Zġyadxan nəBĠBƏYLĠ


Güclü yağıĢ xeyirlidirmi?



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə53/118
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22527
1   ...   49   50   51   52   53   54   55   56   ...   118

 
162 
10.9. Güclü yağıĢ xeyirlidirmi? 
 
Xalq təsərrüfatına, əhaliyə öz intensivliyi, yayılma sahəsi 
və davamiyyatinə görə maddi ziyan vuran, təbii fəlakət doğura 
bilən təhlükəli, ifzat təhlükəli hadisələrdən biri də güclü yağış-
ların yağmasıdır. 
Güclü  yağış  yağması  nəticəsində  fövqəladə  halların  ya-
ranması  1993-  cü  il  üçün  xarakterik  olmuşdur.  22-23  sentyabr 
1993-cü il Arktik hövzədən soyuq hava kütlələri cənuba doğru 
hərəkət edərək respublika ərazisinə daxil olmuş və Azərbaycan 
ərazisində hava şəraiti kəskin dəyişmiş, onun temperaturu aşağı 
düşmüş, Abşeron yarımadası və ona yaxın ərazilərdə güclü kü-
lək  əsmiş,  intensiv  yağış  yağmasına  səbəb  olmuşdur.  Həmin 
günlərdə  havanın  temperaturu  orta  hesabla  normadan  3-8
0

aşağı  düşərək,  düzənlik  bölgələrdə  13-16
0
C,  dağ  ətəyində  8-
10
0
C, dağlıq ərazilərdə 3-8
0
C olmuşdur. Yağıntı o qədər soyuq 
və  güclü  olmuşdur  ki,  Böyük  Qafqazın  yüksək  dağlıq  ərazilə-
rində qar da düşmüşdür. 
Bu müddətdə respublika ərazisinin hər yerində güclü ya-
ğışlar olmuş və gündəlik yağıntının miqdarı Lənkəranda, Asta-
rada,  İsmayıllıda,  Şəkidə,  Zaqatalada,  Qəbələdə,  Ağstafada, 
Göyçayda və Kiçik Qafqaz bölgələrində orta hesabla sentyabr 
ayının  3-cü  ongünlüyünün  normal  yağıntıdüşmə  miqdarından 
150-200%  artıq  olmuşdur.  Sentyabrın  axırlarında  respublika-
mızın ümumi ərazisində havanın temperaturu xeyli yüksəlsə də 
oktyabrın ilk günlərində yenidən soyuq hava axını prosesi də-
yişdirmişdir.  Güclü  soyuq  hava  bütün  Zaqafqaziya  ərazilərinə 
daxil olaraq oktyabrın 1-dən 2-nə keçən gecə Azərbaycan əra-
zisində  yenidən  leysan  yağışlarına  səbəb  olmuşdur.  Azərbay-
canda  sulu  qar  yağmışdır.  Bunun  da  nəticəsində  lıavanın  tem-
peraturu  ərazilərimizdə  illik  normadan  4-7
0
C  aşağı  düşərək 
fovqəladə  halların  yaranmasına  səbəb  olmuşdur.  Oktyabrın  2-
7-si arasında yenidən soyuq havanın ərazilərimizə daxil olması 
Lənkəran-Astara bölgəsində yağıntının miqdarını uyğun olaraq 


 
163 
200-252  mm-ə  çatdırmışdır.  Abşeronda  güclü  yağış,  həm  də 
güclü küləklərlə müşayət edilmişdir. 
Üçüncü güclü yağışlar yağması və çox böyük ziyanlar tö-
rətməsi  11-14  noyabr  1993-cü  ilə  təsadüf  edir.  Həmin  ilin  no-
yabr ayının əvvəlində Avropanın şimal-şərq ərazilərindən ark-
tik soyuq havanın toplanması başlamış və Mərkəzi Moskva vi-
layəti  olmaqla  güclü  antisiklon  formalaşmışdır.  Azərbaycan 
ərazilərinə onun şimal-şərqindən daxil olan bu soyuq hava küt-
ləsi 10-11 noyabrda havanın temperaturunu kəskin aşağı saldı. 
Soyuq havanın ərazimizə daxil olma prosesi şərqdən Xəzər də-
nizindən  başladığı  üçün  respublikanın  şərq  bölgələrində  ha-
vanın temperaturunun dəyişməsi bir qədər gec baş verdi. Buna 
da  səbəb  soyuq  havanın  Kür-Araz  ovalığı  üzərində  formalaş-
ması olmuşdur. Beləliklə, Azərbaycanın əksər bölgələrində gün 
ərzində havanın orta temperaturu normadan, 8-10
0
 C aşağı düş-
müşdür.  Abşeron  yarımadası  və  Xəzər  dənizinin  neftçıxarma 
ərazilərində  soyuq  şimal  küləklərinin  sürəti  25-27  m/s-yə  çat-
mışdır.  Bu  da  öz  növbəsində  neft  hasilatına  pis  təsir  etmişdir. 
Respublika ərazisinin hər yerində sulu qar yağmışdır. Qar örtü-
yünün qalınlığı 1 sm-dən 75 sm-ə qədər olub, ayrı-ayrı bölgə-
lərdə bir-birindən fərqlənmişlər. Güclü  yağıntı,  külək, qar ola-
cağı qabaqcadan proqnozlaşdrılmış və müvafiq təşkilatlara xə-
bərdarlıq verilmişdir. Təəssüflər olsun ki, yerlərdə bu xəbərdar-
lıqlara lazımi qiymət verilməmiş və fövqəladə hallar respubli-
kamıza çox baha başa gəlmişdir. 
Sonrakı  müddətdə  ancaq  1995-ci  il  oktyabrın  5-də  və  7-
də Siyəzən, Dəvəçi  və Xızı  rayonları ərazilərində  yağan  güclü 
leysan yağışları olmuşdur. Bu rayonların bəzi yaşayış məntəqə-
lərini su basmış, insan tələfatı olmuş, 500-dən çox ev zədələn-
miş, 100-dən artıq ev dağılmış, əhalinin əmlakına, mal-qarasına 
və şəxsi təsərrüfata xeyli ziyan dəymişdir. 
Faktlardan  göründüyü  kimi  güclü  yağış  su  balansını  ço-
xaltsa  da,  ümumilikdə  böyük  tələfatlar  yarada  bilir.  Odur  ki, 
proqnozlaşdırmaya xüsusi diqqət vermək və onun məlumatlar-


 
164 
ına  yerlərdə  əhəmiyyət  vermək  böyük  tələfatların,  ölkəyə  də-
yən ziyanların qarşısını qismən də olsa ala bilər. 
 
 
10.10. Qlobal istiləĢmə, yoxsa...? 
 
İnsan qədim zamanlardan bəri tez-tez qarşılaşdığı külək, 
yağış, şimşək, zəlzələ, vulkan və s. kimi təbiət hadisələrini öy-
rənməyə səy göstərmişdir. Aristotelin "fizika" adlandırdığı elmi 
istiqamət  də  məhz  təbiət  hadisələrinin  öyrənilməsi  məqsədilə 
yaranmışdır (eramızdan əvvəl 384-322-ci illər). 
Digər tərəfdən dünyada dinin inkişafı, dində insanın dərk 
edə  bilmədiyi  hər  nə  varsa  Allahın  adı  ilə  bağlanması,  təbiət 
hadisələrinin Allah tərəfindən idarə olunması kimi iddialar fizi-
ka ilə qarşılıqlı ziddiyyətlər yaratdığı aşkar olmuşdur. Odur ki, 
dinin hakim mövqeyindən asılı olmayaraq, fizikanın bir elm ki-
mi  inkişafı  yalnız  onun  real  nailiyyətləri  hesabına  mümkün 
olmuşdur. 
Dünyada texniki-tərəqqiyə  (mexanikaya) meylin güclən-
məsi  fizikanın  "dirçəlməsinə" səbəb olur. Texniki  nailiyyətləri 
mənimsəməklə  məqsədindən  yayındırılmış  fizika  fundamental 
elm adlandırılaraq ümumbəşər təfəkkürünə hakim kəsilir. 
Astronomiya, kimya, coğrafiya botanika, zoologiya və s. 
kimi elmlər maddi aləmin müəyyən sahələrini öyrənir. Hərəkət 
və hərəkət törədici qüvvələrindən bəhs edən elm isə Mexanika 
adlanır.  Vulkan,  zəlzələ  kimi  təbiət  hadisələrini  öyrənən 
sahələrdə mövcuddur. Bəs fizika nədir? Fizika "təbiət haqqında 
elm" kimi kütləvi olaraq tədris edilir.  
Bizə  görə  təbiətdə  mümkün  olmayan  izoxorik,  izobarik, 
izotermik  və  normal  şəraitlər  daxilində  mümkünlüyü  güman 
edilmiş fərdi mülahizələr, ("fizika qanunları") kor-təbii olaraq, 
"təbiət  qanunları"  kimi  qəbul  etdirilib.  Yəni,  əslində  təbiətlə 
heç  bir  əlaqəsi  olmayan  fərziyyələrinə  sökənmiş  "elmi"  anla-
yışların kütləvi təbliği təbiət və təbiət hadisələri haqqında yan-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə