ZəHĠRƏDDĠn məHƏMMƏd babur


Zəhirəddin Məhəmməd BABUR



Yüklə 3,97 Mb.
Pdf görüntüsü
səhifə44/194
tarix15.03.2018
ölçüsü3,97 Mb.
#31773
1   ...   40   41   42   43   44   45   46   47   ...   194

Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



96 

 

 



 

 

 



 

 

 



 

FƏRQANƏ - 906 (28 İYUL 1500 - 17 İYUL 1501) 

 

DOQQUZ YÜZ ALTINCI ĠLĠN HADĠSƏLƏRĠ 

 

Şeybani  xan  bu  qadının  vədi  üzrə  gəlib  Baği-Meydana  endi.  Sultan 

Əli Mirzə də bəylərindən və igidlərindən heç kimə xəbər vermədən və heç 

kimlə məsləhətləşmədən yaxınlarından bir neçə  kiçık zatla birlikdə günorta 

vaxtı  Çarrah  qapısından  çıxıb  Baği-Meydana  Şeybani  xanın  yanına  getdi. 

Şeybani xan onu elə də yaxşı qarşılamadı. Görüşdükdən sonra da özündən 

aşağı bir tərəfə oturtdu. 

Xoca  Yəhya  Mirzənin  şəhərdən  çıxdığını  duyunca  üzüldü.  Lakin  heç 

bir çarə tapa bilmədiyi için o da çıxdı. Şeybani xan onu yerindən qalxmadan 

qarşılayıb bir neçə tənəli söz söylədi. Axırda Xoca Yəhya getmək üçün ye-

rindən qalxanda Şeybani xan da sayğı göstərərək yerindən qalxdı. 

Xoca Əli bayın oğlu Can Əli Ribati-Xocada olurdu. Mirzənin çıxdığı-

nı xəbər alınca o da Şeybani xanın hüzuruna gəldi. 

Bu uğursuz qadının ağlı qıt olduğu üçün  ərə  getmək arzusu üzündən 

oğlunun xanimanını (80 b) bərbad elədi. Şeybani xan ona zərrə qədər əhə-

miyyət vermədi və cariyəsi qədər belə saymadı. 

Sultan  Əli  Mirzə  tutduğu  işə  və  şəhərdən  çıxmağına  çox  peşman  ol-

muşdu.  Bəzi  yaxınları  vəziyyəti  başa  düşərək  Mirzəni  qaçırmaq  istədilər. 

Lakin Sultan Əli Mirzə buna razı olmadı. Əcəli gəldiyi üçün qurtula bilmədi. 

O,  [Şeybani  xanın  oğlu]  Teymur  Sultanla  birlikdə  qalırdı.  Dörd-beş  gün 

sonra Külbə çayırında onu öldürdülər. Bu beş günlük fani həyat üçün pis ad-

la getdi. Qadın sözünə aldanıb özünü yaxşı ad sahibləri cərgəsindən çıxardı. 

Belə  bir  adamın  əhvalatını  bundan  artıq  yazmaq  və  belə  alçaq  hərəkətləri 

bundan artıq eşitmək doğru deyildir. 

[Şeybani xan] Sultan Əli Mirzəni öldürdükdən sonra Can Əlini də öl-

dürüb Mirzəsının yanına göndərdi. Xoca Yəhyaya etimad etmədiyi üçün də 

ona iki oğlu Xoca Məhəmməd Zəkəriyyə və Xoca Baqi ilə birlikdə Xorasan 

tərəfinə  getməsinə  izin  verdi.  Sonra  da  arxalarından  bir  neçə  özbək  gedib 

Xoca-Kardzən  civarında  Xoca  həzrətlərini  iki  igid  oğluyla  birlikdə  şəhid 



BABURNAMƏ 

 

97 



etdilər. Şeybani xan Xocanın öldürülməsi işində (8l a) əli olmadığını, qatıl-

lərin Qənbər Bi ilə Köpək Bi olduğunu söyləmişdir. Əgər belədirsə, daha da 

pis.  Bir  atalar  sözü  vardır:  «üzrü  qəbahətindən  böyük».  Əgər  bəylər  belə 

işləri xanlarının və padşahlarının xəbəri olmadan özləri etməyə başlayırlarsa, 

daha xanlığın və padşahlığın nə etibarı var? 

Özbəklər Səmərqəndi aldıqdan sonra biz də Keşdən Hisara doğru get-

dik. Məhəmməd Məzid Tarxan başda olmaqla Səmərqənd bəyləri öz köç və 

ailələri  ilə  birlikdə  bizimlə  hərəkət  etdilər.  Çağanyanın  Çəltu  çayırında  da-

yananda Məhəmməd Məzid Tarxanın başçılıq etdiyi Səmərqənd bəyləri biz-

dən ayrılaraq gedib Xosrov şahın xidmətinə girdilər. 

Biz şəhər və vilayətdən məhrum idik, gedəcək və qalacaq yerimiz bəlli 

deyildi. Xosrov şahın bizim xanədanımıza qarşı bəzi haqsızlıqlar etmiş olması-

na baxmayaraq çarəsiz, onun vilayəti içindən keçmək məcburiyyətində qaldıq. 

Qara-Təkin vilayətindən keçərək kiçık dayım Alaca xanın yanına [Sul-

tan Əhməd xan] getmə düşüncəsi ağlımızdan keçmişdi, ancaq nəsib olmadı. 

Kəmruddan  yuxarıya  doğru  yürüyərək  Sərv-Tağ  təpəsindən  aşmağa 

qərar verdik.  Nəvəndak  civarına  çatanda Xosrov  şahın  adamı doqquz at  və 

doqquz parça qumaş gətirdi

1



Kəmrud ağzına enərkən  Şir Əli  (81b)  Çöhrə  qaçıb  Xosrov  şahın  qar-



daşı  Vəlinin  yanına  getdi.  Ertəsi  gün  isə  Qoç  bəy  ayrılaraq  Hisara  getdi. 

Kəmrud  dərəsindən  yuxarıya  doğru  yürüdük.  Dar  və  uçurumlu  yollarda, 

sarp keçidlərdə bir çox atımız və dəvəmiz qaldı.  

Üç-dörd  gün  sonra  Sərv-Tağ  keçidinə  vardıq.  Keçid,  amma  necə  bir 

keçid! Heç bir yerdə belə yüksək və dar bir keçid görünməmişdir və heç bir 

vaxt belə dar və uçurumlu yollardan keçilməmişdir. Çox zəhmət və çətinlik-

lə təhlükəli boğazlar və uçurumlardan keçib bu təhlükəli, yüksək və dar ke-

çidləri aşaraq axırda Fan civarına gəldik. 

Fan dağlarının arasında böyük bir göl vardır. Çevrəsi təxminən bir şeri 

qədər olan gözəl bir göldür və o qədər cazibədardır ki, heç boş qalmaz. 

Alınan  xəbərlərə  görə,  Şiraz  kurqanını  İbrahim  Tarxan,  Yar-yaylaq 

kurqanlarını da Qənbər Əli gücləndirmişdilər. Əbülqasım Kuhbər isə Xoca-

Didardaydı. Özbəklər Səmərqəndi aldıqdan sonra Xoca-Didarda qala bilmə-

yib Yar-yaylağa gəlmiş və daha aşağıda olan kurqanları gücləndirmişdi. 

Fanı  sağ  tərəfdə  qoyaraq  Kəşdud  tərəfinə  yürüdük.  Fan  hakimi  cö-

mərdliyi,  əsaləti  və  əliaçıqlığı  ilə  məşhur  idi.  (82  a)  Sultan  Hüseyn  Mirzə 

Hisar üzərinə gələndə Sultan Məsud Mirzə kiçık qardaşı Baysunqur Mirzə-

nin yanına Səmərqəndə bu yoldan getmişdi. Fan hakimi ona yetmiş-səksən 

at bağışlamış və digər xidmətlərini də buna bənzər şəkildə eləmişdi. Mənə 

çox pis bir at göndərdi, özü isə gəlmədi. 

                                                           

1

 O dönəmin türk gələnəklərinə görə hədiyyələr doqquzlu qruplar halında verilirdi. 



 


Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



98 

Səxavəti ilə məşhur olan kimsələr bizə gəlincə xəsis olur, alicənablığı 

ilə  tanınlan  kimsələr  alicənablığı  unudurdu.  Xosrov  şah  da  cömərdlik  və 

əsalətlə məruf və məşhurdu. Bədiüzzaman Mirzəyə nə kimi yardımlar etdi-

yini  söyləmişdim. Daha sonra Baqi Tarxana və digər bəylərə çox insaniyyət 

və  cömərdlik  göstərmişdi.  İki  dəfə  onun  vilayətindən  keçdik,  həmcinsimiz 

demədi,  ən  aşağı  nökərimizə  elədiyi  insaniyyəti  bizə  göstərmədi,  hətta  bizi 

nökər gözündə belə görmədi. 

Kim görübdür, ey könül, əhli-cahandan yaxşılıq, 

Kim ki, ondan yaxşı yox, göz tutma ondan yaxşılıq.  

Fanı keçincə Kəşdud kurqanında  özbəklərin  adamı ola biləcəyini düşü-

nərək, Kəşdud üzərinə axın etdik. Lakin Kəşdud kurqanı xarab vəziyyətdə idi, 

indi orada heç kim yaşamırdı. Oradan keçib (82 b) Kuhək çayının sahilinə gəl-

dik. Yarının qarşısından Kuhək çayından körpüylə keçdik. Qasım bəyin başçılı-

ğı altında bəyləri Ribati-Xoca kurqanını basqınla ələ keçirmək üçün göndərdim. 

Yandan  keçib  Şunqarxana  dağını  aşaraq  Yar-yaylağa  gəldik.  Ribati-

Xocaya  gedən  bəylər  kurqana  nərdivan  qoyan  zaman  kurqandakılar  bilmiş 

və geri qovmuşlar. Onlar da kurqanı ala bilmədən dönüb gəldilər. 

Qənbər Əli Səngzarda idi, gəlib görüşdü. Əbülqasım Kuhbər və İbra-

him Tarxan da yaxşı adamlarını mənimlə görüşməyə göndərib qulluq və sə-

daqətlərini bildirdilər. Yar-yaylaq kəndlərindən Əsfidək kurqanına gəldik.  

 

BABURUN ANĠ BĠR HÜCUMLA 

SƏMƏRQƏNDĠ ĠKĠNCĠ DƏFƏ ALMASI 

 

O vaxt Şeybani xan Xoca-Didar civarında otururdu. Üç-dörd min öz-



bəyi vardı, yerli sipahidən də bir o qədər adam toplanmışdı. Səmərqənd vali-

liyini Can Vəfa Mirzəyə  vermişdi və  o da beş-altı  yüz adamla birlikdə  Sə-

mərqənd  kurqanının  içində  idi.  Həmzə  Sultanla  Mehdi  Sultan  isə  adamla-

rıyla  birlikdə  Səmərqənd  yaxınlığındakı  Bödənə  qoruğuna  yerləşmişdilər. 

Bizim  adamlarımız  yaxşı-pis  iki  yüz  (83  a)  qırx  nəfər  idi.  Bütün  bəyləri-

mizlə danışıb məsləhətləşərək buna qərar verdik: «Şeybani xan Səmərqəndi 

alalı çox olmamışdır, əhali hələ ona, o da əhaliyə könüldən bağlanmamışdır. 

Bir iş eləmək istəyiriksə, indi eləməliyik. Səmərqənd kurqanını nərdivanlar 

qoyub basqınla alsaq, əhali bizimlə olacaq. Başqa nə edə bilər ki? Əgər bizə 

kömək  etməsə  belə  özbəklər  üçün  vuruşmaq  ehtimalı  da  yoxdur.  Səmər-

qəndi ələ keçirdikdən sonra Allah nə dilərsə o, olacaqdır». 

Bu qərara gəldik və günorta namazından sonra Yar-yaylaqdan hərəkət 

edib  bütün  gecə  yürüyərək gecə  yarısı  Xan  Yurduna çatdıq. O axşam  əhali 

xəbərdar olmuşdur deyə kurqanın yaxınına getmədik və Xan Yurdundan ge-

ri  döndük.  Dan  ağaranda  Ribati-Xocanın  bir  az  aşağısından  Kuhək  çayını 

keçib təkrar Yar-yaylağa gəldik. 

Bir  gün  Əsfidək  kurqanında  Dost  Nasir,  Noyan  Göyəldaş,  Xanqulu, 



Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə