 
uzaq  düşmüş  insanlarm  qohumluq  əlaqələri  isə  qalır.  Belə  bir 
vəziyyətin  doğurduğu  çoxsaylı  problemlərdən  biri  də  xarici 
elementli  vərəsəlik  münasibətlərinin  hüquqi  tənzimidir.  Xarici 
elementli  vərəsəlik  münasibətlərinin  hüquqi  tənzimi  bir  sıra 
özünəməxsus xüsusiyyətlərə malikdir. Bu hər şeydən əvvəl, milli 
qanunvericiliklərdə  nəzərdə  tutulan  vərəsəlik  hüquq  norma-  * 
lannm məzmun baxımından müxtəlifliyi ilə əlaqədardır. Belə ki, 
qanuna və vəsiyyətnaməyə görə vərəsələrin dairəsi, miras qalan 
əmlakın  bölgü  sistemi,  daşınar  və  daşınmaz  əmlakın  hüquqi 
statusu, vəsiyyətnamənin formasına irəli sürülən tələblər və digər 
bu  kimi  məsələlər  dövlətdäxili  qanunvericiliklərdə  müxtəlif 
qaydada  interpretasiya  edilir.  Bu  da  xarici  elementli  vərəsəlik 
münasibətləri  zamanı  müvafiq  qanunların  kolliziyasına  gətirib 
çıxarır.* 
Məlumdur  ki,  ölmüş  şəxsin  əmlakı  başqa  şəxslərə  qanun 
üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə 
vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü rnəqamda sağ 
olmuş  şəxslər,  habelə  miras  qoyanın  ölümündən  sonra 
doğulmuş uşaqları, ola bilərlər. Qanun üzrə vərəsələrin dairəsi 
və 
onlann 
vərəsəliyə 
çağırılması 
qaydası 
milli 
qanunvericiliklərdə  müxtəlif  qaydada  həll  edilir.  Məsələn, 
Fransa qanunvericiliyi qanuni vərəsələri dörd də- 
I. JlyHu Jl.A. Kypc 
Mc;tu,yHapOÄHoro nacTMoro 
npaoa. B3T. M,, 2002
,
 c. 687 
258 


§ I .Vərəsəlik münasibətləri .sferasında qanunların kolliziyası 
rəcəyə bölür. Birinci dərocəyə uşaqlar, nəvələr və nikahdankənar 
uşaqlar aid edilir. Miras qoyanın valideynləri, qardaş və bacıları f 
ikinci dərəcəyə daxildir. Yüksələn xətt üzrə qohumlar (dədə, nənə, 
baba və s.) üçüncü dərəcəli hesab edilir. Altı arxa yanakı qohumlar isə 
(əmi oğlu, əmi qızı və s.) dördüncü dərəcəlidir. 
Böyük  Britaniyada  qüvvədə  olan  qanunvericiliyə  görə  qanuni 
vərəsəlik hüququ birinci növbədə bir yerdə yaşamış ər və ya arvada 
məxsusdur. O olmadıqda enən xətt üzrə qohumlar (uşaqlar, nəvələr və 
s.)  ikinci  növbə  vərəsə  kimi  çağırılırlar.  Digər  qohumlar  isə  vərəsə 
kimi üçüncü növbə çağınla bilərlər, 
Azərbaycan  Respublikasının  qanunvericiliyi  isə  qanun  üzrə 
vərəsələri beş növbəyə bölür. Birinci növbədə ölənin ıışaqlan, miras 
qo- ■^yanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər 
(övladlığa götürənlər) vərəsəliyə çağınlır. Bu sıraya həm də müəyyən 
şərtlərlə övladlığa götürülən və onun övladlan aid edilir. İkinci növ- 
•bəyə ölənin bacılan və qardaşlan daxildir. Üçüncü növbədə həm ana 
tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, 
babanın anası və atası dururlar. Dördüncü növbədə xalalar və bibilər, 
dayılar  və  əmilər,  nəhayət  beşinci  növbədə  xala  uşaqlan  və  bibi 
uşaqlan, dayı uşaqlan və əmİ uşaqlan, onlar sağ olmadıqda isə onların 
uşaqlan  çağınlır.  Əvvəlki  növbənin  vərəsələrindən,  heç  olmasa, 
birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. 
Göründüyü 
kimi, 
misal 
kimİ 
gətirilən 
ölkələrin 
qanunvericiliklərində  qanun  üzrə  vərəsələrin  vərəsəliyə  çağtnlma 
növbəliliyi  ilə  bağlı  ciddi  fərqlər  mövcuddur.  Belə  ki,  Fransa 
qanunvericiliyinə görə bir yerdə yaşamış ər (arvad) bütün növbə üzrə 
vərəsələr  vərəsə-  ükdən  imtina  etdikdə  və  ya  olmadıqda  vərəsəliyə 
iddia  edə  bilər.  Böyük  Britaniya  qanunvericiliyinə  görə  bir  yerdə 
yaşamış ər (arvad) İlk növbədə çağırılır. Azərbaycan qanunvericiliyi 
də əri (arvadı) birinci növbə vərəsə hesab edir, lakin o, bu sırada tək 
deyildir. 
Milli  qanunvericiliklər  arasında  fərq  vəsiyyət  üzrə  vərəsəlik 
zamanı da özünü göstərir. Fiziki şəxs ölməsi hah üçün öz əmlakını və 
259 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə