ZəHĠRƏDDĠn məHƏMMƏd babur



Yüklə 3,97 Mb.
Pdf görüntüsü
səhifə57/194
tarix15.03.2018
ölçüsü3,97 Mb.
#31773
1   ...   53   54   55   56   57   58   59   60   ...   194

BABURNAMƏ 

 

127 



məni düşmənin tam ortasında yerə saldı. Dərhal ayağa qalxıb bir ox atdım. 

Sahibqədəm  Kahilin  çox zəif bir atı vardı, özü atdan enib  onu mənə  verdi, 

mən də o ata mindim. Oraya adam təyin edib başqa bir küçə başına getdim. 

Atımın zəifliyini görən Sultan Məhəmməd Veys öz atını mənə verdi. O ata 

mindim. 

Bu əsnada Qasım bəyin oğlu Qənbər Əli bəy də yaralı olaraq Cahangir 

Mirzənin yanından gəldi və dedi: «Artıq bir müddətdir ki, Cahangir (112 b) 

Mirzəni  sıxışdırıb  yerindən  çıxardılar  və  Cahangir  Mirzə  şəhəri  tərk  etdi». 

Biz çaşıb qaldıq. Elə bu vaxt Bab kurqanında olan Seyid Qasım da yetişib 

gəldi. Bu çox vaxtsız bir gəliş idi. Belə bir zamanda elə möhkəm bir kurqanı 

əldən buraxmaq olardımı? 

«Nə  edək?»  deyə  İbrahim  bəydən  soruşdum.  Bir  az  yarası  vardı,  on-

dan, yoxsa təlaşından, əməlli bir cavab verə bilmədi. 

Bir an üçün  «Körpüdən keçib sonra körpünü yıxaraq Əndicana doğru 

gedərik» deyə düşündüm. Baba Şirzad orada çox yaxşı hərəkət etdi və «Qa-

pıdan da zorlayaraq çıxarıq» dedi. Baba Şirzadin sözüylə qapıya doğru yü-

rüdük. Xoca Mir Miran da o əsnada cəsuranə sözlər söylədi. 

Küçə  arasından  gedərkən,  Seyid  Qasım  və  Dost  Nasir  Baqi  Hız  ilə 

çarpışdılar.  Mən,  İbrahim  bəy  [Bəycik  Tağayi]  və  Mirzəqulu  Göyəldaş  bir 

az  irəlidə  idik.  Qapının  qarşısına  çıxanda  Şeyx  Bəyazidin  köynəyin  üstün-

dən  xirqə  geymiş  olduğu  halda,  üç-dörd  atlı  adamla  birlikdə  qapıdan  gir-

məkdə  olduğunu  gördüm. Kirişimdəki  oxu çəkib atdım,  boynundan  yarala-

dım, amma çox yaxşı bir atış idi. Təlaşla qapıdan girər-girməz sağ tərəfə dö-

nən küçədən qaçıb getdi. Biz də onun arxasından yürüdük. 

Mirzəqulu Göyəldaş bir piyadaya (113 a) toppuz tutuzdurdu. Bu arada 

başqa  bir  piyada  Mirzəqulu  keçincə  İbrahim  bəyə  ox  çəkdi.  İbrahim  bəy 

«hey-hey» deyə bağıraraq sürətlə keçincə, əsgərin çox yaxın məsafədən qol-

tuğuma atdığı  ox mənə dəydi,  kalmık  zirehimin  ikiqat  yarpağını parçaladı. 

Əsgər qaçdı, amma mən də arxasından oxumu atdım. 

Bu əsada bir piyada da divarın üzərindən qaçırdı, oxumu atıb börkünü 

divara mıxladım. Börkü divarın kənarında qaldı, amma sarığı qoluna dola-

yaraq  getdi.  Bir  atlı  da  mənim  yanımdan  Şeyx  Bəyazidin  qaçdığı  küçəyə 

doğru  qaçırdı.  Qılıncımla  başına  arxadan  vurdum.  Az  qaldı  atdan  düşsün, 

küçənin divarına söykənib düşmədi, güc-bəla ilə qaçıb qurtuldu. 

Oradakı  atlı  və  piyadaları  qapıya  doğru  qovaraq  qapını  aldıq.  Artıq 

tədbir  zamanı  keçmişdi,  çünki  ərkdəki  iki-üç  min  silahlı  adama  qarşı  dış 

kurqanda cəmisi yüz-iki yüz adam vardı. Cahangir Mirzəni az əvvəl qovub 

çıxarmışdılar və bizim adamlarımızın yarısı da onunla birlikdə çıxmışdı. Bu 

hala  təcrübəsizlikdən  düşməmizə  baxmayaraq  qapıda  durub  «Yaxındadırsa 

gəlsin,  birlikdə  gedək»  deyə  Cahangir  Mirzənin  dalınca  adam  göndərildi. 

Lakin artıq iş bu dərəcədən keçmişdi. 



Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



128 

İbrahim  bəyin  atı  zəif  idi,  yoxsa  yaralı  idi,  bilmirəm,  mənə  «Atımın 

halı xarabdır» dedi. Məhəmməd Əli Mübəşşirin Süleyman adlı (113 b) ada-

mı orada idi, heç kim ona heç nə demədiyi halda öz atından düşüb onu İbra-

him bəyə verdi, çox mərdanə bir iş gördü. 

Biz o qapıda durarkən Kül şikdarı

1

 olan Kiçık Əli çox cəsarət göstərdi. 



O  zamanlar  Sultan  Məhəmməd  Veysin  xidmətindəydi.  Oşda  da  iki  dəfə  

yaxşı  hərəkət  etdi.  Mirzənin  dalınca  gedən  adam  geri  dönənə  qədər  qapıda 

qaldıq. Gedən adam gəlib Cahangirin bir müddət əvvəl çıxıb getmiş olduğu 

xəbərini gətirdi. Artıq durmaq zamanı keçmişdi. Biz də hərəkət etdik. Orada 

bu qədər durmağımızın heç bir da faydası yox idi. Yanımızda yanlızca iyir-

mi-otuz  adam  qalmışdı.  Biz  hərəkət  etdikdən  sonra  arxamızdan  bir  çox  zi-

rehli adam gəlib yetişdi. 

Biz tam xəndək körpüsündən keçmişdik ki, o körpünün şəhər tərəfinə 

də  düşmənin  adamları  yetişdi.  Qasım  bəyin  oğlu  Həmzənin  anasının  atası 

[Qasım bəyin qaynatası] Bəndə Əli bəy oradan İbrahim bəyə bağıraraq dedi: 

«Həmişə yüksəkdən atır və inad edirdin, dur bir az qılınc oynadaq». İbrahim 

mənim  yanımdaydı  və  «Gəl,  qabağını  nə  kəsir!»  deyə  cavab  verdi.  Ağılsız 

adam  belə  bir  məğlubiyyət  anında  da  inad  edirdi.  Bu,  inad  edəcək  zaman-

mıydı?  Durmaq  və  gözləmək  zamanı  deyildi,  tez  yürüdük.  Düşmən  bizim 

arxamızdan adamlarımızı qıra-qıra dördnala gəlirdi. 

 

BABURUN AXSĠ KURQANINDAN QAÇMAġI 

 

Axsinin  bir  şeri  məsafəsində  Künbəd-Çəmən  deyilən  bir  yer  vardır. 

Oradan  keçərkən  İbrahim  bəy  mənə  səsləndi.  Dönüb  geri  baxdım:  (114  a) 

Şeyx  Bəyazidin  bir  çöhrəsi  İbrahim  bəyi  oxla  vurmuşdu.  Cilovu  çəkdim. 

Xanqulu Bəyanqulu yanımda idi. «İndi dönmə zamanıdırmı» dedi və cilovu-

mu dartıb irəlilədi. 

Səngə çatana qədər adamlarımızın çoxunu vurdular. Səng Axsidən iki 

şeri məsafədədir. Səng çayından keçəndən sonra arxamızda düşmənin adam-

ları görünmədi və biz də Səng çayının sahilindən yuxarıya doğru yürüdük. 

Bu vəziyyətdə səkkiz adam qalmışdıq: Dost Nasir, Qasım bəyin oğlu 

Qənbər Əli, Xanqulu Bəyanqulu, Mirzəqulu Göyəldaş, Şahım Nasir, Əbdül-

qüddüs Seydi Qara [Kuhbər], Xoca Hası və səkkizinci də mən idim. 

Bu çayın  yuxarısına doğru  gedən  yol  olduqca  yaxşı  idi. Bu dərə  ana 

yoldan  uzaq  və  kimsəsizdi.  Bu  dərədən  yuxarıya  doğru  yürüyəndən  sonra 

çayı  sağ  tərəfimizdə  buraxıb  təkrar  başqa  bir  quru  dərəyə  girdik.  Ancaq 

ikindi namazı vaxtı bu dərədən düzlüyə çıxa bildik. 

Düzlükdə  uzaqdan  bir  qaraltı  göründü.  Yanımdakıları  bir  sığınaqda 

buraxıb özüm piyada olaraq bir təpəyə çıxıb ətrafa göz yetirdim, bir çox atlı 

                                                           

1

 Şikdar: hərbi bir vəzifədir. 




Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə