§ 2. Beynolxalq hesablaşmaların formaları
Hesablaşmanın inkasso forması zamanı bank ixrac edənin
tapşırığı ilə idxalçıdan onun ünvanına göndərilən əmtəəyə görə
ödənişin alınması və onun ixrac edənin hesabına köçürülməsi
əməliyyatlarını apanr. İnkasso hesablaşması zamanı meydana gələn
münasibətlərdə aşağıdakılar iştirak edir: a) öz bankına inkasso
əməliyyatının apanimasını tapşıran tərəf, ixrac edən - müştəri; b)
müştəridən inkasso əməliyyatının aparılması tapşınğını alan bank
(remi- tent bank); c) inkasso tapşınğını yerinə yetirmək üzrə
əməliyyatda iştirak edən bank (inkasso edən bank); ç) ödəyici
(idxalçı).
İnkasso üzrə hesablaşmalar Beynəlxalq Ticarət Palatası
tərəfindən hazırlanan inkasso üçün unifıkasiya edilmiş Qaydalar üzrə
(1996-cı il redaksiyasında) apanlır. Həmin sənəd, onun tövsiyəedici
xarakter daşımasına baxmayaraq İşgüzar dövriyyə adəti kİmi tətbiq
edilir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 984.2-ci
maddəsinə görə inkasso üzrə hesablaşmalann həyata keçirilməsi
qaydası qanunla, qanuna əsasən müəyyənləşdirilmiş bank qaydaları
və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətləri ilə
tənzimlənir.
İnkasso əməliyyatında bank ixrac edənlə idxalçı arasında bir növ
vasitəçi qismində çıxış edir. Əmtəənin xarici iqtisadi əqd üzrə
göndərilməsi zamanı sənədlər ödəyİciyə bank vasitəsilə təqdim
edilir. İnkasso edən bank (İcraçı bank) ödəyicidən ödənişi aldıqdan
sonra onu remitent bankın hesabına köçürür. Sonuncu da öz
növbəsində onu müştərinin hesabına ötürür.
İnkasso üzrə bütün sənədlər təlimata tam uyğun olmalıdır. Hər
hansı sənəd otmadıqda və ya sənədlər zahiri əlamətlərinə görə
inkasso tapşınğma uyğun gəimədikdə icraçı bank inkasso tapşınğını
aldığı şəxsə bu barədə dərhal məlumat verməlidir. Göstərilən
qüsurlar aradan qaldırıImadıqda bank sənədləri icra etmədən qaytara
bilər.
İnkasso üzrə Qaydalarda hesablaşmanın bu fonnası zamam
istifadə edilən sənədlərin ikİ növü fərqləndirilir: 1) maliyyə
sənədləri; 2) kommersiya sənədləri. Maliyyə sənədlərinə veksel, çek,
ödəmə qəbzləri, kommersiya sənədlərinə isə hesablar, yükün
göndərilməsi ilə əlaqədar, mülkiyyət haqqında sənədlər aid edilir.
199
Fosil 11. Heynəlxalq hesablaşmalar
Sənədlər alındıqlan formada icraçı bank tərəfindən ödəyiciyə
təqdim edilir, amma inkasso əməliyyatının rəsmiləşdirilməsi üçün
zəruri olan bank qeydləri və yazıları istisna edİlİr. Əgər sənədlər
təqdim olunduqda ödənilməlidirsə, icraçı bank inkasso tapşırığını
aldıqdan dərhal sonra sənədləri ödənişə təqdim etməlidir. Əgər
sənədlər başqa müddətdə ödənilməlidirsə, icraçı bank ödəyicinin
akseptini almaq üçün sənədləri inkasso tapşırığını aldıqdan sonra
dərhal akseptə təqdim etməlidir, ödəniş isə sənəddə göstərilmiş
ödəniş müddətinin çatdığı gündən gec olmayaraq tələb olunmalıdır.
Alınmış məbləğlər icraçı bank tərəfindən dərhal remitent bankın
sərəncamına verilməli, həmin bank isə bu məbləğləri müştərinin
hesabına salmalıdır,
İnkasso əməliyyatı komission xarakter daşıdığına görə əvəzli
hesab edilir. İcraçı bank inkasso edilmiş məbləğlərdən ona çatan
muzdu və xərclərin əvəzini tuta bilər.
İnkasso hesablaşma forması daha çox idxalçının mənafeyinə
uyğundur. Belə ki, bu hesablaşma zamanı ödəmə əməliyyatı faktiki
olaraq ixrac edən tərəfin üzərinə düşən bütün hərəkətlər yerinə
yetirildikdən sonra baş verir vo son ana qədər ödəyicinin ödəmədən
imtina etmək imkanı ilə bağlı risk mövcud olur. Bununla əlaqədar
olaraq təcrübədə inkasso əməliyyatı, bir qayda olaraq, əlavə şərtlərlə
müşayiət olunur.
Bank köçürmələri fomıasında (Ödəniş tapşırığı ilə)
hesablaşmalar əsasən milli qanunvericiliklə nizama salınır.
Azərbaycan Respublikasının Mülki Məcəlləsində bu institut 973 -
976-cı maddələrlə tənzimlənir.
Ödəniş tapşırığı ilə hesablaşma zamanı bank ödəyicinin tapşırığı
iiə onun hesabında olan vəsait hesabına müəyyən pul vəsaitini bu və
ya başqa bankda ödəyicinin göstərdiyi şəxsin hesabına qanunla
nəzərdə tutulmuş və ya qanuna uyğun təyin edilmiş müddətdə
köçürməyi öhdəsinə götürür, bu şərtlə ki, bank hesabı müqaviləsində
daha qısa müddət nəzərdə tutulmasın və ya bank praktikasında tətbiq
olunan işgüzar dövriyyə adətləri ilə daha qısa müddət müəyyən
ləşdiril məsin.
200
§ 3. Bank tominaiı
Bu növ hesablaşmanın həyata keçirilməsi qaydası qanunla,
habelə ona uyğun müəyyənləşdirilmiş bank qaydaları və bank
praktikasında tətbiq olunan işgüzar dövriyyə adətləri ilə tənzimlənir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə bank tərəfindən
ödəniş tapşırığının yerinə yetirilməsi şərtləri, tapşırığın İcrası,
tapşırığın icra edilməməsinə və ya lazımınca icra edilməməsinə görə
məsuliyyət məsələləri müəyyən edilmişdir.
§ 3. Bank təminatı
Xarici iqtisadi əlaqələrdə bank təminatı (qarantiya) müqaviləsinə
də tez-tez rast gəlinir. Bu zaman ödəmə qabiliyyəti etibarlı olan bank,
bir qayda olaraq, vəkalət alan kimi çıxış edir və o, zəmanət- çi bank
kimi öz müştərisi üçün zamin durur.
Bildiyimiz kimi xarici iqtisadi əqd üzrə tərəflərin hər biri əqdin
icrası ilə əlaqədar müəyyən risk daşıyır. Öhdəliyin lazımi qaydada
icra olunmaması və ödəmənin vaxtında yerinə yetirilməməsi ilə bağlı
olan belə riskdən qorunmaq üçün istifadə edilən vasitələrdən biri
kimi də bank təminatı müqaviləsi çıxış edir. Bu o deməkdir ki,
müştəri öz borcunu vaxtında verə bilməsə, bank həmin borcu öz
hesabına ödəyəcəyini öhdəsinə götürür.
Bank təminatı ilə bağlı hüquqi məsələlər Azərbaycan
Respublikasının yeni Mülki Məcəlləsində öz əksini tapmışdır. Mülki
Məcəllənin 478-ci maddəsinin tələbləri baxımından bank təminatı
(qarantiya) müqaviləsinə görə qarant (bank) digər şəxsin
(prinsipialın) xahişi ilə prinsipialın kreditoruna (benefisiara)
qarantiya öhdəliyinin şərtlərinə uyğun olaraq benefisiar pul
məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə həmin
məbləği ödəyəcəyi barədə yazılı öhdəlik verir.
Mülki Məcəllənin bank təminatı ilə (qarantiya) bağlı normalan
(478-490-cı maddələr) beynəlxalq hesablaşmalarda tətbiq edilən
müvafiq işgüzar dövriyyə adətlərinə uyğundur. Həmin normalar
Beynəl
201
Dostları ilə paylaş: |