ZəHĠRƏDDĠn məHƏMMƏd babur



Yüklə 3,97 Mb.
Pdf görüntüsü
səhifə54/194
tarix15.03.2018
ölçüsü3,97 Mb.
#31773
1   ...   50   51   52   53   54   55   56   57   ...   194

BABURNAMƏ 

 

121 



Bu xəbər gəlincə Əndican üzərinə hərəkət etdik. Əndican kurqanında 

Tənbəlin  kiçık  qardaşı  Sultan  Məhəmməd  Kəlpük  (Gülbəy)  vardı.  Tutluq 

yoluyla  gəlib  Əndicanın  güney  tərəfinə,  Xaqan  arxına  (106  a)  günorta  na-

mazı  vaxtı  axınçı  göndərdik.  Özüm  də  axınçıların  arxasından  Püşdə-Eyşin 

Xaqan arxı tərəfindəki ətəyinə gəldim. 

Kəşfiyyatçılar  Sultan  Məhəmməd  Kəlpükün  əmrindəki  adamlarıyla 

birlikdə  şəhərin  məhəllələrindən  və  bağlarından  dışarı  çıxaraq  Püşdə-Eyşin 

ətəyinə  getdiyini  xəbər  verdilər.  Axınçılar  hələ  toplanmamışdı.  Buna  bax-

mayaraq dərhal düşmən tərəfinə hərəkət etdim. 

Kəlpükün  beş  yüzdən  artıq  adamı  vardı.  Bizim  adamlarımız  ondan 

daha artıq idi, lakin əsgərimiz axına göndərilmişdi. Onunla qarşılaşanda biz 

də onlar qədər idik. Səf tutub nizama girməyi düşünmədən dördnala düşmən 

üstünə  çapdıq.  Yaxınlaşanda  bizə  müqavimət  göstərə  bilmədilər  və  bir-iki 

qılınc zərbəsindən sonra qaçıb dağıldılar. Onun adamlarını Xaqan qapısının 

yaxınına qədər atdan sala-sala təqib etdik. 

Düşməni  məğlub  edib  məhəllələrin  kənarına,  Xoca-Kəttəyə  çatanda 

axşam olmuşdu. Tez qapıya yürümək niyyətindəydim. Amma yaşlı və təcrü-

bəli böyük bəylərdən Dost bəyin atası Nasir bəy və Qənbər Əli bəy dedilər: 

«Artıq  gecdir,  qaranlıqda  kurqana  yaxın  getmək  ehtiyatsızlıq  olar.  Bir  az 

geri çəkilib düşərgə quraq. Ertəsi sabah çarəsiz qalıb kurqanı necə olsa təs-

lim  edərlər».  Bu  təcrübəli  bəylərin  sözünə  qulaq  asaraq  məhəllələrin  kəna-

rından  (l06  b)  geri  qayıtdıq.  Qapıya  qədər  getmiş  olsaydıq,  heç  şübhəsiz, 

kurqanı ələ keçirərdik. 

Yatsı namazı  vaxtı  gəlib Xaqan arxından keçərək Rabati-Ruzaq kən-

dinin yanında düşərgə qurduq. Tənbəlin nizamsız şəkildə qayıdıb Əndicana 

getməkdə olduğu xəbəri gəlməsinə baxmayaraq təcrübəsizlik üzündən  qəf-

lətə  düşdük.  Xaqan arxı kimi  möhkəm  bir arxın kənarında düşərgə  qurmaq 

yerinə,  arxdan  keçib  Rabati-Ruzaq  kəndinin  yanında  düz  yerdə  dayanmış, 

qarovul  və çağdavul qoymadan yıxılıb yatmışdıq. Dan ağararkən əsgər şirin 

yuxuda idi. Qənbər Əli sürətlə gəlib  «Düşmən gəldi, qalxın!» deyə bağırdı. 

Belə dedi və durmadan keçib getdi. 

Mən  sülh  dövründə  belə  daima  paltarımı  çıxarmadan  yatırdım.  Qal-

xar-qalxmaz qılıncımı və oxdanımı bağlayıb dərhal atlandım. Tuğcunun tuğ 

bağlamasına vaxt qalmadı, tuğu əlinə alaraq ata mindi. Düşmənin gəlməkdə 

olduğu tərəfə getdik. Hərəkət edərkən yalnızca on-on beş adam idik. Bir ox 

atımı qədər yol keçdikdən sonra düşmənin axınçısına yetişdik. Bu vaxt mə-

nim yanımda ona qədər adam vardı. Sürətlə çapıb onlara çatdıq və ox atıb 

öndəki adamlarını ələ keçirərək yolumuza davam etdik. Təkrar bir ox atımı 

məsafə qədər təqib etdikdən sonra da mərkəzlərinə vardıq. 

Sultan Əhməd Tənbəl yüzə qədər adamıyla (107 a) hərəkətsiz dururdu. 

Tənbəlin  özü  bir  adamıyla  birlikdə  səfdən  bir  az  irəlidəydi  və  «Vur,  vur!» 



Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



122 

deyə hayqırırdı. Lakin adamlarının çoxu yan dönüb, qaçaq, yoxsa qaçmayaq 

deyirmiş kimi dururdu. Bu əsnada yanımda üç adam qalmışdı; bunlar Dost 

Nasir,  Mirzəqulu  Göyəldaş,  Kərimdad  Xudadad  Türkməndi.  Kamandakı 

oxu Tənbəlin dəbilqəsinə atdım. Əlimi təkrar oxdana apardım və xan dayı-

mın verdiyi yaşıl boyalı, quşagir bir ox vardı, o çıxdı. Bunu atmaq istəmə-

dim. Bunu oxdana qoyana qədər bəlkə iki ox atacaq qədər zaman keçdi. Ka-

mana təkrar bir ox yerləşdirərək bir az irəlilədim. Yanımdakı üç adam bir az 

geridə qaldı. 

Qarşımdakı  iki  adamdan  biri  Tənbəl  imiş,  o  da  bir  az  irəli  yürüdü. 

Aramızda böyük bir yol vardı. Mən bu tərəfdən, o da qarşı tərəfdən yola gi-

rərək  yol  üzərində  qarşılaşdıq.  Mənim  sağ  tərəfim  düşmənə,  Tənbəlin  sağ 

tərəfi isə bizə çevrilmişdi. Tənbəlin at zirehindən başqa hər silahı tamamdı, 

mənimsə oxdanımla qılıncımdan başqa heç bir silahım yoxdu. Əlimdəki oxu 

atıb  onun  qalxanıyla  ox  qabını  bir-birinə  tikdim.  Bu  vəziyyətdə  ikən  onun 

oxu sağ buduma sancıldı. Başımda dəbilqə vardı, Tənbəl başıma vurdu. Ba-

şım qılınc zərbəsindən sərsəmləşdi (l07 b). Dəbilqənin bir teli belə qopmadı, 

lakin başımda dərin bir yara açıldı. Qılınca əl ata bilməmişdim, qınında idi, 

lakin çıxarmağa vaxt qalmadı. İzdihamlı düşmən içində tək başıma qalmış-

dım, gözləmə zamanı deyildi və yüyəni çevirdim. Bir qılınc zərbəsi də ox-

dandakı  oxlarıma  dəymişdi.  Yeddi-səkkiz  addım  geri  dönmüşdüm  ki,  üç 

adam piyada olaraq mənə qoşuldu. Tənbəl məndən sonra Dost Nasirə də qı-

lıncıyla hücum etmişmiş. 

Bir ox atımı qədər dalımızca gəldilər. 

Xaqan arxı böyük bir çaydır və dərindir. Hər yerindən keçilməz. Allah 

rast gətirdi və birbaş bu arxın bir keçidinə gəldik. Dost Nasirin atı bir az zəif 

idi, arxı keçən kimi yıxıldı. Durub onu ata mindirdik və Xarabuq ilə Fərqanə 

arasındakı təpə üzərindən Oşa doğru getdik. Bu təpəyə çıxanda Məzid Ta-

ğayi də gəlib bizə qoşuldu. Onun da sağ ayağına, dizindən bir az aşağıya bir 

ox dəymişdi. Düzdür, dəlib keçməmişdi, ancaq Oşa gələnə qədər çox əziy-

yət  çəkdi. 

Bu çarpışmada mənim yaxşı adamlarım həlak oldular. Nasir bəy, Mə-

həmməd Əli Mübəşşir, Xoca Məhəmməd Əli, Xosrov Göyəldaş və Numan 

Çöhrə burada öldülər. İgidlərdən də xeyli adam vuruldu. 



 

BABURUN XAN DAYILARI ĠLƏ GÖRÜġMƏSĠ 

 

Xanlar  Tənbəlin  arxasından  gəlib  Əndican  civarına  endilər.  Böyük 



xan qoruğnun  yanında  (108  a)  nənəm  İsən Dövlət  bəyimə  məxsus  Qoş-Ti-

girmən adlı bağa, kiçık xan isə Baba-Təvəkkül təkkəsinin yaxınına endi. İki 

gün sonra Oşdan gəlib böyük xanı Qoş-Tigirməndə gördüm. 

Xan o zaman mənim idarəmə girmiş olan yerləri kiçık xana vermişdi. 




Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə