ZəHĠRƏDDĠn məHƏMMƏd babur



Yüklə 3,97 Mb.
Pdf görüntüsü
səhifə37/194
tarix15.03.2018
ölçüsü3,97 Mb.
#31773
1   ...   33   34   35   36   37   38   39   40   ...   194

BABURNAMƏ 

 

81 



Tənbəl  isə  öz  vilayəti  olan  Oşa  getdi.  Cahangir  Mirzənin  içkilərindən  və 

igidlərindən bir neçəsi Uzun Həsənin yanından qaçdılar və Tənbəl Oşa çat-

madan gedib ona qoşuldular. 

 

BABURUN ƏNDĠCANI YENĠDƏN ƏLƏ KEÇĠRMƏSĠ 

 

Əndicanın  düşmənin  üzünə  bağlandığı  xəbəri  gələndə  Mərginandan 



günəş doğarkən dərhal hərəkət edərək günorta vaxtı Əndicana çatdım. Nasir 

bəyi, oğulları Dost bəy ilə Mirim [Nasir] bəyləri gördüm. Xatirlərini soruş-

dum,  inayət  və şəfqət  göstərdim.  İki  il vardı ki,  ata vilayəti əldən  çıxmışdı 

(63  b),  ancaq  904-cü  ilin  zilqədə  ayında  [=1499  iyun-iyul]  tanrı  təalanın 

inayəti ilə təkrar geri aldıq. 

Sultan  Əhməd  Tənbəl  isə  Cahangir  Mirzə  ilə  birlikdə  Oşa  doğru  çə-

kilmişdi. Oşa girincə orada da xalq ona qarşı üsyan edərək onu Oşdan qovdu 

və  kurqanı  bizim  üçün  qoruyaraq  bizə  adam  göndərdi.  Cahangir  Mirzə  ilə 

Tənbəl  öz  tərəfdarlarından  bir  neçə  adamla  birlikdə  şaşqın  bir  halda  gedib 

Özgəndə girdilər. 

Uzun  Həsən  də  Əndicana  girə  bilməyincə  Axsi  tərəfinə  getmişdi  və 

Axsi  ərkinə  girdiyi  xəbəri  gəldi.  Bütün  bu  fitnələrin  başı  Uzun  Həsən  ol-

duğu üçün bu xəbər gələn kimi Əndicanda dörd-beş gündən artıq qalmaya-

raq  Axsiyə  hərəkət  etdik.  Oraya  çatanda  çarəsiz  qalıb  aman  dilədi  və  əhd 

edib kurqanı təhvil verdi. 

Bir neçə gün Axsidə qaldım. Axsi, Kasan və o yurdun işlərini sahman-

layıb köməyə gələn moğol bəylərinə izin verdikdən sonra Uzun Həsəni köçü 

və adamları ilə birlikdə alaraq Əndicana gəldik. Axsinin idarəsini müvəqqəti 

olaraq  Qasım  Əcəbə  verdim.  O,  əvvəlcə  içki  dərəcəsində  idi,  sonra  mənim 

yanımda bəylik dərəcəsinə yüksəlmişdi.  

Uzun  Həsənlə  əhd  bağlandığı  üçün  canına  və  malına  zərər  və  ziyan 

vurulmadan Qara Təkin yoluyla Hisar tərəfinə (64 a) getməsinə izin verildi. 

Bir  neçə  adamıyla  Hisara  getdi.  Qalan  adamları  isə  ondan  aynlaraq  yanı-

mızda qaldılar. O qarışıq günlərdə bizim və Xoca [Mövlana] qazının  adam-

larını ələ keçirib soyan şəxşlər bunlar idi. Bəzi bəylərlə görüşüldükdən sonra 

bunlar haqqında bu qərar verildi: «Bütün bu fəsad və fitnələri çıxaran, bizə 

tabe bunca mömini və müsəlmanı tutub soyanlar bunlardır. Öz bəylərinə nə 

vəfa etdilər ki, bizə nə sədaqət göstərsinlər. Bunları yaxalayıb mallarını zəbt 

etdirsək nə olar? Bunların gözümüzün önündə, bizim atlarımıza minib bizim 

paltarımızı  geyib  bizim  yeməyimizi  yemələrinə  kim  dözə  bilər.  Onları  ya-

xalayıb  mallarını  əllərindən  almaq  yerinə  onlara  mərhəmət  etsək,  yalnızca 

qazaxlıqlarda və möhnətlərdə bizimlə birlikdə olanların mallarını geri alma-

larına izin versək, bu qədərlə qurtula bildiklərinə şükr etmələri lazımdır». 

Nəticədə bu qərar  çox məqbul  göründü və  bu  adamların  yalnızca öz-



Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



82 

lərinə aid əşyaları almaları əmr edildi. Gərçi bu qərar məqbul və doğru olsa 

belə bir az tələsik verilmişdi. Cahangir Mirzə kimi bir düşmən yaxınımızda 

ikən bu adamları (64 b) bu şəkildə ürkütməyin heç bir mənası yoxdu. Məm-

ləkətlər alıb idarə edərkən bəzi işlər görünüşdə məqbul və doğru görünə bi-

lər, lakin qərarların üzərində yüz min dəfə diqqətlə düşünmək lazımdır, yax-

şı düşünmədən verdiyimiz bu qərardan çox qarışıqlıq və fitnələr çıxar. Nəti-

cədə  Əndicandan  ikinci  dəfə  çıxmamıza  düşünmədən  verdiyimiz  bu  qərar 

səbəb oldu. Bu üzdən də moğollar öz aralarında qarışıqlıq  yaradıb qorxuya 

qapıldılar  və  iki  su  arası  dedikləri  Ribatək-Örçümdən  Özgənd  tərəflərinə 

köç edərək Tənbələ adam göndərdilər. 

Anamın yanında min beş yüz-iki minə yaxın moğol vardı. Həmzə Sul-

tan, Mehdi Sultan və Məhəmməd Duğlat ilə birlikdə yenə bu miqdarda mo-

ğol da Hisardan gəlmişdi. Pislik və xaos daim moğol ulusundan törəmişdir. 

İndəyə qədər mənimlə beş dəfə  düşmən oldular. Düşmən olmalarının səbəbi 

mənimlə  dil  tapa  bilməmələri  deyildi.  Öz  xanlarına  qarşı  da  bir  neçə  dəfə 

eyni şəkildə hərəkət etmişdilər. 

Bu  xəbəri  mənə  Sultanqulu  Çanaq  gətirdi.  Bu  yaxınlarda  vəfat  edən 

atası  Xudaverdi  Buqaqa  (65  a)  moğollar  içində  çox  hörmət  etmişdim.  O, 

moğollarla  birlikdə  olurdu.  Öz  xalqından  və  ulusundan  ayrılaraq  mənə  bu 

xəbəri gətirdi. Gərçi bu dəfə  yaxşı hərəkət etdi, lakin sonra elə qəbahətlərə 

yol verdi ki, bunun kimi yüz min xidmət eləsə də onu ört-basdır edə bilməz-

di.  Bu barədə  sonra danışacağam.  Sonradan etdiyi  qəbahətlər də  moğol  ol-

masından qaynaqlanırdı. 

Xəbər gəlincə bəyləri toplayıb vəziyyəti müzakirə etdik. Bəylər bunun 

əhəmiyyətsiz bir məsələ olduğu, padşahın səfərə çıxmasına gərək olmadığı 

və  bütün  bəylərin  Qasım  bəy  komandanlığında  hərəkət  etməsinin  kifayət 

olacağı fikrində həmrəy oldular. Buna qərar verildi. Bunu asan sandılar, la-

kin bu fikir yanlış imiş. O gün Qasım bəy bəyləri və əsgəri alıb yola çıxdı. 

Bunlar gedincəyə qədər  Tənbəl  də  gəlib moğollara qoşulubmuş. Ertəsi  gün 

sabah  tezdən  Aylamış  çayının  Yastı  keçid  adlı  keçidini  aşınca  birdən-birə 

onlarla  qarşılaşır  və  yaxşıca  vuruşurlar.  Qasım  bəy  Sultan  Məhəmməd  Ar-

ğun  ilə  şəxsən  qarşılaşaraq  iki-üç  dəfə  qılıncla  vuruşduğu  halda  başa  çıxa 

bilmir. Bir çox igidimiz qılıncla vuruşur, lakin axırda məğlub olurlar. (65 b) 

Qasım bəy, Əli Dost Tağayi, İbrahim Saru, Veys Lağari və Seydi Qara 

ilə  bəylərdən  və  içkilərdən  üç-dörd  adam  qurtuldu.  Digər  bəy  və  içkilərin 

çoxu ələ keçdi. Əli Dərviş bəy, Mirim Lağari, Tuka bəy və [atası] Şirim bəy 

Tağayi, Məhəmməd Dost, Əli Dost, Mirşah Koçin və Mirim Divan da onla-

rın arasındaydı. 

Bu müharibədə iki igid qılıncla gözəl vuruşdu. Bizim tərəfdən İbrahim 

Sarunun kiçık qardaşlarından Səməd adlı biri ilə qarşı tərəfdən Hisar moğol-

larından Şahsuvar adlı biri qarşılaşır. Şahsuvar elə bir vuruş vurur ki, qılınc 




Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə