ZəHĠRƏDDĠn məHƏMMƏd babur



Yüklə 3,97 Mb.
Pdf görüntüsü
səhifə51/194
tarix15.03.2018
ölçüsü3,97 Mb.
#31773
1   ...   47   48   49   50   51   52   53   54   ...   194

BABURNAMƏ 

 

113 



Şenidəm ki, Cəmşidi-fərrux sirişt

Ba sərçeşmə bər sənge nəvişt: 

 

Bər in çeşmə çün ma bəsa dəm zədənd, 



Birəftənd ta çeşm bərhəm zədənd. 

 

Giriftəm aləm be mərdiyü zur



Və leykən nəburdəm ba xud be gur

1

.  



 

Eşitdim ki, xoşxasiyyət Cəmşid  

Bir çeşmənin başındakı bir daşa bunları yazmış: 

 

«Bu çeşmədə bizdən əvvəl bir çoxları nəfəs aldılar; 

Sonra göz açıb yumuncaya qədər köcüb getdilər. 

 

İgidlik və qüvvətlə dünyayı zəbt etdik,  

Lakin onu özümüzlə birlikdə gora apara bilmədik. 

O dağlıq bölgədə beytlərin və digər şeylərin daşa qazılması bir adətdir. 

Biz Məsihada ikən şair Molla Hicri Hisar tərəfindən gəlib mənə səda-

qətini bildirdi. Bu mətləni o günlərdə söyləmişdim: 

Təkəllüf hər necə surət tutulsa, ondan artıqsan, 

Səni can derlər, əmma bitəkəllüf candan artıqsan. 



Bir rəsim nə qədər zəhmətlə çəksələr də sən daha gözəlsən

Sənə can deyirlər, lakin sən, şübhəsiz, candan artıqsan. 

Şeybani  xan  Ura-Təpə  civarına  gələrək  bir  az  ortalığı  qarışdırıb  geri 

döndü. O, Ura-Təpə (99 b) üzərində ikən ailəmi Məsihada qoyub adamları-

mızın  az  və  silahsız  olmasına  baxmayaraq  Abbürdən  keçidindən  aşdıq  və 

sabah  axşam  yaxında olaq və  fürsəti qaçırmayaq deyə  Dihkət  civarına  gəl-

dik. Şeybani xan tələsik geri qayıtdı. Biz də təkrar keçidi aşaraq Məsihaya 

gəldik. 

«Belə  dağdan-dağa,  işsiz-gücsüz,  vilayətsiz  və  yersiz  gəzmək  fayda-

sızdır. Xanın yanına Daşkəndə gedəkmi» deyə düşündüm. Qasım bəy buna 

razı olmadı. O, yuxarıda bəhs etdiyim kimi, nizamı qorumaq və hamıya dərs 

vermək üçün Qarabulaqda üç-dörd moğolu öldürmüşdü. Ehtimal ki, bu üz-

dən oraya getməyə tərəddüd etdi. Bir az israr etdik, olmadı. O öz adamlarını, 

qardaşlarını, köçünü alıb Hisara yollandı. 

Biz Abbürdən keçidindən aşaraq xanın yanına Daşkəndə yola düşdük. 

O  sırada  [Sultan  Əhməd]  Tənbəl  qoşun  çəkib  Ahəngəran  vadisinə  gəldi. 

Əsgərlərinin  arasında  Məhəmməd  Hisari  adı  ilə  də  tanınan  Məhəmməd 

Duğlat kiçık qardaşı Sultan Hüseyn Duğlat və Qənbər Əli Sallax ilə ittifaq 

                                                           

1

 Sədi Şiraziyə aiddir. İlk beyt «Bustan»dan, iki beyt isə «Gülüstan»dan alınmışdır. 




Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



114 

edib Tənbələ qəsd etmək fikrinə düşür. Tənbəl bu xəbər alınca orada qalma-

yaraq qaçıb xanın yanına getdi. 

Biz Şahruxiyyəyə gələn gün qurban bayramıydı [=16 iyun 1502], la-

kin oralarda yubanmadan keçib xanın yanına Daşkəndə getdik. 

Bir  rübai  söyləmişdim.  Qafiyəsinə  dair  tərəddüdüm  vardı.  O  zaman 

şeir (100 a) sənətini o qədər öyrənməmişdim. Xan təb sahibi bir adamdı, şe-

ir söyləyirdi, gərçi uğurlu qəzəli çox deyildi. Bu rübaini xana söyləyib tərəd-

düdümü  ərz  etdim.  Lakin  könlümün  arzu  etdiyi  biçimdə  açıq  bir  cavab  ala 

bilmədim. Hər halda o da şeir sənətiiı az incələmişdi. O rübai budur: 

Yad etməz imiş kişini qürbətdə kişi

Şad etməz imiş könlünü möhnətdə kişi, 

Könlüm bu qəriblikdə şad olmadı, ah, 

Qürbətdə sevinməz ərmiş, əlbəttə, kişi.  

Sonra öyrəndim ki,  türk dilində  bəzən t-d, ğ-k və  q bir-birinin  yerinə 

işlənir. 



 

MOĞOLLARIN TUĞ AÇMA MƏRASĠMĠ 

 

Bir neçə gün sonra Tənbəl Ura-Təpəyə gəldi. Bu xəbəri alınca [Sultan 



Mahmud]  xan  Daşkənddən  qoşun  yeritdi.  Beşkənd  ilə  Sam-Sirək  arasında 

sağ və sol qol səflərini nizamlayıb parad keçirtdi. 

Moğol adəti üzrə tuğ açdılar. Xan atdan endi. Bir moğol doqquz tuğu 

xanın önündə sancıb bir öküzün qabaq ayaq sümüyünə uzun bir ağ bez bağ-

layaraq  əlində  tutdu  və  üç  parça  uzun  bezi  üç  tuğun  quyruğundan  az  aşağı 

bağlayıb tuğ dirəyinin altından keçirdi. Bir bezin ucuna xan, bir tuğa bağla-

nan  bezin  ucuna  mən,  bir  bezin  ucuna  da  [xanın  oğlu]  Sultan  Məhəmməd 

Xanikə (100 b) basdı. O moğol öküzün bez bağlanan qabaq ayaq sümüyünü 

əlinə alıb moğolca nəsə dedi və tuğa baxıb işarə verdi. Xan və ətrafda du-

ranların  hamısı  tuğa  qımız  səpməyə  başladılar,  Bütün  nəfirlər  və  davullar 

eyni  anda  birdən  çaldı,  səfdə  düzülən  əsgərlər  hamısı  birdən  savaş  nərəsi 

çəkdilər.  Bunu  üç  dəfə  təkrar  elədilər,  sonra  atlarına  minib  nərə  çəkə-çəkə 

düşərgənin ətrafında çapdılar. 

Moğollar arasında Çingiz xanın yasası [tüzük] onun dövründəki kimi 

davam edir. Sağ və sol qollar, mərkəzlər atalarının zamanındakı kimi yerli-

yerində durur. Sağ və sol qollarda kimin etibarı artıqsa o daha ziyadə baş tə-

rəfdə durur. 

Sağ qolda çıras ilə bəycik qəbilələrinin başa keçmə qovğası vardır. O 

zaman  çırasın  tümən  bəyi  Qaşqa  Mahmuddu,  çox  cəsur  bir  igiddi.  Tümən 

deyə məşhur olan Bəycik tüməninin tümən bəyi  isə Əyyub Yaqubdu. Başa 

keçmək üçün mücadilə etdilər və bir-birlərinə qarşı qılınca sarıldılar. Axırda 

buna  qərar  verildi:  biri  sürək  ovunda  başda  duracaq,  digəri  də  səfdə  başa 




BABURNAMƏ 

 

115 



keçəcək. Ertəsi  sabah Sam-Sirək civarında sürək  ovu keçirdilər. Oradan  da 

Türək çarbağına gəldilər. (10l a) 

İlk qəzəlimi o gün orada ikən tamamladım. O tamamlanan qəzəl bu-

dur: 


Canımdan özgə yari-vəfadar tapmadım, 

Könlümdən özgə məhrəmi-əsrar tapmadım. 

Bu  qəzəl  altı  beytdən  ibarətdir.  Bundan  sonra  tamamlanan  hər  qəzəl 

eynən bu tərtib ilə yazıldı. 

Buradan  mənzil-mənzil  Xocənd  çayının  kənarına  gəldik.  Bir  gün  gə-

zinti  niyyətilə  suyu  keçib  yemək  hazırladıq,  igid  və  çöhrələri  öz  keflərinə 

buraxdıq. O gün mənim kəmərimin altın toqqasını oğurladılar. Ertəsi sabah 

Xanqulu Bəyanqulu ilə Sultan Məhəmməd Veys qaçıb Tənbəlin yanına get-

dikləri üçün hər kəs düşündü ki, bu onların işidir, lakin bu, təhqiq edilmədi. 

Əhməd Qasım Kuhbər də izin alıb Ura-Təpəyə  yola düşdü. Bir daha 

qayıtmadı və Tənbəlin yanına getdi. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə