ZəHĠRƏDDĠn məHƏMMƏd babur



Yüklə 3,97 Mb.
Pdf görüntüsü
səhifə53/194
tarix15.03.2018
ölçüsü3,97 Mb.
#31773
1   ...   49   50   51   52   53   54   55   56   ...   194

BABURNAMƏ 

 

119 



larla deyildi- habelə Qənbər Əlini mənə qoşdular, Sarıqbaş Mirzə İtərçini isə 

çərikbəyi təyin etdilər. 

Kernanda  xanlardan  ayrılıb  Səkan  civarından  Xocənd  çayını  salla 

keçib Xukan (104 a) örçini Rabati-Çoban üzərindən yürüyərək Qubanı zəbt 

etdikdən  sonra,  Alayluq  örçini  üzərindən  sürətlə  Oşa  doğru  hərəkət  etdik. 

Səhər  vaxtı  qəfildən  Oş  kurqanına  girdik.  Oş  əhalisi  müqavimət  göstərmə-

dən  şəhəri  təslim  etdi.  Vilayət  xalqı,  şübhəsiz,  bizim  gəlişimizi  gözləyirdi. 

Tənbəldən qorxduqları və bizim uzaq olduğumuz üçün bir şey edə bilmirdi. 

Oşu ələ keçirincə Əndicanın şərqindəki və cənubundakı dağların və ovaların 

xalqı tamamən bizim tərəfimizə keçdi. 

Əskidən  Fərqanə  vilayətinin  paytaxtı  olan  Özgəndin  sərhəd  boyunda 

yaxşı  bir  kurqanı  var.  Oranın  əhalisi  bizə  tabe  olmağı  qəbul  edərək  adam 

göndərib  hakimiyyətimiz  altına  girdi.  Bir  neçə  gün  sonra  mərginanlılar  da 

öz valilərini qovaraq mənə tabe oldular. Əndicandan başqa Xocənd çayının 

Əndican tərəfində olan bütün kurqanları bizə qoşuldu. 

O əsnada belə qarışıqlıqların yaşanmasına baxmayaraq Tənbəl hələ də 

bunlara  aldırmadan  Axsi  ilə  Kərnan  arasında  öz  atlı  və  piyada  qoşunu  ilə 

xanlara  qarşı  ağac  maneələr  və  xəndəklərlə  yerini  möhkəmləndirmiş  halda 

dayanmışdı. Bir neçə dəfə o tərəflərdə kiçik çarpışmalar oldu, lakin hansı tə-

rəfin qalib və ya məğlub olduğu anlaşılmadı. 

Əndican  tərəfindəki  əhali,  (l04  b)  kurqanlar  və  vilayətlər  mənə  tabe 

olduqları üçün Əndican əhalisi də, əlbəttə ki, məni istəyir, lakin bir çarə tapa 

bilmirdi. 

 

ÇĠHĠL-DOXTƏRANDA ANĠ BASQIN 

 

Bir gecə Əndicanın  yaxınına gedib adam  göndərərək şəhərin xocaları 



və başbilənləri ilə danışsaq bəlkə bizi bir tərəfdən içəri buraxarlar deyə dü-

şündüm. Bu niyyətlə Oşdan qalxıb gecə yarısı Əndicandan bir küruh məsa-

fədəki  Çihil-Doxtəranın  qarşısına  gəldik.  Qənbər  Əli  bəylə  bəzi  igidlər  bir 

az  irəli  göndərildi.  Onlar  gizlicə  kurqana  adam  göndərib  xocalar  və  başbi-

lənlərlə danışacaqdılar. Biz də göndərilən bəyləri bekləyərək at üzərində du-

rurduq. Bəziləri mürgüləyirdi, bəziləri da dərin yuxuya dalmışdı.  

Gecənin  üçüncü  pəhəri  olmuşdu.  Birdən-birə  davul  səsləri  və  savaş 

nərələri duyuldu.  Düşmənin  az,  ya  çox olduğunu bilmədən qafil və  yuxulu 

əsgər bir-birinə baxmadan anidən qaçmağa başladı. 

Mən  əsgəri  toplamağa  vaxt  tapmadan  düşmənə  doğru  cumdum.  Mir-

şah Koçin, Baba Şirzad və Dost Nasir da mənimlə birlikdə hərəkət etdilər. 

Bizim  bu  dörd  adamımızdan  başqa  bütün  əsgərimiz  qaçmağa  davam  etdi. 

