ZəHĠRƏDDĠn məHƏMMƏd babur


Zəhirəddin Məhəmməd BABUR



Yüklə 3,97 Mb.
Pdf görüntüsü
səhifə41/194
tarix15.03.2018
ölçüsü3,97 Mb.
#31773
1   ...   37   38   39   40   41   42   43   44   ...   194

Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



90 

Düşmən  də  bu  fürsəti  qənimət  bilib  gecə  heç  bir  yerdə  dayanmadan 

çəkilib sabaha qədər Ərxiyan kurqanına girmişdi. Ertəsi gün onların üstünə 

yürüdük, amma tapa bilmədik, arxalarından gedib Ərxiyan kurqanını yaxın-

dan mühasirəyə almağı da uyğun görmədik. Gəlib bir şəri məsafədəki Qəz-

nə-Nəmənqana endik. Beləcə, otuz-qırx gün biz o yurdda, Tənbəl isə Ərxi-

yan kurqanında qaldı. 

Əsgərlər kiçık birliklər halında oraya gedib və ya oradan gəlib ara yol-

da ox atışaraq geri dönürdülər. Bir dəfə düşmən gecə basqını təşkil elədi və 

ordugahın dışından bir az ox atıb geri qayıtdı. Ordugah ətrafında xəndək qa-

zıb ağac maneələr qoymaq surətilə ehtiyat tədbirləri alınmışdı. Heç nə edə 

bilmədilər. 

Biz bu yurdda ikən Qənbər Əli iki-üç dəfə (73 b) inciyərək vilayətinə 

getmək istədi. Hətta bir dəfə özbaşına hərəkətə keçib yola belə çıxmışdı. Bə-

zi bəyləri göndərərək çətinliklə geri qaytardıq. 

Bu  əsnada Seyid  Yusif Məcəmi Sultan Əhməd Tənbələ  adam  göndə-

rib onun tərəfinə keçdi. Əndicanın dağ ətəklərində Uyğur və Məcəm deyilən 

iki dağ ətəyi vardır. Seyid Yusif Məcəmi bunların rəislərindən idi. Sonralar 

qapımda tanıman

1

 olmuşdu. İşi rəislikdən keçmişdi, bəylik iddiasındaydı, la-



kin heç kim onu bəy eləmirdi. Çox münafiq və səbatsız bir hərif idi. Əndi-

canı  alandan  bu  tarixə  qədər  iki-  üç  dəfə  mənə  qatılaraq  Tənbələ  düşmən 

olduğu kimi, iki-üç dəfə də Tənbəllə birləşərək mənə düşmən olmuşdu. Son 

düşmənliyi də bu idi. Yanında xeyli el, ulus və aymaq vardı. Tənbələ qoşul-

masın deyə yolda yaxalamaq üçün hərəkətə keçdik. 

Ertəsi  gün  Bişxaran  civarına  gəldik.  Lakin  Bişxaran  kurqanına  Tən-

bəlin  adamları  girmişmiş.  Bizim  axınçı  (ilqar)  bəyləri  Əli  Dərviş  bəy  ilə 

böyük  və  kiçık  qardaşlarıyla  birlikdə  Qoç  bəy  Bişxaran  qapısında  onlarla 

yaxşı döyüşdülər. Bunlar arasında böyük və kiçık qardaşları ilə birlikdə Qoç 

bəy  (74  a)  xüsusilə  yaxşı  döyüşdü;  bir  çox  önəmli  işi  onlar  gördü.  Bişxa-

ranın bir şəri məsafəsində yüksək bir yerə endik. Tənbəl də  yanına Cahan-

giri alaraq Bişxaran kurqanının arxasına endi. 

Üç-dörd  gün  sonra  bizə  müxalif  bəylər  -Əli  Dost,  Qənbər  Əli  Sallax 

ilə onlara tabe və birlikdə olanlar- sülh barədə danışmağa başladılar. Mənim, 

nə də mənə candan bağlı adamların bu sülh haqqında nə bilgiləri, nə də xə-

bərləri vardı və biz buna heç razı deyildik. Amma bu iki hərif bizim iki bö-

yük bəyimiz olduğu üçün bunların sözünə qulaq asmayaraq sülh bağlamaya-

cağımız təqdirdə onlardan nə desən gözləmək mümkündü. 

Məcburən belə bir sülh bağlandı: Xocənd çayının Axsi tərəfindəki vi-

layətlər Cahangirə, Əndican tərəfindəki vilayətlərsə mənə aid olacaq, köçlə-

rini  götürdükdən  sonra  Ozgəndi  bizim  divana  təhvil  verəcəklər.  Vilayətlər 

                                                           

1

 Tanıman/tanımal: hökmdar və ya idarə amirinin yanında öz qəbiləsini təmsil edən və 



qəbiləsinə ait xüsuslarda məsləhətçi olan adama verilən bir ünvan ola bilər. 


BABURNAMƏ 

 

91 



haqqında  uzlaşılıb  mənimlə  Cahangir  Mirzə  arasında  ittifaq  bağlandıqdan 

sonra birlikdə Səmərqənd üzərinə yürüyəcəyik və Səmərqənd taxtı əldə edi-

lincə,  Əndican  Cahangir  Mirzəyə  (74  b)  veriləcəkdi.  Bunlara  qərar  verildi. 

Cahangir ilə Tənbəl ertəsi sabah rəcəb ayının [=1500 fevral] sonlarında gə-

lib mənə bağlılıqlarını bildirdilər. Bu qərar üzərinə əhd və şərtlər bağlandı. 

Cahangir  Mirzənin  Axsi  tərəfinə  getməsinə  izin  verərək  mən  də  Əndicana 

qayıtdım. 

Əndicana gəldikdən sonra Tənbəlin kiçık qardaşı Xəlil və digər əsirlə-

rin hamısı sərbəst buraxılaraq xələt geydirilib getmələrinə izin verildi. Onlar 

da  öz  tərəflərində  əsir  olan  bəy  və  içkiləri,  Tağayi  bəy,  Məhəmməd  Dost, 

Mirşah Koçin, Seydi bəy, Qasım Əcəb, Mir Veys və Mirim Divan başda ol-

maq üzərə sərbəst buraxıb göndərdilər. 

Əndicana gəldikdən sonra Əli Dostun xasiyyəti tamamilə dəyişdi. Mə-

nimlə birlikdə qazaxlıqlarda və çətinliklərdə olan adamlara pis rəftar etməyə 

başladı.  Öncə  Xəlifəni  [Nizaməddin  Əli  Barlas]  qovdu.  Ondan  sonra  İbra-

him Sarunu və Veys  Lağarini  günahsız və səbəbsiz yerə tutdurub mallarını 

yağmalatdırdı  və  vilayətlərindən  uzaqlaşdırdı.  Qasım  bəylə  də  öcəşdi.  Gö-

rünüşdə buna səbəb olaraq İbrahim və Xəlifənin Xoca [Mövlana] qazının tə-

rəfdarları olduğunu və ondan intiqam almaq ehtimalının olduğunu söyləyir-

di.  Oğlu  Məhəmməd  Dost  da  özünü  padşah  kimi  (75  a)  aparırdı,  söhbət, 

ziyafət, divan və ehtişamda sultanlar kimi hərəkət etməyə başlamışdı. Bun-

lar  Tənbələ  arxalanaraq  belə  hərəkət  etdilər.  Məndə  isə  onların  bu  məqbul 

olmayan hərəkətlərinin qarşısını alacaq güc yox idi. Tənbəl kimi bir düşmən 

bunları himayə etdiyi üçün canları nə istəsə eləyirdilər. Çox həssas bir dövr 

idi, etiraz etmə imkanı  yoxdu. O günlərdə bu ata-oğulun zorbalığından çox 

əziyyət çəkdik.  



 

EVLĠLĠK VƏ ĠLK EġQ 

 

[Baburun əmisi] Sultan Əhməd Mirzənin Ayşə Sultan bəyim adlı qızı-

nı atam və əmim sağ ikən mənimlə nişanlamışdılar. Ayşə Sultan şaban ayın-

da [=1500 mart] Xocəndə gələndə onunla evləndim, ilk zamanlarda ona olan 

sevgim  pis  deyildi.  Amma  bu  ilk  evlənməmdi.  Həya  və  xəcalətimdən  hər 

on-on  beş  və  ya  iyirmi  gündə  bir  yanına  gedirdim.  Sonralar  bu  sevgim  də 

qalmadı, amma utanmam arttı. Ayda və ya qırx gündə bir anam xanım məni 

azarlayaraq zorla onun yanına göndərirdi. O sıralarda (75  b) ordu bazarına 

mənsub bir adamın Baburi adında gözəl bir oğlu vardı.  

Mən anqa (ona) qərib meyl peyda qıldım, 

Bəlkəm anqa özümni zarü şeyda qıldım.  

Ondan  əvvəl  heç  kimsəyə  qarşı  meylli  deyildim.  Bəlkə  sevgi  və  mə-

həbbət  haqqında  söylənənləri  belə  dinləməz  və  o  barədə  danışmazdım.  O 



Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə