Zəhirəddin Məhəmməd BABUR
96
FƏRQANƏ - 906 (28 İYUL 1500 - 17 İYUL 1501)
DOQQUZ YÜZ ALTINCI ĠLĠN HADĠSƏLƏRĠ
Şeybani xan bu qadının vədi üzrə gəlib Baği-Meydana endi. Sultan
Əli Mirzə də bəylərindən və igidlərindən heç kimə xəbər vermədən və heç
kimlə məsləhətləşmədən yaxınlarından bir neçə kiçık zatla birlikdə günorta
vaxtı Çarrah qapısından çıxıb Baği-Meydana Şeybani xanın yanına getdi.
Şeybani xan onu elə də yaxşı qarşılamadı. Görüşdükdən sonra da özündən
aşağı bir tərəfə oturtdu.
Xoca Yəhya Mirzənin şəhərdən çıxdığını duyunca üzüldü. Lakin heç
bir çarə tapa bilmədiyi için o da çıxdı. Şeybani xan onu yerindən qalxmadan
qarşılayıb bir neçə tənəli söz söylədi. Axırda Xoca Yəhya getmək üçün ye-
rindən qalxanda Şeybani xan da sayğı göstərərək yerindən qalxdı.
Xoca Əli bayın oğlu Can Əli Ribati-Xocada olurdu. Mirzənin çıxdığı-
nı xəbər alınca o da Şeybani xanın hüzuruna gəldi.
Bu uğursuz qadının ağlı qıt olduğu üçün ərə getmək arzusu üzündən
oğlunun xanimanını (80 b) bərbad elədi. Şeybani xan ona zərrə qədər əhə-
miyyət vermədi və cariyəsi qədər belə saymadı.
Sultan Əli Mirzə tutduğu işə və şəhərdən çıxmağına çox peşman ol-
muşdu. Bəzi yaxınları vəziyyəti başa düşərək Mirzəni qaçırmaq istədilər.
Lakin Sultan Əli Mirzə buna razı olmadı. Əcəli gəldiyi üçün qurtula bilmədi.
O, [Şeybani xanın oğlu] Teymur Sultanla birlikdə qalırdı. Dörd-beş gün
sonra Külbə çayırında onu öldürdülər. Bu beş günlük fani həyat üçün pis ad-
la getdi. Qadın sözünə aldanıb özünü yaxşı ad sahibləri cərgəsindən çıxardı.
Belə bir adamın əhvalatını bundan artıq yazmaq və belə alçaq hərəkətləri
bundan artıq eşitmək doğru deyildir.
[Şeybani xan] Sultan Əli Mirzəni öldürdükdən sonra Can Əlini də öl-
dürüb Mirzəsının yanına göndərdi. Xoca Yəhyaya etimad etmədiyi üçün də
ona iki oğlu Xoca Məhəmməd Zəkəriyyə və Xoca Baqi ilə birlikdə Xorasan
tərəfinə getməsinə izin verdi. Sonra da arxalarından bir neçə özbək gedib
Xoca-Kardzən civarında Xoca həzrətlərini iki igid oğluyla birlikdə şəhid
BABURNAMƏ
97
etdilər. Şeybani xan Xocanın öldürülməsi işində (8l a) əli olmadığını, qatıl-
lərin Qənbər Bi ilə Köpək Bi olduğunu söyləmişdir. Əgər belədirsə, daha da
pis. Bir atalar sözü vardır: «üzrü qəbahətindən böyük». Əgər bəylər belə
işləri xanlarının və padşahlarının xəbəri olmadan özləri etməyə başlayırlarsa,
daha xanlığın və padşahlığın nə etibarı var?
Özbəklər Səmərqəndi aldıqdan sonra biz də Keşdən Hisara doğru get-
dik. Məhəmməd Məzid Tarxan başda olmaqla Səmərqənd bəyləri öz köç və
ailələri ilə birlikdə bizimlə hərəkət etdilər. Çağanyanın Çəltu çayırında da-
yananda Məhəmməd Məzid Tarxanın başçılıq etdiyi Səmərqənd bəyləri biz-
dən ayrılaraq gedib Xosrov şahın xidmətinə girdilər.
Biz şəhər və vilayətdən məhrum idik, gedəcək və qalacaq yerimiz bəlli
deyildi. Xosrov şahın bizim xanədanımıza qarşı bəzi haqsızlıqlar etmiş olması-
na baxmayaraq çarəsiz, onun vilayəti içindən keçmək məcburiyyətində qaldıq.
Qara-Təkin vilayətindən keçərək kiçık dayım Alaca xanın yanına [Sul-
tan Əhməd xan] getmə düşüncəsi ağlımızdan keçmişdi, ancaq nəsib olmadı.
Kəmruddan yuxarıya doğru yürüyərək Sərv-Tağ təpəsindən aşmağa
qərar verdik. Nəvəndak civarına çatanda Xosrov şahın adamı doqquz at və
doqquz parça qumaş gətirdi
1
.
Kəmrud ağzına enərkən Şir Əli (81b) Çöhrə qaçıb Xosrov şahın qar-
daşı Vəlinin yanına getdi. Ertəsi gün isə Qoç bəy ayrılaraq Hisara getdi.
Kəmrud dərəsindən yuxarıya doğru yürüdük. Dar və uçurumlu yollarda,
sarp keçidlərdə bir çox atımız və dəvəmiz qaldı.
Üç-dörd gün sonra Sərv-Tağ keçidinə vardıq. Keçid, amma necə bir
keçid! Heç bir yerdə belə yüksək və dar bir keçid görünməmişdir və heç bir
vaxt belə dar və uçurumlu yollardan keçilməmişdir. Çox zəhmət və çətinlik-
lə təhlükəli boğazlar və uçurumlardan keçib bu təhlükəli, yüksək və dar ke-
çidləri aşaraq axırda Fan civarına gəldik.
Fan dağlarının arasında böyük bir göl vardır. Çevrəsi təxminən bir şeri
qədər olan gözəl bir göldür və o qədər cazibədardır ki, heç boş qalmaz.
Alınan xəbərlərə görə, Şiraz kurqanını İbrahim Tarxan, Yar-yaylaq
kurqanlarını da Qənbər Əli gücləndirmişdilər. Əbülqasım Kuhbər isə Xoca-
Didardaydı. Özbəklər Səmərqəndi aldıqdan sonra Xoca-Didarda qala bilmə-
yib Yar-yaylağa gəlmiş və daha aşağıda olan kurqanları gücləndirmişdi.
Fanı sağ tərəfdə qoyaraq Kəşdud tərəfinə yürüdük. Fan hakimi cö-
mərdliyi, əsaləti və əliaçıqlığı ilə məşhur idi. (82 a) Sultan Hüseyn Mirzə
Hisar üzərinə gələndə Sultan Məsud Mirzə kiçık qardaşı Baysunqur Mirzə-
nin yanına Səmərqəndə bu yoldan getmişdi. Fan hakimi ona yetmiş-səksən
at bağışlamış və digər xidmətlərini də buna bənzər şəkildə eləmişdi. Mənə
çox pis bir at göndərdi, özü isə gəlmədi.
1
O dönəmin türk gələnəklərinə görə hədiyyələr doqquzlu qruplar halında verilirdi.
Zəhirəddin Məhəmməd BABUR
98
Səxavəti ilə məşhur olan kimsələr bizə gəlincə xəsis olur, alicənablığı
ilə tanınlan kimsələr alicənablığı unudurdu. Xosrov şah da cömərdlik və
əsalətlə məruf və məşhurdu. Bədiüzzaman Mirzəyə nə kimi yardımlar etdi-
yini söyləmişdim. Daha sonra Baqi Tarxana və digər bəylərə çox insaniyyət
və cömərdlik göstərmişdi. İki dəfə onun vilayətindən keçdik, həmcinsimiz
demədi, ən aşağı nökərimizə elədiyi insaniyyəti bizə göstərmədi, hətta bizi
nökər gözündə belə görmədi.
Kim görübdür, ey könül, əhli-cahandan yaxşılıq,
Kim ki, ondan yaxşı yox, göz tutma ondan yaxşılıq.
Fanı keçincə Kəşdud kurqanında özbəklərin adamı ola biləcəyini düşü-
nərək, Kəşdud üzərinə axın etdik. Lakin Kəşdud kurqanı xarab vəziyyətdə idi,
indi orada heç kim yaşamırdı. Oradan keçib (82 b) Kuhək çayının sahilinə gəl-
dik. Yarının qarşısından Kuhək çayından körpüylə keçdik. Qasım bəyin başçılı-
ğı altında bəyləri Ribati-Xoca kurqanını basqınla ələ keçirmək üçün göndərdim.
Yandan keçib Şunqarxana dağını aşaraq Yar-yaylağa gəldik. Ribati-
Xocaya gedən bəylər kurqana nərdivan qoyan zaman kurqandakılar bilmiş
və geri qovmuşlar. Onlar da kurqanı ala bilmədən dönüb gəldilər.
Qənbər Əli Səngzarda idi, gəlib görüşdü. Əbülqasım Kuhbər və İbra-
him Tarxan da yaxşı adamlarını mənimlə görüşməyə göndərib qulluq və sə-
daqətlərini bildirdilər. Yar-yaylaq kəndlərindən Əsfidək kurqanına gəldik.
BABURUN ANĠ BĠR HÜCUMLA
SƏMƏRQƏNDĠ ĠKĠNCĠ DƏFƏ ALMASI
O vaxt Şeybani xan Xoca-Didar civarında otururdu. Üç-dörd min öz-
bəyi vardı, yerli sipahidən də bir o qədər adam toplanmışdı. Səmərqənd vali-
liyini Can Vəfa Mirzəyə vermişdi və o da beş-altı yüz adamla birlikdə Sə-
mərqənd kurqanının içində idi. Həmzə Sultanla Mehdi Sultan isə adamla-
rıyla birlikdə Səmərqənd yaxınlığındakı Bödənə qoruğuna yerləşmişdilər.
Bizim adamlarımız yaxşı-pis iki yüz (83 a) qırx nəfər idi. Bütün bəyləri-
mizlə danışıb məsləhətləşərək buna qərar verdik: «Şeybani xan Səmərqəndi
alalı çox olmamışdır, əhali hələ ona, o da əhaliyə könüldən bağlanmamışdır.
Bir iş eləmək istəyiriksə, indi eləməliyik. Səmərqənd kurqanını nərdivanlar
qoyub basqınla alsaq, əhali bizimlə olacaq. Başqa nə edə bilər ki? Əgər bizə
kömək etməsə belə özbəklər üçün vuruşmaq ehtimalı da yoxdur. Səmər-
qəndi ələ keçirdikdən sonra Allah nə dilərsə o, olacaqdır».
Bu qərara gəldik və günorta namazından sonra Yar-yaylaqdan hərəkət
edib bütün gecə yürüyərək gecə yarısı Xan Yurduna çatdıq. O axşam əhali
xəbərdar olmuşdur deyə kurqanın yaxınına getmədik və Xan Yurdundan ge-
ri döndük. Dan ağaranda Ribati-Xocanın bir az aşağısından Kuhək çayını
keçib təkrar Yar-yaylağa gəldik.
Bir gün Əsfidək kurqanında Dost Nasir, Noyan Göyəldaş, Xanqulu,
Dostları ilə paylaş: |