Ziya göyalp t ü r k ç Ü L ü y ü n ə s a s L a r I



Yüklə 28,83 Kb.
Pdf görüntüsü
səhifə34/53
tarix15.03.2018
ölçüsü28,83 Kb.
#32369
1   ...   30   31   32   33   34   35   36   37   ...   53

türklərdə  hər  evlənmədən  yeni  bir  ev  doğardı.  Ailə  qurmaq  üçün 
kişiylə  qadmın  birləşməsinə  «evlənmək»  və  «ev—bark  yiyəsi 
olmaq»  deyilməsi  də  buradan  irəli  gəlir.  Təkələrdə gəlinlə  oğlanın 
çadırı yeni qurulduğu üçün ağdır.  Bu səbəbdən ona «ağ ev» deyilir. 
Digər  çadırlar  isə  zaman  keçdikcə  qaralmışlar.  Əski  türklərdə  ev 
ərəblərdə  olduğu  kimi  yalnız  ərin  deyildi,  ər  ilə 
arvadın  ortaqlı 
əmlakı idi.  Bu səbəbdən evin kişisinə «ev ağası» deyildiyi  kimi,  evin 
xanımına da «ev qadını» adı verilərdi.
Törkünün pərisi ocaqda yaşadığı  kimi, ağ evin pərisi də barkda 
yaşayardı.  Evin,  biri  ərə,  digəri  arvadına  aid  olmaqla,  iki  pərisi 
vardı.  Birinciyə «öd ata», ikinciyə isə «öd ana» deyərdilər. Gəlin hər 
səhər bir parça kərə yağını ocağa atar və «öd ana, öd ata!» deyə dua 
edərdi.
Otağın  sağında  kürəkən,  solunda  gəlin  oturardı.  Sağda 
madyan  məməli,  solda  inək  moməli  iki  büt  vardı.  Sağdakına  «ev 
yiyəsinin bacısı», soldakma isə «ev xanımının bacısı» deyilərdi.  Bunlar 
or ilə arvadın totemləri idi.
Əski  türklərdə  eşik77  də  müqəddəsdi.  Yabançı  bir  adam  eşiyə 
ayaq  basardısa,  gözə gələrdi.  Evlərin  təcavüzdən qorunması qaydası 
eşiklərin bu müqəddəsliyində dini bir sanksiya tapmışdı.
5) 
Türk feminizmi:  Əski  türklər həm demokrat,  həm  də qadın 
hüquqlarına  hörmət  edən  feminist  idilər.  Əsimdə  demokrat  olan 
toplumlar, ümumiyyətlə feminist olurlar.  Türklərin feminist olmasının 
başqa  bir  səbəbi  da,  əski  türklərə  görə  şa-manizmin 
qadındakı 
müqəddəs  qüvvəyə  söykənməsiydi.  Türk  şamanları  sehr  qüwəsiylə 
möcüzələr göstərə bilmək üçün özlərini qadınlara bənzətməyə məcbur 
idilər.  Qadm paltarı geyər,  saçlarını  uzadar,  səslərini  incoldor,  bığ  və 
saqqallarını qırxardılar; hətta hamilə qalar və uşaq doğardılar.  Buna 
qarşılıq  olaraq  Toyonizm7711  dini  də  kişinin  müqəddəs  qüvvəsində 
«Qut»unda  görünərdi.  Toyonizm  ilə  Şamanizmin  doyorcə  bərabər 
olması, kişi və qadmın hüquqca bərabər tanınmasına səbəb olmuşdu. 
Hətta hər işin həm Toyonizmə, həm də Şamanizmə söykənməsi lazım 
gəldiyindən, hər işə aid  toplantıda qadınla kişinin birlikdə olması  şərt 
idi.  Məsələ,  ümumi  vəlayət-nüfuz.  Xaqan  ilə  Xatunun  hər  ikisində 
ortaqlı  olaraq  göründüyü  üçün  bir  buyruq  (əmr)  yazıldığı  zaman 
«Xaqan buyurur ki»  sözləriylo başlardısa,  ona itaət edilməzdi.  İtaətlə 
qarşılanması  üçün  hökmən  «Xaqan  və  Xatun  buyurur  ki» sözləriylə 
başlamalıydı. Xaqan tək başına hüzuruna heç bir elçini qəbul etməzdi. 
Elçilər ancaq sağda Xaqan və solda Xatun oturduqları zaman ikisinin 
birdən  hüzuruna  gələrdilər.  Şölənlərdə,  kənkoşlərdə,  qurultaylarda, 
ibadətlərdə  və  ayinlərdə,  hərb  və  sülh  məçlislərindo  Xatun  mütləq
126
Xaqanla birlikdə olardı. Kişilərdən yaşınma ilə bağlı qadınlar heç bir 
şərtdən  asılı  deyildilər.  Xaqanın  hökumətdə  ortağı  olan  Xatuna 
«Türkan»  adı  verilərdi.  Xatun,  Xaqan  sülaləsinə  mənsub  bütün 
şahzadə  xanımların  ortaq  adıydı  və  Türkanm  da  hökmən, 
xatunlardan olması lazım gəldiyindən ona da sadəcə olaraq «Xatun» 
deyilə bilərdi.
Əski türklərdə kişinin yalnız bir arvadı ola bilərdi. İmperializm 
dövrlərində  xaqanların  və  bəylərin  bu  həqiqi  arvadından  başqa 
«kuma»  adlanan  və  başqa  ellərə  mənsub  odalıqları  da  olardı. 
Ancaq  bu  kumalar  törəyə  görə  rəsmən  «arvad»  olaraq  qəbul 
edilməzdilər.  Bunlar, nccə deyərlər, hiyləni qanun şəklinə salmaq yolu 
ilə ailənin içinə alınmışdılar.  Kumalann uşaqları öz analarına  «ana» 
deyə  müraciət  etməzdilər,  onları  «xala»  deyə  çağırırdılar.  «Ana» 
müraciətiylə  atalarının  yalnız  həqiqi,  qanuni  arvadına  üz  tuta 
bilərdilər. Eyni zamanda, kumalann uşaqlarının miras hüququ da yox 
idi.  Kumalann  oğullan  atalan  xaqan  olsa  da-əsla  xaqan  ola 
bilməzdilər.  Kumalann  xatunlardan  fərqi  budur  ki,  onlar  xaqanın 
öz  elindən  deyildilər.  Xatun  isə  xaqanın  öz  elindən  idi.  Kuına  Çin 
şahzadələrindən  idisə,  «koııçuy»  adını  alardı.  Konçuy  digər 
kumalardan  irəlidə olardı,  ancaq  konçuylardan  yüksəkdə  isə  xatuıı 
dururdu.  Monqol  dövründə  xatunların  da  sayı  artmağa  başladı. 
Ancaq bunlardan yalnız biri Türkan, yəni məlikə rütbəsində idi.
Əski  türklərdə  qadınlar  hamılıqla  amazon7*  idilər.  At 
sürməkdə  ustalıq,  silah  işlətmə,  savaşçılıq  və  qəhrəmanlıq  türk 
kişiləri  qədər  türk  qadınlarında  da  vardı.  Qadınlar  doğrudan- 
doğruya hökmdar, qala qoruyucusu, vali və elçi ola bilərdilər.
Adi ailələrdə də ev ortaqlı olaraq,  arvad ilə ərin ikisinə aid idi. 
Uşaqlar  üzərindəki  xüsusi  qəyyumluq  hüququ  ata  qədər  anaya  da 
məxsusdu.  Kişi daim arvadına  hörmət edərdi, onu  arabaya mindirib 
özü  arabanın  arxasınca  yayaq  yeriyərdi.  Alicənblıq  əski  türklərdə 
ümumi  bir  xarakter  idi.  Fcminizm  də  türklərin  çox  böyük  önəm 
verdikləri  bir  prinsip  idi.  Qadınlar  mallardan  istifadə  haqqına 
yiyələndikləri  kimi  dirlikləro,7*3  zeamətlərə,74  xaslara™  və  malikanələrə 
də  malik  ola  bilərdilər.  Əski  xalqlar  arasında  heç  bir  xalq  türklər 
qədər qadm cinsinə hüquq verməmiş və hörmət göstərməmişlər.  Ana 
soyu  ilə  ata  soyunun  bərabərliyi  soy  bölümündə  göstərildiyinə  görə 
burada təkrarına ehtiyaç yoxdur.
127


5)  ÇİNSİ  ƏXLAQ
Əski  türklərdə  cinsi  əxlaq  da  çox  yüksək  səviyyədə  idi. 
Yakutlarda  yunanların  Venerasına  qarşılıq  Ayzit  adlı  bir  doğum 
Tannçası (ilahəsi) vardır:
Bu  tannça  -   qadınlar  doğarkən  köməklərinə  çatar,  onların 
asanlıqla doğmasına, yardım edər; uç gün yenicə doğmuş qadmın başı 
üstündə  gözlədikdən  sonra  çevrəsindəki  dərə,  tarla,  ağac,  çiçək 
pəriləriylə göyün üçünçü qatındakı sarayına qayıdar.
Bununla  birlikdə,  Ayzitin  heç  bir  güzəşt  qəbul  etməyən  bir 
şərti  vardır:  ismətini  qorumamış  qadınların  yardımına  nə  qədər 
yalvarırlarsa yalvarsınlar və  nə qədər qiymətli qurbanlar,  hədiyyələr 
verirlərsə versinlər, əsla gəlməz.
Bundan  başqa,  Ayzitə  məxsus  bir  yay  bayramı  vardır.  Bu 
bayram günü səhər erkən evlərin hər tərəfi son dərəçə səliqə-sahmana 
salmır,  süsləndirilir.  Hər  bir  şəxs  ən  gözəl  paltarını  geyinir.  Ən  çox 
hansı  yeməkləri sevirsə onları yeyir.  Hər bir kəsin  üzü gülər, şənlənər, 
baxışlarına təbəssüm qonar.  Bu zaman Ağ Şaman əlində sazı ilə gələr. 
Qış  ayinlə-rini  Qara  Şaman,  yay  ayinlərini isə Ağ  Şaman  icra  edər. 
Doqquz  gənc  qız  və  doqquz  dəliqanlı  seçərək  bunları  iki-iki  əl-ələ 
tutdurub,  əskər  kimi düzər.  Və sazmı çalaraq onları göyə çıxarırmış 
kimi irəliyə doğru aparar. Sazmı çala-çala  Ayzit  haqqındakı  ilahiləri 
də yavaşdan  gözəl  səslə  oxuyar.  Bu gözü-könlü oxşayan alay,  guya 
üçüncü  qat  göyə  çatarkən  Ayzitin  sarayını  qoruyan  yasaqçılar 
əllərində  gümüş  qırmanclar  ilə  meydana  çıxarlar.  Alay  içində  ismət 
yönündən  qüsurlu olanlar varsa,  onları  geri qaytararaq o birilərinin 
Ayzidin  sarayına  girməsinə  izin  verərlər.  Bax,  namusun  bu  dini 
sanksiyaları  (təzyiq  qaydaları)  əski  türklərdə  cinsi  əxlaqın  yüksək 
olduğunu  və  kişiylə  qadının  bu  əxlaqda  eyni  dərəcədə  məsuliyyət 
daşıdığım göstərir.
Əski  türk  qadınları  tamamilə  azad  və  sərbəst  olduqlarına 
baxmayaraq,  dəyərsiz  işlərlə  məşğul  olmazdılar.  «Əxlaq-i  Əlai»81 
kitabında  yazıldığına  görə  Səlçuqlu  şahzadə  qa-dınlardan  biri  Qəzvin 
şəhərinin yiyəsi idi.  Hər il yazda  bu şəhərin  kənarına çıxaraq yaşıl  bir 
çəmənlikdə  böyük  və  süslu  çadırını  qurardı.  Bir il Qəzviniilər şəhərdə 
ümumi  bir  lağım  qazdırmaq  üçün  öz  aralarında  ianə  toplamışdılar. 
Lazım  gələn  miqdara  çatmaq  üçün  daha  bir  qədər  qızıla  ehtiyac 
vardı. Şəhərlilər bu pulu da Xanım Sultandan istəməyi qərara alaraq, 
irəli  gələnlərdən  böyüklərdən  ibarət  bir  heyəti  Xanım  Sultanın 
hüzuruna  göndərdilər.  Bu  heyət  çadıra  yaxınlaşanda  çadır önündəki 
bir səndəl  üzərində oturan Xanım  Sultanın  hörgü hördüyünü görüncə
128
«bu  xəsis  qadmın  bizə  pul  verməsi  mümkün  deyil»-deyə  gəldiklərinə 
peşman oldular. Ancaq, Xanım Sultan onları gördüyünə  görə  geri 
dönmələri  də yaxşı deyildi.  İstər-istəməz sultanın yanma  gəldilər və 
əhalinin  təklifini  bildirdilər.  Sultan  bütün  xərci  özü  çəkəcəyini 
söyləyərək  toplanan  pullann  yiyələrinə  qaytarılmasını  əmr  etdi  və 
xəzinadannı çağırıtdınb lağımlar üçün lazım gələn bütün pulları heyətə 
təslim etdi..  Heyət içindəki  bir qoca sultana əlindəki  hörgü işinə görə 
beyinlərim yoran haqsız şübhəni bildirdi. Xanrnı Sultan bu cavabı verdi: 
«Bəli, mənim əl işiylə məşğul olduğumu görən  bütün  İranlılar  təəccüb 
edirlər. Halbuki, mənim ailəm içində bütün qadınlar mənim kimi daim 
əl işiylə məşğul olurlar.  Biz sultanlar belə əl işləriylə çalışmasaq, nə ilə 
məşğul  olacağıq?  Boş,  dəyərsiz  işforləmi?  Belə  bir  şey  isə  bizim 
soyumuza yaraşmaz.  Biz dövlət işlərini görüb bitirdikdən  sonra,  boş 
qalmamaq  üçün  yoxsul  qadınlar  kimi  daim  əl  işiylə  və  ev  işləriylə 
çalışırıq. Biz sultanların belə əl işiylə məşğul olması soyumuz üçün ayıb 
deyil, bəlkə böyük bir şərəfdir».
Bax, əski türk qadını belə düşünər və belə hərəkət edərdi.
6)  GƏLƏCƏKDƏ AİLƏ  ƏXIAQI 
NECƏ OLMALIDIR?
Türklərin  həm ailə əxlaqında və həm də cinsi əxlaqda nə qədər 
yüksək  olduqlarını  yuxarıdakı  bölümlərdə  gördük.  Hazırda  türklər 
tamamilə  bu  əski  əxlaqı  itirmişlər.  İran  və  yunan  mədəniyyətlərinin 
təsiri ilə qadınlar əsarətə düşmüşlər, hüquq  baxımından aşağı dərəcəyə 
enmişlər. Türklərdə milli küllür ülküsü doğunca əski  törələrin bu gözəl 
qaydalarım xatırlamaq və diriltmək lazını gəlməzdimi? Bax, bu səbəbə 
görə, ölkəmizdəki Türkçülük axımı doğar doğmaz, fcminizm ülküsü də 
onunla  birgə  doğdu.  Türkçulərin  həm  xalqçı,  həm  də  qadın  tərəfdarı 
olmaları,  yalnız  bu  yüzilin  bu  iki  ülküyə  dəyər  verməsindən  dolayı 
deyildir;  əski  türk  həyatında  demokratiya  ilə  feminizmin  iki  başlıca 
əsas olması da bu məsələlərdə böyük bir amildir.
Başqa  millətlər  çağdaş  mədəniyyətə  daxil  olmaq  üçün 
keçmişlərindən  uzaqlaşmağa  məcburdurlar,  halbuki,  türklərin  çağdaş 
mədəniyyətə  girmələri  üçün,  yalnız  əski  keçmişlərinə  dönüb 
baxmaları yetərlidir (kifayətdir) Əski  türklərdə dinin  asketik  (ifrat  və 
işgəncə verici) ayinlərdən və mənfi ibadətlərdən anmnış (təmiz) olması, 
fanatizmdən və din inhisarçılığından qurtulması türkləri həm qadınlar, 
həm  də  başqa  xalqlar  haqqında  çox  mərhəmətli  etmişdi.  Əski 
yunanların  mədəniyyətdə  müəllimləri  skiflər,  əski  xaldeylərin 
(kəldanilərin)  isə  şumerlər  olduğu  kimi,  əskit  germanlarm  ustadları
129


Yüklə 28,83 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə