ZəHĠRƏDDĠn məHƏMMƏd babur


Zəhirəddin Məhəmməd BABUR



Yüklə 3,97 Mb.
Pdf görüntüsü
səhifə34/194
tarix15.03.2018
ölçüsü3,97 Mb.
#31773
1   ...   30   31   32   33   34   35   36   37   ...   194

Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



74 

birlikdə anamı və nənəmi də Xocəndə mənim yanıma göndərdilər. 

O il ramazanı [=1498 aprel-may] Xocənddə keçirdik. Sonra da Sultan 

Mahmud  xana  adam  göndərib  kömək  istəyərək  Səmərqənd  üzərinə  hərəkət 

etdim. Oğlu Sultan Məhəmməd Xanikə ilə Əhməd bəyi dörd-beş min əsgərlə 

Səmərqənd  üstünə  göndərən  xanın  özü  də  hərəkət  edərək  Ura-Təpəyə  qədər 

gəldi. Orada xan ilə görüşdükdən sonra Yar-yaylaq yoluyla Səmərqənd üzəri-

nə hərəkət etdim. Sultan Məhəmməd Sultan və Əhməd bəy isə başqa bir yol-

dan gələrək Yar-yaylağa məndən əvvəl çatmışdılar. Bürkə  yaylağı üzərindən 

keçərək buranın darğasının mərkəzi Səngzara gəldim. Amma Sultan Məhəm-

məd  Sultan  ilə  Əhməd  bəy  Şeybani  xanın  Şiraza  və  ətrafına  hücum  etdiyini 

eşidib geri dönmüşlər. Bu üzdən mən də Xocəndə qayıtmağa məcbur oldum. 

Madam  ki  səltənət  davası  və  mülk  əldə  etmək  məqsədi  vardı,  bir-iki 

dəfə iş uğursuz alındı deyə bundan vaz keçib qarşıdan baxmaq olmazdı. Ən-

dican  üzərinə  xan  ilə  birlikdə  yürüməyi  düşünərək,  ondan  kömək  istəmək 

üçün Daşkəndə (56 a) getdim. Şah bəyimi və qohumları görməyəli səkkiz il 

olmuşdu. Bu münasibətlə onları da görmüş oldum. Bir neçə gün sonra yed-

di-səkkiz  yüzə  qədər  əsgərlə  birlikdə Seyid  Məhəmməd Mirzə  Duğlat, Əy-

yüb Bəycik və Can Həsən Barinə bizə kömək etmək tapşırıldı. Bu köməkçi 

qüvvəni alıb Xocənddə durmadan sürətli bir yürüşlə Kəndi-Badamın sağın-

dan  keçib  Xocənddən  on,  Kəndi-Badamdan  üç  ağac  məsafədə  olan  Nəsux 

kurqanına gəldik. Gecə nərdivan qoyub basqınla kurqanı aldıq. 

Qovun  mövsümü  idi.  Nəsuxda  İsmail  şeyxi  deyilən  bir  qovun  növü 

yetişir  ki,  qabığı  sarı,  çəkirdəyi  az  və  mükəmməl  bir  qovundur.  Çəkirdəyi 

alma çəkirdəyi qədər olur. İçi dörd barmaq qədərdir və qayət ləzzətlidir. O 

civarda başqa bir yerdə buna bənzər bir qovun yoxdur.  Amma ertəsi sabah 

moğol  bəyləri  adamlarının  az  olduğunu  və  bir  kurqanı  ələ  keçirməklə  işin 

yürüməyəcəyini söylədilər. Gerçəkdən də  elə idi. Orada qalıb kurqanı  güc-

ləndirmə imkanı olmadığı üçün təkrar Xocəndə gəldik.  

 

XOSROV ġAH VƏ BAYSUNQUR MĠRZƏNĠN 

HĠSARI SULTAN MƏSUD MĠRZƏDƏN ALMASI 

 

Bu  il  Xosrov  şahla  Baysunqur  Mirzə  birlikdə  qoşun  çəkərək  Çağan-

yana  gəldilər və  oranı  hiylə  ilə  ələ  keçirdilər. Sonra da Sultan Məsud Mir-

zəyə elçi göndərərək (56 b) «Birlikdə Səmərqənd hücum edək, Səmərqəndi 

ala bilsək, qoy bir mirzə Səmərqənddə, digər mirzə isə Hisarda otursun» de-

yə təklif etdilər. 

Sultan  Məsud  Mirzənin  bəyləri,  içkiləri  və  igidləri  arasında  məmnu-

niyyətsizlik  vardı.  Bunun  səbəbi  bu  idi:  Şeyx  Abdullah  Barlas  Baysunqur 

Mirzənin  yanından  ayrılaraq  Sultan  Məsud  Mirzənin  yanına  gedəndə  Mir-

zənin qaynatası olduğu üçün çox böyük inayət görmüşdü. Hisar kiçık bir vi-




BABURNAMƏ 

 

75 



layət  olsa  da,  min  tümən  fülus

1

 ülufə  təyin  edib  Xutlan  vilayətini  ona  ver-



mişdi. Xutlan vilayətində Sultan Məsud Mirzənin bir çox bəylərinin və içki-

lərinin əraziləri vardı. Şeyx Abdullah bunların hamısını əlinə keçirdi, bütün 

eşik ixtiyarlığını özü və oğulları əllərinə aldılar. İnciyənlər də qaçıb Baysun-

qur Mirzənin yanına gəlməyə başlamışdı. 

Bu  hiyləgər  təkliflə  Sultan  Məsud  Mirzəni  aldadan  Xosrov  şah  və 

Baysunqur Çağanyandan yürüyərək irəliləyib sübh çağı Hisar kurqanını mü-

hasirəyə  aldılar.  Sultan  Məsud  Mirzə  kurqanın  dış  məhəllələrində,  atasının 

tikdirdiyi  Dövlət  Saray adlı bir sarayda idi. Kurqana girə bilməyərək qaçdı 

və  Şeyx  Abdullah  Barlas  ilə  birlikdə  Xutlan  tərəfinə  çəkildi.  Yarı  yolda 

Şeyx  Abdullah  Barlastan  ayrılaraq  Uyaç  keçidindən  keçib  Sultan  Hüseyn 

Mirzənin yanına getdi. (57 a) 

Hisar vilayəti alındıqdan sonra Xosrov şah Baysunqur Mirzəni Hisar-

da qoyub Xutlanı da kiçık qardaşı Vəliyə verdi. Özü də bir neçə gün sonra 

mühasirə  niyyəti  ilə  Bəlx  üzərinə  yürüdü.  Hərəkətindən  bir  az  öncə  Nəzər 

Bahadır adlı böyük bir adamını üç-dörd min əsgərlə birlikdə Bəlx civarına 

göndərmişdi və üç-dörd gün sonra Baysunqur Mirzəni də yanına alaraq Bəl-

xi  mühasirə  etdi.  Bəlxdə  [Sultan  Hüseyn  Mirzənin  oğlu]  İbrahim  Hüseyn 

Mirzə və Sultan Hüseyn Mirzənin bəylərindən də xeyli adam vardı. 

Xosrov  şah  kiçık  qardaşı  Vəlini  də  xeyli  əsgərlə  birlikdə  Şaburqanı 

mühasirə  edib  o  tərəfləri  yağmalaması  üçün  göndərmişdi.  Amma  Vəli  Şa-

burqanı  yaxından  mühasirə  etmədi  və  əlindəki  qüvvələri  Zərdək  çölündəki 

əhaliyə axın etməyə göndərdi. Bunlar Zərdək çölünə axın edib yüz mindən 

artıq qoyun və üç minə yaxın dəvə gətirdilər. Vəli ondan sonra Sançarıq vi-

layətinə hücum edib bölgəni yağmalayaraq dağdakı bəzi bərkidilmiş yerləri 

ələ keçirdi, sonra gəlib Bəlxdə böyük qardaşına qoşuldu.

  

 



Bəlxi  mühasirədə  saxlayan  Xosrov  şah  bir  gün  yuxarıda  bəhs  edilən 

Nəzər Bahadır adlı adamını Bəlxin su yollarını kəsmək üçün göndərdi. Am-

ma  Sultan  Hüseyn  [Bayqara]  Mirzənin  sevimli  bəylərindən  Tanrıverdi  (57 

b)  Samançı  bəy  yetmiş-səksən  igidlə  içəridən  çıxıb  Nəzər  Bahadırla  qar-

şılaşdı və başını kəsib qalaya qayıtdı, fövqəladə cəsuranə hərəkət edərək bö-

yük bir iş gördü.  

 

SULTAN HÜSEYN MĠRZƏYƏ QARġI ÜSYANLAR 

 

Həmin il Sultan Hüseyn Mirzə də Zünnun bəy Arğun və oğlu Şah Şü-



canın dəf edilməsi üçün qoşun çəkib Büstə getmişdi. Çünki Zünnun bəy Ar-

ğun Bədiüzzaman Mirzənin xidmətinə girib ona qızını vermiş və oğlu Şah 

Şüca ilə fitnə və fəsadla uğraşmağa başlamışdılar. Büstü mühasirə edən Sul-

tan Hüseyn Mirzə qoşuna heç bir yerdən ərzaq təmin edə bilmədi, amma ac-

                                                           

1

 Fülus: mis pul, bir təngənin dörddə biri. Maaşlar və bəxşişlər fülusla ifadə edilirdi. 




Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə