ZəHĠRƏDDĠn məHƏMMƏd babur


Zəhirəddin Məhəmməd BABUR



Yüklə 3,97 Mb.
Pdf görüntüsü
səhifə39/194
tarix15.03.2018
ölçüsü3,97 Mb.
#31773
1   ...   35   36   37   38   39   40   41   42   ...   194

Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



86 

və əsil şahzadəni şəhid etdi. Bəylərini və içkilərindən bəzilərini də öldürdü.  



 

BAYSUNQUR MĠRZƏ 

 

Doğumu və nəsəbi: Baysunqur Mirzə 882-ci [=1477] ildə Hisar vila-

yətində  doğulmuşdur. [Teymur bəyin  nəvəsi  Əbu Səid  Mirzənin  oğlu] Sul-

tan Mahmud Mirzənin ikinci oğludur. Sultan Məsud Mirzədən kiçık, Sultan 

Əli Mirzə və Sultan Hüseyn ilə Xan Mirzə adıyla bilinən Sultan Veys Mir-

zədən böyük idi. Anası Pəşşə bəyim idi. (68 b) 

ġəkil  və  görkəmi:  böyük  gözlü,  yuvarlaq  üzlü,  orta  boylu,  türkmən 

çöhrəli və gözəl bir igiddi. 



Əxlaqı və xasiyyəti: adil, insaniyyətli, xoş təbiətlı və fəzilətli bir şah-

zadə  idi.  Ustadı  Seyid  Mahmud  şiə  olduğu  üçün  Baysunqur  Mirzə  də  şiə-

liklə ittiham edilirdi. Sonradan anlatdıqlarına görə, Səmərqənddə bu pis eti-

qadı buraxaraq, təmiz etiqadlı (sünni) olmuşdur. Şəraba çox düşkündü, şə-

rab içmədiyi vaxtlarda namaz qılardı. Cömərdliyi və ehsanı orta dərəcədə idi. 

Nəstəliq  yazısını  çox  yaxşı  yazırdı.  Nəqqaşlıq  qabiliyyəti  də  fəna  deyildi. 

Şeiri də yaxşı söylərdi, təxəllüsü Adil idi. Şeiri divan tərtib edəcək qədər de-

yildi. Bu mətlə onundur: 

Sayəvar əz natəvani cabəca miəftəm, 

Gər nəgirəm ruyi-divari zi pa miəftəm. 



Zəifliyimdən kölgə kimi oraya-buraya düşürəm,  

Əgər bir divar tapmasam yıxılaram. 

Səmərqənddə  Baysunqur  Mirzənin  qəzəlləri  o  qədər  yayılmışdı  ki, 

Mirzənin şeirləri olmayan ev çox az idi. 

Meydan müharibələri: iki meydan müharibəsi elədi. Birincisi Sultan 

Mahmud xan ilə elədiyi savaşdır. Taxta çıxdığı zaman [moğol xanı] Sultan 

Mahmud xan Sultan Cüneyd Barlas və digərlərinin öyrətməsiylə Səmərqən-

di almaq (69 a) üçün qoşun çəkərək Ağ Kötəldən keçib Ribati-Soğd və Kən-

bay  civarına  gəlmişdi.  Baysunqur  Mirzə  də  Səmərqənddən  ona  qarşı  çıxdı 

və  Kənbayda  vuruşaraq  onu  möhkəm  məğlub  etdi.  Üç-dörd  min  moğolun 

başını kəsdirdi. Xanın işlərini idarə edən Heydər Göyəldaş bu savaşda öldü. 

İkinci dəfə isə Buxarada [qardaşı] Sultan Əli Mirzə ilə savaşdı və yenildi. 



Torpaqları: atası Sultan Mahmud Mirzə ona Buxaranı vermişdi. Ata-

sının  ölümündən  sonra  atasının  bəyləri  toplanaraq  onu  ittifaqla  Səmər-

qənddə padşah elan elədilər. Buxara da bir müddət onun divanına daxil idi, 

ancaq tarxanlarm  üsyanından sonra  əlindən çıxdı. Mən Səmərqəndi  alanda 

Xosrov şaha sığındı, Xosrov şah da Hisarı alıb ona verdi.  

Heç  uşağı  qalmadı.  Xosrov  şahın  yanına  gedəndə  əmisi  Sultan  Xəlil 

Mirzənin qızı ilə evləndi. Ondan başqa qadını və cariyəsi  yox idi. Özü yal-

nız başına səltənət sürmədiyi üçün heç kimi öz  əliylə  yetişdirib böyüdərək 




BABURNAMƏ 

 

87 



mötəbər bir bəy edə bilmədi. Bəyləri atasının və əmisinin (69 b) bəyləri idi. 

Baysunqur Mirzənin ölümündən sonra Qoç bəyin atası Sultan Əhməd 

Qaravul,  böyük  və  kiçık  qardaşları  köçləri  və  əqrəbaları  ilə  birlikdə  Qara-

Təkin vilayətindən çıxaraq bizim yanımıza gəldilər. Oşda xəstə olan Qənbər 

Əli də xəstəlikdən qalxıb gəlmişdi. Belə bir əsnada gözlənilməyən bir  yar-

dım olaraq, Sultan Əhməd Qaravulun adamları ilə birlikdə gəlib bizə qoşul-

malarını uğur sayaraq, ertəsi sabah qüvvələrimizi düzənlədik və dərhal düş-

mən üzərinə  yürüdük. Tənbəl  isə  Abi-Xanda müharibə etmədən  yurdundan 

qalxıb getdi. Çadır, kilim və araba kimi bəzi əşyaları əsgərimizin əlinə keçdi. 

Biz də gəlib onun yurduna endik. 

O axşam Tənbəl [Baburun qardaşı] Cahangiri də yanına alıb sağ tərə-

fimizə yönələrək Əndican yönündə və bizdən üç ağac məsafədə olan Xuban 

adlı kəndə gedib girdi. Ertəsi gün biz də sağ qol, sol qol, mərkəz və önçülə-

rimizi  müəyyən  edib,  dava  paltarımızı  geyib,  səflərimizi  düzənləyib,  qal-

xanlı piyadaları qabağa sürüb düşmənin üzərinə yürüdük. 

Bizim  sağ  qolda  adamlarıyla  birlikdə  Əli  Dost  Tağayi,  sol  qolda  isə 

İbrahim Saru, Veys Lağari, Seydi Qara, Məhəmməd Əli Mübəşşir (Münşi), 

Xoca (70  a) Kəlan bəyin böyük qardaşı Kiçık bəy və digər bəzi içkilər du-

rurdular.  Sultan  Əhməd  Qaravul  və  Qoç  bəy  böyük  və  kiçık  qardaşları  ilə 

birlikdə  sol  qolda  dayanmışdılar.  Qasım  bəy  [Koçin]  mərkəzdə  mənim  ya-

nımda idi. Önçü olaraq da Qənbər Əli və digər bəzi içkilər vardı. 

Xubanın cənub-şərqində və ondan bir şəri məsafədə yerləşən Saka adlı 

kəndə varmışdıq, düşmən də adamlarını nizamlayaraq Xuban kəndindən bi-

zə  qarşı  çıxdı.  Biz  daha  sürətli  yürüdük.  Hər  ehtimala  qarşı  qalxanlı  piya-

dalar  da  düzənlənmişdi,  lakin  düşmənlə  qarşılaşanda  onlar  çox  geridə  qal-

mışdılar. Allahın inayəti ilə onlara heç bir ehtiyac qalmadı. 

Ordular  qarşılaşınca  ilk  öncə  bizim  sol  qoldakı  adamlarımız  onların 

sağ  qolundakılarla  çarpışdılar.  Xoca  Kəlan  bəyin  böyük  qardaşı  Kiçık  bəy 

orada yaxşı qılınc çaldı. Ondan sonra Məhəmməd Əli Mübəşşir (Münşi) çar-

pışdı. Düşmən bu qədərlə yetinərək müqavimət göstərmədən qaçdı. Sağ qol 

və önçü birliklərimizə üz-üzə savaşma sırası gəlmədi. Bir çox igidlərini əsir 

edərək gətirdilər. Başlarının kəsilməsi əmr edildi.  

Bizim bəylərdən Qasım bəy ilə Əli Dost, bilxassə Əli Dost artıq ehti-

yatlı davranaraq təqib qüvvələrinin (70 b) uzağa göndərilməsini uyğun gör-

mədilər və bu üzdən də  adamların çoxu ələ keçirilə bilmədi. Biz də Xuban 

kəndinə  endik.  Bu  mənim  elədiyim  ilk  meydan  müharibəsi  idi.  Tanrı  təala 

öz fəzli və kərəmi ilə bizə zəfər nəsib etdi, bunu uğur saydıq. 

Ertəsi gün sabah olar-olmaz anamın nənəsi Şah Sultan bəyim Əndica-

na gəldi. Niyyəti əgər Cahangir ələ düşmüşsə, rica edib onu qurtarmaq idi. 

 

 



Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə