Zġyadxan nəBĠBƏYLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə51/118
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22527
1   ...   47   48   49   50   51   52   53   54   ...   118

 
156 
ziyanlar  respublikamızın  demək  olar  ki,  əksəriyyət  bölgələrinə 
dəymişdir. 
Növbəti fovqəladə hal 1997-ci il iyulun əvvəlində olmuş, 
Mingəçevirdə,  Qəbələdə,  İsmayıllıda,  Goranboyda,  Tərtərdə, 
Yevlaxda, Quba-Xaçmaz, Şəki-Zaqatala bölgəsində, Kürdəmir-
də,  Naxçıvanda,  Zərdabda,  Daşkəsəndə  və  s.  bölgələrimizdə 
baş vermişdir. 
Hətta,  Mingəçevir  şəhərinin  küçələrində  suyun  səviyyəsi 
50-130  sm  arasında  olmuş,  şəhərdə  hər  cür  hərəkət  dayanmış, 
trasnformator stansiyaları yanmış, Mingəçevir HES-i dayanmış, 
bunun  nəticəsində  nəinki  Mingəçevir  şəhərində,  buradan  enerji 
alan bütün bölgələrimizə sayı bilinməyən ziyan dəymişdir. 
Faktlardan  göründüyü  kimi  güclü  yağış  su  balansını  ço-
xaltsa  da,  ümumilikdə  böyük  tələfatlar  yarada  bilir.  Odur  ki, 
proqnozlaşmaya  xüsusi  diqqət  etmək  və  onun  məlumatlarına 
yerlərdə əhəmiyyət vermək böyük tələfatların, ölkəyə dəyən zi-
yanların qarşısını qismən də olsa ala bilər. 
Adları çəkilən və çəkilməyən hidroloji hadisələrin ən ço-
xu  ilin  yaz  və  payız  mövsümlərində,  ölkəmizə  külli  miqdarda 
ziyan vuraraq, fövqəladə hal yaratdığından bu problem üzərin-
də çoxdan düşünüb-daşınmaq vaxtı çatmışdır. Hər bir ərazi ida-
rəetmə  orqanları  öz  bölgələrinin  hidroloji  xüsusiyyətlərini  nə-
zərə alaraq ona uyğun nəticə çıxarmalı və tədbir görməlidirlər. 
Lakin  elə  hidroloji  məsələlər  də  var  ki,  respublika  miq-
yaslıdır.  Təbiidir  ki,  bunun  üçün  daha  böyük  miqyaslı  iş  gör-
mək tələb olunur. 
Təəssüflər  olsun  ki,  vaxtı  ilə  ümumölkə  xarakteri  almış, 
kütləvi  halda bağsalma, meşəsalma, selə qarşı  qurğular tikmə, 
çəmənsalma, çoxillik bitki əkini ilə məşğul olma işləri nədənsə 
unudulmuşdur. Yerli xarakterli kiçik miqyaslı hidroloji hadisə-
lərin qarşısını bu vasitələrlə almaq çox məqsədəuyğundur. Di-
gər  tərəfdən  məsələ  deyildiyi  kimi  qoyularsa  və  respublika 
miqyasında  həyata  keçirilərsə,  hər  cür  zərərli  hidroloji  hadisə-
lərdən, yəni fövqəladə hallardan yaxa qurtarmaq olar. 


 
157 
Başa  vurduğumuz  ildə  isə  əksinə  aylar  çox  mülayim, 
yağmursuz  keçmişdir.  Bu  heç  də  səlahiyyətli  adamları  arxayın 
salmamalı,  gözlənilə  bilən  hər  cür  leysana,  şaxtaya,  hidroloji 
anomal  hadisələrə  və  digər  fövqəladə  hallara  biganə  qalmağa 
haqq qazandırmamalıdır. 
 
 
10.7. Xəzər fövqəladə hal mənbəyi kimi 
 
Xəzər dənizinin səviyyəsi ilə bağlı əmələ gəlmiş bir neçə 
fövqəladə halları yadımıza salaq. Qeyd edək ki, 1993-cü illərin 
dəlillərinə  əsaslansaq,  həmin  il  Azərbaycan  üçün  çox  yağıntılı 
olub, anomal il kimi qiymətləndirilmişdir, həm Xəzər dənizinin 
özünün  səviyyəsinin  qalxması  və  həm  də  çoxlu  miqdarda  at-
mosfer  yağıntılarının  düşməsi  Xəzərin  Azərbaycan  akvatori-
yasında, Kür-Araz ovalığının dəniz hüdudlarında həddindən ar-
tıq ölkəyə zərər gətirən gərginlik yaratmışdır. 
Əgər  1978-ci  ilə  qədər  Xəzərin  səviyyəsi  aşağı  düşməsi 
ilə  bağlı  fövqəladə  hallar  yaranırdısa,  1978-ci  ildən  mütəmadi 
suyun səviyyəsi qalxaraq 1990-94-cü illərdə daha çox fövqəla-
də hallara səbəb olub. 
20-21 sentyabr və 10-14 noyabr /1993-cü il/ aylarında şi-
mal-şərq  istiqamətli,  24-26  m/san-yə  sürətlə  əsən  külək  suyu 
sahilə  qovaraq  çox  böyük  sahəni-xüsusən  Lənkəran,  Astara, 
Neftçala  bölgələrinin  xeyli  sahəsini  50-70  sm-lik  su  altında 
qoymuşdur. 
Neft  daşlarında  26  m/san-yə  sürətlə  1993-cü  ilin  10-14 
noyabrında şimal-qərb küləyi əsməsi nəticəsində hündürlüyü 8 
m-dən yüksək dəniz dalğaları əmələ gəlmiş, çox təhlükəli hədd 
yaranmış,  bir  neçə  qəza  hadisələri  olmuş,  neft  sənayesi  ob-
yektlərinə xeyli zərər dəymişdir. 
Xəzər  dənizinin  və  Kür  çayının  səviyyələrinin  qalxması 
ilə  əlaqədar  Neftçala  bölgəsində  bir  sıra  yaşayış  məntəqələri, 


 
158 
balıqçılıq  obyektləri,  kənd  təsərrüfatına  yararlı  torpaqlar  su 
altında qalmış və bu fövqəladə hal xeyli davam etmişdir. 
Bununla əlaqədar ilk növbədə Neftçala şəhərinin şərq tə-
rəfdən  Xəzər  dənizi  sularından  mühafızə  etmək  üçün  4-6  km 
uzunluğunda tökmə bənd vurulması lazım gəlmişdir. 
Bankə  qəsəbəsinin  və  Neftçala  şəhərini  qoltuq  adlanan 
sahədə də Kür çayından mühaftzə etmək üçün dəmir-beton ma-
teriallarından istifadə hər iki sahil boyu 5-6 km məsafədə sahil 
bərkitmə  işləri  görülməsi  zəruri  olmuşdur.  Bundan  başqa  Kür 
çayının  sol  və  sağ  sahilləri  boyunca  yaşayış  məntəqələrini, 
balıqçılıq təsərrüfatlarını və digər obyektləri sudan xilas etmək 
üçün  20-25  km  məsafədə  tökmə  torpaq  bənd  vurulması  vacib 
hesab edilmişdir. 
Yaddan çıxarmayaq ki,  bir çox məntəqələrlə  yanaşı  Ma-
yak-1,  Mayak-2,  Sübh  və  s.  yaşayış  yerləri  çoxdan  su  altında 
qalmış,  bu bölgənin  əhalisi  təbiətin  yaratdığı  fövqəladə vəziy-
yətlə üzbəüz qalmışdır. 
Acınacaqlı  vəziyyət  "Azərbalıq"  konserninin  ərazisindən 
yerləşən Z.Tağıyev adına Balıqkombinatı Kür çayından qorun-
malı,  Kür  təcrübi  nərə  balıqçoxaltma,  Kürağzı  nərə  balıqço-
xaltma zavodları köçürülməli olmuşlar. Oriat bütövsistemli no-
hur  balıqçılıq  təsərrüfatları  da  elə  adları  çəkilən  obyektlərin 
vəziyyətinə düşmüşdür. 
Xəzərin və onunla paralel Kürün səviyyələrinin qalxması 
Neftçalada olan avtomobil yollarının, körpülərin, elektrik şəbə-
kələrinin,  qaz  xətlərinin  və  s.  dövlət  obyektlərinin,  fərdi  ob-
yektlərin təbii fəlakət nəticəsində məhv olmasına gətirib çıxar-
mışdır. 
Həm Xəzər dənizinin səviyyəsinin qalxması, həm də Xə-
zərdə hidrometeroloji hadisələrdən Astara bölgəsinin sahil əra-
zilərində fövqəladə halın qalması davam etmişdir. Astara şəhə-
rini  su  basması,  Astara-Şahağac  yolunun  yuyulması,  Bakı-As-
tara  dəmir  yolunun  yuyulması,  İran-İslam  Respublikasına  ge-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə