ZəHĠRƏDDĠn məHƏMMƏd babur


Zəhirəddin Məhəmməd BABUR



Yüklə 3,97 Mb.
Pdf görüntüsü
səhifə52/194
tarix15.03.2018
ölçüsü3,97 Mb.
#31773
1   ...   48   49   50   51   52   53   54   55   ...   194

Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



116 

 

 



 

 

 



 

 

 



 

FƏRQANƏ - 908 (7 İYUL 1502 - 26 İYUN 1503) 

 

DOQQUZ YÜZ SƏKKĠZĠNCĠ ĠLĠN HADĠSƏLƏRĠ 

 

Xanın bu yürüşü çox faydasız bir yürüşdü. Kurqan almadan və düşmə-

nə hücum etmədən gedib gəldi. Daşkənddə olduğum o günlərdə çox əziyyət 

və  səfalət  çəkdim.  Vilayət  yox  idi,  vilayət  əldə  etmək  ümidi  də  yox  idi. 

Adamlarımın çoxu dağıldı, qalan bir neçəsi də səfalət üzündən mənimlə qala 

bilmədi. Xan dayımın qapısına gedəndə bəzən bir, bəzən də iki adamla ge-

dirdim, yaxşı ki yad deyildilər, qohum idilər. (101 b) Xan dayımın hüzurun-

dan Şah bəyimin yanına öz evim kimi başı açıq, ayağı yalın gedirdim. 

Axırda belə qərarsızlıqdan və sərsərilikdən bezdim, «Belə sıxıntı için-

də yaşamaqdansa başımı alıb getmək daha yaxşıdır, belə səfalət və şikayətlə 

göz  önündə  dolaşmaqdansa  ayağımın  götürəcəyi  yerə  qədər  getmək  daha 

yaxşıdır»  dedim.  Xıtaya  [şimali  Çin]  getməyi  qərara  aldım  və  başımı  alıb 

çıxmağa əzm etdim. 

Uşaqlıqdan bəri Xıtay tərəfə getməyə həvəsim vardı, lakin səltənət və 

qohumlarım üzündən bu həvəsim heş cür gerçəkləşmirdi. İndi ki səltənət əl-

dən çıxdı, anam da öz anasına və kiçık qardaşlarına qovuşdu, deməli, səya-

hətə mane olan şeylər aradan qalxdı və əski sıxıntılar qalmadı. 

Xoca Əbülməkarimin vasitəsilə bu fikri xan dayıma çatdırdım, ancaq 

bu dəfə də Şeybani xan kimi bir düşmən ortaya çıxdı. Bunun zərəri türkə və 

moğola eyni nisbətdədir. Xalqın üzərində tam hakimiyyət qurmadan və çox 

böyümədən onun çarəsinə baxmaq lazım idi. Necə ki demişlər: 

İmruz bekuş çü mitəvan kuşt, 

Atəş ki bülənd şod cəhan suxt

Məgər ki, ənh konəd kəmanra 

Düşmən çü betir mitəvan duxt

1



 

Mümkünsə odu bugün söndür

Atəş böyüsə dünyanı yaxar. 

                                                           

1

 Sədi Şirazidən. 




BABURNAMƏ 

 

117 



Bir oxla düşməni saxlamaq mümkünsə

Yayını çəkməsinə imkan vermə. 

Böyük xan (Sultan Mahmud xan) dayım ilə kiçık xan (Sultan Əhməd 

Xan) dayım iyirmi dörd-iyirmi beş ildir bir-birlərini görməmişdilər. Mən isə 

onu  heç  görməmişdim.  Görəsən,  gedib  kiçık  xan  dayımı  görməyə  və  onun 

buraya gəlməsinə vasitəçilik etməyimə icazə verərlərmi? Arzum bu idi. 

Bu bəhanə ilə buradan (102 a) çıxa bilsəm Moğolistan və Turfana get-

məmə heç bir maneə və qorxu qalmaz, öz yüyənim öz əlimdə olardı. Bu niy-

yətimi  başqa  heç  kim  bilmirdi  və  heç  kimə  də  söyləyə  bilməzdim.  Çünki 

anamla  bu  mövzuda  danışmaq  mümkün  deyildi,  ətrafımda  olan  və  başqa 

ümidlərlə mənə qoşularaq səfalət çəkən bir neçə böyük və kiçik adamıma da 

belə şeyləri söyləməyin heç bir mənası yox idi. 

Xoca  Əbülməkarim  bu  sözü  Şah  bəyimə  və  xan  dayıma  söyləyincə 

onlar da razı  olurlar, ancaq elə  fikirləşirlər ki,  guya mən burada iltifat  gör-

mədiyim  üçün  getməyə  izin  istəyirəm.  Ona  görə  də  bunu  namus  məsələsi 

sayıb izin verməkdə bir az ağır tərpəndilər. 

 

BABURUN KĠÇĠK XAN DAYISININ DAġKƏNDƏ GƏLMƏSĠ 

 

Bu əsnada kiçık dayımdan bir adam gələrək onun gerçəkdən gəlməkdə 



olduğu xəbərini gətirdi. Beləcə, bu niyyətim də gerçəkləşmədi. Sonra başqa 

bir  adam  gəlib  kiçık  xanın  yaxınlaşdığını  xəbər  verəndə  Şah  bəyim,  kiçık 

xan dayımın kiçık bacıları Sultan Nigar xanım və Dövlət Sultan xanım, mən, 

Sultan  Məhəmməd  Xanikə  və  Mirzə  xan  [Sultan  Veys  Mirzə]  –  hamımız 

kiçık xan dayımı qarşılamağa çıxdıq. 

Daşkəndlə Sayram arasında Yağa  kəndi və başqa bir neçə kənd var. 

İbrahim Ata və İshaq Atanın qəbrləri oradadır. Bu kəndlərə qədər getdik. 

Kiçık  xan  dayımın  nə  zaman  gələcəyini  (102  b)  dəqiq  bilmədiyimiz 

üçün düşünmədən ata minib sürətlə  getdim.  Birdən-birə  xan qarşıma çıxdı. 

Atı qabağa sürdüm. Mən atdan enən vaxt kiçık xan dayım başa düşdü ki, bu 

mənəm. Çox dilxor oldu. Sən demə, onun bir yerdə düşərgə quraraq mənim-

lə  təntənəli  bir  şəraiddə  görüşmək  niyyəti  varmış.  Yaxınlaşıb  atdan  endim. 

Yer  də  münasib  deyildi,  üstəlik,  diz  çöküb  yükünəcək  zaman  da  qalmadı, 

yüngülcə  yükünərək  gedib  görüşdüm.  Canı  sıxılıb  əsəbiləşən  dayım  [oğul-

ları] Sultan Səid xana və Baba xan sultana dərhal atdan enib mənimlə yükü-

nərək  görüşmələrini  əmr  etdi.  Xanın  oğullarından  bu  iki  sultan  da  onunla 

gəlmişdi; on üç-on dörd yaşlarında idilər. Sultanlarla görüşüb atlanaraq Şah 

bəyimin  yanına  gəldik.  Onlar  gecə  yarısına  qədər  oturub  olub-bitənlər  və 

keçmiş hadisələr barəsində danışdılar. 

Ertəsi  sabah  kiçık  xan  dayım  mənə  moğol  adətinə  görə  təpədən-dır-

nağa bir dəst  paltar, öz kəmərini və  yəhərli xas atını  hədiyyə  etdi. Moğol 



Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



118 

börkü sırmalı iplərlə işlənmiş, xalat zərli Çin atlasından tikilmiş, Çin kəməri 

isə əski üsulla düzəldilmişdi. Onun sol tərəfindən qadınların boyunlarına as-

dıqları ənbərdan və kisə kimi şeylərdən üç-dörd dənə, sağ tərəfindən də bu-

na bənzər üç-dörd şey asılmışdı.  

Oradan  Daşkəndə  doğru  hərəkət  etdik.  (103  a)  Böyük  xan  dayım  da 

Daşkənddən  üç-dörd  ağac  qədər  bəri  gələrək  pişvaza  çıxmış  və  bir  yerdə 

çadırlar qurub oturmuşdu. Kiçık xan qarşıdan tərəfdən onun çadırına doğru 

gəldi,  yaxınlaşınca  xanın  sol  tərəfindən  qövs  cızaraq  xanın  önündə  atdan 

endi  və  görüşüləcək  yerə  qədər  doqquz  dəfə  hörmətlə  yükünərək  irəlilədi. 

Kiçık xan yaxınlaşınca böyük xan da oturduğu  yerdən qalxdı, onlar görüş-

dülər və qucaqlaşıb xeyli vaxt eləcə durdular. Qucaqlaşma bitdi, geri çəkilən 

kiçık xan yenə doqquz dəfə  yükündü, hədiyyələrini təqdim edərkən də də-

fələrlə hörmətlə diz çökdü. Sonra gəlib oturdular. 

Kiçık xanın adamları tamamən moğol adətinə görə geyinmişdilər. Mo-

ğol biçimi börkləri, Çin atlasından işləməli paltarları, dana dərisindən moğol 

biçimi  yaşıl  oxdanları  və  yəhərləri  vardı,  moğol  atları  üstündə  onlara  xas 

olan şəkildə süslü idilər. Kiçık xanın adamları çox deyildi, mindən artıq, iki 

mindən bir az azdı. 

Kiçık xan dayım qəribə bir adamdı. Yaxşı qılınc çalan və cəsur idi. Si-

lahlar  içində  ən  çox  qılınca  etibar  edirdi.  «Şeşpər,  toppuz,  əmud,  ay-balta

1

 



və balta bir yerə dəysə, ancaq oraya təsir edər, amma qılınc dəydiyi yeri baş-

dan-ayağa qədər kəsər» deyirdi. İti qılıncını heç zaman yanından ayırmazdı, 

ya belindən asar, (103  b) ya da əlində tutardı. Əyalətdə böyüdüyü üçün bir 

az köntöy, danışığı da bir az qaba idi. 

Bir az öncə bəhs etdiyim kimi, [onun ərməğan etdiyi] bu moğol paltarı 

ilə kiçık xan dayımla birlikdə gəldim. Xoca Əbülməkarim isə böyük xan da-

yımla birlikdə idi. Məni tanımadı, «Bu hansı sultandır?» deyə soruşdu. Mən 

ona cavab verdikdən sonra məni tanıdı. 

Daşkəndə gələr-gəlməz, xanlar Əndicana Sultan Əhməd Tənbəlin üs-

tünə qoşun çəkərək Kəndirli keçidi yoluyla hərəkət etdilər. Ahəngəran ova-

sına çatanda kiçık xanla məni daha irəli göndərdilər. Keçiddən keçib Zirkan 

və Kəman kənarında qoşuna baxış keçirdilər, təxminən otuz minə qədər əs-

gər olduğu ortaya çıxdı. 

Tənbəlin  də  öz  qoşununu  yığıb  Axsiyə  gəldiyi  barədə  xəbərlər  alın-

mağa başladı. Xanlar vəziyyəti müzakirə etdilər və mənim bir dəstə əsgərlə 

Xocənd çayını keçərək Oş və Özgənd tərəfinə gedib Tənbəli arxadan müha-

sirəyə almağıma qərar  verdilər.  

Bu qərara uyğun olaraq  Əyub Bəyciyi  tüməniylə, Can Həsən   Narini 

narinləri  ilə,  Məhəmməd  Duğlat  Hisarı  və  [onun  kiçık  qardaşı]  Sultan  Hü-

seyn  Duğlatla  Sultan  Əhməd  Mirzə  Duğlatın  özlərini  -duğlat  tüməni  bun-

                                                           

1

 Ay-balta: təbərzin, kəsən qismi, yəni ağzı aypara şəklində olduğu üçün belə adlanır. 




Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə