ZəHĠRƏDDĠn məHƏMMƏd babur


Zəhirəddin Məhəmməd BABUR



Yüklə 3,97 Mb.
Pdf görüntüsü
səhifə47/194
tarix15.03.2018
ölçüsü3,97 Mb.
#31773
1   ...   43   44   45   46   47   48   49   50   ...   194

Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



104 

eləmişdi və bizdən möhkəmcə qorxurdu. 

Şəvval ayında [=1501 aprel-may] Şeybani xan ilə savaşmaq niyyətilə 

hərəkət  edərək  Baği-nova  çıxdım.  Əsgər  toplamaq  və  hazırlıq  üçün  burada 

beş-altı gün qaldım. Oradan hərəkət  edib  bir neçə dəfə dincəldikdən sonra 

Sərpüldən  keçərək  ordugah  qurduq.  Ordugahın  çevrəsini  başdan-başa  paya 



(88 b) və xəndəklər vasitəsilə qorunaqlı bir hala gətirdik. 

Şeybani xan da digər tərəfdən gəlib Xoca-Kardzən ətrafına endi. Ara-

mız təxminən bir ağacdı. Dörd-beş gün burada oturduq. Bizim adamlarımız 

və düşmənin adamları hər gün qarşı-qarşıya gəlib oxla vuruşurlardı. Bir gün 

düşmənin adamı bir az artıq izdihamla gəldi, xeyli müharibə oldu, lakin heç 

bir tərəf o birinə dov gələ bilmədi. Bizim bir alay qədər adamımız çabucaq 

qayıdıb xəndəyə  girmişdi. Bəziləri bunun Seydi  Qara bəyin  alayı olduğunu 

söylədilər. Seyd Qara bəy sözünün əri olsa da, qılıncı bir az zəif idi. 

O günlərdə Şeybani xan bir dəfə  gəlib gecə basqıni elədi. Əsgərlərin 

ətrafı  ağac  maneələr  və  xəndəklə  möhkəmləndirilib  qorunaqlı  hala  gətiril-

mişdi. Ona görə də düşmən heç nə edə bilmədi. Yalnızca xəndəyin o üzün-

dən qışqıraraq bir az ox atıb geri döndü. 

Mən müharibənin sürətləndirilməsini istəyirdim. Qənbər Əli də qeyrət 

edirdi.  Baqi  Tarxan  min-iki  min  silahlı  adamla  Keşə  enmiş  və  bir-iki  günə 

qədər bizə qoşulacaqdı. Seyid Məhəmməd Mirzə Duğlat da xan dayım tərə-

findən köməyə gələrək min və ya min beş yüz adamla (89 a) Diyula enmişdi, 

bizdən  dörd  ağac  məsafədə  idi  və  sabahadək  bizə  qatılacaqdı.  Belə  bir  du-

rumda müharibəni sürətləndirdik və vuruşduq.  

Be tündi səbk dəst bərdən be tiğ

Be dəndan kəzd pəşt dəst diriğ

1



Hiddətlə əlini dərhal qılınca atan  



Peşman olaraq əlinin arxasını dişləyər. 

Mənim  tələsməyimin  səbəbi  bu  idi:  müharibə  günündə  Zöhrə  ulduzu 

arada idi. O gün sovuşsa, Zöhrə ulduzu

2

 on üç-on dörd gün qədər düşmənin 



arxasında olacaqdı. Lakin bu düşüncələr yersiz imiş və lüzumsuz tələskənlik 

edilmiş. 

Bir sabah müharibə niyyətilə silahlanaraq atlarımıza zireh taxdıq, sağ 

və  sol  qolları,  mərkəz  və  irəli  qol  səflərini  nizamlayaraq  hərəkətə  keçdik. 

Sağ  qolda  İbrahim  Saru,  İbrahim  Cani,  Əbülqasım  Kuhbər  və  digər  bəzi 

bəylər;  sol  qolda  Məhəmməd  Məzid  Tarxan,  İbrahim  Tarxan,  Səmərqənd 

bəylərindən Sultan Hüseyn Arğun, Qara Barlas, Pir Əhməd və Xoca Hüseyn, 

mərkəzdə Qasım bəy və bəzi yaxın içkilər; irəli qolda isə Qənbər Əli Sallax, 

Bəndə  Əli,  Xoca  Əli,  Mirşah  Koçin,  Seyid  Qasım  eşik-ağa,  Bəndə  Əlinin 

                                                           

1

 Sədi Şirazidən. 



2

 İnama  görə,  Zöhrə  ulduzu  adama  şans  gətirirdi.  Ona  görə  də  daha  şanslı  ola  bilmək 

üçün Zöhrənin öz tərəflərində olduğu zaman savaşa başlamağa çalışırdılar. 



BABURNAMƏ 

 

105 



kiçık qardaşı Haldar və Qasım bəyin oğlu Qoç Heydər durmuşdular. Digər 

mövcud yaxşı igidlərin və içkilərin hamısı də irəli qola daxil edilmişdi. 

Bizim  səf  halında  hərəkətə  keçməmizlə  birlikdə  düşmən  da  qarşı  tə-

rəfdən (89 b) səf halında qabağımıza çıxdı. Düşmənin sağ qolunda [Şeybani 

xanın kiçık qardaşı] Mahmud Sultan, [Şeybani xanın bacısı oğlu] Cani bəy 

Sultan və [Şeybani xanın oğlu] Teymur Sultan, sol qolunda Həmzə Sultan, 

Mehdi Sultan və digər bəzi sultanlar dururdular. 

Səflər bir-birinə yaxınlaşanda düşmənin sağ qolunun başı bizim arxamıza 

doğru  yürüdü.  Mən  də  üzümü  onlara  çevirdim.  İrəli  qolumuz  isə  -bütün  təc-

rübəli və yaxşı qılınc çalan igidlərimiz irəli qola daxil idi- sağ tərəfimizdə qaldı. 

Önümüzdə  heç  adam  qalmadı.  Buna  baxmayaraq  bizə  doğru  gələn  adamları 

vurub çevirərək mərkəzə sıxışdırdıq, iş artıq o dərəcəyə gəldi ki, Şeybani xanın 

bəzi  yaşlı  və  böyük  adamları  «yürümək  lazımdır,  durmaq  zamanı  keçdi» 

demişlər, lakin o olduğu yerdə qalmışdı. Düşmənin sağ qolu bizim sol qolumu-

zu yenərək arxamıza doğru yürüdü. İrəli qol da sağ tərəfimizdə qalınca önümüz 

açıq qaldı. Düşmən arxadan və öndən sıxışdıraraq ox atmağa başladı. 

Köməyə  gəlmiş  moğol  əsgərlərinin  savaşmağa  heç  niyyətləri  yoxdu. 

Savaşmaq bir yana, bizim öz əsgərimizi yağmalayıb atdan salmağa başladı-

lar. Yalnız burada deyil, bədbəxt moğolun (90 a) adəti daima belədir. Qalib 

gəlsə də qənimət (olca) alır, məğlub da olsa öz elini yağmalayıb qənimət alır.  

Önümüzdəkilər  neçə  dəfə  şiddətli  şəkildə  hücum  etsələr  də,  hər  dəfə 

onları  geri  oturtduq.  Önümüzdən  bizi  xeyli  sıxışdırdılar.  Arxamıza  keçən 

adamlarsa  gəlib bizim alaya  ox atmağa başladılar.  İrəlidən və arxadan sıxış-

dıraraq əsgərimizi bir az sarsdılar. Özbəklərin savaşdakı böyük hünəri bu çe-

virmə  (tolğama) hərəkətidir. Onların heç bir savaşı tolğamasız olmaz. Başqa 

bir hünərləri də budur ki, irəlidə və arxada bəy və nəfərlərin hamısı ox ataraq 

dördnala gəlir və döndükləri zaman da toplu halda dördnala geri çəkilirlər. 

Mənim  yanımda  on-on  beş  adam  qalmışdı.  Kuhək  çayı  yaxındı.  Sağ 

qolun bir ucu çaya varmışdı. Biz də çaya doğru yürüdük. Çayın suyunun çə-

kildiyi  günlər idi. Çaya çatınca zirehli bir halda  suya girdik. Çayın  yarısın-

dan çoxunu yürüyərək keçdik. Qalan qismi dərindi. Bir ox atımı qədər yeri 

atları zirehli halda üzdürərək keçdik. Suyu keçəndən sonra zirehləri atdıq. 

Suyun  şimal  tərəfinə  keçincə  düşmənin  (90  b)  təqibindən  qurtulduq, 

lakin  burada  da  dağınıq  adamlarımızı  atdan  salıb  soyanlar  bu  uğursuz  mo-

ğollardı. İbrahim Tarxanı və başqa bir çox igidi moğollar yağmalayıb, atdan 

salıb tələf etdilər. 

Kuhək çayının şimal tərəfindən gəlib Külbə civarından keçdik, iki na-

maz arası

 

Şeyxzadə darvazasından girərək ərkə gəldim. 



Böyük bəylər, yaxşı igidlər və bir çox adam bu müharibədə tələf oldu. 

Burası  qəribədir  ki,  bu  savaşda  İbrahim  adlı  üç  böyük  bəy,  yəni  İbrahim 

Tarxan, İbrahim Saru və İbrahim Cani həlak oldu. Qasım bəyin böyük oğlu 



Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə