ZəHĠRƏDDĠn məHƏMMƏd babur



Yüklə 3,97 Mb.
Pdf görüntüsü
səhifə45/194
tarix15.03.2018
ölçüsü3,97 Mb.
#31773
1   ...   41   42   43   44   45   46   47   48   ...   194

BABURNAMƏ 

 

99 



Kərimdad, Şeyx Dərviş, Xosrov Göyəldaş və Mirim Nasir kimi içkilərlə bir-

likdə oturmuşduq. Oradan-buradan danışırdıq. «Söyləyin görüm, (83 b) Al-

lah rast gətirsə, Səmərqəndi nə zaman alarıq?» dedim. 

Bəziləri  «ilkbahara alarıq» dedi, o zaman sonbahardı. Bəziləri bir ay, 

bəziləri qırx gün, bəziləri də iyirmi gün sonra dedilər. Noyan Göyəldaş isə 

«On  dörd  gündə  alarıq»  dedi.  Allah  rast  gətirdi  və  tam  on  dörd  gündə  Sə-

mərqəndi aldıq. 

O zaman qəribə bir röya görmüşdüm. Röyamda Xoca Übeydullah həz-

rətləri gəlmiş və mən də onu qarşılamağa çıxmışım. Xoca gəlib oturdu. Xo-

canın  önünə, deyəsən, bir az  diqqətsiz bir şəkildə dəstərxan sərmişdilər və 

bu üzdən həzrətin könlü bir az incimişdi. Molla Baba mənim tərəfimə baxıb 

işarət edirdi. Mən də ona işarətlə: «Mən neyləyim, qüsur dəstərxanı sərəndə-

dir» dedim. Xoca anladı və bu üzrümü qəbul etdi. Sonra ayağa qalxdı, mən 

də onu uğurlamağa çıxdım. O, evin dalanında sağ və ya sol qolumdan tutub 

məni  elə  yuxarı  qaldırdı  ki,  bir  ayağım  yerdən  üzüldü.  Mənə  türkcə  «Şeyx 

məsləhət verdi» dedi.  Bir neçə gün içində Səmərqəndi aldım. 

Bir-iki gün sonra Əsfidək kurqanından qalxıb Vəsmənd kurqanına gəl-

dik.  Bir dəfə  Səmərqənd civarına gedib  varlığımızı  göstərərək  geri qayıtdı-

ğımız halda (84 a) təkrar Allaha təvəkkül edib eyni niyyətlə günorta nama-

zından sonra Vəsmənddən qalxıb  Səmərqənd üzərinə sürətlə  hərəkət  etdik. 

Xoca Əbülməkarim də mənimlə bərabərdi. 

Gecə  yarısı  xiyaban  üzərindən  Məğək  körpüsünə  gəlib  yaxşı  igidlər-

dən  yetmiş-səksən  nəfərlik  bir  dəstəni  irəli  göndərdik.  Bunlar  Qari-aşiqan 

qarşısından nərdivanla yuxarı çıxıb Firuzə darvazasındakıların üstünə cümə-

raq darvazanı ələ keçirəcək və bizə adam göndərəcəkdilər. 

Bu igidlər gedib Qari-aşiqan qarşısından nərdivanla yuxarı çımışlar və 

heç kim xəbər tutmamışdır. Oradan da Firuzə darvazasına qədər gəlib Fazil 

Tarxanın üstünə cummuşlar. Fazil Tarxan bəy tarxanlardan olmayıb Türküs-

tanın  tüccar  tarxanlarından  idi.  Türküstanda  Şeybani  xana  xidmət  edərək 

etibar  görmüşdü.  İgidlər  Fazil  Tarxanı  bir  neçə  adamıyla  birlikdə  öldürüb 

qapının kilidini balta ilə qıraraq darvazanı açdılar. 

O  əsnada  mən  yetişərək  dərhal  Firuzə  darvazasından  içəri  girdim. 

Əbülqasım  Kuhbər  özü  gəlməmiş,  kiçık  qardaşı  Əhməd  Qasımı  otuz-qırx 

qədər  adamıyla  göndərmişdi.  İbrahim  Tarxanın  adamlarından  isə  heç  biri 

yox idi. Mən şəhərə girib xanəgahda oturanda yalnızca Əhməd Tarxan adlı 

kiçık qardaşı (84 b) bir neçə adamı ilə birlikdə gəldi. 

Şəhər  əhalisi  hələ  yuxuda  idi.  Dükan  sahibləri  dükanlarından  baxıb 

tanıyaraq mənə dua edirdilər. Qısa bir müddət sonra şəhər əhalisi vəziyyət-

dən xəbərdar oldu.  Bizim  adamları və şəhər əhalisini qəribə  bir sevinc sar-

mışdı. Özbəkləri quduz köpəklər kimi küçələrdə daş və zopalarla öldürdülər. 

Bəlkə də dörd-beş yüzə qədər özbək bu şəkildə öldürüldü. 



Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



100 

Şəhərin darğası Can Vəfa Xoca Yəhyanın evlərindən birində otururdu. 

Oradan çıxıb qaçaraq Şeybani xanın yanına getdi. 

Qapıdan girincə birbaşa mədrəsə və xanəgah tərəfə yürüdüm və xanə-

gahın tağı üstündə oturdum. Sabaha qədər hər tərəfdə qovğa və gurultu da-

vam etdi. Xəbərdar olan bəzi əsnaf və dükan sahibləri sevinc və nəşəylə gəl-

dilər, əllərində nə varsa gətirib dua etdilər. 

Sabah  özbəklərin  Ahənin  darvazasında  iki  qapı  arasını  gücləndirərək 

vuruşmaqda  olduqları  xəbəri  gəldi.  Dərhal  ata  minib  Ahənin  darvazasına 

doğru  getdim.  Mənimlə birlikdə on-on beş və  ya iyirmi qədər adam  vardı. 

Şəhər yeni ələ keçmişdi. Alt təbəqədən hər kəs bir şey tapmaq ümidi ilə sa-

ğı-solu eşələməklə (85 a) məşğul idi. Mən yetişincəyə qədər özbəkləri Ahə-

nin darvazasından çıxarmışdılar. 

Şeybani xan bunu  eşidib fövqəladə təlaşlı bir şəkildə,  günəş doğarkən 

yüz-yüz  əlli  qədər  adamıyla  Ahənin  darvazasına  gəlib  yetişdi.  Fürsət  qapıya 

gəlmişdi. Lakin söylədiyim kimi, yanımda çox az adam vardı. Şeybani xan isə 

heç nə edə bilməyəcəyini görüncə orada durmadı və dərhal geri qayıdıb getdi. 

Oradan  dönüb  ərkdə  Bostan  Saraya  endim.  Ağsaqqallar,  əşrəf  və  şə-

hərin böyükləri gələrək məni görüb təbrik etdilər. 

Yüz qırx ilə yaxın bir müddətdir paytaxt Səmərqənd bizim ailədəydi. 

Yad  və  düşmən  özbəyin  biri  gəlib  onu  ələ  keçirmişdi.  Amma  əldən  çıxan 

mülkü Allah təkrar verdi. Yağmaya uğrayan vilayət təkrar əlimizə keçdi. 



 

SULTAN HÜSEYN MĠRZƏNĠN HERATI ALMASI 

ĠLƏ BABURUN SƏMƏRQƏNDĠ ALMASININ 

MÜQAYĠSƏ EDĠLMƏSĠ 

 

Sultan Hüseyn [Bayqara] Mirzə də Heratı bu şəkildə basqınla almışdı. 



Lakin  iş  bilənlər  gözündə, anlayan və tərəfsiz kimsələrin önündə o işlə bu 

fəth arasında böyük bir fərq olduğu aşikardır. 

Birincisi,  Sultan  Hüseyn  Mirzə  çox  işlər  görmüş,  çox  təcrübə  qazan-

mış yaşlı bir padşah idi. 

İkincisi,  onun  düşməni  on  yeddi-on  səkkiz  yaşında  və  təcrübəsiz  bir 

uşaq olan Yadigar Məhəmməd Nasir Mirzə idı. (85 b) 

Üçüncüsü,  [Sultan  Hüseyn  Mirzənin  əmirlərindən]  düşmənin  içində 

olan və vəziyyəti bilən Mir Əli Miraxur Mirzəyə adamlar göndərib onu düş-

mənin üstünə qafil olduğu bir anda gətirmişdi. 

Dördüncüsü, düşmən kurqanda deyil, Baği-Zağanda idi və Sultan Hü-

seyn  Mirzə  şəhəri  alanda  Yadigar  Məhəmməd  Mirzə  ilə  adamları  özlərini 

içkiyə  elə  vermişdilər  ki,  o  gecə  Yadigar  Məhəmməd  Mirzənin  qapısında 

duran üç adamın üçü də sərxoş imiş. 

Beşincisi,  Yadigar  Məhəmməd  Mirzənin  bu  dərəcə  qafil  olduğu  bir 




Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə