ZəNGƏzur köÇ, deportasiYA, soyqirimi



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə24/73
tarix08.09.2018
ölçüsü2,28 Mb.
#67134
1   ...   20   21   22   23   24   25   26   27   ...   73

76 
maları iqtisadi və coğrafi şəraitdən irəli gəlirdi. Çünki onların əlində 
əkin  üçün  yararlı  torpaq  sahəsi  yox  idi.  Ozü-özünü  təkzib  edərək 
göstərir ki, azərbaycanlı ailələrinin sayı və uşaq artımı ermənilərin-
kindən kəskin şəkildə fərqlənir, təsərrüfat tikililəri artdıqca binələr 
daimi yaşayış yerinə çevrilir. Bu zaman həmin məkan əsasən məs-
kunlaşan  ilk  sakinin  adını  (məsələn,  Şahverdiuşağı,  Əliquluuşağı, 
Hüseynuşağı, Əziz pəyəsi, İskəndər pəyəsi kimi adlar – H.A.) daşı-
mağa başlayır. Əhalinin daimi yaşamadığı, yayda, yaxud qışda köç-
düyü binələrə adlar verilmirdi. Demək olar ki, hər bağda, bəzən də 
bağın  bir  neçə  yerində  azərbaycanlılar  gözəl  bina  tikirdilər.  Lakin 
Zelinski onu da qeyd edirdi ki, azərbaycanlılar bir qarış torpağı belə 
bir-birinə bağışlamazdılar [186, s.10-11]. 
1882-ci ildə tərtib olunmuş siyahılarında bir çox kənd, qəsəbə 
və qışlaqlarda yaşayan azərbaycanlıların adları göstərilməmişdir. Bu 
sənədlərdə  yalnız  bəzi  kəndlərin  və  ya  tayfaların  adları  öz  əksini 
tapmış, cədvəldə onların sayı və həyətyanı torpaqlarının sahəsi təx-
mini göstərilmişdir. Zəngəzur mahalının Rusiya tərəfindən işğalın-
dan sonra torpağa sahiblik hüququna görə qəzanın kəndləri üç yerə 
bölünürdülər:  bəzi  kəndlərin  kəndliləri  sahibləri  ilə  razılaşdıqları 
şərtlərə görə sahibkar torpağında yaşayan kəndlilər hesab edilirdilər. 
Digər kəndlərin əhalisi dövlət torpaqlarında yaşayan xəzinə kəndli-
ləri hesab olunurdular. Üçüncü kateqoriyaya o kəndlər daxil idi ki, 
həmin yerlərdə həm dövlət kəndliləri, həm də sahibkar kəndliləri və 
burada deyildiyi kimi, bəy kəndliləri yaşayırdılar. Kameral təsvirdə 
bu  kəndlərdən  bəzilərində  sahibkar  kəndliləri  başqa  adlar  altında 
göstərilmişdir.  Sanki  onlar  ayrı-ayrı  kəndləri  təmsil  edirlər.  Həqi-
qətdə isə onlar xəzinə kəndlərinin sakinləri ilə birlikdə yaşayırdılar. 
Məsələn, Minkəndin sahibkar kəndliləri Şahsuvarlı adı altında gös-
tərilmişdilər. Ardaşava kəndliləri Babadınlı kimi adlandırılmışdılar, 
Zabux kəndinin sakinləri isə Xuszabux kəndinin sakinləri kimi qələ-
mə verilmişdilər. XIX əsrin 80-ci illərinin ortalarında Vağudi kəndi 
üç hissəyə bölünürdü: I Vağudi razılaşılmış şərtə görə sahibkar kən-
di, II Vağudi dövlət kəndi, III Vağudi isə sahibkar kəndi hesab olu-
nurdu [50, s.54]. Əslində isə bu üç kəndin hamısı bir kənd idi. Yu-


 
 77
 
xarıda adı çəkilən qarışıq kəndlərdən başqa dövlət kəndləri sırasında 
bir neçə kənd də var idi ki, sahibkar torpağında yaşayan bir neçə ai-
lənin adı həmin kəndlərin siyahısında gedirdi. Bu kəndlər aşağıdakı-
lar idi: Lehvaz, Oxçu, Keypəşin və Şabadin. Sonuncu kameral təs-
virlərdən birinin məlumatlarına görə, bu kəndlərdə 20 sahibkar ailə-
si yaşayırdı. Dövlət kəndlərində sahibkar kəndlilərinin və ya əksinə, 
sahibkar  kəndlərində  dövlət  kəndlilərinin  əmələ  gəlməsi  müxtəlif 
şəkildə  baş  verirdi.  Knyaginya  Usmiyevanın
*
  sahiblik  hüququnun 
müvəqqəti mövcud olduğu kəndlərdə, məsələn,  Bayandur və Min-
kənd  kəndlərində,  bəzi  məlumatlara  görə,  Bozluağcakənd  və  Əli-
yanlı tayfalarından olan sakinlərin bir hissəsindən dövlət kəndliləri 
belə əmələ gəlmişdi: məlumdur ki, çar hakimiyyət orqanları tərəfin-
dən sıxışdırılan sonuncu Qarabağ hakimi Mehdiqulu xan 1822-ci il-
də özünün bəzi kəndliləri ilə birlikdə İrana qaçmışdır. Onun bütün 
malikanələri, o cümlədən də sakinlərinin bir hissəsi, habelə Mehdi-
qulu xan ilə gedən və yuxarıda adı çəkilən kəndlər xəzinənin xeyri-
nə müsadirə olunmuşdu. Sonralar Mehdiqulu xana Rusiyaya qayıt-
mağa icazə verilmişdir. Onunla birlikdə qayıdan kəndlilərə münasi-
bətdə sahiblik hüququ olacağı bildirilmişdi. Mehdiqulu xanla birlik-
də bayandurluların, minkəndlilərin, bozluağca kəndlilərin və əliyan-
lıların qaçmış hissəsi  geriyə, Vətənə qayıtmışdılar. Onlar qayıdan-
dan sonra diyar işğal olunanadək yaşadıqları və istifadə etdikləri elə 
həmin kəndləri və torpaq sahələrini tutmuşdular. Buna görə də qayı-
dan  kəndlilər  sahibkar  kəndliləri  kateqoriyasına  şamil  edilmiş  və 
onlardan  gəlirlərinin  onda  bir  hissəsini  sahibkara  ödəmələri  tələb 
olunmuşdu. Qalan kəndliləri isə dövlət kəndliləri sırasına daxil et-
mişdilər. Buna baxmayaraq torpaq istər bu, istərsə də digər kəndlilə-
rin qarışıq istifadəsində  qalmışdır. Onlar torpağı öz aralarında bil-
dikləri kimi bölüşdürür, sahələri bir-birinə satırdılar [75, s.65-73]. 
Vaxtilə xidməti vəzifələrini ləyaqətlə yerinə yetirdiklərinə gö-
rə Qarabağ xanı mükafat kimi üç şəxsə - Süleyman ağaya, Cahangir 
sultana və Əlipənah sultana Xarar kəndinin gəlirlərini hədiyyə ver-
mişdi. Əvvəlcə onlar illik gəliri öz aralarında həvəslə bölürdülər. Bu 
gəlir əkilən torpaqların məhsulunun natural şəkildə onda bir hissəsi 


78 
qədər  idi.  Zaman  keçdikcə  yaranmış  narazılıqlara  görə  bu  şəxslər 
onlara  verilmiş  ərazinin  bölgüsü  haqqında  məsələ  qaldırmışdılar. 
Xarar kəndinin əkin sahələri kiçik meşə talaları şəklində bütün geniş 
ərazidə  səpələnmişdi.  Bu  səbəbdən  torpağı  az  və  ya  çox  dərəcədə 
bərabər  şəkildə  bölmək  heç  cür  mümkün  deyildi.  Buna  görə  də 
Xararın sahibləri kəndlilərin özlərini, yəni hər il onlara gəlir gətirən 
işçi  qüvvəsini  öz  aralarında  bölməyi  qərara  almışdılar.  Nəticədə 
Xarar kəndində kəndlilərin 3 dəstəsi əmələ gəlmişdi. Əldə edilmiş 
razılığa müvafiq olaraq onların bəziləri gəliri Süleyman ağaya, digər 
qismi  Cahangir  sultana,  yerdə  qalanları  isə  Əlipənah  sultana 
verirdilər.  Bəylərin  dediklərinə  görə  sonralar  Cahangir  sultanın  və 
Əlipənah sultanın varisləri öz hüquqlarını itirdilər və buna görə də 
onların kəndliləri dövlət torpağında yaşayan sakinlər kateqoriyasına 
şamil edilmişdilər. Süleyman ağanın varisləri isə öz kəndlilərindən 
gəlir  almaq  hüququnu  özlərində  saxlaya  bilmişdilər.  Qaladərəsi 
kəndi  Qarabağ  xanının  qohumlarından  biri  olan  Gövhər  xanıma 
məxsus  idi.  O,  Həsən  ağa  Şəkinski  adlı  birisini  oğulluğa 
götürübmüş. Gövhər xanımın vəfatından sonra Həsən ağa Şəkinski 
Qaladərəsi malikanəsinin sahibi olmuş və əvvəlki kimi yenə də bu 
kəndin kəndlilərindən məhsulun onda bir hissəsini və hər evdən  4 
rubl pul almışdır. Bu vergi «gün pulu» adlanırmış. İstər Gövhər xa-
nımın vaxtında, istərsə də sonralar kənddə bir neçə ailə yaşayırdı ki, 
onlar  da  müxtəlif  yerlərdən  köçüb  gəlmiş  insanlar  idilər.  Kameral 
təsvir tərtib edilərkən bu ailələr dövlət torpağında yaşayan kəndlilər 
sırasına şamil edilmişdilər [75, s.70-71]. 
Qaladərəsi  malikanəsində  torpaq  nizamnaməsi  (sahibkar 
kəndlərində  həyata  keçirilən  1870-ci  il  14  may  islahatının  reallaş-
ması tələb olunan əsas torpaq sənədi – H.A.) tərtib olunarkən onla-
rın  torpaq  payı  bu  sənədə  daxil  edilməmişdir.  Vağudi  kəndində 
1870-ci il əsasnaməsinə görə 2 sahibkar torpağında yaşayan, 14 ai-
lədən ibarət olan sakinlər üç qardaşın nəslindən idi. Bu qardaşlardan 
biri hətta Səfərəli bəyin yanında nökərçilik edirmiş. Kameral təsvir 
tərtib olunarkən bu kəndlini bəyin yanında yaşayan kəndli kimi sa-
hibkar kəndlilərin sırasına aid etmişlər. Sonralar bu muzdur kəndli-


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə