220
qarşısında olan bitki və heyvanları qorumaq və artırmaq, meşə-
lərin əvvəlki vəziyyətini bərpa etmək, torpaqların eroziyaya
uğramasının və hadisələrinin qarşısını almaq və s. ibarətdir.
Qoruğun adı Qax bölgəsindəki İlisu kəndinin adı ilədir.
Həmin kəndin adı isə yaxınlıqdakı kükürdlü suyu olan bulaq-
dan gələn iy ilə əlaqədar olaraq "iyli su" mənasından alın-
mışdır.
Ərazi Baş Qafqaz dağlarının dik yamaclı, çay dərələri
vasitəsilə intensiv parçalanmış sahələri üçün səciyyəvi olan
relyefə malikdir. Qoruğun ərazisində qışı quraq keçən soyuq
iqlim və yağıntıları təxminən bərabər paylanan mülayim-isti
iqlim növləri hakimdir. Havanın orta illik temperaturu 5-12
0
arasında tərəddüd edir və hündürlüyə qalxdıqca yağıntının miq-
darı 920 mm-dən 1400 mm-ə qədər artır. İlisu qoruğunun əra-
zisində dağ-çəmən, dağ-çəmən-meşə, qonur dağ-meşə, çürün-
tülü-karbonatlı dağ-meşə və qəhvəyi dağ-meşə torpaqları
üstünlük təşkil edir.
İlisu qoruğunda dərman, endemik, nadir və nəsli kəsil-
mək təhlükəsi altında olan bitki növləri çoxdur. Ərazidə şərq
fısdığı, Qafqaz vələsi, şərq palıdı, Litvinov tozağacı, Trautvet-
ter ağcaqayını, quşarmudu, itburnu, böyürtkən, dovşanalması,
topulqa, yabanı gilas, zoğal, moruq və s. bitkilər yayılmışdır.
Qaraçöhrə, Radde ağcaqayını bitkilərinin adları Qırmızı kitab-
lara daxil edilmişdir.
Qoruğun ərazisində 5 dəstəyə aid olan 35 növ məməli
yaşayır. Bunlar dırnaqlılar (nəcib maral, cüyür, köpgər, təkə,
çöl donuzu), yırtıcılar (qonur ayı, canavar, tülkü, daş və meşə
dələləri, gəlincik, porsuq, yenot, meşə pişiyi, vaşaq), gəmiri-
cilər (dovşan, süleysinlər, siçanlar, sincablar və s.), cücüye-
yənlər (ağdiş, qonurdiş,
kirpilər, nalburunlar) və s. ibarətdir.
Quşların 11 dəstəyə aid olan 90-a qədər növü yayılmışdır
və onların 60 növə qədəri isə sərçəkimilərə aiddir.
Qoruqda sürünənlərin 12 növü yaşayır. Onların 7-si kər-
tənkələlərə, 3-ü təlxələrə, 1-i ilanlar, 1 -i isə koramallara aiddir.