Biz bir az irəliləyincə qarşımızdakılar ox atıb qışqırararaq üstümüzə cumdu-

lar.  Qaşqa  atı  olan  biri  mənim  lap  yaxınıma  qədər  gəldi.  Onun  atını  oxla 




Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



120 

vurdum, dərhal yerə yuvarlandı. Bundan sonra sanki bir az geri çəkilən kimi 



(105  a)  oldular.  Mənimlə  birlikdə  olan  o  üç  adam  belə  dedilər:  «Qaranlıq 

gecədə düşmənin az və ya çox olduğu bilinmir. Əsgərimizin də hamısı getdi. 

Biz  dörd  adam  düşmənə  nə  edə  bilərik.  Yaxşısı  budur  ki,  gedib  dağılan 

adamlarımızı geri qaytarıb sonra vuruşaq». 

Dərhal gedib əsgərə yetişdik. Lakin nə qədər vurub qamçılasaq, nə et-

sək də əsgəri geri qaytara bilmədik. Bu dörd adamla təkrar dönüb ox atdıq. 

Bir  az  durdular.  Bir-iki  dəfə    bizim  üç-dörd  adamdan  artıq  olmadığımızı 

gördükləri üçün təkrar əsgəri təqib etməyə və atdan salmağa başladılar. Bu 

şəkildə üç-dörd dəfə gedib bizim adamları saxlamağa çalışdım, ancaq onlar 

dayanmadılar.  Belə  olunca  təkrar  bu  üç  adamla  qayıdıb  ox  ataraq  düşməni 

qovdum. İki-üç adam əsgəri izləyərək Xarabuq və Bişamun qarşısındakı tə-

pələrə  qədər  gəldik.  Buraya  çatanda  qarşımıza  Məhəmməd  Əli  Mübəşşir 

çıxdı. «Bunlar azdır, gəlin üstlərinə at salaq « dedim. Durub at saldıq, onlar 

dayandılar. Dağılmış olan əsgər oradan-buradan gəlib bir yerə yığıldı. Bəzi 

yaxşı igidlər elə dağılmışdılar ki, gedib birbaş Oşa çatmışdılar. Bu işin əsli 

belə  olmuşdur:  Əyyub  Bəycik  tüməninə  mənsub  bir  neçə  moğol  Oşda  biz-

dən ayrılıb yağmaçılıq etmək üçün Əndican civarına gəlmişmiş. Bizim əsgə-

rin gurultusunu eşidərək gizlicə bir az irəli gəlib öz parollarını qışqırmışlar. 

Bu parol iki cür olur. (105 b) Biri hər qəbilənin öz paroludur. Məsələn, 

bəzi  qəbilələrin  parolu  dürdanə,  bəzisininki  toqqay,  bəzisinin  də  lülüdür 

[inci]. İkincisi isə bütün əsgərə məxsus və sadəcə bir əməliyyat üçün işlən-

mək  üzərə  iki  sözü  birləşdirərək  düzələn  paroldur.  Bu  zaman  qarşılaşanda 

biri bir sözü söyləyir, digəri də onun qarşılığı olan sözlə cavab verir. Bu şə-

kildə dost düşməndən ayrılır, öz adamın yabançıdan seçilir. 

Bu səfər parol olaraq Daşkənd və Sayram sözləri müəyyən edilmişdi. 

Daşkənd  deyiləndə  Sayram,  Sayram  deyiləndə  isə  Daşkənd  deyilməli  idi. 

Bu  qarşılaşmada  Xoca  Məhəmməd  Əli  [Kitabdar]  bir  az  irəlidə  imiş.  Mo-

ğollar «Daşkənd, Daşkənd» deyə gəlirlər. Xoca Məhəmməd Əli sart idi, hə-

yəcana  qapılaraq  o  da  «Daşkənd,  Daşkənd»  deyə  cavab  verir.  Moğollar  da 

onu  düşmən  sanaraq  savaş  nərəsi  çəkərək  davul  çalıb  ox  atırlar.  Bax,  belə 

bir yanlışlıq üzündən perişan olduq və nəzərdə tutduğumuz plan gerçəkləş-

mədi. Təkrar qayıdıb Oşa gəldik.  



 

BABURUN ƏNDĠCANI ƏLƏ KEÇĠRMƏ TƏġƏBBÜSÜ 

 

Beş-altı gün sonra dağ, ova və kurqanlar təkrar mənim əlimə keçdiyi 



üçün Tənbəl və onun tərəfdarları dilxor olub qətiyyətlərini itirdilər, əsgərləri 

üç-üç,  dörd-dörd  dağlara  və  ovalara  qaçmağa  başladılar.  Onların  içindən 

bizim  tərəfə  keçən  bəziləri  dedilər  ki,  Tənbəlin  işləri  xarabdır,  bu  üç-dörd 

gün içində tam pozulacaq və o, geri çəkilməyə məcbur olacaq». 




Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə