ZəHĠRƏDDĠn məHƏMMƏd babur



Yüklə 3,97 Mb.
Pdf görüntüsü
səhifə36/194
tarix15.03.2018
ölçüsü3,97 Mb.
#31773
1   ...   32   33   34   35   36   37   38   39   ...   194

BABURNAMƏ 

 

79 



sonra gecə yarısı nağara vaxtında Tənük-abdan hərəkət etdik. O gecə sabaha 

və ertəsi gün günəş batıncaya qədər və ondan sonra gələn gecə boyunca yol 

getdik. 

Sabahdan bir  az  əvvəl  Mərginandan bir ağac məsafəyə  gələndə  Veys 

bəy ilə bir neçə adam  tərəddüd edərək dedi:  «Əli Dost necə  pisliklər etmiş 

bir adamdır. Arada bir-iki dəfə elçi gedib-gəlmədən, danışıq, əhd və şərt ol-

madan ona necə etimad edə bilərik?» Gerçəkdən də tərəddüdləri  yersiz de-

yildi. Bir az durduq və vəziyyəti müzakirə etdik. Axırda buna qərar verdik: 

«Gərçi  bu  tərəddüdlər  yerindədir,  lakin  (6l  a)  bunu  daha  əvvəl  düşünmək 

gərəkdi. Üç gün-üç gecə durub-dincəlmədən iyirmi dörd-iyirmi beş ağac yol 

yürüdük.  Artıq  nə  adamlarda,  nə  də  atlarda  taqət  qalmışdır.  Buradan  necə 

qayıdaq,  qayıtsaq  belə  hara  gedək.  Bu  qədər  gəldikdən  sonra  gedəcəyimiz 

yerə  varmaq  lazımdır.  Heç  bir  şey  Tanrının  təqdirindən  başqa  şəkildə  ola 

bilməz». Belə qərar verib qədərimizə razı olaraq yolumuza davam etdik. 

Sübh namazı vaxtında Mərginan kurqanının qapısına gəldim. Əli Dost 

Tağayi qapının arxasında duraraq qapını açmadan əhd istədi. Əhd və şərtdən 

sonra  qapını  açıb  qapı  arasında  bağlılığını  bildirdi.  Əli  Dostu  gördükdən 

sonra kurqanın  içində uyğun bir  yerə  endim. Mənimlə birlikdə olanlar bö-

yük-kiçık iki yüz qırx adamdı. 

Uzun  Həsən  və  Sultan  Əhməd  Tənbəl  vilayət  əhalisinə  çox  zülm  və 

pis rəftar etmişdilər. Vilayət əhalisinin hamısı məni istəyirdi. Mərginana gə-

lişimizdən iki-üç gün sonra Qasım bəy, pəşağarlılar, yeni nökər

1

 olanlar və 



Əli  Dost  bəyin  adamlarından  yüz  nəfər  Əndicanın  cənub  tərəfindəki  dağ 

qəbilələrindən (61 b) aşpariyan, turuq-şaran, çəgrək və bütün o civara bu ca-

maatı xoşluqla və ya zorla itaətə gətirmələri üçün göndərildi. İbrahim Saru, 

Veys Lağari və Seydi Qara da yüz nəfərə yaxın bir qüvvə ilə Xocənd çayını 

keçərək o tərəfdəki kurqanlarla dağ xalqlarını, nə şəkildə olursa-olsun, bizə 

tabe etmək üçün Axsi tərəfinə göndərildi. 

Bir  neçə  gün  sonra  yanlarına  [Baburun  kiçık  qardaşı]  Cahangir  Mir-

zəni  də  alan  Uzun  Həsən  ilə  Sultan  Əhməd  Tənbəl  əlindəki  sipahiləri  və 

moğolları toplayıb Əndican və Axsinin əsgər ola biləcək adamlarını yığaraq, 

Mərginanı mühasirə məqsədilə Mərginanın bir şəri şərqində yerləşən Sapan 

adlı kəndə endilər. Bir-iki gün sonra da qüvvələrini qaydaya salıb Mərgina-

nın məhəllələrinə gəldilər. 

Qasım  bəy,  İbrahim  Saru  və  Veys  Lağari  komandanlığı  altında  olan 

qüvvələr iki tərəfə  göndərilmiş  olduğu üçün mənim  yanımda  çox az qüvvə 

qalmışdı.  Buna baxmayaraq igidlər qüvvələrini qaydaya salaraq qarşı çıxdı-

lar  və  düşməni  məhəllələrdən  daha  irərli  buraxmadılar.  O  gün  Xəlil  Çöhrə 

dəstar-piç cəsur hərəkət etdi və çox şücaət göstərdi. Düşmənlər gəlib heç bir 

                                                           

1

 Nökər: birinin əmri altına girərək onun xidmətində və məiyyətində olan, sıravi əsgər-



dən başlayaraq bəyə qədər çeşidli dərəcəli hərbi və mülki adamlar üçün işlənən termin. 


Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



80 

şey edə bilmədilər və bir daha (62 a) da kurqana yaxınlaşmadılar. 

Qasım bəy Əndicanın güney dağlarına getmişdi. Aşpariyan, turuq-şa-

ran, çəgrək ilə o civarın dağlarında və ovalarında oturan əhali tamamən bi-

zim  hakimiyyətimiz  altına  girdi.  [Düşmən  tərəfindəki]  sipahilər  də  bir-bir, 

iki-iki  qaçıb  bizə  qoşulmağa  başladılar.  İbrahim  Saru  və  Veys  Lağarinin 

başçılığı altıında olanlarsa Axsi tərəfinə gedib  çayın qarşı sahilinə keçmiş-

dilər. Bab kurqanı və daha bir-iki kurqan bizə keçdi. 

Uzun Həsən ilə Tənbəl zalım, fasiq və kafir adamlardı. Vilayət əhalisi 

bunlardan çox zülm görmüşdü. Axsinin böyüklərindən olan Həsən Dikcə ilə 

adamları,  oranın  bəzi  alt  təbəqəsi  də  üsyan  edərək  şəhərin  dış  kurqanında 

olanları ərkə  sığınmağa  məcbur elədilər, sonra  İbrahim Saru, Veys  Lagarı, 

Seydi  Qara başçılığı  altıında olan qüvvələrimizi Axsinin dış  kurqanına ça-

ğırdılar. 

[Baburun dayısı] Sultan Mahmud (Məhəmməd) xan Heydər Göyəlda-

şın oğlu Bəndə Əli və bu sıralarda Şeybani xandan qaçıb xanın yanına gəl-

miş  olan  Hacı  Qazi  Manqıtı  barın  tümən  bəyləri  ilə  birlikdə  bizə  köməkçi 

təyin etmişdi. Onlar da tam bu əsnada gəldilər. 

Uzun Həsən bundan xəbər tutub çox dilxor oldu  və  güvəndiyi  (62 b) 

nökərləri  ilə  ən  yaxşı  igidlərini  kömək  üçün  Axsi  ərkinə  göndərdi.  Bunlar 

səhər  vaxtı  çay  kənarına  çatdılar.  Bizim  əsgərlə  moğol  əsgəri  bunu  xəbər 

alıb bir qisim adamları yalın atla sudan keçirdilər. Köməyəa gələnlər şaşıra-

raq, gəmini yuxarıya doğru çəkə bilməyib olduğu yerdə buraxdılar. Gəmilər 

kurqan tərəfinə keçmədən aşağı getdi. Bizim əsgərlə moğol əsgəri hər tərəf-

dən yalın atla suya girməyə başladı. Gəmidə olanlar vuruşa bilmədi. [Uzun 

Həsənin  adamlarından]  Qarluğaç  Bəxşi  moğolların  bəy  oğullarından  birini 

çəkib əlindən tutaraq qılıncla öldürdü. Lakin artıq iş işdən keçmişdi. Gəmi-

dəkilərin  çoxunun  ölümünə  onun  bu  hərəkəti  səbəb  oldu  və  suda  olanların 

hamısını yaxalayıb doğradılar. Qarluğaç Bəxşi, Xəlil Divanə və Qazı Qulam 

Uzun  Həsənin  seçkin  adamlarından  idi.  Bunlardan  yalnız  Qazı  Qulam  qul-

luq  bəhanəsi  ilə  qurtula  bildi.  Digər  seçkin  igidlərindən  olan  Heydərqulu, 

Qulikə  Kaşğari  və  bugün  mənim  yanımda  da  etibarlı  olan  Seyid  Əli  [xan] 

qurtuldular. Yetmiş-səksən seçkin igiddən  yalnızca beş-altısı (63  a) qurtula 

bildi. 


Düşmən bu xəbəri eşidincə Mərginan civarında qala bilməyib nizam-

sız halda Əndicana doğru köç etdi. Bunlar Əndicanda Uzun Həsənin yeznəsi 

Nasir bəyi qoymuşdular. Nasir bəy onun adamları arasında ikinci olmasa da, 

mütləq  üçüncü  dərəcədə  təcrübəli,  cəsur  bir  adam  idi.  Bu  işləri  öyrənincə 

Əndican kurqanını bağladıb artıq onların məğlub olmağa üz tutduqlarını bil-

dirərək mənə adam göndərdi. 

Uzun Həsən Əndicana gələndə kurqanın bağlandığını öyrəndi və yez-

nəsi ilə dil taba bilməyib köçünün olduğu Axsi tərəfə çəkildi. Sultan Əhməd 




Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə