ZəHĠRƏDDĠn məHƏMMƏd babur


Zəhirəddin Məhəmməd BABUR



Yüklə 3,97 Mb.
Pdf görüntüsü
səhifə49/194
tarix15.03.2018
ölçüsü3,97 Mb.
#31773
1   ...   45   46   47   48   49   50   51   52   ...   194

Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



108 

çarpışdı. Qoç bəyin xoşa gələn işlərindən biri də bu idi. Bu mühasirədə onun 

iki yaxşı əməli göründü. 

 

Qara  Barlas  da  Suzəngəran  darvazası  qərargahında  tək  qalmışdı,  an-



caq möhkəm dayandı. Qutlu Xoca Göyəldaşla Qul Nəzər Mirzə Qazuristan 

darvazasının yanındakı postda durmuşdular. Onlar da adamlarının az olma-

sına baxmayaraq düşmənə qarşı yaxşı ox atdılar. 

Bir dəfə Qasım bəy igidləri başına yığıb özbəkləri Suzəngəran darva-

zasından Xoca Kəfşirə qədər sürdü, onlardan bir neçəsini ələ keçirib başla-

rını kəsərək geri gəldi. 

Taxıl yığımı zamanı idi, lakin heç kim  yeni məhsulu toplaya bilmirdi. 

Mühasirə günləri uzandı. Əhali çox sıxıntı çəkdi. İş o həddə çatdı ki, kasıblar 

və miskinlər it və eşşək əti yeməyə başladılar. Atların yemi də qurtardı. Atlara 

ağac yarpağı verilirdi. O zaman qazanılan təcrübədən anlaşıldı ki, atlar üçün 

tut yarpağı ilə qaraağac yarpağı bütün yarpaqlardan daha yaxşıdır. Bəziləri isə 

quru ağacları rəndələyərək yonqarını suda isladıb atlara verirdilər. 

Üç-dörd ay boyunca Şeybani xan kurqana yaxınlaşmadı, uzaqdan ətra-

fında dolaşıb durdu. Bir gecə heç gözlənməyən bir vaxtda gecə yarısına yaxın 

Firuzə  darvazası  tərəfinə  gəlib  davullar  çalaraq  savaş  nərələri  atdılar.  Mən 

mədrəsədə (94 a) olurdum. Fövqəladə bir təlaş və qarışıqlıq oldu. Ondan son-

ra da hər gecə gəlib davullar çalaraq, savaş nərələri atıb gurultu qoparırdılar. 

Mən  ətrafa  və  civara  nə  qədər  elçilər  və  adamlar  göndərsəm  də,  heç 

kimdən kömək və yardım gəlmədi. Qüvvətli olduğumuz və heç bir ehtiyacı-

mız olmadığı zamanlarda bizə yardım etməmiş olanlar belə bir zamanda heç 

köməyə  gələrlərmi? Onlardan  gələcək  yardıma bel  bağlayaraq qalanı  qoru-

maq  mümkün  deyil.  Bir  atalar  sözü  vardır:  bir  kurqanı  gücləndirmək  üçün 

bir baş, iki qol və iki ayaq lazımdır. Baş sərkərdə, iki qol iki tərəfdən gələ-

cək imdad və yardım, iki ayaq isə kurqanın suyu və ərzağıdır. 

Biz ətrafdakılardan imdad və yardım gözləyirdik, onların hər biri baş-

qa bir fikirdə idi. Sultan Hüseyn Mirzə kimi cəsur və təcrübə sahibi bir pad-

şah belə bizə yardım etmədiyi, hətta mənəvi yardım olaraq tək bir elçi gön-

dərmədiyi halda mühasirə zamanı Şeybani xana elçi olaraq Kəmaləddin Hü-

seyn Qazürgehini göndərdi. 

Tənbəl Əndicandan Beşkənd civarına gəldi. [Sultan Mahmud] xan isə 

Əhməd bəyi və yanındakılalı Tənbələ qarşı qoydu. Bunlar Ləkləkan (94 b) 

və Türək çarbağı civarında qarşılaşdılar, lakin çarpışma olmadan ayrıldılar.  

Sultan  Mahmud  xan  savaş  adamı  deyildi.  Sipahilikdən  tamamən 

bixəbər idi. Tənbəl ilə qarşılaşdığı zaman xan qorxaq sözlərə və hərəkətlərə 

yol verir. Əhməd bəy qaba, lakin cəsur və sadiq bir adamdı. Çox sərt danı-

şırdı. O deyir ki: «Bu Tənbəl necə bir adamdır ki, bu qədər təlaş və tərəddüd 

göstərirsiniz. Gözünüz qorxursa, gözünüzü bağlayıb yürüyək və qarşılaşaq». 

 



BABURNAMƏ 

 

109 



 

 

 



 

 

 



 

 

 



FƏRQANƏ - 907 (17 İYUL 1501 - 7 İYUL 1502) 

 

DOQQUZ YÜZ YEDDĠNCĠ ĠLĠN HADĠSƏLƏRĠ 



 

Mühasirə uzandı. Heç bir tərəfdən nə ərzaq, nə də kömək gəlmədi. Əs-

gər və əhali ümidsizliyə düşərək bir-bir, iki-iki kurqanı qoyub qaçmağa baş-

ladı.  Şeybani  xan  əhalinin  acizliyini  anlayaraq  gəlib  Qari-aşiqan  civarında 

lövbər saldı. Mən də Şeybani xanın qarşısına, Quyi-Payəndə yerləşən Məlik 

Məhəmməd Mirzənin evinə gəldim. 

O günlərdə Uzun Həsənin qardaşı Xoca Hüseyn [bəy] on-on beş ada-

mı ilə birlikdə gəlib kurqana girdi. Daha öncə (95 a) bəhs edildiyi kimi, Ca-

hangir Mirzənin bizə düşmən olmasına və bizim Səmərqənddən çıxmamıza 

o səbəb olmuşdu. Bu giriş çox cəsuranə bir giriş idi. 

Əsgərin və şəhər əhalisinin darlığı və sıxıntısı arttı. Yaxın və mötəbər 

adamlarımız belə divardan atlılaraq qaçmağa başladılar. Bəylərimizdən, ün-

lü adamlarımızdan və əski silahdaşlarımızdan təkcə Şeyx Veys ilə Veys La-

ğari qalmışdı, onlar da qaçdılar. Mən və yanımdakılar ümidlərimizi itirdik. 

Heç bir tərəfdən ümid qalmadı. Ərzaq və taxıl da azdı, olanı da tükəndi. Heç 

bir tərəfdən nə ərzaq, nə də taxıl gəlmədi. 



 

BABURUN SƏMƏRQƏNDĠ TƏRK ETMƏSĠ 

 

Bu sırada Şeybani xan ortaya barış sözünü atdı. Əgər hər hansı bir tə-



rəfdən ümid olsa, ya da taxıl gəlsəydi, barış sözünə kim qulaq asardı. Zəru-

rət hasil oldu və barışa bənzər bir şey bağlayıb gecə yarısı Şeyxzadə darva-

zasından çıxdıq. 

Validəm xanımı yanımda götürdüm. Ondan başqa iki qadın çıxdı, biri 

Biçkə  Xəlifə, digəri Minqli Göyəldaş idi. Böyük  bacım Xanzadə  bəyim bu 

çıxışda Şeybani xanın əlinə keçdi. 

Qaranlıq  gecədə,  Soğdun  böyük  kanalları  arasında  dolaşaraq  yolu-

muzu itirib min bir əziyyətlə sabah tezdən Xoca-Didardan keçib sübh nama-

zına yaxın (95 b) Qarbuğ dağına dırmandıq. Qarbuğ dağının şimalından və 



Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



110 

Xudaq kəndinin aşağısından İlanotuna doğru hərəkət etdik. 

Yolda gedərkən Qənbər  Əli  və  Qasım bəylərlə at  yarışdırdıq. Mənim 

atım  onları  keçdi.  Onların  nə  qədər  arxada  qaldığını  görmək  üçün  geriyə 

baxdım. Sən demə, tapqır boşalıbşmış. Yəhər çevrildi və başı üstə yerə düş-

düm.  Düzdür,  dərhal  qalxıb  ata  mindim,  ancaq  axşama  qədər  özümə  gələ 

bilmədim. Bu dünya və baş verən hadisələr gözümə röya və xəyal kimi gö-

rünürdü.  

Axşam, namazı vaxtında İlanotunda dayanıb bir at kəsdik və ətini şişə 

çəkib kabab elədik. Atlara bir az dinclik verib təkrar hərəkət etdik. Dan at-

mazdan bir az əvvəl Xəliliyyə kəndinə gəldik. Oradan Dizəkə keçdik. O za-

man  Dizəkdə  Hafİz  Məhəmməd  bəy  Duldayın  oğlu  Tahir  Dulday  olurdu. 

Yağlı ətlər, xas çörəklər, şirin qovunlar və yaxşı üzümlər bol idi. O qədər sı-

xıntıdan belə bolluğa və o qədər fəlakətdən belə rahatlığa qovuşduq. 

Vəhmü üsrətdən əmanə tapdıq, 

Yeni can, təzə cahanə tapdıq. 

Ölüm vəhmi ürəkdən çıxdı, aclığın (96 a) şiddəti boğazımızdan dəf ol-

du.  Həyatımızda  heç  bu  qədər  istirahət  etməmişdik,  rahatlığın  və  bolluğun 

dəyərini bu qədər bilməmişdik. Sıxıntılı bir həyatdan sonrakı istirahət və çə-

tinliklərdən  sonrakı  hüzur  daha  şirin  və  daha  yaxşı  imiş.  Daha  sonra  dörd-

beş dəfə daha belə sıxıntıdan rahatlığa, çətinliklərdən hüzura qovuşmuşuq, 

bu, ilki idi. Beləcə, düşmən bəlasından və aclıq afətindən qurtularaq bolluq 

və istirahətə çatdıq. Üç-dörd gün Dizəkdə istirahət etdikdən sonra Ura-Təpə 

tərəfinə hərəkət etdik. 

Pəşağar  yoldan  bir  az  qıraqda  yerləşirdi.  Bir  müddət  orada  qaldığım 

üçün keçərkən gedib kəndi seyr etdim. Burada uzun müddət anam xanımın 

xidmətində  olan  Atuna  rast  gəldim.  Biz  oradan  çıxanda  yük  heyvanı  tapıl-

madığı üçün Səmərqənddə qalmışdı. Görüşüb hal-əhval tutdum. Səmərqənd-

dən buraya piyada gəldiyini dedi. Anam xanımın kiçık bacısı Xubnigar xa-

nım fani dünyaya vida etmişmiş. Bunu mənə və xanıma Ura-Təpədə xəbər 

verdilər. Atamın anası  da Əndicanda vəfat  (96  b)  edibmiş,  bunu da burada 

söylədilər. Xanım xan dayımın vəfatından bəri öz anasını, kiçık bacı və qar-

daşları olan Şah bəyim, Sultan Mahmud xan, Sultan Nigar xanım və Dövlət 

Sultan  xanımları  görməmişdi.  Onlardan  ayrılalı  on-üç-on  dörd  il  olmuşdu. 

Onlan görmək üçün Daşkəndə getdi. 

Mən də Məhəmməd Hüseyn Mirzə ilə danışaraq Ura-Təpənin kəndlə-

rindən  Dihkət deyilən yerdə qışlamağa qərar verdim. Əşyaları Dihkətdə qo-

yub bir neçə  gün sonra  Şah bəyimi,  xan dayımı  və  digər qohumlarımı gör-

mək üçün mən də Daşkəndə yola düşdüm. Gedib Şah bəyim və xan dayımla 

görüşərək bir neçə gün orada qaldım. Anamın doğma böyük bacısı Mehrini-

gar xanım da Səmərqənddən gəldi. Anam xanım xəstələndi, çox ağır bir xəs-

təlikdi və çox böyük təhlükə atlatdı. 




Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə