BABURNAMƏ
409
zündən yaranmışdır.
Gümüş çəki daşı: = 250 misqal = 0,5 sir = təxminən 10,25 kiloqram.
Gürgən cədvəli: 847-ci ildə (=1444) Uluğ bəyin rəhbərliyi altında Rumi
Qazızadə, Qiyasəddin Cəmşid və Əli Quşçunun iştirakı ilə tərtib edilmişdir.
Uluğ bəyin şərəfinə onun titulu ilə (Gürgən) adlandırılmışdır.
Havaq: bir aşırım. Hündürlüyü 3.800 metrdir.
Herat: Heri-rud çayının sahilində yerləşən qədim şəhər. Teymurilər döv-
ründə böyük mədəniyyət mərkəzi olmuşdur.
Heydər Mirzə: Məhəmməd Heydər Mirzə Gürgan Duğlat (vəfatı: 958 =
1551). «Tarixi-Rəşidi» adlı xatirə kitabının müəllifi, Baburun silahdaşı və
xalası oğludur.
Heyət/elmi-heyət/nücum: astronomiya deməkdir.
Həbəş padşah: əsl adı Şəmsəddin Müzəffərdir. 1494-97-ci illərdə padşah
olmuşdur.
Həftənin günləri: Hindistanda bunlardır:
Şənbə = saniçer.
Bazar = eytvar.
Bazar ertəsi = somvar.
Çərşənbə axşamı = manqalvar.
Çərşənbə = budvar.
Cümə axşamı = prispatvar.
Cümə = sükrvarə
Hənəfilik: islamın dörd qolundan biri. Əsası Əbu Hənifə (vəfatı: 150=
767-ci il) tərəfindən qoyulmuşdur.
Hidayə: islam fiqhinin hənəfi qolu üzrə klassik məcmuə. Onu Bürhanəd-
din Əli ibn Əbubəkr əl-Fərqani əl-Mərginani əl-Riştani (vəfatı: 593 = 1197)
tərtib etmişdir.
Hindal: Baburun oğlu, 925-ci ildə (=1519) anadan olmuş, 958-ci ildə (=
1551) ölmüşdür.
Hinduquş: Himalayın qolları.
Hövzü-kəbir: çarbağ içində tikilən hovuz.
Huna: bir geyik növü,
dişisinə ceyran, erkəyinə huna deyilir.
Hülakü xan:(654-668=1256-1265).Hülakülər adlanan sülalənin banisi.
Hüma: Hümayun, Feniks, əfsanəvi quş. İnama görə, onun qanadlarının
kölgəsi kimin üstünə düşsə, o, xoşbəxt olarmış.
Hürmüz: İranın cənubunda kiçik bir ada.
Xalçı/xilçi: 839-cu ildən (=1435) Malvidə hökm sürmüş bir sülalə.
Xandəmir Qiyasəddin ibn Hümaməddin: tarixçi. Vəfatı: 942 = 1535-ci il.
Xanım: Baburun ana tərəfdən qohumları olan, Kaşğar və Moğolistan
hökmdarları ailəsinə mənsub qadınlar üçün işlənir.
Xas(sə): hökmdara aid olan şey. Məs.: xas, xassə libas. Dövlətə, xəzinəyə
Zəhirəddin Məhəmməd BABUR
410
aid olan şey. Məs.: xassə mülk. Bu mülk hökmdara, şahzadələrə və ya başqa
heç bir şəxsə verilə bilməzdi.
Xassə bəkavul: hökmdarın şəxsi aşpazı. Bax: bəkavul.
Xassə tabın: qvardiya alayı. Bax: tabın.
Xeybər dağları: Makedoniyalı İskəndər, Mahmud Qəznəvi, Əmir Tey-
mur və Babur Hindistanı işğal etmək buradan keçmişlər.
Xəmsə: beş poemadan ibarət ədəbi əsər. Ən məşhurları Nizamı, Əmir
Xosrov Dəhləvi (XIV əsr) və Nəvai (XV əsr) tərəfindən yazılmışdır.
Xəzərilər:
mənşəcə monqol olan, tacikcə danışan Əfqanıstan əhalisi. Ad-
ları Xəzər sözündən deyil, farsca həzar (min) sözündəndir.
Xoca Xosrov: məşhur şair Əmir Xosrov Dəhləvi. Vəfatı: 725=1325.
Xoca Übeydüllah Əhrar: məşhur sufi. Vəfatı: 895 = 1498-ci il.
Xocənd: keçmiş Stalinabad, daha sonra Leninabad şəhəri. Xoca Bakırqan
çayının Sır-Dəryaya qarışdığı yerdə yerləşir. Fərqanə vadisinə açılan qapı
kimi Orta Asiya iqtisadiyyatında mühüm rol oynamışdır.
Xorasan: sərhədləri dəqiq bilinməyən coğrafi məkan. Müxtəlif dövrlərdə
Xorasana Herat vilayəti və qonşu ərazilər daxil olmuşdur. Hazırda İranın bir
vilayətidir, mərkəzi Məşhəd şəhəridir.
Xotən: Uyğuristanın Tarım bölgəsində şəhər və vahə.
Xuttalan: Pənc ilə Vəxş arasında vilayət. Taciksitanın ərazisindədir.
İçki: içə aid, içdə olan, səmimi. Hökmdarın şəxsi tapşırıqlar məmuru.
İddət müddəti: keçmişdə ərindən ayrılan qadının təkrar ərə getməsi üçün
keçməsi lazım olan zəruri müddət, yəni üç dəfə aybaşı keçirib təmizlənənə
qədər keçəcək müddət (ərindən boşansa - 100 gün, əri ölsə - 130 gün).
İgid: hökmdarın və ya bəyin yanında və şəxsi xidmətləri məmuru; dö-
yüşçü.
İki namaz arası: günorta namazı ilə ikindi namazı
arası.
İqlim: Ptolomeyin coğrafiyasına görə, dünya cənubdan şimala doğru
yeddi iqlimə ayrılır və üçüncüdən beşinciyə qədər olan iqlimlər yaşamağa
əlverişlidir.
İlbasun: bu söz yırtıcı quşlar və sərçə kimi kiçik quşlar xaricində bütün
ovlanan quşlara verilən ümumi addır.
İlqar: çox sürətlə hərəkət edən yüngül silahlı böyük, yaxud kiçik hərbi
dəstə, bölük və ya hissə.
İrəvül: önçü, önçü bölüyü, önçü qolu, irəli qol; döyüş nizamına girmiş
ordunun ən öndəki qismi.
İskəndər Feyləkus oğlu: Makedoniyalı İskəndərin Şərqdəki adı.
Kafiristan: indiki Nuristan. Bir vaxtlar əhalisi kafir olmuşdur.
Kari: altı tutam
uzunluğunda bir uzunluq ölçüsü.
Karşi: (əski Nəxbəş, Nəsəf) Özbəkistanda vilayət mərkəzi.
Karvan: ümumi
qaydaya görə, 7 dəvə bir karvan sayılır.