Fosil 13. Miiqaviladon kanar öhdoliklər
də alındığı yerin qanunu'’ kimİ subsidiar kollizion bağlanmaların da
müəyyən şəraitdə tətbiqi göstərilmişdir.
Dövlətlər
arasında
inteqrasiya
dərinləşdikcə
delikt
münasibətlərin çoxtərəfli konvensiyalar vasitəsi ilə tənzimlənməsinə
tələbat da artır və buna müvafiq olaraq belə konvensiyalann sayı
ildən-ilə çoxalır.
Eyni zamanda, müqavilədən kənar öhdəliklər üzrə yaranan
münasibətlərin xeyli hissəsi İkitərəfli müqavilələrlə tənzimlənir.
Bunu Azərbaycan Respublikasının hüquqi yardım haqqında
bağladığı müqavilələrin nümunəsində izah edək. Əvvəlki fəsillərdə
qeyd etdiyimiz kimi Azərbaycan Respublikası hüquqi yardım
haqqında qonşu dövlətlərlə ikitərəfli müqavilələr bağlamışdır.
Bildiyimiz kimi bu növ müqavilələrdə, bir qayda olaraq, mülki
dövriyyə ilə bağlı olan məsələlərin kollizion hüquqi tənzimi, o
cümlədən müqavilədən kənar ziyanın vurulması nəticəsində yaranan
öhdəliklərə tətbiq edilən hüquqla bağlı məsələ öz ifadəsini tapmışdır.
Delikt öhdəliklərlə əlaqədar norma Azərbaycan Respublikası-
lün hüquqi yardım haqqında bağladığı əksər müqavilələrdə çox cüzi
fərqlə eynİ məzmunda verildiyinə görə onlardan yalnız birinin
üzərində dayanaq. 1996-cı ildə mart ayının 8-də Tbilisi şəhərində
İmzalanmış Azərbaycan Respublikası ilə Gürcüstan arasında mülki,
ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər
haqqında Müqavilənin 23-cü maddəsində müqavilədən kənar ziyanın
vurulması nəticəsində yaranan Öhdəliyin kollizion-hüquqi tənzimi
qaydası təsbit edilmişdir. Orada deyilir;
"1.Müqavilələrdən və digər qanuna uyğun hərəkətlərdən İrəli
gələnlərdən başqa, ziyanın ödənilməsi haqqında öhdəliklər
ərazisində ziyanın ödənilməsi üçün tələbin əsası olan hərəkətin,
yaxud halın baş verdiyi Razılığa Gələn Tərəfin qanunvericiliyinə
uyğun müəyyən edilir.
2. Əgər zərərçəkən və zərər vuran eyni Razılığa Gələn Tərəfin
vətəndaşlarıdırsa və ya eyni Razılığa Gələn Tərəfin ərazisində
236
§ 3. Müqavilədən kənar öhdəliklərin beynəlxalq hüquqi tənzimi
yaşayırlarsa, həmin Razılığa Gələn Tərəfin qanunvericiliyi tətbiq
edilir.
3. Bu maddənin 1-ci və 2-ci bəndlərində sadalanan işlər üzrə
ərazisində ziyanın ödənilməsi haqqında tələb üçün əsas olan
hərəkətin və ya digər halın baş verdiyi Razılığa Gələn Tərəfin
məhkəməsi səlahiyyətlidir. Zərərçəkən, həmçinin ərazisində
cavabdehin yaşayış yeri olduğu Razılığa Gələn Tərəfin
məhkəməsində də iddia təqdim edə bilər".
Maddənin mətnindən göründüyü kimi burada da əsas kollizion
bağlanma kimi ziyanın ödənilməsi üçün tələbin əsası olan hərəkətin,
yaxud haim baş verdiyi yerin qanununa (lex loci delicti com- missi)
istinad edilir. İkinci kollizion bağlanma kimi isə şəxsi qanun (lex
personalis), özü də onun hər iki forması: 1) tərəflər eyni Razılığa
Gələn Tərəfin vətəndaşıdır!arsa həmin dövlətin; 2) tərəflər eyni
Razılığa Gələn Tərəfin ərazisində yaşayırlarsa, həmin dövlətin
qanunu göstərilir. Müqayisə üçün qeyd edək ki, “Beynəlxalq xüsusi
hüquq haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq
normasında yalnız "lex patria"dan söhbət gedir.
Sitat gətirilən maddənin 3-cü hissəsində isə bu kateqoriyadan
olan işlərə baxmağa səlahiyyətli olan orqan müəyyən edilmişdir. Bu
zaman da əsas meyar kimi ziyanın ödənilinəsi haqqında tələb üçün
əsas olan hərəkətin və ya digər halın baş verdiyi yerin məhkəməsi;
alternativ meyar kimi isə cavabdehin yaşadığı yerin məhkəməsi
müəyyən edilmişdir.
237
Fəsil 14. Beynəlxalq xüsusi hüquqda
ailə münasibətləri
§ 1. Xarici elementli ailə münasibətləri
sferasında kollizion məsələlər
Beynəlxalq xüsusi hüququn digər institutlanndan fərqli olaraq
ailə hüququnda baş verən kollizion məsələlərin dairəsi daha genişdir.
Hər şeydən əwəl, bunun əsasında ayn-ayn dövlətlərin müvafiq maddi
hüquq normalarının bir-birindən ciddi şəkildə fərqlənməsi dunır.
Nəzərə almaq lazımdır ki, hər bir dövlətin ailə hüququnun
formalaşmasında həmin dövlətdə yaşayan xalqlann milli, dini, tarixi
xüsusiyyətləri, uzun dövr ərzində məişətdə formalaşan adət-ənənələr
mühüm rol oynayır. Bundan irəli gələrək milli ailə hüquqlarında
əksər məsələlərin, o cümlədən nikahın maddi və formal şərtləri,
aİlədaxilİ əmlak münasibətləri, nikaha xitam verilməsi, atiment
öhdəlikləri, övladlığa götürmə, qəyyumluq, himayəçilik və onlarla
əlaqədar olan digər məsələlərin tənzimlənməsi fərqli qaydada baş
verir. Hətta zəmanəmizin müasir inkişaf səviyyəsində belə bir sıra
inkişaf etmiş dövlətlərin ailə hüququnun ayn-ayn institutlarında
tarixi, iqtisadi, etnoqrafik, mədəni, dini xüsusiyyətlərin qonınub
saxlanması müşahidə edilir.
Bəzi dövlətlərin ailə qanunvericiliyində poliqamiya (çoxarvad-
lılıq) saxlanılır. Nikah və ailə münasibətlərində irqi və dini
məhdudiyyətlər, "matəm müddəti" (məsələn, Yaponiya Mülki
Məcəlləsinin 733-cü maddəsinə görə əvvəlki nikah xitam edildikdən
və ya etibarsız hesab edildikdən sonra qadın ikinci dəfə nikaha altı
aydan sonra girə bilər) və s. bu kimi hallara təsadüf edilir. Bundan
əlavə, hər bir dövlətin ailə hüququnda eyni məsələ üzrə (məsələn,
nikahın maddi şərtləri və s.) nəzərdə tutulan normalar müxtəlif
məzmuna malikdir. Təkcə nikahın aşağı yaş həddilə bağlı qeyd
etmək olar ki, bu yaş həddini müəyyən edərkən hər bİr dövlət öz
spesifik
238
Dostları ilə paylaş: |