ZəHĠRƏDDĠn məHƏMMƏd babur


Zəhirəddin Məhəmməd BABUR



Yüklə 3,97 Mb.
Pdf görüntüsü
səhifə42/194
tarix15.03.2018
ölçüsü3,97 Mb.
#31773
1   ...   38   39   40   41   42   43   44   45   ...   194

Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



92 

zamanlar tək-tük farsca beyt də söylərdim. Bu beyti o zaman söylədim: 

Hiç kəs çon məni-xərabü eşqü rüsva məbad, 

Hiç məhbubi çü tu birəhmü bipərva məbad.  



Heç kim mənim tək xarab, aşiq və rüsva olmasın,  

Heç bir məhbub sənin tək rəhmsiz və pərvasız olmasın. 

Baburi  bəzən  yanıma  gəlirdi.  Lakin  mən  utandığıımdan  üzünə  baxa 

bilməzdim, harda qala ki, onunla danışıb görüşəydim. Nəşə və həycanımdan 

gəldiyi  üçün  təşəkkür  edə  bilməzdim,  o  ki  qala  uzaqlaşmasından  şikayət 

edəm. Söhbət təklif edə biləcək güc nə gəzirdi. 

Bir gün bu sevgi və məhəbbət anlarında məiyyətimlə birlikdə küçədən 

keçirdim;  birdən-birə  Baburi  qarşıma  çıxdı.  Duyğulanaraq  üstümə  elə  bir 

hal  çökdü  ki,  az  qala  əriyəm.  Mənim  üçün  ona  doğru  baxmaq  və  ya  ona 

səslənmək (76 a) mümkün deyildi. Min cür utanıb sıxılma və əzabla keçdim. 

Məhəmməd Salihin bu beyti xatirimə gəldi: 

Şum şərməndə hər ki, yar xodra dər nəzər benəm

Rəfiğan soy mən binənd və mən soy digər benəm. 



Sevgilimə hər baxanda xəcalətdən utanıram, 

Dostlarım mənə baxır, mən başqa tərəfə baxıram. 

Bu beyt mənim vəziyyətimə çox uyurdu. Eşqin və məhəbbətin şiddə-

tindən,  gəncliyin  və  məcnunluğun  qüvvətindən  ətrafda,  küçədə,  bağda  və 

bağçada  başı  açıq  və  ayayğı  yalın  gəzirdim.  Nə  dost-tanışa,  nə  də  yadlara 

qoşulur, nə də özümdən və ya başqalarından çəkinirdim. 

Aşiq olğac bihudü divanə boldum, bilmədim, 

Kim, pəri rüxsarələr eşqinə bu ərmiş xəvas. 

Bəzən  məcnunlar  kimi  təkbaşıma  dağlara  və  çöllərə  gedir,  bəzən  də 

bağları və məhəllələri küçə-küçə dolaşırdım. Nə yürümə, nə də oturma ira-

dəsinə sahib idim, nə getməyə, nə də qalmağa qərar verə bilirdim. 

Nə barurğa qüvvətim bar, nə tururğa taqətim, 

Bizni bu halətgə sən qıldın giriftar, ey könül. 



 

SULTAN ƏLĠ MĠRZƏNĠN 

TARXANLARLA ARASININ DƏYMƏSĠ 

 

Bu il [Baburun əmisinın oğlu] Sultan Əli Mirzə ilə Məhəmməd Məzid 

Tarxanın arası dəydi. Səbəbi bu idi: tarxanlarm etibarı və gücü çox artmışdı. 

Baqi [Tarxan] Buxaranı (76 b) tamamən ələ keçirmişdi və Buxaranın  gəli-

rindən başqasına bir təngə belə vermirdi. Məhəmməd Məzid Tarxan da Sə-

mərqəndin tam hakimiydi və bütün vilayəti oğullarıyla öz adamlarının idarə-

sinə vermişdi. Şəhərdən nə qədər təxsisat təyin etmişlərsə, bundan başqa heç 

bir yerdən Sultan Əli Mirzəyə bir fels belə gəlmirdi. 

Sultan Əli Mirzə artıq böyümüşdü və bunların belə hərəkətlərinə necə 



BABURNAMƏ 

 

93 



dözə  bilərdi. Bir neçə içkisi ilə birlikdə  Məhəmməd Məzid  Tarxanın  həya-

tına sui-qəsd təşəbbüsündə bulundu. Məhəmməd Məzid Tarxan bunu xəbər 

alınca  yanında  olan  tüm  adamları  və  bəyləri  ilə  birlikdə  şəhərdən  çıxdılar. 

Bunların arasında Sultan Hüseyn Arğun, Pir Əhməd, Uzun Həsənin qardaşı 

Xoca Hüseyn, Qara Barlas, Salih Məhəmməd ilə digər bəzi bəy və igidlər də 

vardı. 


O əsnada [moğolların xanı] Sultan Mahmud xan Xan Mirzənin yanına 

bir  çox  moğol  bəyləri  ilə  birlikdə  Məhəmməd  Hüseyn  Gürgan  Duğlat  və 

Əhməd bəyi verib onu Səmərqənd üzərinə göndərmişdi. Hafız [Məhəmməd] 

bəy  Dulday və  oğlu  Tahir  bəy də  Xan Mirzənin  bəy-atəkələriydilər. Həsən 

Nəbirə,  Hindu  bəy  [Koçin]  və  digər  bəzi  igidlər  isə  Hafız  bəylə  və  Tahir 

bəylə olan əlaqələri üzündən Sultan Əli Mirzədən qaçıb (77  a) Xan Mirzə-

nin hüzuruna getmişdilər. 

Məhəmməd  Məzid  Tarxan  adamlar  göndərib  Xan  Mirzəni  və  moğol 

əsgərini  çağıraraq  Şavdar  civarına  gəldi.  Orada  Mirzə  Xan  ilə  görüşərək 

moğol bəyləri ilə danışdı. Moğol bəyləri Məhəmməd Məzid ilə tam anlaşa 

bilmədilər. Hətta Məhəmməd Məzid Tarxanı ələ keçirməyi belə düşündülər. 

Amma o bəylər bunu anlayınca bir bəhanə taparaq moğol əsgərindən ayrıl-

dılar. Onlar gedincə moğol əsgəri də orada dura bilmədi və dönüb Yar-yay-

lağa gəldi. O zaman Sultan Əli Mirzə az əsgərlə Səmərqənddən sürətə gələ-

rək Xan Mirzə [Sultan Veys Mirzə] ilə moğol əsgərinin üstünə cümənda on-

lar  vuruşa  bilməyərək  qaçdılar.  Bu,  son  zamanlarda  Sultan  Əli  Mirzənin 

gördüyü ən yaxşı  iş idi. 

Məhəmməd  Məzid  Tarxan  və  adamları  bu  moğollardan  və  mirzələr-

dən  əllərini  üzüncə  moğol  Əbdülvəhhabı  mənim  yanıma  göndərdi.  Əbdül-

vəhhab  əvvəlcə  mənim  yanımda  olmuş  və  Əndicanın  mühasirəsində  Xoca 

[Mövlana] qazı ilə birlikdə yaxşı işlər görmüşdü. Biz isə belə fəna vəziyətdə 

idik. Onun üçün dərhal sülh bağlayıb Səmərqənd üzərinə yürüməyi qəti şə-

kildə qərara almışdıq. Ordunun toplanacağı yeri bildirmək üçün Mir Moğolu 

sürətlə Axsiyə Cahangir Mirzənin yanına (77 b) göndərərək Səmərqənd üzə-

rinə səfərə hazırlaşdıq. Zilqədə ayında [=1500 may-iyun] Səmərqənd üzəri-

nə yürüyüb üçüncü günü Qabaya gəldik. 

İkindi namazı  vaxtında Sultan Əhməd Tənbəlin  kiçık qardaşı Xəlilin 

Oş  kurqanını  basaraq  zəbt  etdiyi  xəbəri  gəldi.  Təfsilatı  belədir:  yuxarıda 

bəhs edildiyi kimi, aramızda sülh bağlananda başlarında Tənbəlin kiçık qar-

daşı  Xəlil  olmaq üzrə əsirlər sərbəst  buraxılmış, Tənbəl  də Xəlili Ozgənd-

dəki  köç və  qohumlarını çıxarmaq üçün oraya  göndərmişdi. Köçünü  çıxar-

maq  bəhanəsi  ilə  Özgəndə  girən  Xəlil  bugün-sabah  deyə  hiylə  işlədərək 

oradan  çıxmırdı.  Biz  səfərə  çıxanda  Oş  müdafiəsiz  qalınca  da  bunu  fürsət 

bilərək gəlib Oş kurqanını bir basqınla ələ keçirmişdi. 

Bu xəbər bizə gələndə qalıb bunlarla uğraşmağı bir neçə səbəbə görə 



Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə