ZəHĠRƏDDĠn məHƏMMƏd babur



Yüklə 3,97 Mb.
Pdf görüntüsü
səhifə50/194
tarix15.03.2018
ölçüsü3,97 Mb.
#31773
1   ...   46   47   48   49   50   51   52   53   ...   194

BABURNAMƏ 

 

111 



[Xoca  Übeydullahin  böyük  oğlu]  Xocakə  Xoca  həzrətləri  də  Səmər-

qənddən çıxmışdı və indi Fərkətdə yaşayırdı. Fərkətə gedib Xocanı gördüm. 

Xan dayımın mənə diqqət və inayət edərək bir vilayət və ya bir tümən 

verəcəyini  ümid  edirdim.  Ura-Təpəni  vəd  etdi,  ancaq  Məhəmməd  Hüseyn 

Mirzə (97  a) vermədi. Özü vermədi, yoxsa yuxarıdan bir işarəmi oldu, onu 

anlamadım. 

Bir neçə gün sonra Dihkətə gəldik. Dihkət Ura Təpənin dağ ətəklərin-

dəki  kəndlərindən  biridir  və  böyük  bir  dağın  ətəyindədir.  Bu  dağı  keçincə 

Məsiha vilayəti başlayır. Əhalisi sartdır, kəndlərdə yaşayır və türklər kimi at 

və qoyun sürüləri bəsləyirlər. Dihkətin qoyunlarının qırx min qədər olduğu 

təxmin edilir. 

Bu kənddə kəndlilərin evlərinə yerləşdik. Mən kənd muxtarının evinə 

düşdüm.  Altmış-yetmiş  yaşında  bir  adamdı.  Lakin  anası  hələ  sağ  idi.  Çox 

yaşlı bir qadındı, yüz on bir yaşındaydı. Teymur bəy Hindistana girdiyi za-

man bu qadının qohumlarından biri də o səfərə qatılmışdı, onları xatırlayır 

və anladırdı. Yalnız Dihkətdə bu qadının özündən doğulan oğlan və qızların, 

nəvə  və  nəvələrinin  nəvələrindən  doxsan  altı  adam  hələ  həyatda  idi,  ölən-

lərlə  birlikdə  iki  yüz  adam  sayırdılar.  Nəvəsinin  nəvələrindən  biri  iyirmi 

beş-iyirmi altı yaşlarında şəvəsaqqal bir igid idi.  

Dihkətdə  olduğum  günlərdə  ətrafdakı  dağları  daima  piyada  gəzəərək 

seyr edirdim. Çox zaman yalın ayaq (97 b) gəzirdim. Yalın ayaq gəzməkdən 

ayaqlarım o hala gəlmişdi ki, dağı-daşı hiss eləmirdim. Belə bir gəzinti za-

manı  bir  gün  ikindi  namazıyla  axşam  namazı  arasında  dar  bir  yoldan  bir 

adam bir öküzlə gedirdi. 

«Görəsən, bu yol hara gedir?» dedim. 

«Öküzə baxın, yolun hara çıxacağı məlum olana qədər gözlərinizi on-

dan ayırmadan yürüyün» deyə adam cavab verdi. 

Bu  sözü  eşidən  Xoca  Əsədullah  «Gav  güm  şavəd,  çe  kar  qunəm?»

1

 

deyə zarafat etdi. 



Bu qış sipahilərdən bəziləri qazaxlıqlarda bizimlə ola bilmədilər, Ən-

dicana getmək üçün izin istədilər. Qasım bəy də «Madam ki bu adamlar ora-

ya  gedirlər,  Cahangir  Mirzəyə  özəlliklə  öz  paltarlarınızdan  bir  şey  göndə-

rin» deyə israr etdi. Bir samur sərpuşumu göndərdim. Qasım bəy  «Tənbələ 

də bir şey göndərin, nə olar» deyə təkrar israr etdi. Gərçi buna razı deyildim, 

lakin Qasım bəyin israrı ilə  Noyan Göyəldaşın  Səmərqənddə  özü üçün dü-

zəltdirdiyi  böyük  yastı  qılıncı  alıb  Tənbələ  göndərdim.  Mənim  başıma  də-

yən qılınc bax bu qılıncdı. Gələn ilin hadisələrində bundan bəhs ediləcəkdir. 

Bir  neçə  gün  sonra  nənəm  İsən  Dövlət  (98  a)  bəyim    köçü,  ailəsi  və 

adamlarıyla birlikdə gəldi. Mən Səmərqənddən çıxanda onlar orada qalmış-

dılar.  

                                                           

1

 Öküz azsa, onda nə edərik (farsca). Gav+qum həm də qaranlıq deməkdir. Söz oyunu. 




Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



112 

Bu  qış  ortasında  Şeybani  xan  Xocənd  çayını  buz  üzərindən  keçərək 

Şahruxiyyə və Beşkənd civarına axın etdi. Bunu xəbər alınca adamlarımızın 

azlığına  baxmayaraq  onlara  qarşı  hərəkətə  keçdik.  Xocəndin  aşağısındakı 

kəndlərin və Həşt-Yəkin qarşısına doğru  yürüdük. Şiddətli soyuq vardı. Bu 

civarda Ha-Dərviş rüzgarı əksik olmaz, daima şiddətli əsər. Soyuq o dərəcə-

də qüvvətli idi ki, bu iki-üç gün içində burada iki-üç adam soyuqdan ölmüş-

dü. Mənə qqsl zərurəti hasil oldu. Sahilləri tamamən buz tutmuş, lakin axın-

tının  qüvvəsindən  ortası  buz  tutmamış  bir  kanal  suyu  vardı.  Bu  suya  girib 

qüsl etdim  və  on altı  dəfə  suya daldım.  Suyun soyuqluğu mənə  güclü  təsir 

etdi. 

Ertəsi sabah Xocənd çayını Xəslar qarşısında buz üzərindən keçib ge-



cə  yarısı  Beşkəndə gəldik. Şeybani xan Şahruxiyyə civarına axın edib geri 

qayıtmışdı. 

O  vaxt  Beşkənd  Molla  Heydərin  oğlu  Əbdülmənnanın  əlində  idi. 

[Molla Heydərin] ondan daha kiçık, Mömin adında bir oğlu da vardı, işə ya-

ramaz və dərbədər bir adamdı. Mən Səmərqənddə ikən yanıma gəlmişdi və 

çox  inayət  etmişdim.  Noyan  Göyəldaş  Səmərqənddə  (98  b)  ona  qarşı  necə 

pis rəftar etmişdisə, bu namussuz ona kin bağlamışdı. 

Özbək  axınçılarının  geri  qayıtdığı  xəbəri  gəlincə,  xanın  yanına  adam 

göndərərək Beşkənddən  qalxıb  Ahəngəran kəndlərində üç-dörd  gün qaldıq. 

Səmərqənddəki aşnalığa görə Molla Heydərin oğlu Mömin Noyan Göyəldaş, 

Əhməd Qasım [Kuhbər] və başqa bir neçə adamı  ziyafətə dəvət  etdi. Mən 

Beşkənddən  gedəndə  bunlar  Beşkənddə  qaldılar.  Mömin  bunlara  bir  uçu-

rumun kənarında ziyafət vermişdi. Biz gəlib Ahəngəran kəndlərindən Sam-

Sirək  deyilən  kənddə  dayandıq.  Sabah  Noyan  Göyəldaşın  uçurumdan  sər-

xoşluqla düşüb öldüyü xəbəri  gəldi. Noyanın  öz dayısı Haqnəzəri bir neçə 

adamla  oraya  göndərdim.  Bunlar  gedib  Noyanı  düşdüyü  yerdə  axtarıb  tap-

dılar və Beşkənddə dəfn edib geri qayıtdılar. Noyanın ölüsünü ziyafət veri-

lən yerdən bir ox atımı qədər yüksəkdə olan bir uçurumun dibində tapmışlar. 

Bəziləri Möminin Səmərqənddəki kinini unutmayaraq Noyana qəsd etdiyini 

düşündülər.  Doğrusunu  bilən  olmadı.  Bu  mənə  çox  pis  təsir  elədi.  Çox  az 

adamın ölümünə  belə  yanmışam.  Bir həftə-on  gün qədər sürəkli  (99  a)  ağ-

ladım. Ölüm tarixi «Vəfat şod Noyan»

1

 

(«Noyan vəfat etdi») şəklində təsbit 

edildi. Bir neçə gün sonra qayıdıb Dihkətə gəldim. 

Yaz  gələndə  Şeybani  xanın  Ura-Təpə  üzərinə  hücum  etməsi  xəbəri 

alındı. Dihkət düz yerdə olduğu üçün Abbürdən keçidiylə Məsiha dağlarına 

çıxdıq. Məsihanın ən aşağıdakı kəndi Abbürdəndir. Bu kənddən bir az aşa-

ğıda bir çeşmə, onun da başında bir məzar vardır. Bu çeşmədən yuxarı tərəf 

Məsihaya,  aşağı  tərəf  isə  Pəlğərə  aiddir.  Bu  çeşmənin  başındakı  və  kəna-

rındakı daşı qazaraq bu üç beyti yazdım: 

                                                           

1

 «Vəfat şod Noyan» sözlərindəki hərflərin cəmi əbcəd hesabı ilə 907 (=1501/02) edir. 




Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə