ZəHĠRƏDDĠn məHƏMMƏd babur


Zəhirəddin Məhəmməd BABUR



Yüklə 3,97 Mb.
Pdf görüntüsü
səhifə35/194
tarix15.03.2018
ölçüsü3,97 Mb.
#31773
1   ...   31   32   33   34   35   36   37   38   ...   194

Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



76 

lıqdan çox sıxıntı çəkməyə başladıqları zaman Büst valisi kurqanı təslim et-

di və Büstdəki mövcud ərzala Xorasana qayıda bildi. 

Sultan Hüseyn Mirzə kimi böyük bir padşah, bu qədər sursat və təm-

təraqla Qunduz, Hisar və Qəndəhar üzərinə bir neçə dəfə qoşun çəkdiyi hal-

da zəbt edə bilmədən geri döndüyü üçün oğulları və bəyləri bundan cəsarət 

alaraq düşmənçilik yaratmağa və fitnə çıxarmağa başladılar. 

O yaz Sultan Hüseyn Mirzə Əstərabada müsəllət olaraq şər işlərlə məşğul 

olan  oğlu  Məhəmməd  Hüseyn  Mirzənin  dəf  edilməsi  üçün  Məhəmməd  Vəli 

komandanlığı altında bəzi bəyləri xeyli əsgərlə birlikdə axınçı olaraq göndərmiş 

və  özü  də  Nişin  çayırında  qalmışdı.  Bədiüzzaman  Mirzə  ilə  Zünnunun  [bəy 

Arğun]  oğlu  Şah  İŞüca]  bəy  (58  a)  qəfildən  qoşun  çəkərək  Sultan  Hüseyn 

Mirzənin üzərinə gəldilər. Bu arada Sultan Məsud Mirzə də Hisarı müdafiə edə 

bilməyərək təslim etmək məcburiyyətində qalmışdı və Sultan Hüseyn Mirzənin 

yanına  gəlirdi, xoş bir təsadüf əsəri olaraq,  tam o  gün  yetişdi.  Eyni zamanda 

Əstərabada  gedən  əsgər  də  gəlib  eyni  gün  Mirzəyə  qoşuldu.  Qarşı-qarşıya 

gələndə Bədiüzzaman Mirzə ilə Şah bəy savaşmadan qaçıb getdilər. 

Sultan Hüseyn Mirzə Sultan Məsud Mirzəni yaxşı qəbul etdi, onu özü-

nə  kürəkən  edərək  inayət  və  şəfqət  göstərdi.  Bu  arada  Xosrov  şahın  kiçık 

qardaşı  Baqi  Çağanyani  də  bu  hadisədən  bir  az  öncə  gəlib  Sultan  Hüseyn 

Mirzənin  xidmətinə  girmişdi.  Onun  fitnələri  üzündən  Sultan  Məsud  Mirzə 

Xorasanda durmadı, Sultan Hüseyn Mirzədən izin belə almadan bir bəhanə 

ilə Xosrov şahın yanına getdi.  

Xosrov şah Baysunqur Mirzəni də Hisardan çağırıb gətirdi. Bu əsnada 

Miranşah Mirzə də atası Uluğ bəy Mirzə ilə düşmən olub Həzarəyə girmiş, 

lakin pis hərəkətləri üzündən orada qala bilməmiş və o da Xosrov şahın ya-

nına gəlmişdi. 

Bəzi dargörüşlülər bu şahzadələrin hər üçünü də öldürərək Xosrov şah 

adına xütbə oxutmaq fikrində idi. Lakin Xosrov şah bunu uyğun görmədi. Bu 

səfil  və  nankor  adam  kiçıkliyindən  bəri  böyüdüb  bəy-atəkəsi  olduğu  Sultan 

Məsud (58 b) Mirzəni tutub bu beş günlük dünya üçün -ki, ona vəfa qılmadığı 

kimi, heç kimə də vəfası olmayacaqdır- gözlərinə mil çəkərək kor elədi. 

Bir  neçə  südqardaşı,  arxadaşı  və  sınanmış  adamı  Sultan  Məsud  Mir-

zəni alıb Səmərqəndə, Sultan Əli Mirzənin yanına götürmək niyyətilə Keşə 

getdilər.  Amma  oradakıların  da  pis  niyyətdə  olduqlarını  gördülər,  Keşdən 

qaçaraq Çarcu keçidindən aşıb Sultan Hüseyn Mirzənin yanına gəldilər. 

Belə çirkin hərəkət edənlərə və bu cür işlərlə uğraşanlara qiyamətə qədər 

yüz min  dəfə  lənət  olsun. Xosrov  şahın  bu hərəkətindən xəbərdar olanlar ona 

lənət oxusunlar və bunu duyub da lənət oxumayanlar da lənətə tuş olsunlar. 

Xosrov  şah  bu  çirkin  hərəkətindən  sonra  Baysunqur  Mirzəni  padşah 

edib Hisara getməsinə izin verdi. Seyid Kamili Miranşah Mirzəyə köməkçi 

qoşub onu da Bamyan tərəfinə göndərdi. 




BABURNAMƏ 

 

77 



 

 

 



 

 

 



 

 

 



FƏRQANƏ - 904 (19 AVQUST 1498 – 8 AVQUST 1499) 

 

DOQQUZ YÜZ DÖRDÜNCÜ ĠLĠN HADĠSƏLƏRĠ 

 

Səmərqəndə və Əndicana dəfələrlə yürüş etsək də, bundan heç bir nə-

ticə hasil olmadı. Təkrar Xocəndə qayıtdıq. Xocənd kiçık bir yerdir, yüz-iki 

yüz əsgəri olan bir adamın vaxtı burada sıxıntı (59 a) içində keçər. Lakin id-

diası olan bir adam necə sakit dura bilər? 

  

BABURUN XOCƏNDDƏN PƏġAĞARA GETMƏSĠ 



 

Məhəmməd  Hüseyn  Gürgan  Duğlat  Ura-Təpədə  idi.  Səmərqənd  üzə-

rinə yürümək niyyətilə onun yanına adamlar göndərib sözləşdik. Yar-yaylaq 

kəndlərindən  olan  Pəşağarı  bu  qışı  orada  qalmaq  və  Səmərqənd  vilayətinə 

mümkün olduğu qədər hücum edə bilmək üçün müvəqqəti olaraq bizə ver-

məsini Məhəmməd Hüseyndən istədik.  Bu kənd Xoca həzrətlərinə aid olan 

kəndlərdən  idi,  amma  bu  qarışıqlıqda  ona  keçmişdi.  Məhəmməd  Hüseyn 

Duğlat buna razı oldu. 

Xocənddən Pəşağara hərəkət etdim.  Zaminə  yaxınlaşanda qızdırmaya 

tutuldum.  Buna  baxmayaraq  Zamindən  hərəkət  edib  sürətlə  dağ  yolundan 

Ribati-Xoca  üzərinə  gəldim.  Niyyətim  qəfil  basqın  edərək  nərdivanlarla 

çıxıb Şavdar tüməninin mərkəzi olan Ribati-Xoca kurqanını ələ keçirmək idi. 

Sübh çağı oraya gəldik. Lakin əhalisi xəbərdar oldu, biz də təkrar dönüb heç 

bir yerdə dayanmadan birbaş Pəşağara gəldik. Qızdırmalı olduğum halda on 

üç-on dörd ağac yolu güclə və məşəqqətlə qət etdim. 

Bir  neçə  gün  sonra  Yar-yaylaq  kurqanlarını  sözlə  və  ya  zorla  ələ  ke-

çirmək  üçün  bir  neçə  içki  bəyləri  və  igidlərlə  birlikdə  İbrahim  Saru,  Veys 

Lağari və Şirim Tağayini axınçı təyin etdik. O zamanlarda (59 b) Yar-yay-

laq  Seyid  Yusif  bəydə  idi.  Mən  Səmərqənddən  çıxdığım  zaman  o  orada 

qalmış  və Sultan Əli  Mirzə də ona inayət etmiş, nəticədə Seyid  Yusif bəy 

[Oğlaqçı]  Yar-yaylaq  kurqanlarının  ələ  keçirilib  idarə  edilməsi  üçün  kiçık 

qardaşını və oğlunu göndərmişdi. Biz yenidən hərəkətə keçəndə Siyal-qutun 




Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



78 

idarəsini  əlində  tutan  Əhməd  Yusif  də  o  kurqanlarda  idi.  Bizim  bəylər  və 

igidlər də gedib bütün qış uğraşaraq bəzi kurqanları sülh yolu ilə, bəzilərini 

də savaşaraq zəbt etdilər, bəzilərini isə hiylə və bicliklə ələ keçirdilər. O vi-

layətlərdə moğollar və özbəklər üzündən kurqanı olmayan heç bir kənd yox-

dur. O əsnada [Sultan Əli Mirzə] bizim üzümüzdən Seyid Yusif bəy ilə ki-

çık  qardaşından  və  oğlundan  şübhələnərək  onların  Xorasana  getmələrinə 

izin verdi.  

Qış belə təlaş və mücadilə ilə keçdi. Yaz gəlincə barışmaq üçün Xoca 

Yəhyanı  göndərdilər.  Özləri  isə  [Sultan  Əli  Mirzə]  əsgərin  təşviqiylə  Şiraz 

və  Kabüd  civarına  gəldi.  Bizim  mövcud  sipahimiz  iki  yüzdən  artıq,  üç 

yüzdən azdı və hər tərəfdə qüvvətli düşmənlər vardı. Əndican üzərinə səfər-

lərimizdə də tale bizə  yar olmadı və Səmərqəndə əl uzatmaqdan da heç bir 

nəticə çıxmadı. Məcburən sülhə bənzər bir şey bağlandı və Pəşağardan  (60 



a) geri qayıtdıq. 

Xocənd kiçık bir yerdir. Bir bəyin həyatı orada sıxıntıyla keçər. İl ya-

rımdır adamlarımız və ailələrimizlə oradaydıq.  Bu müddət ərzində oradakı 

müsəlmanlar imkan daxilində xərac verməkdə və xidmətdə qüsur etmədilər. 

Oraya təkrar nə üzlə getmək olar və oraya gedən insan nə edə bilərdi? 

Varmağa nə məskən müyəssər,  

Durmağa nə dövlət müqərrər. 

Axırda  belə  tərəddüdlər  içində  Ura-Təpənin  cənubundakı  yaylalara 

getdik.  Öz  halımıza  şaşmış  bir  vəziyyətdə  gedəcək  və  qalacaq  bir  yer  bil-

mədən bir neçə günü o civarda avara keçirdik. Orada ikən bir gün bizim ki-

mi vətənindən sürülərək şaşqın bir halda olan Xoca Əbülməkarim məni gör-

məyə  gəldi.  Haraya  gedəcəyimizi  və  nə  edəcəyimizi  soruşdurub  mütəəssir 

oldu və halımıza acıyaraq dua edib getdi. Bu mənə çox təsir etdi.  

 

BABURUN MƏRGĠNANI YENĠDƏN ƏLƏ KEÇĠRMƏSĠ 

 

O gün ikindi namazı vaxtında dərənin aşağı tərəfindən bir atlı göründü. 



Əli  Dost  Tağayinin  Yulçuq  adlı  adamı  imiş  və  bu  xəbərlə  göndərilmişdi: 

«Gərçi  mənim  tərəfimdən  çox  böyük  günahlar  işləndi,  lakin  ümid  etdiyim 

kimi  inayət  edib  günahlarımı  bağışlayaraq  (60  b)  buraya  gəlsə,  Mərginanı 

təslim  edərək  ona  elə  bir  qulluq  və  xidmətkarlıq  edəcəyəm  ki,  günahım 

təmizlənib utancım keçsin». 

Bu  qədər  şaşqın  bir  halda  olduğum  əsnada  belə  bir  xəbər  gəldiyinə 

görə heç əndişələnmədən və dayanmadan gün batarkən iti bir yürüşlə dərhal 

Mərginana  doğru  hərəkət  etdim.  Ora  ilə  Mərginanın  arası  təxminən  iyirmi 

dörd-iyirmi beş ağaclıq bir yoldur. O gecə sabaha və ertəsi gün günorta na-

mazına  qədər  heç  bir  yerdə  durmadan  yürüdük.  Günorta  namazı  vaxtında 

Xocəndin  Tənük-ab  adlı  kəndinə  endik.  Atlar  dincini  alıb  yemləndikdən 



Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə