ZəHĠRƏDDĠn məHƏMMƏd babur


Zəhirəddin Məhəmməd BABUR



Yüklə 3,97 Mb.
Pdf görüntüsü
səhifə48/194
tarix15.03.2018
ölçüsü3,97 Mb.
#31773
1   ...   44   45   46   47   48   49   50   51   ...   194

Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



106 

Əbülqasım  Kuhbər,  Xudaverdi  Tuğçu,  əvvəlcə  də  haqqında  bir  neçə  dəfə  

bəhs edilən Sultan Əhməd Tənbəlin kiçık qardaşı Xəlil də bu savaşda öldü. 

Bəylərin  bir  qismi  müxtəlif  yönlərə  qaçdılar.  Bunların  arasında  Mə-

həmməd Məzid Tarxan Hisar və Qunduz tərəfinə Xosrov şahın yanına getdi. 

Qənbər  Əli  Sallax  moğol  da  çox  inayət  etdiyimiz  bəylərimizdən  idi  və  bu 

qədər inayət gördüyü halda belə bir zamanda sadiq qalmayıb Səmərqənddən 

köçünü də alaraq Xosrov şahın yanına getdi. (91 a) İçki və igidlərdən bəzi-

ləri  də,  məsələn,  Kərimdad  Xudadad  Türkmən,  Canikə  Göyəldaş  və  Molla 

Baba Pəşağari Ura-Təpə tərəfinə getdilər. O zamanlar Molla Baba xidmətdə 

deyildi,  yalnızca  qonaq  olaraq  yanımızda  idi.  Bəziləri  bizimlə  birlikdə  Sə-

mərqəndə girdilər. Bunların arasında Şirim Tağayi və adamları da vardı. 

Məsləhətləşərək həyatı və ölümü Səmərqənd kurqanının içində görüb 

kurqanı gücləndirməyə qərar verdik. Anamla birlikdə böyük və kiçık bacıla-

rım da kurqanda olduqları halda Şirim Tağayi öz köçünü, ailəsini və adam-

larını şəhərdən çıxarıb Ura-Təpəyə göndərdi. Özü kurqanda tək başına, yal-

nızca bir neçə adamıyla qaldı. O, təkcə bu dəfə deyil, belə çətin vəziyyətlər-

də həmişə zəiflik və sədaqətsizlik göstərmişdir.  



 

BABURUN SƏMƏRQƏNDDƏ ġEYBANĠ XAN 

TƏRƏFĠNDƏN MÜHASĠRƏYƏ ALINMASI 

 

Ertəsi  sabah Xoca Əbülməkarimi,  Qasım bəyi,  bəyləri, içkiləri və  di-



vana  çağrılacaq  bütün  igidləri  dəvət  etdik,  məsləhətləşdik,  kurqanı  güclən-

dirməyə, həyatı və ölümü kurqanın içində  görməyə qərar verdik. Mən, Qa-

sım bəy, ətrafımdakı içki və igidlər ehtiyat qüvvətləri idik. Onun üçün şəhə-

rin ortasında Uluğbəy Mirzənin mədrəsəsinin damının üstünə (91 b) ağ bir 

çadır qurduraraq oturdum. Digər bəylərə və igidlərə isə darvazalarda və ət-

rafdakı divarlarda postlar tapşırıldı. 

İki-üç gün sonra Şeybani xan gələrək kurqanın bir az uzağına endi. Mə-

həllə  və  kəndlərin  avam  təbəqəsi  bölük-bölük  toplanaraq,  salavat  gətirib 

mədrəsə qapısına gəlir və çarpışmaya çıxırdılar. Şeybani xan bunlara qarşı hə-

rəkətə  keçir,  lakin  kurqanın  yaxınına  gələ  bilmirdi.  Bir  neçə  gün  bu  şəkildə 

keçdi.  Ox  və  qılınc  yarası  görməyən,  nizamlı  bir  meydan  müharibəsinin  və 

qarşılıqlı  çarpeşmanın  nə  olduğunu  bilməyən  qara  camaat  bu  durumdan  cə-

sarət alaraq daha uzaqlara çıxmağa başladı. Təcrübəli igidlər onların belə fay-

dasız çıxışlarının qabağını almaq istəyəndə onlara həqarət eləməyə başladılar. 

Bir  gün  Şeybani  xan  Ahənin  qapısı  tərəfinə  hücum  etdi.  Qara  camaat 

cəsarət  aldığı  üçün  hər  zamanki  kimi  cürətkarlıq  göstərərək  ona  qarşı  uzağa 

çıxdı. Onların arxasından bəzi igidlərlə süvari bölüyü çıxardım. Üşdür-Gərdən 

tərəfinə göyəldaşlardan və yaxın içkilərdən Noyan Göyəldaş, Qul Nəzər Tağayi, 

Məzid  [Tağayi]  və  digər  bir  çoxları  da  çıxmışdı.  Orada  bir-iki  özbək  (92  a) 



BABURNAMƏ 

 

107 



bunların üstünə at sürdü və Qul Nəzər ilə qılınc-qılınca gəldi. Özbəklər atdan 

endilər, şəhərin qara camaatını sıxşdırıb qovaraq Ahənin darvazasına tıxdılar. 

Qoç bəy ilə Mirşah Koçin isə Xoca Xızır məscidinin yanında qaldılar. 

Piyadalar  qovulduqdan  sonra  düşmənin  irəlidəki  atlıları  Xoca  Xızır  məsci-

dinə doğru toplu bir həmlə etdilər. Qoç bəy bu irəliləyən özbəklərə qarşı çı-

xaraq çox yaxşı çarpışdı və böyük şücaət göstərdi. Bütün xalq bunlara baxıb 

durur,  qaçanlar  da  qaçmağa  davam  edirdilər.  Artıq  ox  atıb  müqavimət  et-

məyin zamanı keçmiş kimiydi. Mən qapının üzərindən navək

1

 atırdım və ya-



nımdakıların bəziləri də ox atırdılar. Özbəklər yuxarıdan atılan oxlar üzün-

dən Xoca Xızır məscidindən daha irəli gedə bilmədilər və geri qayıtdılar. 

Mühasirə boyu kurqan divarı üzərində hər gecə gəzirdik. Bəzən mən, 

bəzən  Qasım  bəy,  bəzən  də  bəylərdən  və  içkilərdən  biri  dolaşırdı.  Firuzə 

darvazasından Şeyxzadə darvazasına qədər divar üzərində atla da gedilə bi-

lirdi. Digər  yerlərdə isə  ancaq piyada (92  b) getmək mümkün idi. Bəziləri 

piyada dolaşırdılar və bir dövrə vurana qədər sabah olurdu. 

Bir gün Şeybani xan Ahənin darvazası ilə Şeyxzadə darvazası arasına 

hücum etdi. Mən ehtiyatdaydım və müharibə orada olduğu üçün oraya gəl-

dim.  Qazuristan  darvazası  ilə  Suzəngəran  darvazası  tərəfindən  qorxumuz 

yox idi. O gün Şeyxzadə darvazası üstündən bir yüz başının atını navək oxu-

yla dəqiq vurdum, dərhal öldü. 

O ara düşmən bizi çox sıxşdırdı və Üşdür-Gərdən tərəfində divarın di-

binə qədər gəldi. Biz burada savaşarkən, o tərəfdən tamamən qafil idik. Düş-

mən  iyirmi  beş-  iyirmi  altı  nərdivan  hazırlamış  və  hər  nərdivanın  eni  iki-üç 

adamın yan-yana çıxa biləcəyi qədər imış. Yeddi və ya səkkiz yüz yaxşı igidi 

də bu nərdivanlarla Qazuristan darvazası ilə Suzəngəran darvazası qarşısında 

pusquda yerləşdirmiş və sonra da digər tərəfdən hücum etmişlər. Əsgərin ha-

mısı bu tərəfdə çarpışmaqla uğraşarkən o postun boş qaldığı bir əsnada pus-

qudakılar gizləndikləri yerdən çıxıb (93 a) qaça-qaça bu nərdivanları iki dar-

vaza arasında, Məhəmməd Məzid Tarxanın həyətinin qarşısına tuş gələn di-

vara qoymuşlar. Ora Məhəmmədqulu Koçin ilə digər bəzi bəylərin postu idi 

və  bu  bəylər  Məhəmməd  Məzid  Tarxanın  həyətində  idilər.  Suzəngəran  dar-

vazası Qara Barlasın postu, Qazuristan darvazası isə Şirim Tağayi ilə böyük 

və kiçık qardaşlarının və Qutlu Xoca Göyəldaşın postu idi. Çarpışmalar başqa 

tərəfdə  meydana  gəldiyi  və  postdakılar  bu  işdən  xəbərsiz  olduqları  üçün 

adamları da işlərini-güclərinə görmək üzrə evlərinə və ya bazara dağılmışdılar. 

Amma post bəyləri və qara camaatdan bir neçə adam öz yerlərində qalmışdı.  

Qoç bəy, Məhəmmədqulu Koçin, Şah Sufi və digər bir igid onlara qar-

şı çıxıb şücaət göstərdilər. Düşmənlərin bəziləri artıq divar üstünə çıxmışdı, 

digərləri  də  çıxmaqdaydı.  Bu  dörd  adam  qoşaraq  yetişdilər  və  vuruşaraq 

düşməni  divardan  aşağı  düşürüb  qaçırdılar.  Aralarında  ən  yaxşı  Qoç  bəy 

                                                           

1

 Navək: bir yay növü.  




Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə