ZəHĠRƏDDĠn məHƏMMƏd babur


Zəhirəddin Məhəmməd BABUR



Yüklə 3,97 Mb.
Pdf görüntüsü
səhifə40/194
tarix15.03.2018
ölçüsü3,97 Mb.
#31773
1   ...   36   37   38   39   40   41   42   43   ...   194

Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



88 

ORDUNUN ĠKĠ SU ARASI DEYĠLƏN YERDƏ QIġLAMASI 

 

Qış yaxınlaşdığı üçün ovada ərzaq qalmamışdı. Bu üzdən də Özgənd 

üzərinə yürüməyi uyğun görməyərək Əndicana döndük. Bir neçə gün sonra 

danışıb buna qərar verildi: Əndicanda qışlamağımızdan düşmənə heç bir zə-

rər və ziyan gəlməz. Bəlkə də oğurluq və qazaxlıq edərək daha da güclənər. 

Elə bir yerdə qışlamaq lazımdır ki, həm əsgər ərzaqsızlıqdan sıxıntıya düş-

məsin, həm də düşmən özünü mühasirə olunmuş kimi hiss etsin. Beləcə, iki 

su arasıı da dedikləri Ribatək-Örçümdə Ərmiyan və Nuşab civarında (7l a) 

qışlamaq niyyətilə Əndicandan bu kəndlərin civarına gəlib qışlaq düzəltdik. 

Oralarda yaxşı ov yerləri var. Aylamış çayının yaxınındakı sıx orman-

larda maral və qaban çoxdur. Kolluqlarda qırqovul və dovşan boldur. Təpəli 

yerlərdə tülkü çoxdur və  deşiklərdə  olurlar. Bunlar digər  yerlərdəkilərə  nə-

zərən daha sürətlidirlər. Bu qışlaqda ikən hər iki-üç gündə bir ova çıxırdım. 

Böyük  kolluqlarda  dolaşıb  maral  ovlayırdıq,  kiçık  kolluqlarda  dairə  yara-

daraq hərəkət  edir, quş  və  oxla qırqovul ovlayırdıq. Buranın  qırqovulu  çox 

kök olur. Bizim o qışlaqda olduğumuz dönəmdə qırqovul əti çox bol idi. 

Bu  qışlaqda  olduğumuz  günlərdə  təzəcə  bəy  rütbəsi  verdiyim  Xuda-

verdi  Tuğçu  iki-üç  dəfə  hücum  edib  Tənbəlin  çapulçularını  yendi  və  baş-

larını  kəsib  gətirdi.  Əndican  və  Oş  civarında  da  bizim  çapulçu  igidlərimiz 

hiylə  ilə  durmadan  hücum  edib  düşmənin  atlarını  sürüb  gətirir,  adamlarını 

öldürürdülər. Əgər bütün qışı o qışlaqda keçirsək (7l  b) düşmənin yaza qə-

dər heç bir savaşa girmədən məğlub olma ehtimalı çox yüksək idi. 

Tam bu şəkildə düşmənin qüvvəsini qırıb aciz hala saldığımız zaman 

Qənbər  Əli  vilayətinə  getmək  üçün  izin  istədi.  Vəziyyəti  nəzərə  alaraq  nə 

qədər mane  olmağa çalışsaq da daha ziyadə cəhalət göstərdi. Qəribə yüngül 

və  düşüncəsiz  bir  adam  idi.  İzin  verməyə  məcbur  olduq.  Əvvəlcə  vilayəti 

Xocənddi. Əndican son dəfə alınanda İsfəra ilə Kəndi-Badam da ona veril-

mişdi.  Bizim  bəylər  arasında  ən  çox  vilayəti  və  ən  çox  adamı  olan  adam 

Qənbər Əli idi, heç kimin vilayəti və adamı onunku qədər deyildi. 

Qırx-əlli  gündür o qışlaqda idik. Qənbər Əliyə izin  verldiyimiz üçün 

digər bəzi əsgərlərə də izin verdik. Ən axırda özümüz də Əndicana qayıtdıq.  

 

SULTAN MAHMUD XANIN 

ƏHMƏD TƏNBƏLƏ YARDIM GÖNDƏRMƏSĠ 

 

Qışlaqda və Əndicanda olduğumuz zaman Tənbəlin adamları durma-



dan Daşkəndə xanın hüzuruna gedib gəlirdilər. Xanın oğlu Sultan Məhəm-

mədin  [Xanikə]  bəy-atakəsi  və  xanın  ən  sevimli  bəylərindən  olan  Əhməd 

bəy Tənbəlin doğma əmisi idı. Xanın eşik ağası olan Bəy Tilbə isə Tənbəlin 

doğma böyük qardaşı idi. Axırda Tənbələ yardım göndərməsi üçün xanı dilə 




BABURNAMƏ 

 

89 



tutdular.  Hələ  yardım  gəlmədən  (72  a)  Bəy  Tilbə  köçünü  və  ailəsini  Daş-

kənddə qoyub kiçık qardaşı Tənbələ qoşuldu. Bəy Tilbə anadan olandan bəri 

Moğolistandaydı və moğollar arasında böyümüşdü. Vilayətlərə girmir və vi-

layətlərin padşahlarına xidmət etmırdı; yalnız xanlara xidmət etmişdi. 

Bu zaman qəribə bir hadisə oldu. Qasım Əcəb müvəqqəti olaraq Axsi-

də  idi.  Bir  dəstə  yağmacını  təqib  edərək  onların  arxalarından  çıxıb  Biçrata 

(Bxirata) üzərindən Xocənd çayını keçərkən təsadüfən Tənbəlin çoxsaylı bir 

dəstəsinə rast gəldi və ələ keçirildi. 

Tənbəl  bizim  əsgərin  dağılmış  olduğunu  eşidən  kimi  -zatən  böyük 

qardaşı  da  xan  ilə  qərarlaşdıraraq  gəlmiş  və  köməyin  gələcəyi  də  bəlli  ol-

muşdu- Özgənddən hərəkət  edib  iki su  arasına  gəldi. Bu  əsnada Kasandan 

gələn xəbərlərə görə, xanın Tənbələ kömək üçün Əhməd bəylə birlikdə Sul-

tanım  deyə bilinən oğlu  Sultan Məhəmməd Xanikəni  göndərdiyi  və onlara 

beş-altı min əsgər verdiyi anlaşıldı. Bunlar Arça-Kənd yoluyla gələrək Ka-

sanı mühasirə etmişdilər. 

Biz də  uzaqdakı adamlarımızı  gözləmədən mövcud adamlarımızla və 

qışın şiddətli soyuğunda Allaha təvəkkül edərək Əndicandan (72 b) qalxdıq 

və Bənd-Salar yoluyla dərhal Sultanım ilə Əhməd bəyin üzərinə hərəkət et-

dik: Gecə boyunca heç bir yerdə durmadan yürüyərək sabah tezdən Axsiyə 

endik. O axşam elə şiddətli soyuq vardı ki, bəzi adamların əl-ayağı dondu, 

bir  çoxlarının  da  qulaqları  alma  kimi  qabarmışdı.  Axsidə  də  durmadıq  və 

Qasım Əcəbin yerinə müvəqqəti olaraq Yarək Tağayini qoyub Kasan üzəri-

nə  yürüdük. Kasana bir  şəri məsafə  qalanda Əhməd bəyin  gəlişimizi xəbər 

alaraq Sultanım ilə birlikdə nizamsız şəkildə dərhal geri qayıtdığı barədə xə-

bər gəldi. 

Bu  zaman  Tənbəl  bizim  hərəkət  etdiyimizi  eşitmiş  və  qardaşına  yar-

dım üçün sürətlə gəlirmiş. Axşama doğru Tənbəlin qaraltısı Nevkənd tərəf-

dən göründü. Qardaşının belə asanca getməsinə və bizim də bu qədər çabuq 

gəlməmizə şaşırıb qaldı. 

Biz  «Bunu  Allah  belə  rast  gətirdi.  Atları  çox  rulmuşdur.  İndi  üstünə 

yürüsək və Allah rast gətirsə, heç biri qurtulmaz» dedik. Amma Veys Lağari 

və  bəziləri  «Artıq  çox  gecdir.  Bugün  olmasa  belə  sabah  (73  a)  haraya  ge-

dərlər ki. Sabah tezdən harada olsa taparıq» dedilər və hücum etməyi uyğun 

görmədilər.  Beləcə,  qapıya  qədər  gələn  düşmən  heç  bir  zərərə  uğramadan 

qurtuldu.  «Qapıdakını  qapmasan,  qarıyıncaya  qədər  qayğırarsan  (peşman 

olarsan)» deyə bir atasözü vardır. 

Karha ra bavəqti bayəd cust, 

Kari bevəqt süst başəd, süst!

1

 

İşləri vaxtında görmək lazımdır, 



Vaxtsız görülən iş süst olar,süst. 

                                                           

1

 Sədi Şirazidən. 




Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə