Zəhirəddin Məhəmməd BABUR
106
Əbülqasım Kuhbər, Xudaverdi Tuğçu, əvvəlcə də haqqında bir neçə dəfə
bəhs edilən Sultan Əhməd Tənbəlin kiçık qardaşı Xəlil də bu savaşda öldü.
Bəylərin bir qismi müxtəlif yönlərə qaçdılar. Bunların arasında Mə-
həmməd Məzid Tarxan Hisar və Qunduz tərəfinə Xosrov şahın yanına getdi.
Qənbər Əli Sallax moğol da çox inayət etdiyimiz bəylərimizdən idi və bu
qədər inayət gördüyü halda belə bir zamanda sadiq qalmayıb Səmərqənddən
köçünü də alaraq Xosrov şahın yanına getdi. (91 a) İçki və igidlərdən bəzi-
ləri də, məsələn, Kərimdad Xudadad Türkmən, Canikə Göyəldaş və Molla
Baba Pəşağari Ura-Təpə tərəfinə getdilər. O zamanlar Molla Baba xidmətdə
deyildi, yalnızca qonaq olaraq yanımızda idi. Bəziləri bizimlə birlikdə Sə-
mərqəndə girdilər. Bunların arasında Şirim Tağayi və adamları da vardı.
Məsləhətləşərək həyatı və ölümü Səmərqənd kurqanının içində görüb
kurqanı gücləndirməyə qərar verdik. Anamla birlikdə böyük və kiçık bacıla-
rım da kurqanda olduqları halda Şirim Tağayi öz köçünü, ailəsini və adam-
larını şəhərdən çıxarıb Ura-Təpəyə göndərdi. Özü kurqanda tək başına, yal-
nızca bir neçə adamıyla qaldı. O, təkcə bu dəfə deyil, belə çətin vəziyyətlər-
də həmişə zəiflik və sədaqətsizlik göstərmişdir.
BABURUN SƏMƏRQƏNDDƏ ġEYBANĠ XAN
TƏRƏFĠNDƏN MÜHASĠRƏYƏ ALINMASI
Ertəsi sabah Xoca Əbülməkarimi, Qasım bəyi, bəyləri, içkiləri və di-
vana çağrılacaq bütün igidləri dəvət etdik, məsləhətləşdik, kurqanı güclən-
dirməyə, həyatı və ölümü kurqanın içində görməyə qərar verdik. Mən, Qa-
sım bəy, ətrafımdakı içki və igidlər ehtiyat qüvvətləri idik. Onun üçün şəhə-
rin ortasında Uluğbəy Mirzənin mədrəsəsinin damının üstünə (91 b) ağ bir
çadır qurduraraq oturdum. Digər bəylərə və igidlərə isə darvazalarda və ət-
rafdakı divarlarda postlar tapşırıldı.
İki-üç gün sonra Şeybani xan gələrək kurqanın bir az uzağına endi. Mə-
həllə və kəndlərin avam təbəqəsi bölük-bölük toplanaraq, salavat gətirib
mədrəsə qapısına gəlir və çarpışmaya çıxırdılar. Şeybani xan bunlara qarşı hə-
rəkətə keçir, lakin kurqanın yaxınına gələ bilmirdi. Bir neçə gün bu şəkildə
keçdi. Ox və qılınc yarası görməyən, nizamlı bir meydan müharibəsinin və
qarşılıqlı çarpeşmanın nə olduğunu bilməyən qara camaat bu durumdan cə-
sarət alaraq daha uzaqlara çıxmağa başladı. Təcrübəli igidlər onların belə fay-
dasız çıxışlarının qabağını almaq istəyəndə onlara həqarət eləməyə başladılar.
Bir gün Şeybani xan Ahənin qapısı tərəfinə hücum etdi. Qara camaat
cəsarət aldığı üçün hər zamanki kimi cürətkarlıq göstərərək ona qarşı uzağa
çıxdı. Onların arxasından bəzi igidlərlə süvari bölüyü çıxardım. Üşdür-Gərdən
tərəfinə göyəldaşlardan və yaxın içkilərdən Noyan Göyəldaş, Qul Nəzər Tağayi,
Məzid [Tağayi] və digər bir çoxları da çıxmışdı. Orada bir-iki özbək (92 a)
BABURNAMƏ
107
bunların üstünə at sürdü və Qul Nəzər ilə qılınc-qılınca gəldi. Özbəklər atdan
endilər, şəhərin qara camaatını sıxşdırıb qovaraq Ahənin darvazasına tıxdılar.
Qoç bəy ilə Mirşah Koçin isə Xoca Xızır məscidinin yanında qaldılar.
Piyadalar qovulduqdan sonra düşmənin irəlidəki atlıları Xoca Xızır məsci-
dinə doğru toplu bir həmlə etdilər. Qoç bəy bu irəliləyən özbəklərə qarşı çı-
xaraq çox yaxşı çarpışdı və böyük şücaət göstərdi. Bütün xalq bunlara baxıb
durur, qaçanlar da qaçmağa davam edirdilər. Artıq ox atıb müqavimət et-
məyin zamanı keçmiş kimiydi. Mən qapının üzərindən navək
1
atırdım və ya-
nımdakıların bəziləri də ox atırdılar. Özbəklər yuxarıdan atılan oxlar üzün-
dən Xoca Xızır məscidindən daha irəli gedə bilmədilər və geri qayıtdılar.
Mühasirə boyu kurqan divarı üzərində hər gecə gəzirdik. Bəzən mən,
bəzən Qasım bəy, bəzən də bəylərdən və içkilərdən biri dolaşırdı. Firuzə
darvazasından Şeyxzadə darvazasına qədər divar üzərində atla da gedilə bi-
lirdi. Digər yerlərdə isə ancaq piyada (92 b) getmək mümkün idi. Bəziləri
piyada dolaşırdılar və bir dövrə vurana qədər sabah olurdu.
Bir gün Şeybani xan Ahənin darvazası ilə Şeyxzadə darvazası arasına
hücum etdi. Mən ehtiyatdaydım və müharibə orada olduğu üçün oraya gəl-
dim. Qazuristan darvazası ilə Suzəngəran darvazası tərəfindən qorxumuz
yox idi. O gün Şeyxzadə darvazası üstündən bir yüz başının atını navək oxu-
yla dəqiq vurdum, dərhal öldü.
O ara düşmən bizi çox sıxşdırdı və Üşdür-Gərdən tərəfində divarın di-
binə qədər gəldi. Biz burada savaşarkən, o tərəfdən tamamən qafil idik. Düş-
mən iyirmi beş- iyirmi altı nərdivan hazırlamış və hər nərdivanın eni iki-üç
adamın yan-yana çıxa biləcəyi qədər imış. Yeddi və ya səkkiz yüz yaxşı igidi
də bu nərdivanlarla Qazuristan darvazası ilə Suzəngəran darvazası qarşısında
pusquda yerləşdirmiş və sonra da digər tərəfdən hücum etmişlər. Əsgərin ha-
mısı bu tərəfdə çarpışmaqla uğraşarkən o postun boş qaldığı bir əsnada pus-
qudakılar gizləndikləri yerdən çıxıb (93 a) qaça-qaça bu nərdivanları iki dar-
vaza arasında, Məhəmməd Məzid Tarxanın həyətinin qarşısına tuş gələn di-
vara qoymuşlar. Ora Məhəmmədqulu Koçin ilə digər bəzi bəylərin postu idi
və bu bəylər Məhəmməd Məzid Tarxanın həyətində idilər. Suzəngəran dar-
vazası Qara Barlasın postu, Qazuristan darvazası isə Şirim Tağayi ilə böyük
və kiçık qardaşlarının və Qutlu Xoca Göyəldaşın postu idi. Çarpışmalar başqa
tərəfdə meydana gəldiyi və postdakılar bu işdən xəbərsiz olduqları üçün
adamları da işlərini-güclərinə görmək üzrə evlərinə və ya bazara dağılmışdılar.
Amma post bəyləri və qara camaatdan bir neçə adam öz yerlərində qalmışdı.
Qoç bəy, Məhəmmədqulu Koçin, Şah Sufi və digər bir igid onlara qar-
şı çıxıb şücaət göstərdilər. Düşmənlərin bəziləri artıq divar üstünə çıxmışdı,
digərləri də çıxmaqdaydı. Bu dörd adam qoşaraq yetişdilər və vuruşaraq
düşməni divardan aşağı düşürüb qaçırdılar. Aralarında ən yaxşı Qoç bəy
1
Navək: bir yay növü.