Zəfər Gününə həsr edilmiş “Xarı bülbül qoxulu Zəfər Günü” adlı Tədbirin Ssenarisi



Yüklə 0,74 Mb.
səhifə5/17
tarix31.12.2021
ölçüsü0,74 Mb.
#82435
1   2   3   4   5   6   7   8   9   ...   17
Xarıbülbül qoxulu Zəfər günü adlı ssenari 2021

QARABAĞA GEDİRƏM

Bir əlimdə bayrağım, bir əlimdə silahım, 
Dilimdə yurd nəğməsi, başım üstə ? allahım.
O, mənim qibləgahım, o, mənim səcdəgahım,
Çox uzaqdan gəlirəm, çox uzağa gedirəm,
Qarabağa gedirəm!
O mənim sevdiyimdir, yanağında xalı var,
mənim dediyimdir, dodağında balı var,
O mənim gördüyümdür, min bir cürə halı var.
Yanğımı söndürməyə o bulağa gedirəm,
Qarabağa gedirəm!
Şuşadan at sallayıb düz Ağdama gələrdim,
Cıdırından baxanda Laçınımı görərdim,
Hər yan vətən torpağı, mən hər yana gedərdim,
O dövrana qayıdıb, mən o çağa gedirəm,
Qarabağa gedirəm!
O dağ mənim dağımdır, öz dağıma gedirəm,
O bağ mənim bağımdır, öz bağıma gedirəm.
Öz yurduma, yuvama, ocağıma gedirəm,
Mənə gəl-gəl söyləyən bir torpağa gedirəm,
Qarabağa gedirəm!
Ustad Arif, sənin də azalmasın həvəsin,
Yenə oxu avazla, yenə gəlsin qoy səsin.
Qarabağ torpağında "Qarabağ şikəstəsi"n,
Səsimin zil yerində oxumağa gedirəm,
Qarabağa gedirəm!
Qılıncım qından çıxıb, qanmazı qandırıram,
Düşməni şikəst edib, belini sındırıram.
Yurduma göz dikənin gözünü yandırıram,
Sən də gəl qoşul mənə, gəl, ay Ağa, gedirəm,
Qarabağa gedirəm!
Qarabağa gedirəm!

3. Aparıcı: Orta əsrlərdən məşhur olan Qarabağ xalçaları öz şöhrətini günümüzədək saxlayıb. Qarabağ xalçaları qrupuna aid olan xalçalar adları və naxışları ilə seçilir. Bütün müsəlman şərqində olduğu kimi Azərbaycanda, o cümlədən Qarabağda son orta əsrlərdə də mədəniyyət, elm və ədəbiyyat yüksək inkişaf dövrü keçirib, sonrakı dövrlərdə də Qarabağ mədəni mərkəz rolunu itirməyib.

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə