ZəHĠRƏDDĠn məHƏMMƏd babur



Yüklə 3,97 Mb.
Pdf görüntüsü
səhifə56/194
tarix15.03.2018
ölçüsü3,97 Mb.
#31773
1   ...   52   53   54   55   56   57   58   59   ...   194

BABURNAMƏ 

 

125 



dakı beş-altı adamla birlikdə ox ataraq, vura-vura bunları dışarı çıxarır. Bir 

neçə  adamın  da  başını  kəsib  göndərdi.  Bu  hadisədəki  kimi  bu  cür  qəflətə 

düşmək komandanlıq baxımından çox böyük bir qəbahət olsa da, az adamla 

silahlı bir çox igidi uğurla vurub çıxarmaq da böyük bir cəsarətdir.  

Bu arada xan dayımlar Əndican kurqanının mühasirəsi ilə məşğul idi-

lər.  Kurqan  əhalisi  onları  kurqana  yaxınlaşmağa  qoymurdu.  İgidlər  at  üzə-

rində dışarı çıxıb vuruşdular.  

 

BABURUN AXSĠ KURQANINI ƏLƏ KEÇĠRMƏ CƏHDĠ 

 

Axsidən Şeyx Bəyazid özünü bizə tərəfdar kimi göstərərək adam gön-



dərməyə başladı və bizi israrla çağırdı. Bunun səbəbi məni hər cür hiylə ilə 

xanlardan ayırmaqdı. (110 b) Mən xanlardan ayrıldıqdan sonra onlar burada 

qala bilməzdilər. Bunu istəməsi böyük qardaşı Tənbəlin planı idi. Xanlardan 

ayrılıb bunlarla əməkdaşlığa getmək bizim üçün mümkün deyildi. 

Onun bu arzusunu xanlara çatdırdım. Xanlar da oraya gedib hər hansı 

bir şəkildə Şeyx Bəyazidi əldə etməyimi uyğun gördüşlər. Belə hiyləgərlik 

bizim adət və üsulumuz deyildi. Özəlliklə arada bir əhd olsa, əhdi bu şəkildə 

pozmaq necə olar. Lakin ağlıma bu gəldi: hər hansı bir şəkildə Axsiyə girə 

bilsək, onda Şeyx Bəyazid Tənbəl ilə əlaqəsini kəsərək bizim tərəfimizə ke-

çər, ya da iş tamam başqa səmtə yönələr və bizə də uyğun bir dövlət düşər. 

Biz də adam göndərdik. 

Əhd  və  şərt  bağlayıb  bizim  Axsiyə  gəlməmizi  istədi,  biz  də  getdik. 

Qarşılamağa çıxdı. Kiçık qardaşım Nasir Mirzəni də yanında gətirmişdi. Bi-

zi  Axsi  kurqanına  götürdü.  Dış  kurqanda  babamın  imarətlərində  mənə  yer 

və məqam təyin etmişlər, oraya yerləşdim. 

Tənbəl isə böyük qardaşı Bəy Tilbəni Şeybani xanın  yanına göndərib 

itaətini  bildirərək  onun  gəlməsini  istəmişdi.  O  sırada  Şeybani  xanın  gəl-

məkdə  olduğunu  bildirən  məktubu  alındı.  Bu  xəbər  xanlara  çatanda  onlar 

qorxudan yerlərində qala bilməyərək Əndicandan getdilər. 

Kiçık xan ədaləti və müsəlmanlığı ilə məşhur idi. Lakin Oş və Mərgi-

nan kimi onun idarəsinə girmiş olan kurqanlarda qoyduğu moğolları əhalini 

müdafiə etmək əvəzinə, tam əksinə, camaata əziyyət verir və pis rəftar (111 



a)  edirdilər.  Xanlar  Əndican  üzərindən  ayrıldıqdan  sonra  Oş  və  Mərginan 

əhalisi  də hücum  edərək kurqandakı  moğolları  tutub  yağmaladı, qovub şə-

hərdən çıxardı. 

Xanlar Xocənd çayını keçməyərək Mərginan və Kənd-Badam yoluyla 

qayıdıb çayı Xocənddən keçdilər. Tənbəl də xanların arxasından Mərginana 

gəldi. Mənsə bu vəziyyətdə qərarsız idim. Qalmaq üçün bunlara o qədər eti-

madım yox idi, bir zərurət olmadan Axsidən çıxmaq da yaxşı görünməzdi. 

 Bir  sabah  Cahangir  Mirzə  Tənbəldən  ayrılaraq  Mərginandan  qaçıb 




Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



126 

gəldi.  Mən  hamamdaydım.  Mirzə  oraya  gəldi,  görüşdüm.  O  anda  İbrahim 

bəy də həyəcanla içəri girdi, təlaşlı idi. Cahangir Mirzə ilə İbrahim bəy [Ta-

ğayi] dedilər:  «Şeyx Bəyazidi yaxalayıb  ərki ələ keçirməliyik». Gerçəkdən 

də, işin doğrusu bu idi.  Ancaq mən  «əhd elədik, indi bunu necə poza bilə-

rik» deyə qarşı çıxdım. Şeyx Bəyazid ərkə getdi. Körpüyə adam qoymamız 

lazm idi, bunu da eləmədik. Belə səhvlər təcrübəsizlikdən oldu. 

Dan ağararkən Tənbəl iki-üç min silahlı adamla gəlib körpüdən keçə-

rək ərkə girdi. Əslində, mənim adamlarım çox deyildi. Üstəlik, Axsiyə  gir-

dikdən  sonra  bəziləri  kurqanlara,  bəziləri  də  valilik  və  təhsildarlıq  üçün 

müxtəlif  tərəflərə  göndərilmişdi.  Axsidə  mənimlə  birlikdə  (111  b)  yüzdən 

bir az artıq adam qalmışdı. Bu adamlarımla ata minib küçə başlarında igid-

ləri  təyin  edib  müharibə  hazırlığı  görməklə  məşğul  olarkən  Tənbəl  tərəfin-

dən göndərilən Şeyx Bəyazid, Qənbər Əli [Sallax] və Məhəmməd Dost sülh 

haqqında danışmaq üçün tələsik  gəldilər. Savaş üçün vəzifələndirilən igid-

ləri yerlərində qoyub danışıq üçün atamın türbəsinə endim və Cahangir Mir-

zəni də oraya çağırtdırdım.  

Məhəmməd Dost geri qayıtdı, Şeyx Bəyazid ilə Qənbər Əli bəy gəldi-

lər. Türbənin güney tərəfindəki eyvanında danışığa başlamaq üzərə idik, sən 

demə,  Cahangir Mirzə ilə İbrahim Çapıq [Tağayi] bunları yaxalamağı qəra-

ra almışlar. 

Cahangir  Mirzə  əyilərək  qulağıma  belə  dedi:  «Bunları  yaxalamaq  la-

zımdır». Mən də «Təlaş etməyin; indi iş yaxalamaqdan keçdi. Görək, bəlkə 

sülh  yolu  ilə  işi  bir  şeyə  bənzədə  bilərik»  dedim,  çünki  onlar  çox,  biz  isə 

azıq. Üstəlik, onlar bu üstün qüvvələri ilə ərkdə, biz isə zəif qüvvələrimizlə 

dış kurqanda idik. Şeyx Bəyazid ilə Qənbər Əli də bu toplantıda iştirak edir-

dilər. 

Cahangir  Mirzə  də  İbrahim  bəyin  tərəfinə  baxıb  onu  dayandırmaq 



üçün işarə verdi. Amma o yanlış anladığı üçün, yoxsa anlamazlıqdan gəldiyi 

üçün, bilmirəm, tam tərsinə davranıb dərhal Şeyx Bəyazidi yaxaladı. Ətraf-

da  duran  igidlər  də  hər  tərəfdən  (112  a)  yetişərək  o  iki  adamı  yaxaladılar. 

Artıq iş-işdən keçmişdi. Bu iki adamı birinə təhvil verib müharibə üçün at-

lara mindik. 

Şəhərin  bir  tərəfi  Cahangir  Mirzənin  məsuliyyətinə  verildi.  Mirzənin 

adamı  az  idi,  buna  görə  öz  adamlarımdan  bir  qismini  ona  köməyə  verdim. 

Öncə oraya gedib hər tərəfə müharibə üçün adamlar təyin etdikdən sonra öz 

yerimə gəldim. 

Şəhərin ortasında olduqca düz bir yer vardı. Orada bir dəstə igid qoy-

muşduq. Böyük bir atlı və piyada qrupu gəlib bunları oradan ataraq bir kü-

çəyə sıxşdırmışdı. Bu vəziyyətdə ikən mən yetişdim və gələr-gəlməz dərhal 

atı oraya çapdım. Qarşı çıxmadan qaçdılar. Onları küçədən qovub düz yerə 

çıxararaq, qılıncla hücum edərkən atımm ayağına ox atdılar. Atım yıxılaraq 




Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə