ZəHĠRƏDDĠn məHƏMMƏd babur



Yüklə 3,97 Mb.
Pdf görüntüsü
səhifə55/194
tarix15.03.2018
ölçüsü3,97 Mb.
#31773
1   ...   51   52   53   54   55   56   57   58   ...   194

BABURNAMƏ 

 

123 



Bəhanə  olaraq  da  mənə  belə  dedi:  «Şeybani  xan  kimi  bir  düşmən  Sə-

mərqənd kimi bir şəhəri alıb böyüməkdədir. Bundan dolayı da kiçık xanı nə 

qədər uzaq yerdən gətirtmişik. Burada barınacaq yeri  yoxdur, öz vilayətləri 

uzaqdadır.  Başda  Əndican  olmaq  üzərə  Xocənd  çayının  güney  tərəfindəki 

vilayətləri kiçık xana vermək lazımdır ki, orada yurdu olsun». Sonra da baş-

da Axsi olmaq üzərə Xocənd çayının şimal tərəfindəki vilayətləri mənə ver-

məyi  vəd  etdi  və  buranın  işi  bittikdən  sonra  Səmərqənd  vilayətini  də  alıb 

mənə verəcəklərini əlavə etdi. Ondan sonra Fərqanə bütünlüklə kiçık xanın 

olacaqmış.  Hər  halda  bu  sözlər  məni  qandırmaq  üçün  deyirdi.  Bu  işlər  ol-

duqdan sonra nə olacağı bəlli deyildi. Çarəsizlik üzündən istər-istəməz razı 

oldum. 

Böyük  xanın  hüzurundan  çıxıb  ata  minərək  kiçık  xanı  görməyə  get-



diyim zaman Sallax deyə bilinən Qənbər  Əli  bəy  mənə  yaxınlaşdı  və  dedi: 

«Gördünüzmü,  bugün  mövcud  vilayətləri  aldılar.  Bunlarla  sizin  işiniz  irəli 

getməz. (108  b) Oş, Mərginan, Özgənd və idarənizə girmiş olan vilayət  və 

əhali hələ əlinizdədir. Dərhal gedib  Oşa girərək kurqanları qapayın, Sultan 

Əhməd Tənbələ adam göndərib barışaraq moğolu vurub çıxarın və vilayət-

ləri iki qardaş paylaşın». 

Mən də  belə  dedim:  «Bu, mümkün deyil, xanlar mənim öz qohumla-

rımdır. Bunlara xidmət etmək, Tənbələ padşahlıq etməkdən daha yaxşıdır». 

Qənbər Əli bəy sözünün təsir etmədiyini görüncə peşman olub geri qayıtdı.  

Gedib kiçık xan dayımı gördüm, ilk görüşümüzə onun xəbəri olmadan 

getmişdim,  kiçık xan  atdan  enməyə  macal  tapmamış  və  biz xüsusi  ehtiram 

olmadan  görüşmüşdük.  Bu dəfə bir  az  yaxınlaşınca qaçaraq çadır iplərinin 

yanına qədər çıxdı. Ayağımdakı ox yarası üzündən əsaya söykənərək çətin-

liklə  yeriyirdim.  Gəlib  mənimlə  görüşdü,  «Qardaşım,  qəhrəmansınızmış» 

deyə əlimdən tutdu və kömək edərək çadıra götürdü. Çadır bir az kiçık idi. 

Əyalətdə  böyüdüyü  üçün  çadırı  və  yaşayış  yeri  səliqəsiz  və  qazaxlarınkı 

kimi idi. Qovun, üzüm və at ləvazimatı elə çadırının içində idi. 

Kiçık  xanın  hüzurundan  çıxıb  öz  qərargahıma  gəldim.  Xan  yarama 

baxması  üçün  Atikə  bəxşi  adlı  bir  moğol  cərrahını  göndərmişdi.  Moğollar 

yaxşı cərraha da bəxşi deyirlər. Atikə bəxşi cərrahlıqda fövqəladə mahir idi. 

İnsanın beyni (109 a) çıxsa, müalicə edir, hər cür yara üçün köklərdən dər-

hal  bir  dərman  düzəldirdi.  Bəzi  yaralara  mərhəm  kimi  dərman  qoyur,  bə-

zilərinə də yemək üçün bir dərman verirdi. 

Mənim budumun yarasına yandırılmış yun sürtməmi söylədi, fitil qoy-

madı. Bir dəfə də kök kimi bir şey yedirtdi. Özünün dediyinə görə, bir dəfə  

birinin ayağının incə sümüyü qırılıb dörd barmaq qədər yeri tamamən parça-

parça olmuşdu. Ətini yarıb sümüklərini tamamən çıxararaq  yerinə dərmanı 

toz  halında  qoymuş  və  o  dərman  sümüyü  əvəz  etmişdi.  Belə  qəribə  şey-

lərdən çox danışdı. Vilayət cərrahları belə şeylər etməkdən acizdir.  



Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



124 

Üç-dörd  gün  sonra  Qənbər  Əli  söylədiyi  sözlərdən  xoflanaraq  qaçdı 

və Əndicana getdi.  

 

BABURUN AXSĠ ÜZƏRĠNƏ GÖNDƏRĠLMƏSĠ 

 

Bir neçə gün sonra xanlar ittifaq edib Əyyub Bəyciyi tüməniylə, Can 



Həsən Barini barin tüməniylə və Sarıqbaş Mirzəni də çərikbəyi təyin edərək 

iki min qədər adamı yanıma qatıb məni Axsi tərəfinə göndərdilər. 

Axsidə  Tənbəlin  kiçık  qardaşı  Şeyx  Bəyazid  bəy  və  Kasanda  isə 

Şahbaz Karluq olurdu. O günlərdə  Şahbaz gəlib Nevkənd kurqanının önün-

də yerləşmişdi. 

Biçratanın qarşısından Xocənd çayını keçib Nevkəndə Şahbazin üzə-

rinə axın etdik. Sabahdan bir az öncə Nevkəndə yaxınlaşanda (109 b) bəylər 

belə ərz etdilər: «Bu adam gəlişimizdən mütləq xəbər tutub, səfləri pozma-

dan aydınlıqda getməmiz daha uyğun olar». Bir az yavaş yürüdük. Şahbazın 

xəbəri  yoxmuş.  Biz  Nevkəndə  yaxınlaşdığımız  vaxt  eşidib,  tez  qaçıb  kur-

qana girmişdi. Buna bənzər şeylər çox olur. Düşmən xəbərdar olmuşdur de-

yə düşünənlər fürsəti qaçırırlar. Təcrübə bunu təsdıq edir. Deyirlər ki, iş qa-

pıya gələndə qeyrət və diqqətdə qüsura yol vermək olmaz, sonrakı peşman-

lıq fayda verməz. 

Dan ağarırkən kurqan ətrafında kiçık bir çarpışma oldu, lakin ciddi bir 

savaş olmadı. Sonra axın üçün Nevkənddən dağlara doğru, Bişharan tərəfinə 

getdik. Şahbaz Karluq fürsəti qənimət bilib Nevkəndi buraxdı və qaçıb Ka-

sana getdi. Biz də qayıdıb Nevkəndə yerləşdik. 

O günlərdə əsgərlər ətrafa bir neçə dəfə  axın etdilər. Bir dəfə  Axsinin 

kəndlərinə və bir dəfə də Kasana axın edildi. Şahbaz və Uzun Həsənin Mi-

rim  adlı  oğulluğu  onlara  qarşı  çıxdı,  savaşdılar  və  yenildilər,  Mirim  orada 

öldü. 


Axsinin möhkəm kurqanlarından biri də Bab kurqanıdır. Kurqandakı-

lar  Bab  kurqanını  qapadıb  bizə  adam  göndərdilər.  Seyid  Qasım  bir  neçə 

igidlə  birlikdə  oraya  göndərildi.  (110  a)  Onlar  Axsinin  yuxarı  tərəfindəki 

kəndlərinin qarşısından çayı keçib Bab kurqanına girdilər. 

Bir neçə  gün sonra qəribə bir hadisə oldu. O günlərdə  İbrahim Çapıq 

Tağayi,  Əhməd  Qasım  Kuhbər  və  Qasım  Xatikə  Arğun  Axsidə  [Əhməd 

Tənbəlin  kiçık  qardaşı]  Şeyx  Bəyazidlə  birlikdə  olurdular.  Tənbəl  bu  bəhs 

edilən adamlara iki yüzə qədər seçmə igid qoşaraq bir gecə ansızın Bab kur-

qanı üzərinə göndərir. 

Seyid  Qasım  qəflətə  düşərək  ehtiyat  tədbirləri  görməmişdi.  Bunlar 

kurqana  varıb  nərdivanla  yuxarı  çıxaraq  qapını  ələ  keçirir  və  xəndək  kör-

püsünü  endirib  yetmiş-səksən  yaxşı  silahlı  igidi  kurqana  buraxırlar.  Seyid 

Qasım ancaq o zaman  bundan xəbər tutur. Gecə köynəyiylə qalxıb  yanın-



Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə