ZəHĠRƏDDĠn məHƏMMƏd babur



Yüklə 3,97 Mb.
Pdf görüntüsü
səhifə46/194
tarix15.03.2018
ölçüsü3,97 Mb.
#31773
1   ...   42   43   44   45   46   47   48   49   ...   194

BABURNAMƏ 

 

101 



anda Sultan Hüseyn Mirzə gəldi və şəhəri zəbt etdi. 

Mən isə Səmərqəndi alanda on doqquz yaşındaydım. Nə çox işlər gör-

müş, nə də təcrübə qazanmışdım. 

İkincisi,  mənim  düşmənim  Şeybani  xan  kimi  çox  təcrübə  sahibi  və 

çox işlər görmüş, yaşlı bir adamdı. 

Üçüncüsü,  bizə  Səmərqənddən  heç  kimsə  gəlməmişdi.  Şəhər  əhalisi 

mənə  nə  qədər meylli  olsa da, Şeybani  xanın  qorxusundan heç kim bir şey 

edə bilməzdi. 

Dördüncüsü,  mənim  düşmənim  kurqanda  idi,  kurqan  alındı,  düşmən 

də qovuldu. 

Beşincisi,  bir  dəfə  Səmərqənd  üzərinə  gəlmişdik  və  düşmən  bundan 

xəbərdar olmuşdu, ikinci dəfə  gələndə Allah rast gətirdi və Səmərqənd zəbt 

edildi. 

Bunları  söyləməkdən  məqsədim  başqalarına  daş  atmaq  deyil,  (86  a) 

yuxarıda bəhs edildiyi kimi, gerçəkləşən hadisəni anlatmaqdır. Bunları yaz-

maqdan məqsədim isə özümü yüksəltmək deyildir. Yuxarıda yazıldığı kimi, 

doğrusu bu idi. 

Bu  fəth  haqqında  şairlər  tarixlər  söyləmişlər.  Onların  arasından  bir 

beyt xatirimdə qalmışdır:  

Baz gofte xirəd ki tarixəş  

Fəthi-Babur bahadur əst bedan. 

Ağıl tarixini yenidən söylədi; bil ki  

Onun tarixi budur: «Fəthi-Babur bahadur».

1

  

Səmərqənd  alındıqdan  sonra  Şavdar,  Soğd  və  yaxın  tümənlərin  kur-

qanları bir-bir gəlib mənə qatılmağa başladılar. Bəzi kurqanların özbək dar-

ğaları qorxudan qaçıb getdilər, bəzi kurqanlar özbəkləri qovub bizim idarə-

mizə girdilər, bəziləri isə darğaları yaxalayıb kurqanları qapatdılar. 

Bu zaman Şeybani xanla özbəklərin köç və ailələri Türküstandan gəldi. 

Şeybani  xan  özü  Xoca-Didar  və  Əliabad  civarında  olurdu.  Kurqanların  bu 

şəkildə bizə keçdiyini və əhalinin bizi dəstəklədiyini görüncə olduğu yerdən 

qalxıb Buxara tərəfinə getdi. 

Allahın  inayəti  ilə  Soğd  və  Miyanqal  kurqanlarının  çoxu  üç-dörd  ay 

ərzində təkrar bizə keçdi. Baqi Tarxan da fürsət taparaq Karşi kurqanına gir-

di. Hüzar və Karşi da özbəklərin əlindən çıxdı. Qaragölü isə Mərvdən Əbül-

möhsün (86 b) Mirzənin adamları gəlib aldılar. İşimiz çox yaxşı gedirdi. 

Anam, köçüm və uruğlarım mən Əndicandan çıxdıqdan sonra min bir 

çətinlik  və  sıxıntı  ilə  Ura-Təpəyə  gəlmişdilər.  Adam  göndərərək  onları  da 

Səmərqəndə gətirtdik. 

Həmin  günlərdə  Sultan  Əhməd  Mirzənin  mənimlə  evli  olan  qızı,  ilk 

nigahlı arvadım Ayşə Sultan bəyimin bir qızı dünyaya gəldi. Fəxrünnisa adı 

                                                           

1

 «Fəthi-Babur bahadur» sözlərinin əbcəd hesabı ilə cəmi 906 (=1500) deməkdir. 




Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



102 

verildi.  Bu  mənim  ilk  uşağım  idi  və  mən  o  vaxt  on  doqquz  yaşındaydım. 

Uşaq bir ay və ya qırx gün içində Allahın rəhmətinə qovuşdu. 

Səmərqəndin  fəthindən  sonra  dəfələrlə    civardakı  xanlara,  sultanlara, 

əmirlərə  və  sərhəd  boyunda  yaşayanlara  kömək  və  dəstək  tələbi  ilə  arxa-

arxaya elçilər və xəbərçilər gedib gəldi. Bu gələn elçilərin bəziləri təcrübəli 

olmalarına baxmayaraq  diləklərimi ağılsızcasına  rədd edirdilər. Bəziləri də 

bizə qarşı vaxtilə ədəbsizlik və pis hərəkətlər etmişdilər, ona görə qorxduq-

ları üçün cavab vermirdilər. Bəziləri yardım göndərsələr də buna yardım de-

mək olmazdı. Bunların hamısından növbə ilə bəhs ediləcəkdir. 

Səmərqəndi ikinci dəfə alanda Əli Şir [Nəvai] bəy (87 a) hələ həyatda 

idı. Bir dəfə mənə bir məktubu da gəlmişdi. Mən də arxasına türkcə beyt ya-

zıb bir məktub göndərmişdim. Cavab gəlincəyə qədər ayrılıq və qovğa çıxdı.  

Şeybani  xan  Səmərqəndi  alanda  Molla  Bənnaini  öz  xidmətinə  qəbul 

etmişdi,  öz  yanında  saxlayırdı.  Səmərqəndin  fəthindən  bir  neçə  gün  sonra 

buraya gəldi. Qasım bəy ondan şübhələndiyi üçün Şəhrisəbz tərəfinə getmə-

sinə izin verdi. Çox fəzilətli bir adam olduğu və heç bir günahı görülmədiyi 

üçün təkrar Səmərqəndə  gətirtdik.  Daim qəsidə  və  qəzəl  yazırdı.  Nəva fəs-

lində bəstələnmiş bir qəzəli mənə ithaf etdi. 

Yenə o zamanlarda bir rübai söylədi. Həmin rübai budur: 

Nə ğəllə məra k-əzi təvanəm nuşid, 

Nə möhmali ğəllə təvanəm puşid, 

Anra ki, nə xordənəstü nə puşidan, 

Dər elmü hünər koca təvanəd kəşid.  

 

Nə bir bəslənəcək yeyəcəyim var

Nə də örtünəcək geyəcəyim var.  

Yeməyi, paltarı olmayan adam  

Elm, hünər üçün necə çalışar?  

O zamanlar mən də bir və ya iki beyt söyləyirdim, lakin qəzəl tamam-

lamırdım. Yalnız türkcə bir rübai söylədim: 

İşlər varı könlündəki tək bolğusudur, 

Ənamü vəzifə barı buyrulğusudur, 

Ol ğəlleyü-mühməl ki, deb ərdin, berdim, 

Mühməlgə buyu ğəllədən öy dolğusudur.  

 

İşlərinin hamısı könlünə görə olacaqdır, 



Ənam və vəzifə, hamısı gələcəkdir, 

O söylədiyin qailə və mühməli sənə verdim

Mühmələ girəcək evin qailə ilə dolacaqdır. 

Molla  Bənnai  bu  rübainin  (87  b)  sonuncu  misrasının  qafiyəsini  rədif 

edərək başqa bir qafiyə ilə təkrar bir rübai söylədi:  



BABURNAMƏ 

 

103 



Mirzəm ki şahi-bərhi-bər bolğusudur,  

Aləmdə hünər birlə sər bolğusudur,  

Bir mühməl üçün bunca inayət boldu,  

Müstəməl əgər desəm nələr bolğusudur.  

 

Mirzəm qurunun və dənizin şahı olacaqdır,  

Aləmdə hünəri ilə başı ucalacaqdır,   

Bir mühməl üçün bunca inayət olsa,  

Müstəməldir, əgər  desəm  nələr olacaqdır. 

O zaman Xoca Əbülbərəkə Firaqi Şəhrisəbzdən Səmərqəndə gəlmişdi. 

O da «bu qafiyə və rədifdə söyləmək lazımdır» dedi və bu rübaini söylədi: 

Bu cövr ki gəldi dövr sorulğusudur, 

Sultani-kərəm bu üzrnü qulğusudur, 

Tökülgən əgərçı dolmaz, ey saqi, 

Tökülgənimiz bu dövrdə dolğusudur. 

 

Dövrün etdiyi cəza ondan sorulacaqdır, 

Kərəmli sultan bu üzrü bağışlayacaqdır.  

Tökülən əgərçi dolmaz, ey saqi,  

Tökülənimiz bu dövrdə dolacaqdır. 

Bu qış bizim işimiz çox tərəqqidə, Şeybani xanınkı isə tənəzzüldə idi. 

Amma  bu  arada  gerçəkləşən  bir-iki  hadisə  işimizi  bir  az  pozdu.  Mərvdən 

gələrək Qaragölü alanlar orada dayana bilmədilər və Qaragöl təkrar özbək-

lərin  əlinə  keçdi.  Dəbusi  qalasında  İbrahim  Tarxanın  kiçık  qardaşı  Əhməd 

Tarxan dururdu. Şeybani xan gəlib oranı mühasirəyə aldı. Biz əsgər toplayıb 

hazırlıq görənə qədər zorla alıb əhalisini tamamilə qılıncdan keçirdi.  

 

SƏRPÜL MEYDAN MÜHARĠBƏSĠ 

 

Mənim  Səmərqəndi  aldığım  zaman  yanımda  iki  yüz  qırx  təcrübəli 

adamım (88 a) vardı. Beş-altı ay içində böyük Allahın yardımıyla sayıları o 

qədər artdı ki, Şeybani xan kimi bir adamla, bir az sonra bəhs edəcəyim ki-

mi, Sərpüldə bir meydan müharibəsi elədik. 

Ətrafdakılardan və xandan [Baburun dayısı Sultan Mahmud xan] dörd 

və ya beş yüzə qədər adamla birlikdə Əyyub Bəycik, Qaşqa Mahmud və ba-

rinlər köməyə gəlmişdi. Cahangir Mirzədən yüz və ya iki yüz adamla birlik-

də Tənbəlin kiçık qardaşı Xəlil də köməyə gəlmişdi. 

Şeybani xanın etdiklərini və davranışlarını  ən  yaxşı bilən Sultan Hü-

seyn Mirzə  kimi təcrübə  sahibi bir padşahdan köməyimə  heç kim gəlmədi. 

Bədiüzzaman Mirzədən də heç kim gəlmədi. Xosrov şah isə qorxudan adam 

göndərmədi,  çünki  yuxarıda  bəhs  edildiyi  kimi,  o,  bu  ailəyə  çox  pisliklər 



Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə