BABURNAMƏ
411
Kaşğar: qədimdən bəri Orta Asiya, Əfqanıstan və Hindistanla Uzaq Şərq
arasında ticarətin, mədəni əlaqələrin inkişafında mühüm rol oynayan uyğur
şəhəri. İndi Sincan-Uyğur Muxtar Rayonunun paytaxtıdır.
Katik: Hindistanda yağmur fəslinin son ayının adı.
Keş: Özbəkistanın Qaşqa-Dəyra vilayətində şəhər. Əmir Teymurun vətə-
ni. Bəlxlə Səmərqənd arasında mühüm ticarət mərkəzi olmuşdur.
Keyik/geyik: geyik, maral. Ağ geyik, ala geyik, qara geyik, qızıl geyik
növləri var. Ahu, antilop, sığın və maraldır.
Kəmaləddin Behzad: XVI əsrin məşhur miniatürçü rəssamı, Herat mini-
atür məktəbinin banisi. Vəfatı: 943 = 1537-ci il.
Kəmali: məcuna bənzəyən ləzzətli, nəşə verən narkotik bir maddə.
Kərb: Hindistanda işlənən bir say. l kərb = 100
ərb.
Kibək: mis sikkə; ruscadakı kopek, kopeyka
bu sözdən ola bilər.
Kim: bəzi yerlərdə boza mayası kimi işlənən bir meyvə.
Koçin: Teymur zamanında xanədanı qoruyan saray qvardiyasına verilən
addır. Bu ad zamanla atadan oğula keçmişdir. Koçinlər hər hansı bir bölgəyə
deyil, hökmdara bağlı idilər.
Köç: köç, köç-külfət; dağa-arana və ya başqa yerə köçən ailə üzvləri.
Kuxaq: Zərəfşan çayının əski adı.
Kurqan: əslində, qorurğan, qorğan, yəni içinə girən adamın qorunduğu
yer, qala, istehkam deməkdir.
Kutas: bir dağ öküzü növü.
Küruh: Hindistanda 4.000
qədəm (= 1 mil) uzunluğundakı məsafə ölçüsü.
Kürur: Hindistanda işlənən bir say. 1 kürur = 100
lek. Bax:
lek.
Kütub: sufilərin işlətdiyi bir təsəvvüf deyimi olub mənəvi dərəcələrin
yeddincisi və ən yüksəyidir. Hər dövrdə tanrı tərəfindən təsəvvüf qüdrəti ve-
rilmiş bir kütub olur.
Kütval: qalabəyi, qarnizon rəisi, dizdar.
Küvar: Hindistanda yağmur fəslinin üçüncü ayının adı.
Qanun: 36 simli kanon və ya ərğanun.
Qaravul: gözətçi, keşikçi; kəşfiyyat qolu; avanqard.
Qarış: gərilmiş halda baş barmağın ucundan çəçələ barmağın ucuna
qədər olan bir uzunluq ölçüsü.
Qazax: igid,
cəsur adam, döyüşçü.
Qazaxlıq: köçərilik; əldə vilayət və hakimiyyət olmayan dövr.
Qazi: O dövrdə müsəlman olmayan şəxslərin idarə etdiyi torpaqlara hərbi
səfərlərdə iştirak edən hökmdarlara "qazi" ünvanı verilirdi.
Qədəmgah: Xızırın ayaq izi.
Qəndahar: Əfqanıstanda şəhər və vilayət. Əfqanıstan dövlətinin ilk pay-
taxtı (1747). Hazırda vilayət mərkəzi.
Zəhirəddin Məhəmməd BABUR
412
Qəsideyi-bürdə (Xirqə haqqında qəsidə) : VII əsri şairi Kəəb bin Zübeyr
tərəfindən hz. Məhəmmədin şərəfinə yazılmış bir əsərdir.
Qəznə: Kabildən 135 km cənub-qərbdə yerləşir. Onun yaxınlığında qəz-
nəvilərin paytaxtı tarixi Qəznənin xarabalıqları var.
Qılquyruq: çox incə quyruqlu bir cins ördək, çöl toyuğu, qır kəkliyi, fa-
zan. Quşun bir qədər də poetikləşmiş adı.
Qımız/kımız: qısraq südünü xüsusi qaydada mayalandıraraq hazırlanan
ənənəvi türk içkisi.
Qızıl çəki daşı: = 500 misqal = 1 sir = təxminən 20,5 kiloqram.
Qızıl söyüd: bax:
tubulğu.
Qol: savaş nizamına girmiş ordunun mərkəzinə verilən ad.
Qövs:oxatan bürcü; yay.
Qunduz: Qunduz (Sürxab) çayının sağ sahilində şəhər.
Qurçu, qurbəyi: hərbi
bir rütbə, cəbbəxana rəisi. Qur
«silah» deməkdir
.
Qurilər: Əfqanistanda hökm sürən Quri xanədandan olan Sultan Şəha-
bəddin Quri qəznəvilərin son hökmdarı Xosrov Məliki yenərək 1187-ci ildə
bu xanədana son vermiş və Hindistan içlərinə səfərlər edərək burada quri-
lərin hakimiyyətini qurmuşdur. Onun xanədanı Şimali Hindistanda 1206-cı
ilədək hakimiyyət sürmüşlər.
Quşbəyi: quşçubaşı, hökmdarın ov və ev quşlarına, göyərçinlərinə baxan
məmur.
Quşçu: quş ovlamağa, habelə göyərçin və xoruz saxlamağa çox maraq
duyan adam, quşbaz.
Qüsəm ibn Abbas: hz. Peyğəmbərin əmisi oğlu. 56=676-cı ildə Səmər-
qənddə öldürüldüyü güman olunur. Şahi-Zindədə dəfn edilmişdir.
Lek: Hindistanda işlənən, 100.000 rəqəmini ifadə edən bir say.
Luli: qaraçı.
Lüng: Hindistanda qadınların paltar yerinə istifadə etdikləri uzun bir par-
çanın adı; sari.
Lüngutə: Hindistanlı kişilərin paltar yerinə bellərinə bağladıqları bez par-
çasının adı.
Maq: Hindistanda qış fəslinin üçüncü ayına verilən ad.
Mani: Hindistanda işlənən bir ağırlıq ölçüsü. 100 mani = 1 minasə.
Manqıt: noqaylarla qohum olan türk boyu.
Marağa: Urmiya gölündən 35 km şərqdə yerləşən şəhər. Marağa rəsəd-
xanası burada tikilmişdir.
Maşə: Hindistanda işlənən bir ağırlıq ölçüsü. 5 maşə = 1 misqal = 40 reti
.
Mavəraünnəhr: Amu-Dərya ilə Sır-Dərya arasında yerləşən ərazinin tari-
xi adı. Ərəbcə “(Ceyhun) çayının arxasındakı ərazi” deməkdir.
Meymənə: (ərəbcə) ordunun sağ qolu.
Meysərə: (ərəbcə) ordunun sol qolu.